Məktəb direktorluğu iddiasında olanlara baxın - 600 nəfər heç 20 bal da yığa bilməyib...

Kamran Əsədov: “Kifayət qədər məktəb direktoru var ki, ali pedaqoji təhsili yoxdur”

img

Məlum olduğu kimi, martın 19-da respublika üzrə 11 bölgədə yerləşən 14 imtahan mərkəzində direktorların işə qəbulu üzrə test imtahanları keçirilib.

Təhsil Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, ilk dəfə cari il üzrə keçirilən direktorların işə qəbulu imtahanlarında rekord sayda – 2683 namizəd iştirak edib. Ancaq nəticələr isə o qədər də ürəkaçan olmayıb. İmtahan iştirakçılarından cəmi 846 nəfəri 60 test tapşırığının 30-dan çoxuna cavab verib, yəni 50 faizdən yuxarı nəticə göstərib. 2017 nəfər isə 50 faizdən aşağı nəticə göstərib. İmtahan iştirakçıları arasında hətta 10 bal toplayanlar da var.

Beləliklə, imtahan iştirakçılarından 600 nəfərə yaxın aşağı nəticə göstərib. Yəni 600 nəfərin çoxu 20 bal, hətta onlar arasında 10 bal toplayanlar olub. Bu isə o deməkdir ki, cüzi biliyə malik olanlar təhsil müəssisələrində uşaqlarımıza rəhbərlik etmək niyyətindədirlər. Ancaq imtahan nəticəsində onların savadı məlum olub.

  • “Məktəb direktoru qanunvericilik bazasını bilsə, o, yaxşı idarə edəcək, çünki...

Məsələ ilə bağlı fikir bildirən təhsil eksperti Kamran Əsədov qeyd etdi ki, imtahan insanın biliyinin qiymətləndirilməsi prosesidir. Əsas cəhəti müəyyən dövrdən bir keçirilməsidir: “İdarəetməyə ən yaxşılar seçilməlidir. Bəli, yaxşıların seçilməsi üçün keçirilən imtahan da bunlardan biridir. Məktəb direktoru qanunvericilik bazasını bilsə, o, yaxşı idarə edəcək. Çünki təhsil qanunvericiliyində müəssisəni necə idarə etmək lazımdır, qeyd edilib. Yəni MİQ-də 55 bal toplayana DİQ-də 10 bal toplayanın rəhbərlik etməsi ədalətli deyil. Mənə maraqlı gələn həm də imtahan iştirakçılarının sayının az olmasıdır. Orta məktəbdə direktor olmaq üçün 5 il pedaqoji təcrübə və elə pedaqoji ixtisas üzrə ali təhsil lazımdır. Amma Təhsil Nazirliyi direktor olmaq üçün ali pedaqoji təhsil tələbini pozmaqda davam edir. Kifayət qədər məktəb direktoru var ki, ali pedaqoji təhsili yoxdur".

Günel CƏLİLOVA

Son xəbərlər