Cümə axşamı günü, 12 noyabr 2026
     

“Çoxsaylı qəlpə yarası ilə həyatda sağ qalmağıma hələ də inana bilmirəm…” - FOTO

Image


Vətən müharibəsində qəhrəmancasına döyüşərək yaralanmış hərbi qulluqçularımızın həyat və döyüş yolundan bəhs edən “Qazilərimiz” rubrikasının növbəti qəhrəmanı çavuş Məmmədov Zeynal Gülməddin oğludur.

Çavuş Zeynal Məmmədovu hələ Daxili Qoşunların Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissənin patrul taborunda bölük komandirinin tərbiyə işləri üzrə müavini vəzifəsində xidmət etdiyim dövrdən tanıyırdım. Bölüyün nümunəvi xidməti və intizamı ilə fərqlənən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xatirimdə qalmışdı Zeynal. İstər atıcı əsgər, istərsə də manqa komandiri kimi xidmət etdiyi dövrdə bacarığı və son dərəcə məsuliyyəti ilə hər zaman fərqlənib.

Tale elə gətirdi ki, onunla bir də nə az, nə çox, düz 9 ildən sonra Daxili Qoşunların Hərbi Qospitalında görüşdük. Lakin bu dəfə Vətən müharibəsinin qəhrəman döyüşçüsü, Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralanmış qazi hərbi qulluqçumuz kimi qarşıma çıxmışdı Zeynal...      

Çavuş Z.Məmmədov 1991-cı il martın 23-də Sumqayıt şəhərində anadan olsa da, Qazaxıstan Respublikasının Aktau şəhərində böyüyüb boya-başa çatıb. Orta təhsilini də məhz Aktaudakı orta məktəblərdən birində alıb. Hələ onuncu sinifdə oxuyarkən ali təhsilini Azərbaycanda almaq üçün doğma Vətənə qayıdan Zeynal bu arzusuna çatmadıqda, heç olmasa hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrində yerinə yetirməyə qərar verir. Beləliklə, müddətli həqiqi hərbi xidmətini 2010-2011-ci illərdə Daxili Qoşunların Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsində keçir. Uşaq yaşlarından hərbi xidmətə böyük marağı olduğundan, müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra valideynlərinə Qazaxıstana qayıtmaq istəmədiyini bildirən Zeynal qoşunların Quba rayonundakı “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində müddətdən artıq həqiqi hərbi xidmətdə qalaraq, Vətən qarşısında şərəfli borcunu yerinə yetirməkdə davam edib. 2020-ci ilin iyul ayından Daxili Qoşunların Lənkəran rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmətini davam etdirən çavuş Z.Məmmədov yaralandığı günədək xüsusi təyinatlı dəstənin həmlə qrupunda atıcı-snayper kimi vəzifə borcunu ləyaqətlə yerinə yetirib. Xidmət etdiyi dövrdə yüksək döyüş hazırlığı, hərbi intizamı və nümunəvi xidmətilə fərqlənən hərbi qulluqçu kimi 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif edilib, eləcə də hərbi hissə komandanlığı tərəfindən bir neçə dəfə mükafatlandırılıb.

İşğal altında olan müqəddəs torpaqlarımızı yağı tapdağından azad görmək və bu amal uğrunda başlayacaq döyüşlərdə iştirak etmək hər bir xüsusi təyinatlı kimi Zeynalın da ən böyük arzusu olub. Məhz buna görə də Vətənə hədsiz məhəbbət və düşmənə sonsuz nifrət hissi ilə döyüşlərə qatılan çavuş Z.Məmmədov Füzuli və Şuşa istiqamətlərində aparılan hərbi əməliyyatlarda fəal iştirak edib: “İlk döyüşümüz 2020-ci il oktyabrın 17-də Füzuli istiqamətində, “Karyer” deyilən ərazidə olub. Burada düşmənin “Beton post” deyilən möhkəmləndirilmiş mövqeləri yerləşirdi. Lakin düşməni məhv edərək möhkəmləndirilmiş postlarını tutmağa müvəffəq olduq. Acı məğlubiyyətlə barışmaq istəməyən ermənilərin olduğumuz mövqeləri minaatan və digər müxtəlif çaplı silahlardan intensiv atəşə tutmalarına baxmayaraq, irəliləməkdə davam edirdik. Buradakı bir yüksəkliyi məhz bizim qrup aldı. Bu döyüşdə dəstəmizin hərbi qulluqçularından yarımqrup komandiri kiçik gizir Məmmədov Anar Zəhəddin oğlu qəhrəmancasına şəhid oldu. Digər silahdaşımız çavuş Abbasov Elvin Mədət oğlu isə ağır yaralandı. Onu da qeyd edim ki, oktyabrın 31-dək qrupumuz, həmçinin, işğaldan azad edilən ərazilərdə axtarış əməliyyatlarında da fəal iştirak edib. Bundan sonra növbəti tapşırığımız Şuşanın azad olunması oldu. Məhz bu baxımdan gizli yollarla düşmənin nəzarətində olan ərazilərdən keçərək, dörd gün Şuşa istiqamətində hərəkət etməli olduq”.  

Daşlı-qayalı bir ərazidə müdafiə olunaraq döyüşdükləri mövqenin düşmən tankı tərəfindən atəşə tutulması nəticəsində çoxsaylı qəlpə yarası almasına rəğmən, hələ də həyatda sağ qalmasının bir möcüzə olduğunu qeyd edən qazimiz sonda qələbə çaldığımız üçün böyük qürur hissi keçirdiyini deyir: “Bizim tapşırığımız Xankəndidən Şuşa istiqamətində hərəkət edən düşmən qüvvələrinin qarşısını kəsmək idi. Hələ noyabrın 5-də digər qruplarla birgə düşmənin Şuşaya doğru hərəkət edən kolonunu – 1 ədəd PDM, şəxsi heyət və ərzaq daşıyan 5 ədəd digər texnikasını pusquya salıb darmadağın etdik. Bu zaman sağ qalıb qaçmaq istəyən erməni silahlıları da daxil, təxminən 103 nəfər canlı qüvvəsi cəsur döyüşçülərimiz tərəfindən məhv edildi. Bundan sonra bizim qrup öz tapşırığına uyğun vaxt itirmədən hərəkət edərək Xankəndi-Şuşa yolu üzərində özünə mövqe tutmalı idi. Bu məqsədlə qarşımıza gizli bir şəkildə Şuşa ətrafındakı çətin keçilə bilən meşəli, sıldırımlı qayaları aşmaq kimi əsl xüsusi təyinatlı məsləyinə uyğun bir tapşırıq qoyulmuşdu. Üzərimizdəki silah-sursat və bütün ekipirovka ilə düşmənin xəbəri olmadan, çətinliklə olsa da, yüksəklikdə özümüzə mövqe tuta bildik.     

Noyabrın 6-da təxminən saat 11:00-dan etibarən artıq Şuşa ətrafında qızğın döyüş gedirdi. Qrupumuz ermənilərin Şuşadakı silahlılara köməyə gələn qüvvəsinin qarşısını qətiyyətlə alırdı. Dəstəmizin cəsur döyüşçülərindən baş çavuş Kənan Kərimov və çavuş Zamiq Ağayev RPQ-7 qumbaraatanı ilə ermənilərin 2 ədəd tankını məhv etdilər. Düşmənin canlı qüvvəsini isə biçib tökürdük. Mən özüm snayperlə düşmənin xeyli sayda canlı qüvvəsini cəhənnəmə vasil etdim. Bir müddət sonra bizimlə açıq döyüşə girməkdən qorxan düşmən silah-sursatını da atıb qaçmağa başladı. Bundan sonra uzaq məsafədən mövqelərimizi tank və minaatanlardan atəşə tutmağa davam etdilər. Elə bu zaman düşmən tankının atdığı mərmi yaxınlığımızdakı böyük qaya daşına dəydi. Bu vaxt sağımda vuruşan dəstəmizin əslən Xaçmaz rayonundan olan cəsur döyüşçüsü, MAXE əsgər Seyfullayev Fərid Xeyrulla oğlu tank mərmisinin və qaya daşının qarışıq qəlpələrindən aldığı ağır yaradan şəhid oldu. Mən isə çoxsaylı qəlpə yarası aldım. Aramızda heç bir metr də məsafə olmazdı. Bir anlıq şoka düşmüşdüm. Lakin özümə gələndən sonra baxdım ki, əlim və ayağım qan içindədir. Təsəvvür edin, adi günlərdə ayağımdan çətinliklə çıxan uzunboğaz çəkməmin bir tayı iplə bağlı vəziyyətdə belə zərbənin təsirindən “yoxa çıxmışdı”. Yaralı vəziyyətdə meşə istiqamətində təxminən yüz metrə kimi süründüm. Sonra MAXE əsgər Qafqaz Hüseynov və digər döyüşçü yoldaşlarım məni güllə və mərmi yağışı altından çıxarıb, yaralılarımızın saxlandığı otel kimi bir evə gətirdilər. 3 gün burada qaldıqdan sonra, noyabrın 9-u axşam oradan təxliyə olunduq. Əvvəlcə bizi Hadrut qəsəbəsinə, orada tibbi yardım göstərildikdən sonra Füzuli Rayon Xəstəxanasına, oradan isə Bakıya, Daxili Qoşunların Hərbi Qospitalına gətirdilər. Nə deyim, aldığım çoxsaylı qəlpə yarası ilə həyatda sağ qalmağıma hələ də inana bilmirəm. Şükürlər olsun ki, həkimlərimizin sayəsində sağlamlığım qismən bərpa olunub. Lakin tam sağalmağım üçün ambulator müalicəmi indi də davam etdirirəm.

Əsas odur ki, işğal olunmuş müqəddəs yurd yerlərimizi yağı düşmən tapdağından azad edib, qələbə çaldıq”.

Azərbaycan Respublikası Prezidentinin 18.12.2020-ci il tarixli, 25.12.2020-ci il tarixli, 29.12.2020-ci il tarixli müvafiq sərəncamları ilə çavuş Məmmədov Zeynal Gülməddin oğlu “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Daxili Qoşunların Lənkərandakı “N” saylı hərbi hissəsində “Gürzə” şərti adını daşıyan xüsusi təyinatlı dəstənin komandiri vəzifəsini icra edən, “Zəfər” ordeni, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş kapitan Cavid Tağıyev (Vətən müharibəsi zamanı Şuşa istiqamətində gedən döyüşlərdə yaralanıb) dəstədə atıcı-snayper kimi xidmət edən çavuş Z.Məmmədovu vətənpərvər döyüşçü, eyni zamanda hərbçi peşəsinin vurğunu olan nümunəvi hərbi qulluqçu kimi xarakterizə etdi: “44 günlük Vətən müharibəsində dəstəmizin cəsur hərbi qulluqçuları da fəal iştirak etmiş, döyüş meydanında düşməni məğlub edərək, əsl qəhrəmanlıq nümunələri göstərmişlər. Bu döyüşlərdə hərbi hissəmizin xüsusi təyinatlılarından 7 nəfəri qəhrəmancasına şəhid olub, 28 nəfər silahdaşımız isə yaralanıb. Dəstəmizin cəsur qazi hərbi qulluqçularından biri də çavuş Zeynal Məmmədovdur. 

Dəstəmizdə az bir müddətdə xidmət etməsinə baxmayaraq, nümunəvi xidməti, çalışqanlığı və yüksək intizamı ilə kollektivin dərin rəğbətini qazanmağa müvəffəq olub. Olduqca vətənpərvər, vəzifə borcunu layiqincə yerinə yetirən xüsusi təyinatlı kimi fəaliyyəti hər zaman müsbət qiymətləndirilib. İgid döyüşçümüz Vətən müharibəsində qəhrəmanlıq nümunələri göstərməklə, komandirlərin ona olan etimadını bir daha doğrultmuş oldu. Zeynalın timsalında bütün qazi hərbi qulluqçularımıza tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayırıq”. 

Sonda biz də dəstə komandirinin arzularına qoşularaq, adını Vətənimizin şanlı tarixinə qızıl hərflərlə yazan igid qazimizə bundan sonrakı həyatında ancaq uğurlar diləyirik. 

Mayor Anar ƏHMƏDOV
DİN-in Daxili Qoşunlarının “Əsgər” qəzetinin redaktoru



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ