çərşənbə günü, 11 noyabr 2026
     

Keşlə dəmiryolunun yük stansiyasını da itirdik...

Image


Bakı Qatar Vağzalı uzun illər Tiflisə tabe olub. Hətta vağzaldakı məşhur restoran da bir vaxtlar "Tiflis restoranı" adlanırdı. Azərbaycanın dəmir yolu respublikamızda Heydər Əliyev dönəmi başlayana kimi Gürcüstanın tabeliyində idi.

Müstəqil Dəmir Yoluna  Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsindən sonra nail olduq. Respublikada tikilən yeni sənaye müəssisələrinin sayı çoxaldıqca ölkə ərazisində dəmir yollarının da əhəmiyyəti xeyli artdı. İstehsalın operativliyini yüksəltmək və fasiləsiz xammal təchizatını yaxşılaşdırmaq məqsədilə zavod və fabriklərə də dəmir yolları çəkilməyə başladı. İndiki "Təfəkkür" universiteti yerləşən binada dəmiryolçuların peşə məktəbi fəaliyyətə başladı. Rostov Dəmir Yolu institutunun Bakıda filalı açıldı. Bir sözlə, bu sahənin inkişafında inqilabi sıçrayış baş verdi. Yarandığı ilk zamandan dəmiryolçulara bir sıra güzəşt və üstünlüklər verildi. Onların mənzil və məişət şəraitini yaxşılaşdırmaq üçün xeyli işlər görüldü. Bunun da nəticəsində sahəyə maraq göstərən gənclərin sayı artdı.

Sənayenin inkişafını göstərən, təsərrüfatlara əsas təkan verən dəmir yolu ölkəmizin iqtisadi imicinin artmasında da mühim rol oynadı. Dəmir yolu,təkcə yük sahəsində deyil, həm də sərnişin daşınmasında böyük əhəmiyyətə malik oldu. Elektrik qatarları Bakının qəsəbə və kəndlərini şəhərlə birləşdirən ucuz, həm də təhlükəsiz nəqliyyat növü  kimi əhalinin rəğbətini qazandı. Bütün fəsillərin ən etibarlı nəqliyyat növü kimi sevildi.Təəssüf ki müstəqillik dövrünün ilk zamanlarında bu strateji sahə diqqətdən kənarda qaldı. Nəticədə ciddi itkilərlə qarşılaşdıq...

Azərbaycan Dəmir Yolu QSC-nin Keşlə Yük Stansiyasında gördüklərimiz C.Cabbarlının "Firuzə" hekayəsindəki bir epizodu yadımıza saldı. Evlərinin yerini tapa bilməyən Məmməd vaxtilə onu müalicə edən doktorun yanına gəlir və deyir: "...Vağzaldan evimizə tərəf getdim, ancaq evimizi yerində tapmadım. Bizim həmişə toz-torpaqlı,qışda isə boğaza qədər palçıq olan əyri-üyrü küçəmizin yerində geniş və yaxında asfalt döşənmiş bir küçə gördüm".

Kaş, stansiyada şahidi olduğumuz indiki mənzərə də hekayədə deyildiyi kimi bərbad yerlərin abadlığından xəbər verəydi. Yüz ilin min-bir zəhməti hesabına addım-addım qurulan  obyekt və sahələr Keşlə Yük Stansiyası kimi şəxsi qazancların qurbanına çevrilməyəydi. Özü də iqtisadiyyatımızın müəyyən qədər çətinliyə düşdüyü, işğaldan azad edilmiş ərazilərimizin bərpası üçün böyük maliyyə vəsaitinin lazım olduğu indiki məqamda bu olduqca səhv bir  addım idi. Olanı məhv edib yenisini yaratmağa ətək-ətək pul xərcləməyin nə qədər gərəksiz olduğunu bilə-bilə belə hərəkətlərə yol vermək heç lazım deyildi. Hazırda Qaradağ rayonu ərazisində  tikilməkdə olan Abşeron Logistika  Mərkəzi isə, çətin ki, köhnəni əvəz edə bilsin.

Keşlə Yük Stansiyası 1900-cü ildə tikilib,1901-ci ildə istifadəyə verilib. Azərbaycanın yükdaşımalarının əsas arteriyası olan bu stansiya illər keçdikcə ixtisaslaşmış, bütün tələblərə  cavab verən bir sistemə çevrilmişdi. Sovetlər dağıldıqdan sonra  da stansiyanın əhəmiyyəti azalmadı. Son vaxtlara kimi buraya hər gün 120-150 yük vaqonu daxil olurdu. Həm də stansiyanın yeri çox uyğun seçilmişdi. Daxil olunan yüklər rahatlıqla aid olduqları ünvanlara daşınırdı. Mənzil-tikinti  kooperativlərinin sahibləri və onları himayə edənlər, nəhayət, mənzillərin kvadratmetrini yaxşı pula satmaq üçün Bakı Yük Stansiyasının da ərazisini gözaltı elədilər. Növbəti çoxmərtəbəli binalar tikmək üçün stansiyanın dəmir yolu relslərini söküb harasa daşıdılar, ərazidəki yardımçı tikililəri isə darmadağın etdilər.

İşbazlar bir tərəfdən dəmir yollarının relslərini çıxararkən, digər tərəfdə yeni tikiləcək  binaların təməlini qazmağa başladılar. Söküntü  vaxtilə Ziya Məmmədovun Bakı ilə qəsəbələri arasındakı elektrik qatarlarının yollarını, Bakı Şəhər İH-nin isə şəhərdəki tramvay-trolleybus xətlərini dağıtdığı kimi sürətlə aparıldı. Tikilmişləri dağıtmaq çox asandır. Çətin olanı onu yenidən bərpa etməkdir. Bəzən isə heç bərpa etmək də olmur.

Gördüklərimizi aramaq, vəziyyətlə yaxından tanış olmaq üçün yolumuzu Yük stansiyasına saldıq. Azərbaycan Dəmir Yolu QSC-nin Keşlə Stansiyasının rəisi Tələbani Tahirovu axtardıq. Öyrəndik ki, 2010-cu ildən stansiyanın rəisi vəzifəsində çalışır. Amma onu  tapmaq mümkün olmadı. Stansiyada onun xüsusi nümayəndəsinin  olduğunu eşitdik. Maraqlandığımız  suallara cavab  almaq üçün həmin şəxsin tapılması lazım gəldi. Ancaq onu  hardan tapmağın  mümkün olacağını heç kim bizə  deyə bilmədi. Nümayəndənin də rəisi kimi   stansiyada gec-gec göründüyü  məlum oldu.

Keşlə stansiyasının inzibati binasında da dərin bir sükutun şahidi olduq. Elə bil işçilər illərdən bəri diqqətdən kənar və təmirsiz qalan  idarə binasından küsüb harasa çəkilmişdilər. Qarovulçu kimi həyətin  giriş qapısında dayanan adam da nə isə deməkdən çəkinib, sorğularımızdan xoşlanmadı. Stansiyanın həyət-bacasındakı sahmansızlıq və nimdaşlıq könül bulandırırdı. Yaxınlıqdakı bazarda satılan toyuq-cücəni təmizləmək üçün həyətdəki yeməkxananın qarşısını özlərinin iş yerinə çevirən adamlar gözə dəyirdi. O tərəfdə - Yük stansiyasının yerində aparılan qazıntıların toz-torpağı qara duman kimi ətrafı bürümüşdü. Əlaqədar təşkilatların müəssisəyə  bəslədiyi ögey münasibətin soyuğu hər tərəfə  çökmüşdü..

Yük stansiyasında baş verən söküntü və digər olaylar haqqında bir sıra mətbuat orqanlarında da tənqidi yazılar gedib. "Yeni Musavat" qəzetində (16 may 2011-ci il), "Nuh.az" saytında (20 sentyabr 2018 ci il) stansiyadakı acınacaqlı vəziyyətdən bəhs olunub. Həmin  yazılarda ,əsasən,stansiyadan istifadə edən iş adamlarının şikayətləri yer alıb. Yük vaqonlarının boşaldılmasına görə adamlardan artıq pul alıblar və s. Bu yazılar da əlaqədar təşkilatların mürgüsünü dağıtmayıb. Görünür, ADY QSC-nin rəhbərini himayə  edənlər stansiyanın taleyinə ciddi yanaşmağa ehtiyac duymayıblar. Nəticə isə göz önündədir. Belə getsə, kim bilir, gələcəkdə Bakı Qatar Vağzalının da ərazisinə əl uzadanlar tapılacaq. Axı, ev tikmək üçün vağzalın da  ərazisi onlar üçün  gərəkli  ola bilər. Görünür, bina tikmək üçün yer axtaranlar şəhərin mərkəzində, hələ çox yerləri xaraba qoyacaqlar. Əməllərinə görə isə.ş hələlik, heç kimdən cəza gözləmirlər...

ADY QSC-nin ərazilərinə əsas müdaxilə Ziya Məmmədovun zamanından başlayıb. Z.Məmmədovun oğlu Anar Trampın şərəfinə bina ucaltmaq üçün dəmir yoluna aid xeyli yardımçı tikililəri söküb-dağıtdı. Sökülüb-dağıdılan obyektlərdən biri də sərnişin vaqonlarında  istifadə olunan ağ mələfələrin yuyulub ütüləndiyi bina idi. Keçmiş Çay Fabrikinin yanında  tikilən çoxmərtəbəli binaların da ərazisi ADY QSC-nə aiddir. Təəssüflər olsun ki, işbazlara   rahatca verilən bu ərazilərdə Abşeronun ucqarlarında məskunlaşdırılan müharibə əlilləri və şəhid ailələrinə mənzillər tikmək üçün yer tapılmır. Onları aparıb uzaq guşələrdə tikilən binalara  yerləşdirirlər. Ordan isə şəhərə gəlib - getmək çətinliksiz ötüşmür. Görünür, işbazların marağını qarşılamaq sinəsini vətən üçün sipər edənlərdən də vacib olub.

Sovet dövründə yaxşı ənənələr var idi. Bu və ya digər sahəyə aid muzeylər yaradılır, həmin muzeylərdə sənaye və kənd təsərrüfatı, eləcə də nəqliyyat sahəsində əldə olunan nailiyyətlərə aid nümunələr qorunub saxlanılırdı. Azərbaycan dəmiryolçularının da uğurlarını sərgiləyən bir şöhrət muzeyi yaradılmışdı. Təsərrüfatın bütün sahələri üzrə əldə edilən inkişafı gələcək nəsillərə  çatdıran belə  muzeylər dünyanın bir çox ölkələrində də mövcuddur. Azərbaycan dəmiryolçularının  şərəfinə yaradılmış həmin  muzey uzun illər fəaliyyət göstərdi. Bakının Nəriman Nərimanov rayonunda, indiki Firdovsi Məmmədov küçəsində yerləşirdi. Oranı da ləğv edib yerini Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosuna verdilər.

Göründüyü kimi, hər şeyi dağıda-dağıda gedirik. Bəziləri  Bakının mərkəzində yerləşən ali məktəblərin də şəhərətrafı qəsəbələrə köçürülməsindən danışır. Hər yeri şəxsi maraqlara  görə dağıtmaq istəyənlərin sayı getdikcə artır. Moskvada, Sank-Peterburqda, Kiyevdə,Tiflisdə və b. şəhərlərdə məgər ali məktəbləri harasa köçürüb, onların yerində satmaq üçün mənzillər tikirlər?

Nə isə. Fikrimizi bu yerdə konkretləşdirib, üzümüzü əlaqədar təşkilatlara tutmağı lazım bildik. İşğal altında qalan ərazilərimizdə  təcavüzkarlar tərəfindən sökülüb-dağıdılan, ürəyimizdə  silinməz yaralara  çevrilən  yerlərimizi yada salmaq istədik. Düşmənin uçurub-dağıtdığı, məhv etdiyi həmin yerlərin ağrısı hələ uzun illər qəlbimizi yandırıb-yaxacaq. Axı, sökülən hər bir tarixi abidə, mühüm əhəmiyyət daşıyan obyekt və sair sahə özü ilə, həm də yaddaşımızı söküb aparır. Yaddaş yerlərini  itirdikcə,  mənəviyyatımız da yoxsullaşır. Ona görə də, keçmişin bizim üçün gərəkli olan hər bir mirasını qorumağa borcluyuq! Elə etməliyik ki,vətənimizə aid olan hər şey gələcək nəsillərə də qismət olsun. Bunun üçünsə  ölkədə  söküntülərə  nəzarət edən bir  qurumun  yaradılmasına ciddi ehtiyac var. Belə bir qurum yaradılsa, güman ki xalqımıza aid olanları kimlərinsə məhv etməsinə  imkan verilməz.

Ədalət TEYMUROV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ