“Eurocilima" MMC-dən müştəri narazılıqları kütləviləşir... Qəbz verilmir, təmirin ömrü qısa olur...

Şikayətçi: “Eurocilima” MMC-nin ustalarının göstərdiyi bahalı xidmətin müqabilində alınan vəsaitin qəbzini belə təqdim etmirlər”

img

Son zamanlar Bakıda “kombi” tipli istilik sistemlərinin təmiri servisi kimi xidmət göstərən “Eurocilima” MMC şirkətindən narazılıqlar artır. Belə ki, şirkət vətəndaşların çağırışı əsasında əməkdaşlarını göndərərək, evlərdə istilik sistemlərini təmir etdirir, daha sonra isə vətəndaşlara qəbz təqdim etmədən yüksək məbləğdə pul tələb edir.

Onu da qeyd edək ki, şikayətçilər bildirirlər ki, qısa müddət sonra istilik sistemi sıradan çıxır. Yenidən həmin şirkətlə əlaqə saxlayan vətəndaş ya ödədiyi vəsaitin geri qaytarılmasını, ya da yenidən ödəniş etmədən təmir etmələrini tələb edir. Lakin şirkət əməkdaşları vətəndaşlara qəbz vermədikləri üçün nə ödənişi geri qaytarır, nə də yenidən pulsuz təmir edirlər. Şirkət işçiləri aldığı vəsaiti geri qaytarmamaq üçün bunun günahını vətəndaşın üzərinə yıxmağa çalışırlar. Təmir üçün isə şirkət yüksək məbləğdə ödəniş tələb edir.

Şikayətçilər onu da bildirirlər ki, “Eurocilima” MMC-nin qeyri-peşəkar ustaları tərəfindən onlara maddi zərər vurulub.

Vətəndaşlar deyirlər ki, “Eurocilima” MMC-nin ustalarının göstərdiyi bahalı xidmətin müqabilində onlardan alınan vəsaitin qəbzi belə təqdim edilmir. Bu isə o deməkdir ki, adıçəkilən şirkət qəbz təqdim etməməklə vergidən yayınır.

Vətəndaşlar onu da qeyd edirlər ki, onlara göstərilən xidmətdən narazı qaldıqları üçün şirkətə müraciət etsələr də, onlara müsbət cavab verilməyib.

Məsələ ilə bağlı “Eurocilima” MMC ilə əlaqə saxlamağa çalışdıq. Şirkətin saytında qeyd olunan *5252 “qaynar xətt”inə zəng etdik. Lakin şirkətdən heç kim “qaynar xətt”in zənglərinə cavab vermədi.

Günel CƏLİLOVA

Son xəbərlər