çərşənbə günü, 11 noyabr 2026
     

Tütək səsi, yaxud...

Image


İşlədiyim yataqxanada belə gənclərin sayı çox idi.

1990-cı il 20 yanvarda onların hamısı gecə küçələrə çıxdılar.

Heç bir silah götürməsələr də, çəkinmədən, qorxmadan hərbi texnikanın qabağına gedirdilər.

Sonra Kəlbəcər, Füzuli, Ağdam, Ağdərə, Laçın uğrunda döyüşlərə gedənlər olmuşdu. Onlar bir şeyi aydın başa düşürdülər ki, ana  torpağı qorumağa gedirlər.

Belə gənclərdən biri də Rəhim oldu. Qubada anadan olmuş Rəhim zavodda işləyirdi. Həm də ali məktəbə hazırlaşırdı. Şən, zarafatcıl bir gənc idi. Hamının hörmətini saxlayırdı, dostluqda möhkəm idi.

Kəlbəcər uğrunda gedən döyüşlər zamanı ərizəsini hərbi komissarlıga təqdim etdı. Heç kimə bu haqda söz demədi. Evlərinə də xəbər göndərmədi. Deyirdi ki, narahat etməyə dəyməz. Bir də hər ata-ana sevinməlidir ki, övladı torpağı qorumağa gedir. Zavodda sevdiyi qıza da belə demişdi. Əvvəlcə vətən sevgisi, sonra səxsi sevgi. Rəhim bır gün əsgər paltarında yataqxanaya gəldi. Dostları ilə zarafat etdi:

- Gərək hamımız vətənin bu günündə əsgər olaq. Daha restoran-barlarda gəzib-dolanan gül balalar kimi yox. Düzü, onları görəndə adam lap utanır. Kişi olan şəxsin gərək burnuna barıt iyi dəysin. Daha duxi iyinə bələnməsin. Vay, onlara gedən qızların halına. Görəsən hansı üzlə onlara “mənim kişimdir” deyəcək?

Rəhim getdi və bu hekayənin qəhrəmanına çevrildi. Mən isə bunu olduğu kimi bu yazıma əlavə edirəm.

Tərbiyəçi işlədiyim həmin yataqxananın gənc sakinləri növbə ilə cəbhəyə yola düşürdülər.

Lakin Rəhimin yola düşməsi qeyri-adi idi. Həmişə zarafatcıl, gülərüz, lətifə söyləyən Rəhim həmin axşam çox qayğılı görünürdü. Halı özündə deyildi.           

Bunun bir səbəbi döyüşə getməsi idisə, ikinci səbəbi sevdiyi qızla olan söhbəti idı. O, qıza sübut etməyə çalışırdı ki, döyüşdən qəhrəman kimi qayıdacaq. Hamı onunla fəxr edəcək. Qız isə demişdi ki, əsl qəhrəmanlar həlak olur. Açılan güllələr heç kimə fərq qoymur. Gərək ehtiyatlı olasan.

Ayrılığın son anında qızın göz yaşları Rəhimin sinəsini islatdı. Rəhim isə ağlamağı sevməzdi. Döyüşə gedən ağlamaz. Onu sevinclə yola salarlar, - demişdi. Qubanın Nüvədi kəndində yaşayan anasına da bu sözləri demişdi.

İndi isə yataqxananın 48 saylı otağında yolasalma mərasimi vardı. Dostlar, tanışlar cəm olub deyib-gülürdülər. Heç kim istəmirdi ki, Rəhimin kefi pozulsun.      

Hamıdan çox onun otaq yoldaşı Xanoğlan canfəşanlıq edirdi. Xanoğlan gözəl musiqiçi idi. Tar, kamança, nagara, balabanda çox gözəl mahnılar ifa edirdi. Bu gün də belə etdi. Yorulduqca çaldı Xanoğlan.

Rəhim son mahnı üçün ondan xahiş etdi ki... “Vağzalı” çalsın.

- Dostum, könlüm “Vağzalı” istəyir. Çal, oynamaq istəyirəm. Xanoğlan bir anlığa balabanı saxladı. Axı, Rəhim heç vaxt “Vağzalı” çaldırmamışdı. “Vağzalı” onun nəyinə lazım idi ki. “Vağzalı”nı gəlin gedəndə çalarlar. Bu, toy mərasiminin son rəqsi idi. Nə üçün Rəhim bunu xahiş etdi? Xanoğlanı Rəhimin əmrlə dolu xahişi oyatdı.

- Qardaş, dedim ki, çal. Bəlkə də bu mənim son havam oldu. Elə belə qəbul et. Guya mənim toyumu edirsən. İşdir, sağ qayıtsam, mənim toyumu edəcəksən. İndi isə çal, yola düşürəm.

 Xanoğlan neyi əlinə alıb elə bir nalə çəkdi ki, hamını qəmə qərq etdi. Rəhim özünün son mahnısını oynayıb dostlarla qucaqlaşdı. Qəlbində bir vətən sevgisi, bir də sevdiyi qızın həsrəti yola düşdü. Qarşıda Kəlbəcərin qarlı, dumanlı dağları və düşmən gülləsi dururdu. Rəhim getdi. Özü ilə dost sevinci, dost sədaqəti, ata nəsihəti, ana xeyir-duası apardı.

O bilmirdi ki, ölümlə həyat arasında on günlük bir məsafə var. Bu məsafəni tez keçdi Rəhim. Qarlı bir havada düşmən mühasirəsinə düşdü. Bir addım da geri qaçmadı. Son patrona qədər atışdi. Döyüş yerindəcə həlak oldu.

Onu Bakıdan, işlədiyi zavoddan evlərinə yola saldılar. Yenə fəhlə dostları yığışıb yas üçün bəzi şeyləri aldılar. Onun ölüm xəbəri hamıdan çox Xanoğlanı sarsıtdı. Xanoğlan balabanı əlinə alıb qəmli bir “Vağzalı” çaldı. Çaldı və bütün yataqxananı ağlatdı. Biz yas mərasimini Qubada Nüvədi kəndində keçirdik. Xanoğlan son bayatısını Rəhimin qəbri üstündə oxudu:

Əzizim, ulu dağlar,

Çeşməli, sulu dağlar.

Burda bir cavan ölüb,

Göy kişnər, bulud ağlar.

Hamı geriyə qayıtdı. Həmin gündən Xanoğlanın üzü gülmədi. Bu hadisədən sonra mən Krıma yola düşdüm.

İndi yenə də Bakıdayam. İşlədiyim yataqxanaya gəlmişəm, Qaçqınların məskun olduğu bu yataqxanada Xanoğlan da yaşayır. Həmin 48 saylı otaq, həmin çarpayı, həmin döşəmə.

İndi burada Xanoğlanın ailəsi həyat sürür. Döşəmədə balaca bir körpə oturub bizə baxır. Bu balaca Rəhimdir. Xanoğlan dostunun adını körpə uşağa qoymuşdu. Deyir ki, istəmirəm bu otaq Rəhimsiz qalsın. İndi mən darıxmıram. Hara getsəm bilirəm ki, balaca Rəhim məni gözləyir. Xanoğlan balabanı əlinə aldı. “Vağzalı” dil açdı. Balaca Rəhim quş kimi qollarını çırpmağa başladı.        

Mənim xəyalım keçmiş o günlərə qayıtdı. “Vağzalı” çalınır, əsgər Rəhim qol qaldırıb oynayır...

Həmin otaq, həmin döşəmə, həmin mahnı, həmin dost. Fərq bundadır kı, balaca Rəhim hələ ayaq tutub oynaya bilmir. Sağlıq olsun, Allahın bizə rəhmi gəlsin. Balaca Rəhimlər böyüyəcəklər. Mahnı da olacaq, Vətənimiz də bütöv olacaq. Üzümüz də güləcək. Rəhim kimi mərd insanları olan xalq xoşbəxt xalqdır.

Mən bu balaca hekayəni Sevastopol radiosunun Azərbaycan şöbəsi üçün hazırlamağı qərara aldım.

Sağlıqla, xalqıma cəsarət və qələbə arzu edirəm.

Haqq, ədalət uğrunda, doğma vətən uğrunda çoxlu Azərbaycan oğul və qızları həlak oldular. 1988-ci il Azərbaycan xalqını tarixin sınağa çəkdi.

Belə bir məsəl var: “Torpaq, əgər uğrunda ölən varsa. Vətəndir”.

Vətən o vaxt vətən olur ki, onun qorunması lazım gələndə ölməyi bacarasan.

Azərbaycan Dillər İnstitutunun müəllimi Məhəmməd müəllim Bakıda diasporlar qarşısında müxtəlif cəmiyyətlərin tədbirlərində çıxışlar edərdi. O bir dəfə çıxışında dedi ki, bir qayda olaraq biz orduya gedəndə, vətən uğrunda müharibəyə gedəndə deyirik: “Vətən uğrunda ölümə gedirəm”. Gərək biz belə deyək: “Vətən uğrunda öldürməyə gedirəm”.

Qələbəyə inamla gedərlər.

Azərbaycan müharibəyə cəlb olunmuşdur. Biz bunu istəməsək də cəlb olunmuşdur. Buna görə də haqq işimizi müdafiə etməliydik. Müdafiə edənlər çox oldu. Vətən üçün canını qurban verənlərin  adı tarixə yazıldı. Bu adların sayı çoxdur. Silah gotürən də həlak oldu. Qələmlə mübarizə aparanlar da həlak oldular...

Qələmə aldı: Həbib ƏLİYEV
Krım radiosunun “Qobustan” proqramının baş redaktoru



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ