Cümə axşamı günü, 12 noyabr 2026
     

Dərsliklərə hər il milyonlarla büdcə vəsaiti ayrılır - yeni dərsliklərin yazılması nə yerdədir...

Image


Dövlətin dərslik siyasəti mükəmməl olsa da, bu siyasətin həyata keçirilməsi sahəsində müəyyən nöqsanların olduğu gizlin deyil. Xüsusən də dərsliklərin yazılması, hazırlanması sahəsində nöqsanlar diqqətdən yayınmır.

Ali məktəb dərslikləri daha mükəmməl, daha əhatəli, beynəlxalq standartlara uyğun şəkildə yazılmalı, müasir çağırışlara cavab verməli olduğu halda, təəssüf ki, biz əksini eşidirik, müşahidə edirik. Tələbələrin də, ali məktəblərdə dərs deyən müəllimlərin də, təhsil mütəxəssislərinin bir qisminin də ən çox narazı qaldıqları məsələ ali məktəb dəsrliklərinin keyfiyyətinin, verdiyi biliyin səviyyəsinin aşağı olması ilə bağlıdır. Tələbələr deyirlər ki, dərsliklər kifayət qədər mükəmməl olmadığı üçün müəllimlər müxtəlif sahələrə, ixtisaslara aid xarici müəlliflərin kitablarını tərcümə edir və PDF formatında tələbələrə verirlər.

Çox təəssüflər olsun ki, müasir standartlara uyğun dərsliklərin azlığı ciddi problemlərə yol açır. Bir çox mütəxəssis deyir ki, hətta ali məktəblərdə ötən əsrin 70-80-ci illərindən qalan dəsrliklər var ki, onlara heç bir dəyişiklik edilmədən yenidən nəşr olunaraq şagirdlərə verilir. Hətta bəzi müəllimlərin ordan-burden kopi-paste etdiyi materiallar da kitab halında çap olunaraq tədrisdə istifadə edilir.

Ali məktəblər üçün nəyə görə yeni dərsliklər yazılmır?

Ekspertlər deyirlər ki, yeni dərsliklərin yazılması zəruridir. Bundan başqa, hər il dövlət büdcəsindən dərsliklərin yazılmasına külli miqdarda pul xərclənir, amma ortada bir şey yoxdur. Yenə də dərslik sahəsində geridə qalırıq. Təsəvvür edin ki, tələbə ali məktəbə çox yüksək balla daxil olur və gəlib ali məktəbdə biliyini təkmilləşdirən dərsliklə təmin edilmir.

  • “Texniki və təbiət fənləri ilə yanaşı, psixologiya və fəlsəfə sahəsində də köhnə nəzəri informasiya...”

Tanınmış təhsil eksperti  Kamran Əsədov “Bakı-Xəbər”ə bildirdi ki, bu sahədə problem çox dərindir. Hazırda Azərbaycanda 51 ali məktəbin olduğunu deyən K.Əsədovun sözlərinə görə, bu ali məktəblərdə 182 min tələbə təhsil alır, onların 167 mini bakalavrdır: “Etiraf edək ki, son illər təhsil sahəsində ciddi, uğurlu islahatlar həyata keçirilsə də, bir sıra ali təhsil müəssisələrinin maddi-texniki bazası, kitabxanaları müasir dövrün tələblərinə və standartlarına cavab vermir. Xüsusən müasir tipli yeni ixtisaslarla bağlı dərslik problemləri ali təhsil müəssisələrində ciddi şəkildə hiss olunur. Çox təəssüflər olsun ki, bugün ali məktəblərdə kitabxana fonduna daxil olan kitabların, dərsliklərin böyük əksəriyyəti müasir dövrün tələbləri və yeniliklərə uyğunlaşmır. Müasir dövrlə uyğunluq təşkil etməyən informasiyalar olan çox köhnə nəşrlərdən istifadə olunur. Daha çox texniki elmlərlə, neft-qaz qurğuları, geologiya, geofizika və digər bir sıra tədqiqatlar ötən əsrin 70-80-ci illərinin kitabları əsasında tədris edilir.  Bura psixologiya və fəlsəfə dərsliklərini də əlavə etmək olar. Yəni texniki və təbiət fənləri ilə yanaşı, psixologiya və fəlsəfə sahəsində də köhnə nəzəri informasiya və məlumatlardan istifadə edilir”.

K.Əsədov hesab edir ki, ali məktəblərdə köhnəlmiş, artıq öz ömrünü başa vurmuş, məzmunca, ideyaca, mahiyyətcə günün çağırışlarına cavab verməyən dərsliklərin hələ də tədrisdə olması gələcəkdə əmək bazarına çıxacaq insanların qarşısında böyük bir əngəl olacaq. K.Əsədovun fikrincə, köhnə dərsliklər zəif kadrların meydana çıxması deməkdir. “Bunun əsas səbəbi ali təhsil müəssisələrinin heyətinin yenilənməməsi, yaxud burada hər hansı bir attestasiyanın həyata keçirilməməsidir. Məhz uzun illər ərzində bir şəxs tərəfindən idarəetmə, yaxud eyni şəxslər tərəfindən tədrisin həyata keçirilməsi, hər hansı bir akkreditasiya zamanı tədris materiallarının yoxlanılmaması ali təhsil müəssisələrinin kitabxanalarında ciddi problem yaradır. Digər tərəfdən, dərsliklərin böyük əksəriyyətinin elektron versiyası yoxdur.

Bildiyiniz kimi, bir ildən çoxdur ki, ölkə ərazisində pandemiyadır və tələbələr ali təhsil müəssisələrinə gəlmirlər. Bu zaman isə elektron resurslara ehtiyac var və təəssüflər olsun ki, bir sıra dərs kitablarının elektronlaşmaması, ümumiyyətlə, ali məktəblərin çoxunun elektron kitabxanasının olmaması tələbələrin material əldə etməsinə ciddi şəkildə mənfi təsir göstərir, həmin tələbələr materiallarla bağlı problemlər yaşayırlar. Ali təhsil müəssisələri ilə müqayisədə orta ixtisas təhsili müəssisələrində, kolleclərdə və peşə təhsili müəssisələrində vəziyyət daha acınacaqlıdır. Yəni təhsilin bu pilləsində, demək olar ki, dərslik, dərslik materialı çatışmazlığı müşahidə olunur”.

K.Əsədov qeyd etdi ki, əldə olan eyni dərslik həm ali məktəb, həm də orta ixtisas məktəblərinin tələbələrinə tövsiyə edilir və bu isə yanlış yanaşmadır. Ekspertin sözlərinə görə, hər təhsil pilləsi üçün müvafiq, ona uyğun dərsliklərin yaradılması lazımdır.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ