30/03/2020 10:51
728 x 90

Türkiyə səfirliyi sərhəd problemindən Naxçıvanın zərər görməməsi üçün tədbirlər görüldüyünü açıqladı

img

Türkiyə dövlətinin müvafiq qurumları İranda yayılmış koronavirusla bağlı İrandan Türkiyəyə keçidlə əlaqədar sərhəd qapılarında bəzi tədbirlər görüb. Bu çərçivədə Naxçıvandan da Türkiyəyə keçmək yönündə bəzi addımlar atılır.

Baki-xeber.com-un xəbərinə görə, bu sözləri Türkiyə Səfirliyinin Mətbuat müşaviri Hüseyn Altınalan Naxçıvanla Türkiyə arasında sərhədin bağlanacağı barədə danışılanları şərh edərkən deyib. H.Altınalanın sözlərinə görə, hazırda bu addımların Naxçıvana zərər vurmaması məqsədilə Naxçıvan Muxtar Respublikasının rəhbərliyi ilə təmaslar davam edir.

Xatırladaq ki, koronavirus təhlükəsi səbəbindən Türkiyənin İranla sərhəddəki Ağrı-Gürbulaq, Hakkari-Esendere ve Van-Kapıköy sərhəd-keçid məntəqələri artıq müvəqqəti olaraq bağlanıb. Bu arada Türkiyənin İğdır bölgəsindən Naxçıvana açılan Dilucu sərhəd məntəqəsində də hərəkətin məhdudlaşdırılacağı bildirilib. Türkiyənin Səhiyyə naziri Fahrettin Koca İranın Səhiyyə naziri ilə danışdığını və vəziyyətin getdikcə pisləşməsi səbəbindən İranla sərhədi müvəqqəti olaraq bağlamaq qərarına gəldiklərini deyib:”İranla 3 quru sərhəd məntəqəmiz var. Əlavə olaraq, İğdırdan Naxçıvana açılan Dilucu sərhəd qapısında da məhdudiyyət tətbiq olunacaq”.

Nazir deyib ki, İrandan Türkiyəyə uçuşlar dayandırılsa da, Türkiyədən İrana aviareyslər davam edir.

Son xəbərlər