çərşənbə günü, 11 noyabr 2026
     

ŞƏHİD QARDAŞLAR - FOTO

Image


O gün hamı səksəkədə idi.

Gecənin narahatlığı gündüzün həyəcanından xəbər verirdi. Gələn xəbərin nə olacağını təsəvvür etsələr də, qəbul etmək fikrində deyildilər.

Hərdən küləyin döydüyü qapı ürəkləri döyürdü. Artıq için, çölün döyüntüləri bir-birinə qarışmışdı.

Gündüz ara-sıra sızan məlumat gecənin qaranlığını artırırdı.

Zamanı içinə çəkən, adamı boğmağa aparan sükutun daxili hayqırtısı bəzən qışqırıqdan daha dəhşətli olur.

Ola bilərmi? Olarmı? Odurmu? sualları bu gecə fasilə vermirdi. Sanki həyatın sonuydu, bitmişdi hər şey, sabah açılmayacaqdı.

Kimsə sükutu pozmağa cəsarət etmirdi.

Yatan da yox idi ki, yuxu görəydi. Bir də, gecə vaxtı yuxunu kim idi evdə suya danışan?

İçindəki suallara cavab axtararaq hamı gözünü bir-birinin ağzına dikmişdi.

İlin son gecəsi kimi uzanan gecə qurtarmırdı ki, qurtarmırdı...

***

Şəmkirin Kür qəsəbəsində İlham kişiylə Faya ananın evində iki oğul böyüyürdü. Gözlərinin ağı-qarası iki oğul. Ailənin gələcək ümidləri.

Doğma yurdlarından – Qərbi Azərbaycanın Dərələyəzindən qaçqın düşən bu insanlar bütün təskinliyi oğullarında tapırdılar. Övladların dünyaya gəlişinin sevinci ağrılarını, yurd həsrətini unutduraraq, onları ikinci vətən saydıqları Şəmkirə bağlamışdı.

Hər dəfə boya-başa çatdıqları yurd yeri yada düşəndə, İlham kişiylə Faya ana üzlərini dağlara tuturdular. Həsrətin gözlərdə yaratdığı ağrını, acını onlara qısılan balaca Cavidlə Çingizin baxışlarından gizlədərək, onların başını tumarlayıb bugünə şükür edirdilər. Nə Cavid, nə də Çingiz yurd, vətən itkisinin nə olduğunu hələ başa düşmürdü.

Doğulduqları yer, evləri, oynadıqları dostları vardı. Həyat onlar üçün bunlardan ibarət idi.

Uşaqlar təkcə evə yox, valideynlərinin qəlbinə də işıq salırdılar. Ağrıları, yorğunluğu unutduracaq, qaranlığı qovacaq işıq. Onların səsi, gülüşü evdəki ovqatı dəyişirdi. Həyətdə nə qədər nadinc olsalar da, evdə tamam başqaydılar. Bacıları olmadığından analarına kömək edirlər. Buyruğa baxırdılar. Evin düzəninə balaca əllərilə düzən qatmağa çalışırdılar.

Onlara baxdıqca ata qürur hissi keçirirdi. Ana oğlanlarını özünə arxa-dayaq bilirdi. 

***

İlham kişiylə Faya ana üçün ən ağır dərdi hələ ki, yurd itkisiydi, yurd dərdiydi.

Vətən, yurd hissi tam başqadır. Bu bağlılıq qopanda tənhalaşırsan, özündən ayrılan kimi olursan. Yoxluq səni sıxır. Darıxırsan. Özündə nəyinsə çatmadığını fərqində olursan. Bambaşqa bir hal yaşayırsan. İzahı mümkün olmayan, ancaq yaşayanların bildiyi hal...

Didərginlik, yurdundan uzaq düşmək böyük dərddi. Olanlarını, keçmişini itirirsən. Özünü itirmiş kimi. Nələr varsa, xatirələrdə qalır. Bir vaxtlar sevə-sevə baxdıqlarına daha baxa bilmirsən. Hər şey keçmişə çevrilir, tarix olur. Sınıqsan. “Arxam, yurdum var”, - deyə bilmirsən.

Uşaqlığın, gəncliyin yox kimidi. İlk addım atdığın, gəzdiyin yerlərin sonrakı taleyindən xəbərsizsən. Arzularınla bərabər izlərin də itib. İzinin üstünə iz qoyuldusa, o artıq səninki deyil.

Hissləri nə qədər bəlağətli sözlərlə ifadə etmək istəsən də, onu olduğu kimi çatdıra bilmirsən. Mümkün deyil. O hisslər yazıya sığmır. Yazdıqca, nələrinsə qaldığını düşünürsən. Gərək gözün, yaddaşın bütün sözlərini, ifadələrini köçürəsən. O da mümkünsüzdür.

Övlad sevgisi kimi...

Dərddən doyan bu insanlar “dərd gələndə batmanla gəlir” ifadəsini heç sevməzdilər. İçlərində bir qorxu vardı. Nədənini bilmirdilər. Amma qəbul etmək istəmirdilər.

Hələ İrəvan, Zəngəzur, ... Qarabağ dərdi vardı.

Ermənilər hər gecə mövqelərimizi, kəndlərimizi atəşə tuturdular. Yaralananlar, şəhid olanlar vardı.

Evin iki oğlu da döyüşənlər arasındaydı...

***

Şəhidlərimizin anası Faya xanımın səsində həmişəkindən fərqli bir narahatlıq hiss etdiyimdən sağollaşıb, sonra zəng edərəm demək istəyirdim ki, “yox, buyurun, hər cümə olduğu kimi, bu gün də şəhidləri ziyarətə getmişdim”  - deyib danışmağa başladı: “Onları ziyarət edəndə həmişə belə oluram. Halım dəyişir. Özümdə olmuram. Ötənləri xatırlayıram. Elə bilirəm ki, həyətdən, məktəbdən gəlib, indicə üstümə qaçacaqlar, toy günlərindəkitək məni sevinclə qucaqlayacaqlar; müharibədən-döyüşdən gəlirlər, onları sağ-salamat görüb yenə duz kimi yalayacam, haranı aldıqlarını soruşacam.

Onsuz da bir an belə yadımdan çıxmırlar. Amma hər bura gələndə o anları təzədən yaşamalı oluram. Onlar mənimçün təzədən doğulur, günbəgün böyüyürlər... sonra da şəhid olurlar. Əbədi məkanın sahibinə çevrilirlər.

Onların qara mərmərdən mənə baxan gözlərini görəndə özümü saxlaya bilmirəm.

Doğmalarından, olanlarından ayrılanda insan necə olar? Ana necə olar?

Qoynuma sığınmaqlarını, boynuma sarılmalarını istəyirəm. Daş əlləri qalxmır. Onları mən qucaqlamalı oluram. Bumbuzdular. Yayın istisi də onları isidə bilmir. Köksümün istiliyi ilə isidirəm. Ana qucağının istiliyi tam başqadı. Bala onu daha yaxşı hiss edir.

Mən onlara sığındıqdan sonra, elə bil özlərinə gəlirlər, donları açılır, isinirlər. Baxışları da dəyişir. Söhbət eləmək istəyirlər. Onların qırıq-qırıq gələn səslərini eşidirəm. Arzularını, istəklərini dinləyirəm...

Danışırıq....

Hər dəfə mənə təskinlik, ürək-dirək verməyə çalışırlar.

Mən onlara bu həftə olanları çatdırıram, onlar mənə hər şeyin yaxşı olacağını deyirlər. Uşaqlarının böyüdüyünü dedikcə, necə sevindiklərini hiss edirəm.

Ən çox sevindikləri onlara Qələbə xəbərini çatdıranda oldu. Sanki ağrıları sağaldı. Dirçəldilər. Nə qədər qəribə görünsə də, içlərindəki rahatlığı duydum. Övladı ana qədər kim duya bilər. Harda olmalarının fərqi yoxdur.

Döyüşdə yaralananda – güllə, mərmi qəlpəsi haralarına dəyirdisə, o yerimdə ağrılar başlayardı. Soruşanda deməsələr, boyunlarına almasalar da, nələr çəkdiklərini bilirdim.

Allah anaları öz dərdlərini çəkməklə bərabər, həm də övladlarının dərdini çəkmək üçün yaradıb. Yoxsa övladlar o dərdləri tək çəkə bilməzdilər”.

Faya ana qəbiristanlıqdan, övladlarından necə ayrılıb gəldiyini söyləyir. Ananın sözlərinə nə ürək dözə bilir, nə qələm tab gətirir.

Telefonun hər iki başından güclə: “Allah şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun. Onların sayəsində” ... sonra hərə ancaq özünü eşidir...

(ardı var)

Rəfail TAĞIZADƏ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ