Cümə axşamı günü, 12 noyabr 2026
     

Deputat Əsabil Qasımovun qohumlarının tikinti şirkəti Zərifə Zülfüqarovanın bir neçə milyonluq obyektini necə məhv etdi... - MÜSAHİBƏ

Image


Redaksiyamıza Bakı şəhər sakini Zərifə Zülfüqarova tərəfindən müraciət daxil olub. Z.Zülfüqarova müraciətində “Azəri Tikinti” MMC-nin qanunsuz olaraq Nəsimi rayonu, Sahib Zeynalov 19 ünvanında yerləşən ona məxsus qeyri-yaşayış sahəsini dağıtdığını bildirib.

Məsələ belədir ki, Nazirlər Kabineti 2016-cı ildə Bakının bir neçə rayonunda, o cümlədən, Nəsimi rayonunda köhnə və qəzalı yaşayış binalarının sökülərək yerində çoxmənzilli yaşayış binalarının tikilməsi barədə qərar verib. Qərarda aydın və birmənalı şəkildə deyilir ki, tikintini aparacaq podratçı şirkət əmlak sahibləri ilə tam anlaşma əldə etməli, onların əmlakına dəymiş ziyanın əvəzlənməsi barədə razılıq əldə etməli və yalnız bundan sonra qəzalı və ya köhnə yaşayış binası sökülməlidir. Ancaq, konkret halda, şikayətçinin iddiasına görə, “Azəri Tikinti” MMC onunla heç bir razılaşma əldə etmədən, əvəz ödəmədən, yalnız özünə sərf edən şərtlər qoymaqla qanunsuz şəkildə binanı dağıdıb. Şikayətçi bildirir ki, üstəlik, şirkət deputat Əsabil Qasımovun himayəsində olduğu üçün hətta məhkəmələrə də təzyiq göstərilir, onun əmlakı qeyri-yaşayış sahəsi olduğu halda, ona yaşayış sahəsinə uyğun təkliflər edilir, halbuki, bunların arasında fərq böyükdür.

Redaksiyamıza daxil olan məktubda əks olunan məsələlər ətrafında yaranan suallara daha geniş şəkildə Z.Zülfüqarovanın şəxsi nümayəndəsi Ruslan Məmmədli aydınlıq gətirdi. 

- Ruslan müəllim, Nəsimi rayonu, Sahib Zeynalov 19 ünvanında Zərifə Zülfüqarovaya məxsus, ümumi sahəsi 135, 7 kv.m. olan ikimərtəbəli şəxsi əmlak, qeyri-yaşayış sahəsi niyə və kim tərəfindən dağıdılaraq belə tam yararsız hala salınıb?

- Bu qeyri-yaşayış sahəsi “Azəri Tikinti” inşaat tərəfindən sökülüb. Çünki bizim söküntü hissəsində “Azəri Tikinti” inşaatın sütunu yerləşir. Bu barədə məhkəməyə və prokurorluğa  müraciətlərimiz olmuşdu. Məhkəmənin qərarı ilə həmin suallar qiymətləndirmə şirkətinin qarşısında qoyulmuşdu. Qiymətləndirmə şirkətinin də cavabından görünür ki, həmin qeyri-yaşayış sahəsi “Azəri Tikinti” tərəfindən sökülüb. Bunu biz yox, Nəsimi Rayon Məkhəməsinin hakimi Rəşid Səmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesinin qərardadı əsasında məhkəmə sübut edib. 

- Şəhərin görkəmini dəyişmək üçün hökumətin bütün qərarlarına hamı hörmətlə yanaşmalıdır. Ancaq bu tikinti şirkəti sizin rəsmi nümyəndəsi olduğunuz şəxsi razı salmadan onun şəxsi əmlakını hansı əsasla və nəyə arxayın olaraq dağıdıb?

- Təbii ki, onların “əsaslar”ı ondan ibarətdir ki, onların işləri irəliləsin, kimə görəsə dayanmasın. Nazirlər Kabinetinin pilot layihələrlə bağlı 86 saylı qərarı var ki, ilk növbədə, vətəndaş razı salınmalıdır və vətəndaş razı salındıqdan sonra söküntü işləri həyata keçirilməlidir və görülən işlər barədə ayda bir dəfə Nazirlər Kabinetinə hesabat verməlidirlər. Amma “Azəri Tikinti” MMC tərəfindən Zərifə xanıma heç bir xəbərdarlıq edilmədən ona məxsus qeyri-yaşayış sahəsi gizlin şəkildə sökülmüş və onun yerində də MMC-yə məxsus sütunlar qaldırılıb. 

- İş materiallarından görünür ki, Sahib Zeynalov 19 ünvanında tikinti aparmaq üçün Nəsimi Rayon İcra Hakimiyyəti 2016-cı ilin fevralında “Pilot 1” MMC ilə müqavilə imzalayıb. Ancaq az sonra bu MMC başqa bir MMC ilə birləşərək onun adını götürüb və "Azəri Tikinti" MMC adlanıb. Sizcə, bu birləşmə şübhəli deyilmi? Yəni İcra Hakimiyyəti ilə sazişi bir MMC bağlayır, vətəndaşların həmin ərazidəki köhnə əmlaklarını isə başqa bir MMC sökür. Şübhəli deyilmi?

- MMC-lərin birləşməsində onların daxili maraqları var və buna görə birləşirlər. Bizim istəyimiz odur ki, hansı MMC söküntü işləri aparıbsa, ya əvəzini versin, ya da oranı yenidən bərpa etsin. Nə “Pilot 1”, nə də “Azəri Tikinti” bizə yaxınlaşmayıblar. Bizə müraciət edən olmayıb. 

- Sizcə, bu MMC-lərin öz aralarındakı bu tam da şəffaf olmayan birləşmə əmlakı ziyan görmüş vətəndaşın işini hüquqi olaraq mürəkkəbləşdirmək niyyəti güdə bilərmi?

- Xeyr, bu, vətəndaşın işini mürəkkəbləşdirmir. Onlar bunu öz işlərini asanlaşdırmaq üçün ediblər. Bizim subyektiv hüququmuz yoxdur ki, onlara qiymət verək, iki MMC-nin birləşməsi bizə yaxşı və ya pis mənada təsir etmir. Bizim marağımız odur ki, söküntünün əvəzi vətəndaşa ödənilsin. Bunu isə MMC ödəmək istəmir. 

- “Azəri Tikinti” MMC zərərçəkmişə ayda 550 manat icarə haqqı ödəməyə razı olduğunu deyir. Sizin müdafiə etdiyiniz vətəndaş bu məbləğlə niyə razılaşmır?

- Biz icarə haqqının ödənilməsinin təmin edilməsi üçün məhkəməyə müraciət etmişik, lakin konkret məbləğ qoymamışıq ki, filan məbləğdə vəsait ödənilsin. Məhkəmə özü qərardadı ilə qiymətləndirmə təyin etdi. Həmin qiymətləndirmə şirkəti gəlib yerə baxış keçirdi və müəyyən etdi ki, həmin o 135, 7 kv. m. olan obyektin 1 kv.m-nə görə ayda 15 manat təşkil edir. Bu da, ümumilikdə, 2035 manat edir. Məhkəmənin qərardadı əsasında qiymətləndirmə şirkəti tədqiqat aparıb bu barədə rəy verdi. Biz də həmin rəyin əsasında qəbul etdik ki, həmin hissədə məhkəmə tərəfindən qətnamə qəbul edilsin. “Azəri Tikinti” şirkəti isə məhkəmədən kənar öz sorğuları ilə naməlum bir qiymətləndirmə şirkətinə müraciət edib, həmin şirkətdən rəy alıblar ki, oranın aylıq icarə haqqı 550 manatdır və bunu da məhkəməyə təqdim etdilər. Nəsimi Rayon Məhkəməsinin hakimi Rəşid Səmədov isə özünün təyin etdiyi qiymətləndirmə şirkətinin rəyi əsasında deyil, “Azəri Tikinti” şirkəti tərəfindən müəyyən olunmuş 550 manat əsasında qərar qəbul etdi. 

Dediyim odur ki, biri var qiymətləndirmə məhkəmə tərəfindən təyin olunsun, biri də var vətəndaş, hüquqşünas, şirkət, şirkətin vəkili özü sorğu versin. Şirkətin özünün sorğu şirkətini seçməsi bizdə şübhə yaradır, amma hakimin seçdiyi qiymətləndirmə şirkətilə bağlı bizim şübhəmiz yoxdur. 

- Həmin ərazilərdə ayı 550 manata 135, 7 kv. m. sahəsi olan obyekt kirayələmək mümkündürmü?

- Birmənalı olaraq xeyr! Çünki rəsmi nümayəndəsi olduğum Zərifə Zülfüqarova həmin obyektdən müəyyən qədər özü istifadə edirdi, ora dağıdılandan sonra oradan istifadə etmək mümkün olmadı. Həmin ölçüdə, həmin şəraitdə yer axtardı, amma o ətrafda aylıq icarə haqqı 3 min 500 manatdan aşağı yer tapa bilməyib. 

- Rəsmi qiymətləndirici şirkətlər 32 ayda vətəndaşın tikinti şirkəti tərəfindən 65 min manatdan çox icarə gəlirindən məhrum edildiyini təsdiqləyiblər. Ancaq “Azəri Tikinti” ona bu məbləği ödəmək istəmir. Niyə ödəməkdən boyun qaçırır?

- Bunlar dolayısı ilə öz “rəy”lərinə əsaslanırlar ki, aylıq 550 manatdır, ona görə də 2035 manatı vermək istəmirlər, daha az vəsait ödəmək istəyirlər. Onlar burada öz maraqlarını, mənafelərini güdürlər. MMC rəy gətirdi və bu rəy də ciddi şübhə yaradır, çünki o hesablamanı məhkəmə təyin etməyib, şirkət özü axtarıb tapıb. Məhkəmənin təyin etdiyi hesablama şirkəti isə ödənilməli olan məbləği 2035 manat müəyyən edib. Onların tapdıqları hesablama şirkəti 550 manatı müəyyən edib və məhkəmə də bunun əsasında qərar verib. 

- Materiallardan görünür ki məhkəmələr, demək olar ki, “Azəri Tikinti”nin tərəfini saxlayıb. 

Məsələn, Nəsimi Rayon Məhkəməsinin bir qərarında yazılır ki, Zərifə Zülfüqarova Sahib Zeynalov 19 ünvanındakı əmlakından istifadə etməyib. Məhkəmə bu cür mülahizəni necə yürüdə bilər? Məhkəmə necə bilə bilər ki, vətəndaş öz əmlakından istifadə edib, ya etməyib?

- Məhkəmə xüsusi biliyə malik olan ekspert deyil, bu barədə heç bir araşdırma aparmayıb. Əgər araşdırma aparılsaydı, çox hörmətli hakimimiz bilərdi ki, sözügedən obyekti sahibəsi 2018-ci ilin iyun ayında alqı-satqı yolu ilə 490.000(dörd yüz doxsan min) manat qarşılığında əldə edib. Obyekt icarə müqaviləsi əsasında aylıq icarə haqqı 3200 (üç min iki yüz) manat məbləğində icarəyə veriləcəyi ərəfədə obyektin sahibəsinin ölkə hüdudlarından kənarda olduğundan xəbər tutmuş və gecə vaxtı qanunsuz olaraq sökmüşlər. Lakin hakim isə qarşı tərəfin (“Azəri Tikinti”nin) nümayəndəsinin sözü ilə belə bir qərara gəlib. 

- “Azəri Tikinti” MMC tərəfindən və ya onun himayədarları tərəfindən məhkəmələrə təzyiq hiss etmisinizmi?

- Bəli, hiss etmişik. Açıq hiss olunur ki, məhkəmədə qarşı tərəfə tərəfkeşlik edilir, onların tərəfi tutulur. Rəsmi nümayəndəsi olduğum Zərifə xanımın işi zamanı açıq hiss etdik ki, qarşı tərəfə ciddi köməklik göstərilir. 

- Ruslan müəllim, bildiyimizə görə əmlakının məhv edilməsi ilə bağlı Zərifə xanım cənab Prezidentə və Birinci vitse-prezidentə də müraciətlər ünvanlayıb. Bu barədə nə deyə bilərsiniz? 

- Bəli, Zərifə xanım ölkə başçısı İlham Əliyevə, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevaya, o cümlədən də aidiyyəti qurumların rəhbərlərinə müraciət ünvanlayıb, artıq müraciətlər göndərilib. 

- Ümumiyyətlə, bununla bağlı ilkin olaraq hüquq-mühafizə orqanlarına müraciət etmişdinizmi?

- Bəli, Nəsimi Rayon Prokurorluğuna müraciət edilib. Təxminən bir il əvvəl Nəsimi Rayon Prokurorluğuna müraciət etdikdən sonra prokurorluğun müstəntiqi gəlib yerə baxış keçirdi, əks tərəfi də çağırdı, Zərifə xanımın vəkili də, rəsmi nümayəndəsi olaraq mən də orada iştirak etmişəm. Hamımızın iştirakı ilə əmlaka baxış keçirilib. Müəyyən olundu ki, həmin qeyri-yaşayış sahəsinin 4-də 1-i sökülüb, söküntü yerində də “Azəri Tikinti”nin yeni tikdiyi binanın sütunu yerləşir. Sonra prokurorluq cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul etdi və ona istinad etdi ki, həmin obyektin “Azəri Tikinti” tərəfindən sökülməsi “sübuta yetmədi”. Halbuki, söküntü yerində “Azəri Tikinti” inşaatın sütunu yerləşir. Sonradan hazırkı məhkəmə icraatında əks tərəfin gəlib bizə qarşılıq verməsi onu sübut edir ki, bunlar söküb. Əgər bunlar sökməmişdisə, niyə oradan Zərifə xanıma zirzəmi təklif edib 550 manat pul vermək istəyirlər? Sual yaranır, əgər sən sökməmisənsə onda nə üçün bu öhdəliyi yerinə yetirməyi öz üzərinə götürürsən? Demək, sən sökmüsən və bunu qeyri-yaşayış sahəsinin sahibinin xəbəri olmadan gizlin şəkildə sökmüsən, vətəndaşa xüsusilə külli miqdarda ziyan vurmusan, burada cinayət tərkibi var. Bununla bağlı prokurorluq araşdırma aparmaq əvəzinə, cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul etdi, amma qarşı tərəfin vəkili isə sonuncu məhkəmə prosesində obyektin “Azəri Tikinti” şirkəti tərəfindən söküldüyünü qəbul etdi.

- “Azəri Tikinti” MMC-nin direktoru İlqar Həsənovun deputat Əsabil Qasımovla qohum olduğu deyilir. Prosesdə  bu qohumluq amili rol oynayırmı?

- İlqar Həsənov Əsabil Qasımovun qardaşının kürəkənidir. Əsabil Qasımovun burada əlbəttə ki, çox ciddi və bilavasitə rolu var. Bu tikinti şirkəti Əsabil Qasımovun özünə məxsusdur, sadəcə, qohumu olduğu üçün onun idarə olunması İlqar Həsənova həvalə edilib. Mən Zərifə xanımın rəsmi nümayəndəsi kimi bütün proseslərdə, görüşlərdə şəxsən iştirak etmişəm. Onlarla bir neçə dəfə görüşümüz olub, heç bir razılığa gəlinməyib. İnzibati İqtisad Məhkəməsinin qərarı ilə tərəflər razılaşlmalı idi, onda bir dəfə də onlarla görüşdük, o görüşdə də razılıq əldə edə bilmədik. Razılaşmamağımızın da səbəbi o idi ki, məhkəmənin qərarı ilə onların təklifi eyni idi. Biz də onu qəbul etmədik. Bizim özümüzə hərtərəfli təzyiqlər olub, hətta hədə-qorxu da gəlinib ki, bu qərarla razılaşın və iddianızdan əl çəkin. 

- Məhkəmə işlərində sizin rəsmi təmsilçisi olduğunuz şəxsin obyekti hətta zirzəmi kimi də qeyd edilir. Sahib Zeynalov 19-da zirzəmi varmı?

- Xeyr. Sadəcə olaraq, mart ayının 16-da keçirilən sonuncu prosesdə əks tərəfin, MMC-nin nümayəndəsi də iştirak edirdi. O, bir dənə də iddia predmetinin dəyişdirilməsi üçün ərizə vermişdi. Həmin ərizədə “zirzəmi” sözü vardı. Biz də, təbii ki, ona etiraz etdik və qəbul etmədik. Çünki daşınmaz əmlakın növü, mülkiyyət növü, kateqoriyasının təyin edilməsi səlahiyyəti Əmlak Məsələləri Dövlət Komitəsinə aiddir. Amma hörmətli millət vəkili Əsabil Qasımovun mudaxiləsindən sonra qətnamədə (çox gülünc səslənsə də) “zirzəmi” kimi öz əksini tapdı. 

- Orada qeyri-yaşayış yerində əvvəllər zirzəmi olubmu?

- Ümumiyyətlə, o qeyri-yaşayış sahəsinin zirzəmisi olmayıb. Bu, sənədlərdə də öz əksini tapıb. Amma indi qərarda var.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ