Cəlilabadda yol polisi növbəti reyd keçirdi - FOTO

Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə rayon ərazisində növbəti reyd təşkil olunub.
Reyd zamanı kobud qayda pozuntularına yol verənlər, həmçinin təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər aşkarlanaraq onlarla profilaktik söhbətlər aparılıb. Nəqliyyatın hərəkətinin sıx olduğu ərazilərdə keçirilən reyd nəticəsində qayda pozan sürücülər barəsində inzibati protokollar tərtib edilib.