Bu il II ixtisas qrupunda keçid balı keçən ilkinə nisbətən aşağı olacaq. Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, ixtisaslar üzrə keçid ballarının ötən ilə nisbətən daha aşağı olacağı gözlənilir: “Amma ola bilər ki, hansısa yeni ixtisasda keçid balı çox yüksək olsun. Ancaq biz bunu indi bilə bilmərik. Çünki bu ixtisaslar üzrə ilk dəfə qəbul aparılır”.
M.Abbaszadə deyib ki, bu il V ixtisas qrupunda bədən tərbiyəsi və idman ixtisasları üzrə qabiliyyət imtahanları ləğv edilib.
Onun sözlərinə görə, bu dəyişiklik yalnız bu ilə aiddir: “Biz gözləyirik ki, bu il bədən tərbiyəsi və idman ixtisasları üzrə qabiliyyət imtahanı ləğv edildiyindən keçid balı 150-yə yaxın olsun”.