17 min saxta əlilliyin, 90 min saxta pensiyanın cinayət məsuliyyətini kim daşımalıdır...

Natiq Cəfərli: “Saxta əlillik və digər sosial müavinətlərin təyin olunması baş verir, bununla bağlı ciddi problemlər var”

img

Əlillik müddətinin uzadılması ilə bağlı kifayət qədər saxtakarlıq aşkarlanıb və onların hamısına imtina verilib”.

Bu barədə jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. Onun sözlərinə görə, əksər imtina əyani müayinədən sonra müəyyən edilib. Ötən illər ərzində bu istiqamətdə kifayət qədər iş görülüb: “Araşdırmalar aparılan dövrdə, il ərzində 17 mindən çox saxta əlillik, 90 minə yaxın pensiya işi ləğv edilib. Əgər bu işlər ləğv edilməsəydi, təkcə cari il üçün maliyyə yükü 560 milyon manatdan çox olardı. Başqa insanların, əlilliyi olan şəxslərin haqqına girilərdi. Bu istiqamətdə sui-istifadə halları var idi və bunların qarşısı alınır”.

Maraqlıdır, bu qanunsuzluqları edən şəxslər məsuliyyətə cəlb ediliblərmi? Ümumiyyətlə, qanunsuzluğa son qoymaq üçün nə kimi effektiv tədbirlər görülməlidir?

  • “Elə bir şəffaf mexanizm, insan faktorunun minimuma endirilmiş variantını tətbiq etmək lazımdır ki, gələcəkdə belə neqativ hadisələrin yaşanması mümkünsüz olsun”

İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, sosial müdafiə sahəsində dəfələrlə qanunsuz işlər barəsində məlumatlar yayılıb. Hətta bu sahədə həbslər də var: “Bir çox rayon şəbəkəsinin müdirləri və yüksək vəzifəli məmurlarının həbsini görmüşük. Amma məsələ kökündən həll edilməyib. Saxta əlillik və digər sosial müavinətlərin təyin olunması baş verir, bununla bağlı ciddi problemlər var. Elə bir şəffaf mexanizm, insan faktorunun minimuma endirilmiş variantını tətbiq etmək lazımdır ki, gələcəkdə belə neqativ hadisələrin yaşanması mümkünsüz olsun”.

Günel CƏLİLOVA

Son xəbərlər