Cümə axşamı günü, 12 noyabr 2026
     

Ürəyi Vətən sevgisi ilə döyünən, döyüş sınağından mərdliklə keçən leytenant - Qəzənfər Məmmədov… - FOTO

Image


2020-ci ilin 27 sentyabr - 9 noyabr tarixlərini əhatə edən və torpaqlarımızın işğalına son qoyulması ilə başa çatan Vətən müharibəsində Azərbaycanın yeni nəsil zabitləri də şərəfli döyüş yolu keçərək, öz şücaətləri, peşəkarlıqları ilə unudulmayacaq bir tarix yazdılar. Həmin zabitlərin sıralarında Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yetirmələrinin olması da qürurverici faktdır.

Leytenant Məmmədov Qəzənfər Habil oğlu Vətən müharibəsində Daxili Qoşunların şəhid olan zabitlərindən ən kiçik rütbəlisidir. O, 23 avqust 1996-cı ildə Gəncə şəhərində anadan olub. Habil Məmmədov və Yeganə Məmmədovanın qurduğu ailənin iki oğul övladından biri və kiçik qardaşı Əlidən bir yaş böyük olan Qəzənfərin orta məktəb illərinin müəyyən hissəsi Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçib. Moskvadakı 363 saylı tam orta məktəbdə 5-ci sinfə qədər oxuyub. Sonra Gəncə şəhərindəki Mikayıl Müşfiq adına 14 saylı tam orta məktəbdə təhsilini davam etdirib. Ailəsinin verdiyi məlumata görə, Qəzənfər hər iki məktəbdə tədris olunan fənlər üzrə əla qiymətlər alıb. Riyaziyyat və tarix fənlərinə daha çox maraq göstərib. Öz dünyagörüşünün artırılması yönündə daim çalışıb. Müxtəlif mövzularda kitabların mütaliəsinə xüsusi diqqət yetirib. Orta məktəbin ictimai həyatında da fəal olub. Müəllimlərinin və yoldaşlarının hörmətini qazanıb.

Qəzənfər yeniyetməlik yaşlarından idmanın basketbol növü ilə məşğul olub, yarışlarda uğurla iştirak edərək medal, fəxri fərman və diplomlarla mükafatlandırılıb. Ümumilikdə, Qəzənfərin xarakterinin formalaşmasında sağlam həyat tərzi, idman və təhsil kimi amillər vacib rol oynayıb. Hansı kollektivin üzvü olubsa, orada onun təşkilatçılıq, liderlik, etibarlı yoldaşlıq, dürüstlük, xeyirxahlıq cəhətləri özünü büruzə verib.

Vətənpərvərlik əqidəsinin daşıyıcı olması, hərbi qulluqçulara rəğbət bəsləməsi Qəzənfərin peşə seçiminə təsirsiz qala bilməzdi. O, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun şərəfli ömür yolunu Vətən naminə fədakarlığın təzahürü kimi özünə örnək bilirdi.

2014-2018-ci illərdə Qəzənfər Daxili Qoşunların Ali Hərbi Məktəbində hərbi təhsil alıb. 4 il kursant olaraq hərbi peşənin sirlərinə, zabit üçün gərək olan biliklərə və praktiki bacarıqlara yiyələnib. Ali Hərbi Məktəbdə də tədris və təlimdə fəallığına görə müsbət xarakterizə olunub. Onun Ali Hərbi Məktəbin məzunu olaraq leytenant poqonları taxdığı gün həyatının ən sevincli günlərindən biri idi. Özü də Qəzənfərin adı Ali Hərbi Məktəbin ilk buraxılış heyəti məzunlarının siyahısındadır. Daxili Qoşunların layiqli yetirməsi kimi hərbi xidməti dövründə bu etimadı doğruldub.

2018-ci ilin iyun ayından etibarən leytenant Q.Məmmədov qoşunların Bakının Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsinə göndərilib, burada xüsusi vasitələrin tətbiqi dəstəsinin xüsusi vasitələrin tətbiqi bölməsində qrup komandiri vəzifəsinə təyin edilib. Komandiri olduğu qrupun şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi istiqamətində öz zəhmətini əsirgəməyib. Tabeliyindəki hərbi qulluqçuların təlim-tərbiyəsi prosesində təcrübəli komandirlərin tövsiyələrinə diqqətlə yanaşıb. O, bir komandir kimi şəxsi heyətə həmişə qayğı göstərib, hərbi kollektivdə birliyin qorunub saxlanılmasında öz məsuliyyətini düzgün dərk edib. Bununla yanaşı, Qəzənfər komandiri olduğu hərbi qulluqçulara fərdi söhbətlər zamanı, nəzəri və praktiki məşğələlərdə vətənpərvərlik əqidəsi aşılayıb. Onları qarşıya qoyula biləcək istənilən döyüş tapşırığının yerinə yetirilməsinə hazırlayıb.

Vətən müharibəsinin başlaması xalqımız və dövlətimiz üçün çətin bir sınaq olsa da, vətəndaşlarımız Respublika Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Vətənin müdafiəsi, işğal edilmiş ərazilərimizin qurtuluşu naminə birləşərək səfərbər olundular.

Döyüşlərin getdiyi ilk günlərdən Daxili Qoşunların şəxsi heyəti də ön cəbhədə düşmənə qarşı qətiyyətlə vuruşub.

Leytenant Q.Məmmədov “N” saylı hərbi hissədən döyüş bölgəsinə ezam edilən hərbi qulluqçulardan biri kimi tabeliyindəki döyüşçülərlə birgə ayrı-ayrı istiqamətlərdə təcavüzkarlara tutarlı zərbələrlə cavab verib. Füzuli, Xocavənd rayonlarının ərazilərində və Şuşa ətrafında döyüşlər zamanı Qəzənfər qorxmaz zabit, yenilməz iradəyə malik komandir kimi hərbi qulluqçulara inamla rəhbərlik edib.

Zabitlə birgə döyüş yolu keçmiş “N” saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Xəyal Yaşılov, baş əsgər Bəxtiyar Həsənov və əsgər Elvin Qurbanəliyevlə telefonla ətraflı söhbətimiz oldu. Onlar Qəzənfər haqqında kədər hissi ilə danışdılar, onun hər bir döyüşçüyə komandirdən çox qardaş münasibəti göstərdiyini söylədilər. Qeyd etdilər ki, zabit döyüş tapşırıqlarını peşəkarcasına yerinə yetirməklə yanaşı, döyüşçülərin həyatını mümkün olduğu dərəcədə qorumaq barədə də düşünürdü. Təhlükəli anlarda ruh düşkünlüyünə yol verilməməsi üçün silahdaşlarını öz güclərinə inanmağa çağırırdı. Cəsurluğu, döyüş şəraitinin ortaya çıxardığı çətinliklərə sinə gərməsi ilə digərlərini də irəli getməyə ruhlandırırdı. Məlumat verildi ki, Şuşaya doğru hərəkət edərkən dağlıq-meşəlik ərazi ilə uzun məsafəli yol qət edilib, düşmənin bəzi postlarından yan keçməyi bacarsalar da, bir neçə dəfə pusquya da düşüblər. Ancaq düşmənin atəş nöqtələrini susduraraq pusqudan çıxıblar. Şuşa uğrunda döyüşlərdə şəhərin ətrafındakı mühüm mövqelərin ələ keçirilməsi əsas hədəflər olub. Laçın-Şuşa yolunu nəzarətə götürməyə, bununla düşmənin bu istiqamətdən hərəkətini kəsməyə imkan verən əlverişli yüksəkliyin alınması və saxlanmasında leytenant Q.Məmmədovun komandiri olduğu qrupun şəxsi heyəti də fərqlənib. Düşmənin həmin yüksəkliyi geri almaq və yolu açmaq cəhdlərinin qarşısı alınıb, o, həmin həmlələr zamanı geri oturdulub.

Silahdaşlarının bildirdiklərinə görə, yuxarıda qeyd edilən yüksəklik erməni işğalçıları tərəfindən bir neçə gün tank, top və minaatanlardan şiddətli atəşə məruz qalıb. Noyabrın 6-dan 7-nə keçən gecə leytenant Q.Məmmədov yaxınlığında partlayan mərminin qəlpələrindən ağır yaralanaraq şəhid olub. Noyabrın 9-dək şəhidin cəsədi döyüş zonasından çıxarılıb.

3 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən şəhidin ailəsinə verilən ölüm haqqında şəhadətnamədə leytenant Q.Məmmədovun döyüşdə həlak olduğu tarix 09.11.2020-ci il göstərilib.

Şəhid hərbi qulluqçumuz 12.11.2020-ci ildə Gəncə şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub.

Məlum olduğu kimi, noyabrın 8-də Şuşanın işğalına son qoyulub, noyabrın 10-da isə döyüşlərin dayandırılması barədə üçtərəfli bəyanat qüvvəyə minib. Azad Şuşaya qədəm basmaq və müharibənin başa çatmasının şahidi olmaq Qəzənfərin qismətinə yazılmayıb.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il, 25 dekabr 2020-ci il və 29 dekabr 2020-ci il tarixli sərəncamları ilə leytenant Q.Məmmədov ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Gəncədə fəaliyyət göstərən “Kəpəz” televiziya kanalı tərəfindən şəhid zabitimizə həsr olunan süjet hazırlanıb.

Qəzənfərin məzunu olduğu Gəncədəki 14 saylı tam orta məktəbin kollektivi onun adının əbədiləşdirilməsi təşəbbüsünü irəli sürüb.

Döyüşçü yoldaşının mobil telefonla ön cəbhədə çəkdiyi videoda Qəzənfər nikbin ovqatla müharibədən sağ-salamat və başı uca qayıtmaq arzusunu söyləyir. Həmin videoda döyüşçülər “Allah xalqımızı qorusun! Qarabağ Azərbaycandır!”- deyə səslənirlər. Bu videoya, habelə döyüşçülərin şəkillərinə baxaraq düşünürəm ki, Qəzənfər kimi igidlərin müharibədə keçdikləri sınaqları jurnalistikamız, bədii ədəbiyyatımız, kinematoqrafiyamız dolğun işıqlandıracaq, qeyd edilən mövzu tarixləşdirmək baxımından daha dərindən tədqiq olunacaqdır.

Vətən müharibəsi zamanı azğın işğalçının raketlərlə atəşə məruz qoyduğu və dinc sakinlərini qətlə yetirdiyi Gəncə şəhərində Qəzənfər kimi oğullar daim yetişəcək, Vətənin müdafiəsində onlar da mətin dayanacaqlar.       

Allah rəhmət eləsin!

Yalçın QAYA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ