Cümə axşamı günü, 12 noyabr 2026
     

Qətiyyətli komandir, fədakar insan... - FOTO

Image


“Bütün döyüş yoldaşlarım da təsdiqləyər ki, bizi bu muharibə alovunun içindən sağ-salamat çıxaran məhz tabor komandirimiz mayor Elburus Quliyevin qətiyyətli əmr və göstərişləri, bizim hər birimizə öz övladı kimi yanaşması olub”

 

Azərbaycan xalqı hər zaman qəhrəmanlar yetişdirməyə qadir olan xalq kimi özünü tarixdə təsdiqləyib. Zaman-zaman xalqımızın qəhrəman oğulları əlinə silah götürərək düşmənlə mübarizə cəbhələrində yağıya, işğalçıya qan uddurublar. Tariximizin elə səhifəsi yoxdur ki, ora qəhrəman, cəsur oğullarımızın adları yazılmasın, həkk edilməsin.

Müasir Azərbaycanın zəfər tarixini yaradan 44 günlük Vətən müharibəsi xalqımızın neçə-neçə cəsur, ürəkli, qorxmaz, vətənpərvər övladını bizə tanıtdı. Vətən göylərini qara buludlar alanda Azərbaycan oğulları günəş olub o səmaya zəfər dastanları yazdılar.

Zəfərimizi borclu olduğumuz Vətən oğullarından biri də 1974-cü ildə Qərbi Azərbaycanda doğulan mayor Quliyev Elburus Kərəm oğludur.

Mifik “Böyük Ermənistan” xülyasının əsirinə çevrilən erməni faşistləri Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürməklə yanaşı, həm də Qərbi Azərbaycanın tarixi sakinləri olan türkləri öz dədə-baba yurdlarından deportasiya edib, didərgin salıblar. Böyük Qərbi Azərbaycan elləri erməni faşistlərinin, şovinistlərinin apardıqları antitürk kampaniyası nəticəsində pərən-pərən düşüblər. Erməni deportasiyasına məruz qalan ailələrin sırasında mayor Quliyevin ailəsi də olub. Erməni şovinistləri tərəfindən onlar da 1988-ci ildə  doğulduqları, yaşadıqları, ev-eşik qurduqları ata-baba yurdundan didərgin salınıblar. Erməni vəhşiliyinin, erməni faşizminin dəhşətlərini öz həyatında əyani görən mayor Elburus Quliyev 1993-1997-ci illərdə Hərbi Akademiyanın “motoatıcı” ixtisasını bitirib. Bakı şəhərində, Naxçıvanda, Qazax və Daşkəsən rayonlarında 25 il Vətənə xidmət edib və 2017-ci ildə ehtiyata buraxılıb. Vətən müharibəsinin başlaması Elburus Quliyevi yenidən hərbə qaytarıb. 29 sentyabr 2020-ci ildə isə könüllü olaraq yenidən Milli Ordu sıralarına qayıdıb və hazırda da Azərbaycan Ordusunda xidmətini davam edir.

E.Quliyev hərb sənətini uşaqlıqdan sevib və ən böyük arzusu böyüyəndə hərbçi olmaq olub. Deyirlər niyyətin hara, mənzilin də ora. E.Quliyev bu arzunun ardınca Hərbi Akademiyaya üz tutub. Uzun müddət bu arzusunu valideynlərindən gizlətdiyi üçün ata-anası onun Hərbi Akademiyaya qəbul olunmasından gec xəbər tutublar. Hərbi Akademiyaya daxil olmaqla o öz arzusuna qovuşub. Torpaqlarımızın yağı düşmənin tapdağında olması, bir-birindən gözəl şəhərlərimizdə, kənd və qəsəbələrimizdə yağı düşmənin at oynatması, müqəddəs yerlərimizin yağıların murdar ayaqlarının altında olması E.Quliyevi çox narahat edirdi. Ali Baş Komandanın döyüş əmri verəcəyini hər an, hər gün böyük intizarla gözləyirdi. Nəhayət ki, haqq-hesab zamanı gəldi və sentyabrın 27-də düşmənin növbəti təxribatına cavab olaraq Ali Baş Komandanın əmri ilə Azərbaycanda qismən səfərbərlik elan edildi. Səfərbər olunanların ön cərgəsində olan qəhrəmanlarımızdan  biri E.Quliyev oldu...

E.Quliyev tabor komandiri olduğu hər bir əsgərin, çavuşun, döyüş tapşırığını yerinə yetirən hər bir qəhrəmanımızın qayğısına qalıb, onların ən xırda problemləri ilə belə maraqlanıb. Qüsursuz xidmət yolu keçən təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik olan mayor Quliyev taborunda düşmənə qarşı vuruşan əsgərlərini də bütün döyüş tapşırıqlarını qüsursuz yerinə yetirməyə ruhlandırıb, sövq edib. Əlbəttə, hərbin hər sirrini, düşmənin hər hiyləsini bilən peşəkar bir zabitin Vətən qarşısında xidməti də qüsursuz olur. Elburus Quliyev kimi...

44 günlük Vətən müharibəsində Füzulidən Şuşayacan böyük döyüş yolu keçən Respublika “Xatirə kitabı”nın şöbə müdiri, “Bakı-Xəbər” qəzetinin ştatdankənar müxbiri, baş çavuş Nahid Salayev müharibədə tabor komandiri olan E.Quliyev haqqında ağız dolusu, böyük fəxr və ürəklə danışır.  

“Hərbi hissəyə gəldiyimiz ilk gün hamı qeyri-müəyyənlik içində idi. Hamını “döyüşlər necə olacaq” kimi sullar düşündürürdü. Amma bu qeyri-müəyyənliyin ömrü çox az çəkdi. Bizi saran narahatlığın yerini bir sakitlik, arxayınlıq, əminlik tutdu, bu bizə döyüşmək, irəli gedib qələbə qazanmaq üçün bir stimul oldu. Bu ovqat taborumuza təcrübəli və ən əsası hərbi qanun-qaydaları kamil bilən bir zabitin – E.Quliyevin gəlməsi ilə yarandı. Tabor komandirimiz olacaq bu şəxsi bizlərə - yəni səfərbərliklə gələn könüllülərə təqdim edəndə hamımızda qələbəyə sarsılmaz inam formalaşdı. Mayor E.Quliyev gəldiyi ilk gündən bütün əsgər və zabit heyətinin dərin və sarsilmaz inamını, etimadını qazandı. Biz bunun bariz sübutunu qanlı döyüşlərin getdiyi günlərdə daha çox gördük. Vaxt itirmədən taboru döyüşə hazırlayan bu insan fenomenal yaddaşı sayəsində hər bir əsgəri tanıyır, hər birimizin ən xırda problemi ilə maraqlanırdı. İlk döyüş günümüz həqiqətən də məhz tabor komandirimizin çevik və qətiyyətli qərarlarının əsgərlərimizi necə qoruduğunun şahidi olduq. Xocavənd rayonunda döyüşə girdiyimiz ilk gün məhz mayor Quliyevin verdiyi qəti əmrlər bizim hamımızı düşmənin mənfur pusqusundan çıxardı. Vaxtında apardığı müşahidələr sayəsində bizi düşmənin alçaqcasına həyata keçirdiyi hücumdan qorudu və bizə əks-həmləyə şərait yaratdı. Dayanmadan üzü yuxarı dağlara doğru hərəkətimiz zamanı hər bir əsgərə xüsusi qayğı ilə yanaşması hər birimizi ruhlandırır və qələbəyə doğru səsləyirdi. Hadrut ərazisində döyüş tapşırığı zamanı komandirimizin fədakarlığı və qətiyyəti onu bizə daha çox sevdirir və xüsusi bir ruh yüksəkliyi verirdi. Düşmənin aramsız mərmi atışları zamanı belə bu insan öz nikbinliyini itirmirdi. Məhz onun sayəsində biz bu döyüş tapşırığını qüsursuz yerinə yetirdik. Düşmənin mənfur hücumları nəticəsində yaralı və şəhidlərimiz olsa da, tabor komandirimiz bir döyüş yoldaşımızın döyüş bölgəsində qalmasına imkan vermədi. Onun fədakarlığı və tabeliyində olan hərbçilərə olan bağlılığı sayəsində çoxumuz düşmənin pusqularından qurtulduq, neçə-neçə yaralı döyüş yoldaşımız isə aramsız mərmi yağışının altından çıxarılaraq aidiyyəti üzrə çatdırıldı”.

N.Salayev deyir ki, erməni terrorçularının daha çox bizim təminat və dəstək yollarını bağlamaq cəhdlərini nəzərə alsaq, həmin günlərdə döyüşlər zamanı yaralı və şəhidlərimizi döyüş meydanından çıxarmaq xüsusi bir cəsarət və qətiyyət tələb edirdi. “Bir agrılı xatirəni sizinlə bölüşmək istərdim. İlk döyüş tapşırığımız bitəndən sonra qısa müddətə komplektləşmək üçün bir əraziyə təxliyə olunmuşduq. Hamı gərginlik içində növbəti tapşırığa hazırlaşırdı. Bu an gözümə dəyən bir mənzərə məni dərindən sarsıtdığı qədər də qürurlandırdı. Tabor komandirim heç kim görməsin deyə gözdən uzaq bir yerə çəkilmişdi. Sakitcə döyüşdə itirdiyi əsgər üçün ağlayırdı. Bu ağlamaq sadə bir emosiya deyildi. Bu bir atanın övlad üçün tökdüyü göz yaşından daha artıq idi. Bu, döyüş yoldaşlarına olan sədaqətin, ehtiramın bir nümunəsi idi. Bu anları indiyə qədər də unuda bilmirəm, bu səhnə heç cür gözlərimin qarşısından getmir və yəqin ki, bir ömür boyu da getməyəcək. İlk döyüşdə zədələndiyimdən ayağım incidirdi, bunu bilən tabor komandirimiz dəfələrlə mənə yaxınlaşaraq tibb hissəsinə getməyimi israr edirdi, mən isə tibbi hissəyə getməkdən imtina edirdim. E.Quliyev həmişə səhhətimlə maraqlanırdı. Xocalı və Şuşa istiqamətində girdiyimiz ikinci döyüş tapşırığımızda mayor E.Quliyev yuxarı komandanlığın əmrilə bizi daim irəli apararaq lazımi mövqelərə yerləşdirmişdi. Məhz bu çətin və qanlı döyüşlərdə onun hərbi bilik və qətiyyətli əmrləri sayəsində taborumuz itkisiz döyüş tapşırığını icra etdi. Bu döyüş tapşırığı zamanı tabor komandirimizin fədakarlığı hər birimizi həm qürurlandırır, həm də qələbə əzmimizi daha da artırırdı. Nəzərə alsaq ki, oktyabrın sonu, noyabrın əvvəli Xocalı rayonunda, bütövlükdə Qarabağda sərt iqlim şəraiti hökm sürür, hamımız açıq havada mövqelənərək düşmənin ətrafını sarmağa çalışırdıq. Məhz belə bir şəraitdə mayor Quliyev bir an olsa belə dayanmır, hər bir postu yoxlayır, vacib tapşırıqlarını verir və bizi daim qələbəyə kökləyirdi. Çiskinli, yağışlı günlərdə belə bizi tərk etmirdi. Bütün döyüş yoldaşlarımız ona deyirdilər ki, bir az dincəlin, amma o, bizə bir konkret cavab verirdi: “əsgərim yağışın altında, palçıqda uzanıb növbə çəkərkən mən özümdə rahatlıq tapa bilmərəm”.

Bu gün bütün döyüş yoldaşlarım da təsdiqləyər ki, bizi bu muharibə alovunun içindən sağ-salamat çıxaran məhz tabor komandirimiz mayor E.Quliyevin qətiyyətli əmr və göstərişləri, bizim hər birimizə öz övladı kimi yanaşması olub. Xocavəndin azad olunmasına görə təltif olunması isə bizim hər birimizi qürurlandırır” - deyə N.Salayev bildirir.

E.Quliyev ehtiyatda olmasına baxmayaraq, peşəkar, təcrübəli bir zabit kimi Vətənin dar günündə onun harayına yetişən qəhrəman, cəsur Vətən oğullarından biridir. Qarda-yağışda, tufanda-boranda daim ön cəbhədə əsgərləri ilə çiyin-çiyinə, nəfəs-nəfəsə dayanan E.Quliyevin zəfər dastanımızı yaradanlar sırasında olması qürurvericidir. Əlbəttə, zəfər dastanımızın hər səhifəsi şəhidlərimizin qanı və qəhrəman qazilərimizin hünəri ilə yazılıb. Vətənə zəfər bəxş edən hünərli, qəhrəman qazilərimizdən, peşəkar zabitlərimizdən olan E.Quliyevə əhsən deyirik! E.Quliyev və onun əsgərləri kimi üçrəngli bayrağımızı müqəddəs torpaqlarımıza sancan oğulların hər biri bizim zəfər qəhrəmanımızdır. Qəhrəmanlarınla, hünərli ər oğullarınla dünya durduqca yaşayacaqsan, Vətən! Səni yaşadanlar, səni qalib edənlərin var olsun! Qanı sənin çöllərinə hopan, lalələrin timsalında yenidən dünyaya gələn şəhidlərinin ruhu şad olsun, Vətən!  

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 18:22
Dublində Prezident İlham Əliyevlə Paşinyanın görüşü gözlənilir

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ