Narkotikləri təbliğ edən uşaq geyimləri - ölkəmizdə geyim təhlükəsizliyi problemi...

Eyyub Hüseynov: “Belə malları gətirən şəxslər ictimai məsuliyyət daşımalıdırlar”

img

Azərbaycanda mağazalarda açıq-aşkar marixuananı təbliğ edən geyimlər satılır. Xüsusən də 3-14 yaşlılar üçün belə geyimlər satışda daha çoxdur. Onu da qeyd edək ki, bu tip geyimlər daha çox “Instagram üzərindən geniş yayılaraq satılmaqdadır. Apardığımız araşdırma zamanı məlum oldu ki, bu tip geyimlərin alıcısı da az deyil.

Qeyd edək ki, geyimlərin üzərində "High Times" ifadələri də yazılıb. "High Times" dünyada marixuananın leqallaşdırılmasını tələb etməsi ilə məşhurlaşan bir brend hesab edilir. Onu da bildirək ki, narkotiklərin reklamı qanunla qadağandır. Geyimlərin üzərində reklam xarakterli bu kimi hallar varsa, bununla bağlı aidiyyəti qurumlar tədbir görməlidirlər. Maraqlıdır, geyim təhlükəsizliyi necə qorunmalı və necə etməli ki, bu cür geyimlərin ölkəyə sərbəst axınının qarşısı alınsın?

  • ...gələcəkdə buna meylləndirməyi hədəfləyib”

"Azad İstehlakçılar" Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, istehlakçılar bilməlidirlər ki, əksər uşaq oyuncağı, uşaqlar üçün nəzərdə tutulan əyləncələr, cizgi filmlərinin arxasında böyük məqsədlər dayanır: “Uşaq oyuncaqları böyüyəndə böyük avtomobillərə, qəhrəmanlar isə onlar üçün böyük brendə çevrilirlər. Məqsədlərdən biri də budur ki, istehlakçısı yeyib-talayan, acgöz birinə çevrilsin. Ümumdünya Ticarət Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı elə rəftar edirlər ki, guya insanları ətraf mühiti qorumağa, təhlükəsizliyə səsləyirlər. Bu istəklər, əslində, səmimi deyil.

Bu gün bütün dünya marixuana ilə mübarizə aparsa da, ondan külli miqdarda pul qazanan ölkələr də var. Geyimlərin üzərində belə təsvirlərin olması isə çox az yaşdan insanların “beyinlərini yuyaraq” gələcəkdə buna meylləndirməyi hədəfləyib. Əksər halda mağaza rəhbərləri, "bilmirdim", "bu yarpağın rəsmini tanımırdım" deməklə məsuliyyətdən yayınmağ çalışırlar. Ümumiyyətlə, belə malları gətirən şəxslər ictimai məsuliyyət daşımalıdırlar”.

Günel CƏLİLOVA

Son xəbərlər