çərşənbə günü, 11 noyabr 2026
     

Erməni-sovet elmi tezisini hələ davam etdirənlər var - “Şumerlər Altaydan çıxıb”…

Image


Bu gün dünya tarixşünaslığında ən çox müzakirə olunan məsələlərdən biri şumerlərdir ki, onların etnik mənşəyi, ilkin yaşadıqları ərazilər haqda birmənalı fakir yoxdur. Amma əksər şumerşünaslar onların türk əsilli olduğunu deyir.

Kimin şumerlər haqqında nə yazmasından və nə deməsindən asılı olmayaraq şumerlər türk xalqının mənşəyində önəmli rol oynayıb. Azərbaycan tarixşünaslığında şumerlərin türk mənşəli olduğu qeyd edilir, amma tarix dərsliklərdə onların Mərkəzi Asiyadan, Altay dağlarından gəldiyi haqda məlumatlar verilir. 6-cı sinif “Ümumi tarix” dərsliyində qeyd edilir ki, türkdilli xalq olan şumerlər e. ə 7-6 minilliklərdə Mərkəzi Asiyadan və Altay dağlarının ətəklərindən gələrək İkiçayarasında – Mesopotamiyada məskunlaşıblar.

Əlbəttə, bu, “Altay nəzəriyyəsi”dən qaynaqlanan bir haldır. Çünki “Altay nəzəriyyəsi” Sovet dövründə yaradılmış saxta bir konsepsiya idi ki, orada turk xalqlarının Qafqaza və İkiçayarasına-Mesopotamiyaya Altaydan gəlmə olduqları təbliğ olunurdu.

Müşahidələr onu göstərir ki, bu gun o nəzəriyyəni Azərbaycanın bəzi tarixciləri də davam etdirir. Guya şumerlər ora Altaydan, Mərkəzi Asiyadan gəlib və sair.

  • “Şumerlərlə bağlı, onların etnik mənşəyi və sair haqqında bu “konsepsiyalar”da yanlış fikirlər sərgilənib”

AMEA-nın A.Bakıxanov adına tarix İnstitutunun aparıcı elmi işçisi, ADPU-nun dosenti, tarixçi alim Mübariz Ağalarlı “Bakı-Xəbər”ə bildirdi ki, bu məsələyə başlanğıcdan səhv yanaşma sərgilənib: “XIX yüzilikdə, xüsusilə də XX əsrdə dünya tarixi yazılmağa başlayanda tədqiqat xarakterli məlumatlara yox, daha çox siyasi-ideoloji əsaslara söykənilərək yazılırdı. Sözsüz ki, böyük əraziləri əhatə edən Osmanlı imperiyasının süqut etməsindən, kiçik dövlətlərə bölünməsindən sonra bu dövlətlərin tarixi yazılmalı idi. Eyni zamanda Azərbaycan Qacarlar dövlətinin də 1925-ci ildə varlığına son qoyulması və Pəhləvilərin hakimiyyətə gətirilməsi (söhbət Cənubi Azərbaycandan və onun ətrafındakı ərzilərdən gedir-M.A) yeni bir siyasi mənzərə yaratmaqla yanaşı, həm də bir tarixi ideoloji mənzərə yaratdı. Təbii ki, türk dünyasının əleyhinə olaraq yeni konsepsiyalar yaradılmağa başladı. Bilirsiz ki, istər Sovet tarixşünaslığında, istərsə də 1925-ci ildən sonra yaranan İran tarixşünaslığında müəyyən konsepsiyalar ortaya çıxdı. Təbii ki, qeyd etdiyiniz “Altay nəzəriyyəsi” də həmin bu dövrün “məhsuludur”. Bu, tarixdən çox, siyasi-ideoloji baxışların “məhsulu” kimi ortaya çıxarıldı. Təkcə Mesopotamiya ərazisinə deyil, ümumiyyətlə Ön Asiya bölgəsində türklərin “gəlmə olduğu” haqda “elmi fikirlər” ortaya qoyuldu və yanlış olaraq iddia olunurdu ki, istər Cənubi Azərbaycan ərazisinə, istər Qafqaz bölgəsinə, Anadolu bölgəsinə, Mesopotamiya ərazisinə türklər Altaylardan “gəlmədir”lər. Guya türklər Ön Asiya bölgəsində yerli əhali deyillər. Bunu əsaslandırmağa çalışdılar. Bilirsiz ki, Cənubi Azərbaycanda kəsrəviçilik “elmi konsepsiyası” ortaya atıldı. Eyni zamanda Qafqazla bağlı “Struve məktəbi”nin nümayəndələri  müəyyən “elmi konsepsiyalar” irəli sürdülər. Bu “konsepsiya”lara görə bu yanlış məsələləri əsaslandırmağa çalışdılar ki, guya XI əsrə-Səlcuqların Ön Asiyaya yürüşlərinə qədər bu bölgələrdə qeyri-türklər yaşayıb. Guya ki, qeyri-türklər bu bölgənin “yerli sakin”ləri olublar. Guya Səlcuqlar Ön Asiyaya, Anadoluya, Qafqaza, Mesopotamiyaya gələnə qədər bu ərazilərdə türk olmayan əhali “yaşayıb”. Təbii ki, bunları bu və ya digər formada elmi cəhətdən əsaslandırmağa çalışsalar da, fundamental elmi əsaslarla bunu təsdiq edə bilmədilər, ancaq ehtimallar irəli sürdülər, müəyyən ehtimal nəzəriyyələri ortaya qoydular. Bu da o qədər elmi mahiyyət, elmi xarakter daşımır”.

M.Ağalarlının sözlərinə görə, dünya tarixçiliyində konkret olaraq şumerlərinin etnik cəhətdən hansı xalqa məxsus olduğunu əsaslandıra bilmirlər: “Şumerlərlə bağlı, onların etnik mənşəyi və sair haqqında bu “konsepsiyalar”da yanlış fikirlər sərgilənib… Düzdür, qədim və erkən orta əsrlərdə Azərbaycanda mövcud olmuş Albaniya dövlətinin etnik mənsubiyyəti ilə bağlı müəyyən fikirlər, fərziyələr irəli sürülsə də, bunu Qafqazdilli etnoslara bağlasalar da, bunu da fundamental şəkildə birmənalı olaraq təsdiq edə bilmirlər. Cənubi Azərbaycan əhalisini pəhləvi dilinə bağlasalar da, bunu əsaslandıra bilmirlər. Ona görə də, konkret olaraq “Altay nəzəriyyəsi” də birmənalı şəkildə öz təsdiqini tapmayıb. Birmənalı olaraq “Altay nəzəriyyəsi” də, başqa bu qəbildən olan nəzəriyyələr də ehtimallar, fərziyələr üzərində qurulub. Ona görə də, fikrimcə, “Altay nəzəriyyəsi” öz təsdiqini elmi baxımdan yüz faiz tapmış bir konsepsiya deyil. Sadəcə, Sovet dövründə bu konsepsiya daha geniş vüsət alıb. Bu yanlış konsepsiyadan Sovet və İran tarixşünaslığında, eləcə də bəzi tarixçilərin əsərlərində türk xalqlarının əleyhinə bir siyasi-ideoloji silah kimi istifadə olunub. Təbii ki, qeyd olunduğu kimi, Sovet tarixçiləri də, eyni zamanda Sovet dövrü bəzi Azərbaycan tarixçiləri də bu “konsepsiya”nı əsaslandırmağa, onun “doğru” olduğunu təsdiq etməyə çalışıblar. Sovet dövründə bəzi Azərbaycan tarixçiləri isə bu baxışlara daha fəqrli yanaşıblar və “Altay nəzəriyyəsi”nə qarşı çıxıblar. Yusif Yusifov, Qiyasəddin Qeybullayev, Süleyman Əliyarlı kimi tarixçilər, türkoloqlardan, dilçilərdən Mirəli Seyidov və başqa alimlər bu konsepsiyanın əleyhinə çıxaraq Şərqi Anadolu bölgəsində, Qafqaz bölgəsində, CənubiAzərbaycan bölgəsində qədim dövrdən yerli, aborigen türkdilli əhalinin yaşadığı haqda öz fikirlərini ortaya qoya biliblər”.

M.Ağalarlının sözlərinə görə, sözsüz ki, Azərbaycanın dövlət müstəqilliyi bərpa olunandan sonra da bu sahədə bəzi tədqiqatlar aparılıb və bu tədqiqatlar nəticəsində bizim ərəbşünaslarımız, türkoloqlarımız “Altay nəzrəriyyəsi”nin elmi cəhətdən əsaslı olmadığını, onun siyasi-ideoloji təməllərə söykəndiyini əsaslandırıblar. M.Ağalarlının dediyinə görə, bunun davamı olaraq AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunda yeni düşüncə, yeni baxış və yeni yanaşma ilə çoxcildlik “Azərbaycan tarixi” hazırlanır. “Hazırlanan çoxcildlik “Azərbaycan tarixi”ndə də Azərbaycanın qədim və erkən orta əsrlər dövrü Azərbaycan xalqının etnogenezi, soykökü məsələləri ilə bağlı yeni araşdırmalarla, yeni fakir və təhlillərlə öz əksini tapacaqdı. Hesab edirəm ki, bu sahədə ciddi tədqiqatlar aparılmalıdır. Xüsusən də qədim və erkən orta əsrlər dövrü Azərbaycan tarixi məsələlərinə olduqca diqqət yetirilməlidir, çoxsaylı elmi əsərlər yazılmalıdır. Bütün bu tədiqatların da nəticəsi o olacaq ki, “Altay nəzəriyyəsi”nin saxta və siyasi-ideoloji bir nəzəriyyə olduğu təsdiqlənəcək”- deyən M.Ağalarlının sözlərinə görə, şumerlərlə bağlı təbliğ edilən yanlış fikirlər də “Altay nəzəriyyəsi”ndən qaynaqlanır.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ