Cümə axşamı günü, 12 noyabr 2026
     

Pandemiyaya zidd toy-ziyafət iştirakçıları da təşkilatçılar qədər məsuliyyət daşıdıqlarını anlasalar…

Image


Ölkəmizdə yoluxma sayının pik həddə çatması və ölüm sayının çoxalması ölkə vətəndaşlarını, cəmiyyətimizi ehtiyatla davranmağa vadar etsə də, təəssüflər olsun ki, bəzi vətəndaşlar öz hərəkətləri ilə virusa meydan oxumaq istəyirlər.

Yoluxma pik həddinə çatdıqca, demək olar ki, son günlər bir neçə yerdə gizlin keçirilən toy, nişan, ad günü, xınayaxdı, yas mərasimi aşkarlanır və bu mərasimlərin təşkilatçıları ilə bərabər vətəndaşlar da cərimələnirlər. Son 10 gündə saysız belə fakt aşkarlanıb və fakta hüquqi qiymət verilib. Amma bu da vətəndaşlarımıza dərs olmur, yenə də hər kəs öz işindədir.

Məsələ burasındadır ki, toy sahibləri məsuliyyətsizlik edir və bəlkə pul yığmaq məqsədilə toy keçirirlər. Digər vətəndaşlar niyə o toylara qatılıb özlərini bu qanunsuzluğa şərik edirlər, nə üçün dəvət edildikləri toydan imtina etmirlər?

Sosioloqlar deyirlər ki, vətəndaşlar toylara, yaslara getməkdən imtina etməlidirlər. Ümumiyyətlə, bir neçə imtina halı olarsa, vətəndaşlar qanunları pozub toy etməkdən çəkinərlər. Bu gün pandemiyanın tüğyan etdiyi bir vaxtda vətəndaşlar toy və yas mərasimlərindən kütləvi imtina etmək nümunələri göstərməlidirlər. Bunun ən uyğun üsul olduğunu deyən ekspertlərin fikrincə, kütləvi imtinalar insanları islah edər və onları pandemiyanın yayılmasında iştirakçıya çevirməkdən yayındırar.

  • Qiymət Məhərrəmli: “Məclislərdə qonaq qismində iştirak edən vətəndaşlar…”

Filologiya üzrə fəlsəfə doktoru, alim Qiymət Məhərrəmli hesab edir ki, pandemiyanın hazırkı vəziyyətində vətəndaşlar kütləvi yığıncaqlardan, toylarda, yaslarda iştirakdan kütləvi olaraq imtina etməlidirlər. Q.Məhərrəmli qeyd etdi ki, toy, nişan, yas iştiarkçıları da onları təşkil edənlər qədər məsuliyyət daşıyır və buna görə cərimə də ödəyirlər. Bu səbəbdən onlar belə mərasimlərdə iştirak etməməlidirlər: “Pandemiyanın üçüncü dalğası ilə üz-üzəyik, hazırda yoluxma səviyyəsi yenidən artıb, ölüm halları çoxalıb. Birincisi, vətəndaşlar toy, nişan və digər mərasimlər təşkil etməkdən çəkinməli, ikincisi isə digər vətəndaşlar o mərasimlərdə iştirak etməkdən imtina etməlidirlər. Görürsünüz ki, son günlər nə qədər gizlin toy, nişan, yas mərasimi aşkarlanıb və dayandırılıb, təşkilatçılarla yanaşı, qonaqlar da cərimələniblər. Odur ki, məclislərdə qonaq qismində iştirak edən vətəndaşlar da, nəhayət, təşkilatçılar qədər məsuliyyət daşıdıqlarını bilməlidirlər” - deyə ekspert qeyd etdi. 

  • Şakir Ağayev: “...bu məclislərdən könüllü imtina etməlidirlər”

“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayevin sözlərinə görə, təkcə dünyada deyil, Azərbaycanda da pandemiyanın çox sürətlə artdığı, tüğyan etdiyi, xəstələnənlərin, ölüm hallarının çox olduğu bir vaxtda cəmiyyətdə, insanlarda bir laqeydlik var. Müsahimiz hesab edir ki, bəzi vətəndaşlar xəstəliyə qarşı birgə mübarizə aparmaq əvəzinə, xəstəliyin yayılmasına şərait yaradırlar. “Bilirsiniz, insanları başa düşürəm, onların toy və yas mərasimləri keçirmək istəklərinə anlayışla yanaşıram, insanlar evlənməli, ailə qurmalı, amma dünyanın bir nömrəli bəlasına çevrilən pandemiya şəraitində insanlar bu mərasimləri keçirməməlidirlər. İnsanlar anlamalıdırlar ki, birgünlük toy etməklə nə qədər insanın sağlamlığını təhlükə altına sala bilərlər. Vətəndaşlar bu məsuliyyəti anlamalıdırlar. Biz anlamalıyıq ki, bu yalnız Azərbaycana məxsus bir xəstəlik deyil, bu təkcə Azərbaycanda peyda olmayıb, bütün dünyanın bəlasına çevrilmiş bir xəstəlikdir. Ona görə toy məclisləri, yas mərasimləri keçirilməməlidir. Yas mərasimində vəziyyətə uyğun hərəkət edilməli, mərhum dəfn edilməli, onun üçün Quran oxunmalıdır, insanları incitməmək, onlara zərbə vurmamaq üçün bildirilməlidir ki, yas mərasimi keçirilməyəcək və insanlar gəlməsin. Toy mərasimləri bir ailənin içində qeyd edilməlidir. Bir stol ətrafında ailə üzvləri bunu edə bilərlər. Çünki bir ildən artıqdır toylara icazə verilmir, uzun müddətdir nişanlı qalanlar var, onlar evlənməlidirlər. Yəni pandemiya ilə paralel, insanlar öz həyatlarını davam etdirir, ailə qururlar. Gələcəkdə ölkəmizin demoqrafik vəziyyətinə zərbə vurulmadan evlənmələr olmalıdır, amma təntənəli şəkildə yox. Pandemiya şəraitində 50 nəfərin bir toya yığışmasına, nəmər verməsinə ehtiyac yoxdur. Toy edirlər, qonaqların toya verdiyi puldan çox cərimə ödənilir, həm ora çağırılan insanlar, həm də toy sahibi, kafe, restoran üçün problemlər yaranır”.

Ş.Ağayevin sözlərinə görə, burada günah bir az da kafe və restoran sahiblərindədir. “İnsanlarda belə bir psixologiya var, kafe-restoranlar işləyirsə, orada yüzlərlə insan maskasız oturub yeyib-içirsə, deyirlər ki, belədirsə, niyə toy olmasın və sair. Bu psixoloji amil də təsir göstərir. Amma bütün bunlara baxmayaraq, üçüncü dalğanın bütün dünyada, o cümlədən də Azərbaycanda tüğyan etdiyi vaxtda insanları məsuluyyətli olmağa və belə məclislərdə iştirakdan imtina etməyə çağırıram. İnsanlar öz məsuliyyətlərini dərk edib bu məclislərdən könüllü imtina etməlidirlər. Çünki buna ehtiyac var və  xəstəliyin qarşısını almaq üçün hamımız birgə çalışmalıyıq” - deyə Ş.Ağayev bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ