Cümə axşamı günü, 12 noyabr 2026
     

Xarı bülbül ömürlü şəhid…

Image


Yastığı vətən daşı, yorğanı qar olan vətən oğulları qoruyur bu vətəni. Onların Günəşi göy üzündə bərq vuran şanlı bayraqdı. Dalğalanan bayraq vətən keşiyini çəkənlərin ruhunu isidir. Həsrətlərin əlacı da o bayraqdı. Gözlər intizarla yollara dikiləndə o bayraq ürəyə təpər olur. Axı o bayraq  mavisini göy üzünə ucalan ruhlardan, qırmızısını şəhid qanlarından, yaşılını cücərən ümidlərdən alıb.

O bayraq əmanətdir, sədaqətdir. Qəhrəmanlar əmanətə sadiq qalırlar. Əsəd kimi neçə oğullar o əmanət yolunda canından keçib, o əmanəti bizlərə əmanət etdilər. Əsəd şəhid olmamışdan qabaq ürəyinin üstə saxladığı üçrəngli Azərbaycan bayrağını döyüş yoldaşına verib və bu sözləri deyib:

- Bu bayraq səndə qalsın. Mənə bir şey olsa, sən sağ qalsan bu bayrağı mənim əvəzimdən Şuşadan asarsan. Bu mənim illərdi ki, ürəyimdə böyütdüyüm arzumdu. Ya nəsib, ya qismət... 

Ürəyi vətən sevgisinə beşik, cismi vətənə keşik olan bu vətən sevdalısının ömür yoluna nəzər salanda qısa ömürə sığdırılan böyük qəhrəmanlığa şahid oldum. 

Həsənov Əsəd Fərhad oğlu 16 aprel 1988-ci ildə İmişli rayonun Şahverdili kəndində anadan olmuşdu. Ailənin iki övladından biri və yeganə oğul övladı idi. Doğulduğu zaman şəhid nuru yansımışdı çöhrəsinə. Axı şəhidlər seçilmişlərdəndi. 1995-ci ildə Şahverdili kənd tam orta məktəbində 1-ci sinfə qədəm qoymuşdu. 2003-cü ildə VIII sinifi əla qiymətlərlə  bitirdikdən sonra C.Naxçıvanski adına hərbi liseyə qəbul olmuşdu. O gün Əsədin sevinci arzuları kimi qanad açmışdı. Körpəlikdən "Ana, mən böyüyüb hərbi forma geyinəcəm" deyən Əsəd arzusuna çatmışdı. Yuxusuz gecələrin bəhrəsi idi bu gerçək olan arzu. Həmin vaxt öz arzusuna çatmağın sevincini yaşayan Əsəd illər sonra Azərbaycan xalqını azadlıq arzusuna çatdıracaq hərbçilərdən olacağına and içmişdi. 2006-cı ildə hərbi liseyi idman, təlim və intizamda yüksək göstəricilər və dərslərində əla qiymətlərlə bitirmişdi. 2006-cı ildə H.Əliyev adına Hərbi Akademiyaya qəbul olmuşdu. 2010-cu ildə Akademiyanı bitirmiş, bir il Bakı şəhərində N saylı hərbi hissədə təcrübə keçərək zabit sertifikatı və leytenant rütbəsi almışdı. 2011-ci ildə təyinatla Naxçıvan MR-də N saylı hərbi hissədə, sonra isə Şahbuz rayonunda N saylı hərbi hissədə xidmət etmişdi. 2014-cü ildə orada baş leytenant hərbi rütbəsinə yüksəlmişdi. Elə həmin ildə də təyinatla Bakı şəhəri N saylı hərbi hissəyə göndərilmiş və batareya komandiri vəzifəsinə təyin edilmişdi. 2016-cı ildə Goranda yerləşən N saylı hərbi hissəyə batareya komandiri vəzifəsinə göndərilmişdi. 2017-ci ilin avqust ayında kapitan hərbi rütbəsinə yüksəlmişdi. 2019-cu ildə Bakıda 2 ay hərbi kurs keçdikdən sonra 15 Mart 2019- cu il tarixində yenidən Goranda yerləşən N saylı hərbi hissədə MTO vəzifəsini icra etmişdi. Yüksək hərbi təhsili ,hərbi vəziyyətlərdəki bacarığı ,döyüş taktikası  və hərbi təlimlərdə göstərdiyi fiziki hazırlığı nəzərə alınaraq 2020-ci ilin iyun ayında tabe olduğu komandanlıq tərəfindən Ağdam rayonundakı N saylı hərbi hissəyə Qərargah rəisi vəzifəsinə təyin olunmuşdu. Ağdam, sinəsi dağlı Ağdam. Bir qisminə addım ata bilsək də, çox hissəsi işğalda ağlar qalan, viran olan Ağdam. Əsəd hər dəfə uzaqdan vətənə əllərini uzadan yetim Ağdamı görəndə qisas yanğısı bir qədər də dərinləşirdi. Onun yurd həsrətli ürəyi həm də dost intiqamını almaq üçün döyünürdü. Axı onun 2016-cı ildən Savalanov Nəcməddin Akif oğluna verdiyi bir qisas sözü vardı. 

Əsəd ümumiyyətlə atdığı hər addımın məsuliyyətini dərk edirdi. Ailə quranda da elə bir xanım seçdi ki, onunla bu yolu bərabər addımlamağa layiq olsun. 2016-cı il avqustun 28-də Reyhanə xanımla ailə qurmuşdu. Atalıq sevincini də duymuşdu. İstəyirdi ki, Hüseyn və Mələk vətəni onun kimi sevsin. Ailəsindən, sevdiklərindən çox vətənin qayğısını çəkirdi. Bəzən sevdiklərinin Əsədə olan həsrəti dilə gələrdi. Bir dəfə sevdiyinin "Kaş ki, bu gün getməyərdin" sözlərinə Əsədin cavabı belə olmuşdu:

- Sizə kim deyib ki, mən sizə məxsusam? Mən bu vətənin oğluyam. Mən bu torpağa, bu dövlətə məxsusam. Biz hamımız bu torpağa, bu vətənə borcluyuq! Mən getməliyəm. Hərbçi yoldaşlarımla bu vətənin torpağına, daşına sadiq olacağımıza and içmişik, onlar məni gözləyir. 

Budur vətəndən yaranıb vətənə dönmək. Əsəd illərlə qəlbində böyüyən qisasını digər Azərbaycan oğulları kimi ram edə bilmədi. 2020-ci il 27 sentyabrda o qisas qığılcımlarından intiqam alovu çatıldı. Vətən sevgisinin hopduğu qanlar axdı torpağa. Əsəd əsgər və zabit heyəti ilə birlikdə düşmən ordusunu darmadağın etməyə nail oldu. Əsəd və komandası düşmənin 3 top batareyasını, 5 zenit qurğusunu, digər hərbi texnikalarını və 100-ə yaxın erməni əsgərini məhv etdi. Döyüş yoldaşlarının dediklərini olduğu kimi yazıram. Çünki həmin o anı onlardan yaxşı izah edə bilmərəm. 

- Komandirimiz Əsəd Həsənov topu snayper kimi atırdı. Dəqiq olan hədəfindən düşmənin yayınması mümkünsüz idi. Rabitə əlaqəsi yaradan zabit deyir ki, "Əsədin hər top atışını müşahidə edən diviziya komandiri sevinclə Əsədə hədəfi düzgün vurduğuna görə təşəkkür edirdi". Əsəd koordinatları çatdırmaq üçün  əlindəki rabitə ilə əlaqə saxlasa da səsi eşidilməyib. Düşmənin bizim atəş nöqtələrini vurmamasına və əsgərlərimizi qorumaq, onların təlafatına yol verməməsinə görə məcbur qalaraq təhlükəsizliyi təmin olunan yerin altında düzəltdiyi qərargahından çıxdı. Düşmənin atdığı mərmilərin üzərinə məğrur yüyürərək, hədəfin vurulması üçün döyüş meydanındakı topun yanına qaçaraq koordinatları verdi. Bu zaman atılan düşmən mərmisi top heyətinin və onların yanında olan qərargah rəisi Əsədin yanında partladı. Əsədin vurulması əsgər və zabitləri sarsıtdı. Düşmənlər gələn birinci təcili yardım maşınını da vurdular. Əsədi yaralı götürməyə qoymadılar. Çünki Əsəd onlardan Xocalıda ölənlərin və öz qisasını almışdı...

Əsəd şəhid olduğu gün - oktyabrın 1-də bütün ailə üzvüləri ilə vidalaşıb. Həmin gün səhər tezdən saat 05:00-da Mələk anaya zəng edib. Bir-bir hamını soruşub, halallaşıb. Sonra atası ilə danışıb və heç vaxt demədiyi sözü - "salamat qalın" sözünü deyib. Bacısı Günaya və yoldaşı Reyhanəyə mesaj yazıb. "Öpürəm hər birinizi, bağrıma basıram. Özünüzdən muğayat olun. Balalarıma yaxşı baxın, sizə əmanətlərimdi. Oğlum Hüseyn və qızım Mələk həmişə mənimlə fəxr etsinlər. Çünki onların ataları qəhrəman olacaq".

Əsədlə nəinki onun övladları, bütün Azərbaycan xalqı və İmişli camaatı qürur duyur. İmişli rayonunun Göbəktala kənd qəbirsanlığında qisasını aldığı dostu Nəcməddinlə birgə uyuyan Əsədin məzarı insanların müqəddəs ziyarətgahına çevrilib.

Kapitan Həsənov Əsəd Fərhad oğlu Prezident İlham Əliyevin sərəncamı ilə şəhadətindən öncə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə təltif olunmuşdu. Vətən oğlu şəhadətindən sonra da "Vətən uğrunda" medalı ilə təltif edilib. 

İndi qərargah rəisi, kapitan Həsənov Əsəd Fərhad oğlunun şəhid olduğu yerdə Azərbaycan və Türkiyə bayraqlarının kölgəsində plakatı asılıb. Əsədin doğmalarının arzusu Əsədin ən çox sevdiyi Xarı bülbülü Şuşadan gətirib şəhid olduğu yerin torpağında əkməkdir. O torpaqda açan çiçək vətən sinəsindən şəhid kimi dərilən Əsəd kimi qoxacaq. 

ŞƏHİD ƏSƏD

Bu bahar Xarı bülbül çəməndə açan zaman,

Çiçək ömürlü şəhid, gül qoxun duyulacaq.

Ömrünü azadlığın körpüsü edən igid, 

Adını eşidənlər sənlə qürur duyacaq. 

 

Sinən sipər olan yurd azadlığa qovuşub, 

Sən azadlıq sözünü həkk etmisən qanınla. 

İmişli torpağının yetirdiyi qəhrəman, 

Adın qoşa çəkilir azad Azərbaycanla. 

 

Qəlbinin vətən eşqi hopub qalıb torpaqda,

O torpaq cücərdəcək neçə-neçə fidanlar.

Əsəd, sən tək cənnəti nuruna qərq edəcək, 

Vətən yolun üzüağ keçən çox qəhrəmanlar.

Manya SƏXAVƏTQIZI 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ