çərşənbə günü, 11 noyabr 2026
     

Akademiyanın yeni prezidenti olaraq bir neçə şəxsin adı hallanır - 19-da ümumi yığıncaq...

Image


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ətrafında ajiotaj bitmək bilmir. Hər gün bu qurum barədə bir məlumat açıqlanır. Son günlər ən çox müzakirə olunan məsələlərdən biri Ramiz Mehdiyevin istefasından sonra AMEA-ya kimin rəhbərlik edəcəyidir. Deyək ki, prezidentlik postuna iddialı olan bir neçə nüfuzlu akademikin adı çəkilir. Yayılan məlumata görə, fevralın 19-da AMEA ümumi yığıncağı keçiriləcək. Ümumi yığıncaqda Akademiyaya yeni prezident seçiləcək.

AMEA prezidenti postuna Akademiyanın birinci vitse-prezidenti Arif Həşimovun namizəd olması ehtimal edilir. Yazılanlara görə, artıq AMEA-da təhvil-təslim prosesi də başlayıb.

Digər variantlara görə isə, AMEA postina iki əsas namizəd var və akademiya əməkdaşları onların prezident olmaq üçün daha çox şansları olduğunu deyir. Əldə etdiyimiz məlumata görə, seçkilərdə namizəd olacaq şəxslərdən biri Qara dəniz Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi, AMEA-nın akademiki, Ümumdünya Elmlər Akademiyasının üzvü Asəf Haciyev, digəri isə texnika elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-pezidenti, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əlquliyevdir. Hər iki nüfuzlu akademikin AMEA prezidenti postuna iddialı olduğu deyilir və onların da seçkidə iştirakı gözlənilir. Bütün hallarda akdemiya əməkdaşları hesab edir ki, onların hər ikisi layiqli namizəddir və AMEA-nı xilas edə bilərlər.

AMEA-dakı mənbələrimizdən əldə etdiyimiz məlumata görə, fevralın 19-da keçiriləcək ümumi yığıncaqda prezident seçkisi keçirilməyəcək, ümumi yığıncaq prezidenti əvəz edəcək şəxşi seçəcək. Mənbənin məlumatına görə, ehtimal ki, AMEA-nın yekun iclası apreldə olacaq və orada akademiya prezidenti seçiləcək. 

  • “Arif Həşimov AMEA prezidenti postuna uğurlu namizəd ola bilər”

Fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov “Bakı-Xəbər”ə bildirdi ki, fevralın 19-da AMEA-nın ümumi yığıncağının keçirilməsi barədə məlumat feyk məlumata bənzəyir, çünki bu, reallıqda mümkünsüz görünür. “Məndə olan məlumata görə, fevralın 19-da AMEA-nın ümumi yığıncağının keçirilməsi barədə xəbər reallığı əks etdirmir. Çünki fevralın 19-u şənbə gününə düşür. Bu baxımdan düşünürəm ki, həftənin şənbə günü AMEA-nın ümumi yığıncağının tez-tələsik keçirilməsinə zərurət yoxdur. İclası gələn həftənin başqa günləri də keçirmək olar. Bəlkə də fevralın 19-da iclas ola bilər. Amma hesab etmirəm ki, fevralın 19-da seçki keçiriləcək. Çünki seçki keçirilirsə onun yeri və vaxtı barədə AMEA üzvlərinə məlumat verilməlidir. Akademiyanın xeyli sayda müxbir və həqiqi üzvləri var, AMEA-nın tərkibi müxbir və həqiqi üzvlərdən ibarətdir. Ümumiyyətlə, səhv etmirəmsə, aprel ayının sonuncu həftəsinin 3-cü günü AMEA-nın illik yığıncağının keçirilmə zamanıdır. Bu, nizamnamədə də yazılır. Təbii ki, ümumi yığıncaq fövqalədə də keçirilə bilər, bu da istisna deyil. AMEA-ya kimin rəhbərlik edəcəyi məsələsinə gəlincə, təbii, akademiyanın prezidenti yoxdursa avtomatik olaraq rəhbərlik birinci vitse-prezidentə keçir, prezident səlahiyyətlərini o icra edir. AMEA-nın birinci vitse-prezidenti vəzifəsi də Rəyasət Heyətinin qərarı ilə Arif müəllim Həşimova həvalə olunub. Belə məqamda, təbii ki, rəhbərlik birinci vitse-prezidentə keçir. Ramiz Mehdiyev istefa ərizəsi verib, bildiyim qədər hələ ki, onun istefa ərizəsi qəbul olunmayıb. Bu, cənab Prezidentin səlahiyyətində olan məsələdir və təbii ki, buna heç kəs qarışa bilməz. Bu baxımdan, akademiya prezidentinin səlahiyyətlərinə xitam verildikdən və cənab Prezidentin Sərəncamı ilə o vəzifədən kənarlaşdırıldıqdan sonra artıq birinci vitse-prezident onun səlahiyyətlərini icra edəcək. Qeyd etdiyim kimi, birinci vitse-prezident də akademik Arif Həşimovdur. O ki qaldı adları çəkilən namizədlərə, mən uzun illərdir Arif Həşimovu tanıyıram. Akademiyanın vitse-prezidenti vəzifəsində olub, zamanında onunla bərabər işləmişik, peşəkar bir insandır. Eyni zamanda Arif müəllim dövlətçi bir şəxsdir. Mən sözün həqiqi mənasında Arif müəllimin akademiyanın prezidenti olmasına çox sevinərdim. Çünki bəzi söz-söhbətlər formalaşır ki, akademiyanın prezidenti gənc olmalıdır, akademiyanın idarəetməsi  gəncləşməlidir. Arif müəllimin 72 yaşı var və həyatının çox böyük hissəsi akademiya ilə bağlı olub, bütün prosesləri bilən adamdır, işlərin içində olub, idarəetməni yaxşı bilir. Ona görə də, düşünürəm ki, Arif Həşimov AMEA prezidenti postuna uğurlu namizəd ola bilər. O, dəqiq elmlər sahəsində mütəxəssisdir, fizikdir, bütövlükdə çox uğurlu kadrdır.

Əslində hesab edirəm ki, AMEA-nın prezidentinin, tutalım, 35 yaşında bir şəxs olması hər halda düzgün deyil. Akademiya prezidenti oturuşmuş adam olmalıdır. Ramiz Mehdiyev kimi 84 yaşında yox təbii ki...Burada söhbət Ramiz Mehdiyevin fiziki yaşından getmir, onun intriqabaz, bu kimi məsələlərlə məşğul olmasından gedir. Bu baxımdan hesab edirəm, akademiyanın rəhbəri Azərbaycan elminin gələcəyini düşünən adam olmalıdır”. İ.Orucovun sözlərinə görə, o da elmin içində olan adam olmalıdır. O hesab edir ki, bu nöqteyi-nəzərdən A.Həşimov yaxşı namizəddir.

Amma burada incə bir məqam var, söhbət kimin prezident olmağından getmir, əsas məsələ bu sistemin mexanizmlərinin hazırlanmasıdır. O qeyd edir ki, vacib idarəçilik mexanizmi olmadan, AMEA-ya kimin rəhbərlik etməsindən asılı olmayaraq idarəçilik alınmayacaq. O qeyd edir ki, AMEA-da ciddi yeniliklər, islahatlar aparılması, nailiyyətlər əldə edilməsi üçün mexanizm dəyişdirilməlidir.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ