çərşənbə axşamı günü, 22 sentyabr 2026
     

Qələbə inamı ilə döyüşdü və Şuşada ölümsüzlər məqamına ucaldı... - FOTO

Image


Ötən illərdə şəhid hərbi qulluqçularımız haqqında davamlı olaraq məqalələr yazmışam. Bu məqalələrdə həmişə qeyd etmişəm ki, şəhidlərimizin qanı tökülmüş torpaqlarımız düşmən tapdağında qalmayacaq. Onların layiqli davamçılarının yetişdiklərini, yeni nəsil hərbi qulluqçularımızın torpaqlarımızın bütövlüyünü bərpa edəcəklərini vurğulamışam. Çünki şəhidlik zirvəsi elə bir dəyərli örnəkdir ki, zaman ötsə də, nəsillər dəyişsə də, daim Vətən və xalq naminə fədakarlığa ruhlandırır, mübarizlik əqidəsi aşılayır.

27 sentyabr-9 noyabr 2020-ci il tarixlərini əhatə edən Vətən müharibəsindən sonra artıq qalib ölkədə yaşayırıq. Qarabağımızın tacı olan Şuşada və işğaldan azad edilən digər rayonlarımızda bu gün üçrəngli bayrağımız dalğalanır. Şəhidlərimizin ruhu sevinir, məcburi köçkünlərimizin üzü gülür. Bu tarixi zəfəri xalqımıza Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Silahlı Qüvvələrimiz bəxş etdi.

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının şəxsi heyəti də qələbəmizə öz layiqli töhfəsini verib. Daxili Qoşunların 66 nəfər hərbi qulluqçusu bu ölüm-qalım savaşında cəsurluqla vuruşaraq əbədiyyətə qovuşub. Onlardan biri kapitan Babayev Şamil Baloğlan oğludur.

Şamil 1988-ci il yanvarın 26-da Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Camaldın kəndində dünyaya göz açıb. Baloğlan Babayev və Atikə Babayevanın qurduğu çoxuşaqlı ailədə böyüyüb, ədəb-ərkanlı, ləyaqətli gənc kimi yetişib. Ata-anasının sonbeşiyi olan Şamil mənəvi dəyərlərimizə, el-obanın adət-ənənələrinə həmişə ehtiramla yanaşıb. Ailədə onu vətənpərvər ruhda tərbiyə ediblər. Böyük qardaşı, Birinci Qarabağ müharibəsi veteranı, vaxtilə xüsusi təyinatlı kimi xidmət etmiş Əli Babayevin Şamilin dünyagörüşünün formalaşmasında rolu az olmayıb. Hələ orta məktəb illərindən Şamildə hərbi xidmətə, hərbçi peşəsinə maraq yaranıb. Bu baxımdan dayısı Ələkbər Qurbanovun keçdiyi təqdirəlayiq hərbi xidmət yolu da gənc üçün əzmkarlıq nümunəsi idi. Qeyd edim ki, Ə.Qurbanov Daxili Qoşunların veteranı və ehtiyatda olan zabitdir.

2006-2007-ci illərdə Ş.Babayev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. Hərbi xidmət borcunu vicdanla yerinə yetirib.

2010-cu ilin iyul ayından etibarən Ş.Babayev Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının sıralarına müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunub. Lənkəran rayonunda yerləşən “N” saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsində qumbaraatan vəzifəsinə təyin edilib. Xidmətdə çalışqanlığı və komandanlığın etimadını doğrultması nəzərə alınaraq, o, Daxili Qoşunların Orta İxtisas Hərbi Məktəbinə (hazırda Daxili Qoşunların Ali Hərbi Məktəbi) hərbi təhsil almağa göndərilib. 2012-2014-cü illərdə burada təhsil aldığı dövrdə kursant kimi öz hazırlığı ilə fərqlənib.

Sonra yenidən hərbi xidmətini qoşunların Lənkəran rayonunda yerləşən “N” saylı hərbi hissəsində davam etdirib. Bu dəfə zabit olaraq minaatan batareyada taqım komandiri vəzifəsinə irəli çəkilib. Ancaq Şamil üçün hərbi xidmətdə əsas məramlardan biri xüsusi təyinatlıların sırasında olmaq idi. Öz bilik və bacarığını məhz xüsusi təyinatlı bölmədə realizə və inkişaf etdirmək istəyirdi. Hərbi hissənin xüsusi təyinatlı dəstəsində atəş təminatı qrupunun komandiri vəzifəsinə təyin olunması onun ruh yüksəkliyini daha da artırmışdı.

2018-ci ilin fevral-iyun aylarında Şamil Türkiyə Cümhuriyyətinin Jandarm Komando Məktəbləri və Təlim Mərkəzində jan-darm zabit komando təməl kursu keçib. Bu kursda yiyələndiyi biliklər və qazandığı praktiki təcrübə onun xüsusi təyinatlı kimi peşəkarlıq səviyyəsinin yüksəldilməsində vacib rol oynayıb.

Kursdan sonra “N” saylı hərbi hissədə əvvəlki vəzifəsində xidmət edən Şamil tabeliyindəki şəxsi heyətin də döyüş və mənəvi-psixoloji hazırlığının müasir tələblər səviyyəsində artırılması yönündə öz səylərini əsirgəməyib. Komandir kimi daim onlara xüsusi təyinatlı üçün xas olan keyfiyyətlərin aşılanmasına üstünlük verib. Bununla yanaşı, onunla xidmət edənlər nəcib insani keyfiyyətlərini, şəxsi heyətə qayğıkeşliyini də vurğulayırlar. Heç vaxt silahdaşlarının hansısa probleminə, çətinliyinə laqeyd qalmayıb.

Vətən müharibəsi başlayanadək Şamil “kapitan” hərbi rütbəsinədək yüksəlib. 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı və müxtəlif həvəsləndirmə növləri ilə mükafatlandırılıb. Peşəkar və öz məsləyinə sadiq olan zabit kimi fəaliyyəti onun hərbi karyerasında yüksəlişi üçün tutarlı bünövrə yaratmışdı. Ancaq onu həyatda müqəddəs bir zirvə gözləyirdi...

Dağlıq Qarabağda erməni separatizminin baş qaldırdığı ildə anadan olmuş Şamil Birinci Qarabağ müharibəsi dövründə kiçik yaşlarında idi. Sonradan həmin müharibə haqqında dayısının və böyük qardaşının söhbətlərini dinləmişdi. Həmkəndliləri və qohumları arasında o vaxt şəhid olmuşlar barədə də məlumatı vardı. O, özünü şəhid və qazilərimizin yolunun davamçısı kimi görürdü. Şamil və onun kimi neçə-neçə qeyrətli gəncin Vətən sevgisindən irəli gələn əsas həyat amalı itirdiyimiz torpaqları qan töküb, can verib geri almaq, illərlə acısını çəkdiyimiz bu qəbuledilməz gerçəkliyi dəyişmək idi.

44 gün davam edən Vətən müharibəsində kapitan Ş.Babayev şərəfli döyüş yolu keçib. Füzuli, Qubadlı, Xocavənd rayonları ərazisində və Şuşa şəhəri uğrunda döyüşlərdə şücaət göstərib. Tərkibində vuruşdu-ğu bölmə tərəfindən düşmənin canlı qüvvəsinə və texnikasına ciddi zərbələr vurulub, ermənilərin keçilməz saydığı postlar, atəş nöqtələri darmadağın edilib. İşğalçıya məxsus xeyli silah-sursat, digər döyüşaparma vasitələri qənimət götürülüb. Cəsur zabit bəzi döyüşlər zamanı tabeliyindəki hərbi qulluqçuları düşmənin qurduğu pusqudan çıxarmağı bacarıb, ağır itkilərə uğramaq təhlükəsinin qarşısını alıb.

Şuşa əməliyyatının bizim zəfərimizlə başa çatması üçün bir zabit kimi onun və komandiri olduğu döyüşçülərin də göstərdiyi rəşadət barədə hələ çox danışılacaq və yazılacaq. Bu əməliyyatın bir sıra unikal taktiki xüsusiyyətləri hərbi dərsliklərə yazılacaq. Yüksəklikdə və mürəkkəb relyefə malik ərazidə yerləşən Şuşanın texnikasız, dağ-meşə cığırları ilə yaxınlaşaraq, sıldırım qayalar üzərindən qalxaraq, qətiyyətli həmlə edilməklə işğaldan azad olunması qəhrəmanlıq nümunəsidir.

Kapitan Ş.Babayev 2020-ci il noyabrın 7-də Şuşa şəhərində olduğu mövqenin düşmən tərəfindən minaatanlardan atəşə tutulması nəticəsində bədəninin bir neçə nahiyəsindən ağır yaralanıb. Zabitə tibbi yardım göstərilsə də, şəhər və ətrafı atəş altında olduğundan, 7-8 noyabrda qospitala təxliyyəsi mümkün olmayıb. Şəhərdə yerləşdirildiyi sığınacaqlar da düşmənin şiddətli atəşinə məruz qalıb. Şamilin aldığı ağır yaralardan vəziyyəti kəskin pisləşib və o, noyabrın 8-də silahdaşlarının yanında dünyasını dəyişib.

16.11.2020-ci ildə Naxçıvan MR Ədliyyə Nazirliyinin Culfa Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən ölüm haqqında şəhadətnamədə isə kapitan Ş.Babayevin öldüyü tarix 10.11.2020-ci il qeyd edilib.

Kapitan Ş.Babayev Camaldın kəndinin qəbiristanlığında dəfn olunub. Məzarı üzərinə həkk edilən ölüm tarixi də 10.11.2020-ci ildir.  

Onunla birgə döyüşlərdə iştirak etmiş müddətdən artıq həqiqi hərbi xidmətdə olan əsgər Sərvət Abdulheyev və Daxili Qoşunlardan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq əsgər rütbəsində ehtiyata buraxılmış Oruc Rüstəmov mənə kapitan Ş.Babayev barədə xatirələrini danışdılar. Sərvət və Oruc bu müharibədə qarşıya qoyulan döyüş tapşırıqlarını cəsarətlə yerinə yetirərək yaralanıblar. Hər biri müxtəlif medallarla təltif olunub. Onlar söylədilər ki, Şamil bir komandir kimi döyüşlərdə həmişə irəlidə olub, döyüşçüləri də ruhlandırıb. Öz peşəkarlığı sayəsində dəyişən vəziyyət, ərazinin xüsusiyyətləri, düşmənin hərəkətləri nəzərə alınaraq, çevik və düzgün qərarlar qəbul etməyi bacarıb. Bildirildi ki, qorxmaz zabit dəfələrlə düşmən üzərinə həmlədə xüsusi təyinatlı məharətini göstərib. Belə həmlələr zamanı işğalçıların mövqeləri ələ keçirilib. Bununla yanaşı, Şamil tabeliyindəki döyüşçüləri qorumağa çalışıb, müharibə şəraitində belə, onların ehtiyacları ilə daim maraqlanıb. Silahdaşlarının hər bir ölüm və yaralanma halı onu dərindən sarsıdıb.

Şuşada ağır yaralandıqdan sonra Şamil ölümqabağı kəlmeyi-şəhadətini də söyləyib. Döyüşçülər onun həyatının xilas edilə bilməməsinin üzüntüsünü qəlblərində həmişə yaşayacaqlar.

Azərbaycan Respublikası Prezidentinin imzaladığı 9 dekabr 2020-ci il tarixli, 15 dekabr 2020-ci il tarixli, 25 dekabr 2020-ci il tarixli, 29 dekabr 2020-ci il tarixli müvafiq sərəncamlarla kapitan Ş.Babayev ölümündən sonra “Zəfər” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhid haqqında “Komando” adlanan videofilm çəkilib. Şamil evli idi, 6 yaşlı bir oğul yadigarı qalıb, adı Yusifdir. Yusif üçrəngli bayrağımızı sevir, hərbi formaya rəğbətlə yanaşır. Atasının əşyaları və şəkillərinə kədərlə baxır. Bu əşyalar və şəkillər həyatı boyu onun qəlbində bir nisgil oyadacaq və atasının yoxluğunu xatırladacaq. İnanırıq ki, o, böyüyüb Şamilin adına layiq övlad olacaq, Vətən torpağını da onun kimi göz bəbəyi kimi qoruyacaq.

Allah şəhidlərimizə rəhmət eləsin!

Yalçın QAYA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

22.09.2026 / 07:17
Burnham Səudiyyəni husilərdən qoruyacaq - Baş nazir Kral Hərbi Hava Qüvvələrini səfərbər edir…

22.09.2026 / 06:59
Tramp özünə tənqidsiz-şərhsiz 24 saatlıq telekanal yaratdı - azad medianı isə “demokratiya üçün təhlükə” adlandırdı

22.09.2026 / 06:50
Şimali Kipr Türk Respublikası Xarici İşlər Nazirliyi bəyanat yaydı

22.09.2026 / 06:40
Atatürk Universiteti məzunlarını Bakıda bir araya gətirir

22.09.2026 / 06:30
Putin G20-lərin sammitində iştirak etməyəcək - Cinə isə gedəcək…

22.09.2026 / 06:01
Pentaqonun Polşada hərbi baza açmaq planı ertələndi

21.09.2026 / 23:08
ABŞ-dan bütün dünyaya İran təhdidi - dollar sistemindən çıxarılacaqsınız…

21.09.2026 / 22:45
Tramp ABŞ ordusuna husilərə hücum əmr verdi, qısa müddət sonra qərarını ləğv etdi...

21.09.2026 / 22:19
Avroittifaq Rusiyaya qarşı sanksiyaları uzadır - milyarderlər siyahıdan çıxarılır…

21.09.2026 / 21:56
Tramp Rusiyanın neft sənayesi üzərində nəzarəti itirdiyini dedi – zavodların çoxu vuulub…

21.09.2026 / 21:40
Paşinyan Rusiyanı Ermənistanda ancaq metro tikintisinə buraxır...

21.09.2026 / 21:22
"Karusel səsverməsi" Putinin də, Dumanın da dadına yetişdi...

21.09.2026 / 21:07
Azərbaycan 2023 - Antiterroru keçirməsəydi... Olacaq hansı dəhşətlərdən yan keçdik...

21.09.2026 / 20:42
Paşinyan Putinə - “qonşu ilə münaqişədə olan Ermənistanla sülh içindəki Ermənistanın fərqini bilin”...

21.09.2026 / 20:20
Ötən il 1,2 faiz böyüdük - bu il 3,5 faiz arta bilərik?... Müzakirə...

21.09.2026 / 20:03
Azərbaycan güclü alternativ tapacaq - Cənub Qaz Dəhlizinə görə Avropaya mesaj...

21.09.2026 / 19:44
Özbəkistan Naxçıvan vasitəsilə Türkiyə limanlarına çıxışı nəzərdən keçirir

21.09.2026 / 19:27
Nazir Vilayət Eyvazov sıra baxışı keçirdi - FOTO/VİDEO

21.09.2026 / 19:10
Hörmüz boğazında daha bir tanker vuruldu – yaralılar var…

21.09.2026 / 18:29
İrana hücum Trampın neçənci “qələbəsi” sayıldı...

21.09.2026 / 18:15
Husilər Pakistanın, Səudiyyə və Türkiyənin hərbi "Məkkə ittifaqını" dağıda bilər...

21.09.2026 / 18:10
Nazirlər Kabineti dövlət məktəblərində geyim formaları qaydalarına dəyişikliyi təsdiqlədi

21.09.2026 / 18:00
Çin Orta Asiya üzərindən İrana dəmiryolu açdı - Pekin ABŞ-a şok yaşatdı...

21.09.2026 / 17:53
Rusiya ilə Ermənistanın əmlak savaşı hər ikisini siyasi uçuruma aparır...

21.09.2026 / 17:36
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

21.09.2026 / 17:30
Qarabağdakı əməliyyatlarla bağlı dünyanın susduğu daha bir məqam...

21.09.2026 / 17:20
Qafqaz Albaniyasının yazılı irsi: Alban əlifbasının genezisi, məhv edilməsi və tarixi saxtalaşdırma cəhdləri

21.09.2026 / 17:05
Albanlar erməni idilərsə, niyə özlərinə fərqli əlifba yaratdılar...

21.09.2026 / 16:58
Türk Dövlətləri Təşkilatının qlobal rolu artır

21.09.2026 / 16:40
ABŞ Ermənistan ordusunu Rusiya və İrana qarşı hazırlayır - ən sonda Azərbaycan...

21.09.2026 / 16:37
Ermənistanı Avropa İttifaqı ilə bir neçə konkret mərhələli çətinlik gözləyir...

21.09.2026 / 16:31
Azərbaycan U-15 dünya çempionatı ilə bağlı viza qaydalarını asanlaşdırır

21.09.2026 / 16:18
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

21.09.2026 / 16:14
ABŞ-Çin "süni intellekt müharibəsinə" start verildi...

21.09.2026 / 16:08
Həsən Həsənov: “Albaniya ərazisində üç fərqli dinin mövcud olub”

21.09.2026 / 15:58
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

21.09.2026 / 15:51
Həsən Həsənov: “Çində, uyğurların yaşadığı ərazilərin yaxınlığında alban adlı türkəsilli qruplar yaşayır, Qazaxıstanda da alban adlı tayfalar var”

21.09.2026 / 15:40
Tramp növbəti dəfə Zelenskiyə çağırış etdi – Rusiyanın neft zavodlarına hücumu dayandırın…

21.09.2026 / 15:33
Tarixçi alim dərsliklərdəki nöqsanlarla bağlı nazirliyə müraciət edib

21.09.2026 / 15:26
Ukraynadan Rusiyaya daha bir ağır zərbə - 60 milyon dollarlıq radar stansiyası vuruldu…

21.09.2026 / 15:17
Həsən Həsənov: “Albaniya Atropatenanın törəməsidir”

21.09.2026 / 15:10
Venesuelanın 4 milyardlıq qızıl ehtiyatı da ABŞ-ın əlinə keçdi - 31 ton qızıl Nyu-Yorka aparıldı…

21.09.2026 / 15:05
Tarixçi-alim: Alban irsinin öyrənilməsində toponimlər mühüm mənbədir

21.09.2026 / 14:53
“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda maarifləndirici seminar təşkil olunub

21.09.2026 / 14:29
Polis Lerikdə əməliyyat keçirdi - bir nəfər 15 kq narkotiklə yaxalandı...

21.09.2026 / 14:17
Tramp Rusiya ilə geniş iqtisadi-ticarət əlaqələrinə başlayır - Ukraynaya zərbə...

21.09.2026 / 14:01
Putin Abxaziya və Cənubi Osetiyanı birləşdirməkdən hələlik vaz keçir - səbəb...

21.09.2026 / 13:46
Hörmüz boğazı iki il ərzində əhəmiyyətini itirəcək? – Qətərdən ABŞ-ın iddiasına reaksiya…

21.09.2026 / 13:31
Ukrayna Ufada neft emalı zavodunu vurdu...

21.09.2026 / 13:19
Formula 1 Azərbaycanla bağlı paylaşım etdi - Biz yenə Bakıdayıq!

21.09.2026 / 13:12
Avropa Ukraynanı qışa hazırlayır – Kiyevə gizli şəkildə silah daşınır…

21.09.2026 / 13:04
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı

21.09.2026 / 12:53
Alban-Udi icmasının nümayəndələri Gəncəsər məbədini ziyarət ediblər

21.09.2026 / 12:30
Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirildi

21.09.2026 / 12:16
Tovuzda 7 evi soyan oğru yaxalandı...

21.09.2026 / 12:08
Səyyad Aran deputatların səlahiyyətinin artırılmasını təklif etdi

21.09.2026 / 11:55
Kremlin müharibədən sonrakı ilk sınağı – seçicilər seçki qutusunda Putinə bu mesajı verdi…

21.09.2026 / 11:36
"Ermənistanda ən böyük revanşist elə kilsədir" - Fərhad Məmmədov

21.09.2026 / 11:21
Qazaxıstan Xəzərdə Rusiya ilə neft kəşfiyyat layihəsini sanksiyalara görə dayandırdı...

21.09.2026 / 10:57
İran Hörmüz boğazı üzərində ABŞ PUA-sını vurdu...

21.09.2026 / 10:43
"Qafqaz Albaniyasının tarixinin müəyyən dairələr tərəfindən dəyişdirilərək erməniləşdirilməsinə cəhdlər edilir" - Fərid Şəfiyev

21.09.2026 / 10:34
Zakir Həsənov hərbi polisin döyüş hazırlığı prosesini izlədi - FOTO/VİDEO

21.09.2026 / 10:26
Avropa kəşfiyyatlarından xəbərdarlıq... Rusiya yaxın aylarda NATO-ya hücum edə bilər...

21.09.2026 / 10:10
Ucarda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

21.09.2026 / 09:58
Ramiz Mehdiyev məhkəmə qarşısına çıxarılır...

21.09.2026 / 09:34
Tehranda Fransa səfirliyi ilə əlaqəli dil mərkəzinin gizli fəaliyyəti ifşa edildi - bağlandı...

21.09.2026 / 09:08
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu həftə açıqlayacaq...

21.09.2026 / 08:06
Təbiətə münasibət özümüzdən başlayır

20.09.2026 / 23:31
Xəzər dənizinin qərb sahilləri və Abşeron yarımadası rus-hay siyasi-hərbi qüvvələrinə qarşı... XX əsrin əvvəllərində...

20.09.2026 / 22:55
Rusiya 2027-ci ilin payızında Avropaya hücum edəcək - Fransa kəşfiyyatından iddia…

20.09.2026 / 22:38
Macarıstanın Baş naziri hücuma məruz qaldı – Macyarın üzünə içki çırpdılar… VİDEO

20.09.2026 / 22:22
“Arşın mal alan” operettası Lənkəran teatrının təqdimatında Xankəndidə nümayiş olunub

20.09.2026 / 22:12
Ukrayna Avropa ölkələrini Rus Evlərini bağlamağa çağırdı – onlardan casusluq fəaliyyəti üçün istifadə edilir…

20.09.2026 / 21:53
Xocavənddə ilk dəfə Şəhər Günü keçirilir

20.09.2026 / 21:21
Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

20.09.2026 / 19:49
Tramp BMT iclası zamanı Pezeşkianla görüşə biləcəyi mesajını verdi - çox böyük hadisələr baş verəcək...

20.09.2026 / 19:22
ABŞ İranı yenidən vurmağa hazırlaşır – Tehrandan region ölkələrinə sərt xəbərdarlıq…

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı… - VİDEO

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ