Dərman pişikotu – valerian ürək-damar və sinir, əsəb sistemi xəstəliyi olanların əli altında vacib vasitədir. Ürək-damar sistemində rahatsızlığı olanlar, ilk növbədə, sakitləşdirici sayılan valerian preparatını qəbul edirlər.
Qeyd edək ki, valerian preparatı psixoleptik qrupuna aiddir və mərkəzi sinir sistemi üzərində orta sedativ təsir göstərir. Bu dərman yalnız təbii maddələrdən ibarətdir. Dərmanın əsas fəal tərkib hissəsi valerian dərman iltihabı və köküdür. Hər bir tabletdə 200 mq aktiv tərkib var. Valerian tabletləri bitki mənşəli dərman, 30 dəqiqə sonra orta sinir sistemində orta səviyyəli bir sedativ təsir içərisində həb qəbul edildikdən sonra müşahidə edilir. Uyuşturuculu müntəzəm istifadə ilə müalicəvi valerianın kök və kökləri yuxusuz xəstələrdə yuxuların normallaşmasına kömək edir. Dərmanın təsirilə ürək əzələsinin işi yaxşılaşır, qan təzyiqi indeksləri azalır, aydın olmayan qorxu və narahatlıq hissi ortadan qalxır.
Ancaq son günlər apteklərdə qeyd olunan dərman preparatı tapılmır. “Zəfəran”, “Həyat, AVIS, “Elit” apteklər şəbəkəsi ilə əlaqə saxladıq. Qeyd etdiyimiz apteklərdə də valerian dərmanlarının satışda olmadığı bildirildi: “Bir ay olar ki, valerian dərmanı satışda yoxdur. Dərmanın nə üçün satışdan yığışdırılması səbəbini bilmirik. Amma valerian dərmanını hər gün onlarla xəstə soruşur. Dərman DEPO-da da yoxdur”.
“Tələbatın yüksək olması və ya başqa səbəblərə görə dərmanın yığışdırılması...”
Professor, həkim-ekspert Adil Qeybulla bildirdi ki, istənilən bir dərman dövriyyədən çıxarılanda əhaliyə məlumat verilməlidir: “Dərman Maddələrinin Dövlət Reyestri normal aparılmadığından, bilinmir ki, hansı dərmanın icazəsi var, hansının yoxdur. Belə bir vəziyyətlə üz-üzəyik. Görürsünüz ki, daim öyrəşdiyimiz dərman yoxa çıxır, yenisi peyda olur. Əslində, bunlar dərman bazarında olan anormal durumdur. Hansısa bir dərman dövriyyədən çıxarılırsa, bununla bağlı xalqa izahat verilməlidir. Dərman nəyə görə dövriyyədən çıxarılıb? Hansısa dərman dövriyyəyə girirsə, yenə də əhali məlumatlandırılmalıdır. Bunlar ciddi məsələdir və əhalinin narazılığına səbəb olur”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, valerian ən çox istifadə olunan preparatdır. Demək olar ki, hər kəsin evində qeyd olunan preparatdan var: “Valeriana tələbat hər zaman yüksək olub. Qiyməti də münasib idi. Onu da deyim ki, adıçəkilən preparat ölkəmizdə istehsal olunurdu. Valerianın nə səbəbdən apteklərdən yığışdırılması sual doğurur. Tələbatın yüksək olması və ya başqa səbəblərə görə dərmanın yığışdırılması ictimaiyyətə açıqlanmalıdır”.
Günel CƏLİLOVA