04/04/2020 21:29
728 x 90

Dünya Bankının “ofşor korrupsiyası” hesabatında Ermənistan liderlərdən biri oldu

Əli Orucov: “Belə bir halın üzə çıxması Ermənistan iqtidarının nə qədər korrupsiyaya və rüşvətə bulaşdığını bir daha ortaya qoydu”

img

Dünya Bankı öz saytında “Xarici yardımların elitalar tərəfindən mənimsənilməsi. Ofşor hesablarla şahidlik” tədqiqatını yayımlayıb.

Sözügedən tədqiqatda 22 ölkənin adı yer alıb. Buraya xüsusilə güzəştli kreditlər və qrantlardan asılı olan ölkələrin adları daxil edilib. Hansı ki, alınan yardım və qrantların hamısı təyinatı üzrə xərclənmir. Tədqiqata əsasən, bu ölkələr ümumdaxili məhsullarının 1faizi həcmində yardım alırlar və bundan sonra bu pulların orta hesabla 7,5 faizi ofşorlara axmağa başlayır.

Müstəqil Dövlətlər Birliyi zonasından siyahıya iki ölkənin adı daxil edilib. Ermənistan və Qırğızıstan bu siyahıda yer alıb. Xarici yardımlar ən çox Ermənistanda mənimsənilir. Ondan sonra Qırğızıstan gəlir. Ümumilikdə, siyahıya Əfqanıstan, Burkina-Faso, Qana, Qvineya-Bisau, Zambiya, Mavritaniya, Madaqaskar, Mozambik, Malavi, Mali, Niger, Ruanda, San-Toma və Prinsipi, Syerra-Leone, Tanzaniya, Uqanda, Eritreya, Efiopiyanın adları daxil olub.

Belədə Ermənistan Baş naziri Nikol Paşinyan ölkədə korrupsiyaya qarşı aparılan mübarizədən danışır. İddia edir ki, guya o, hakimiyyətə gələndən sonra bu sahədə ciddi nailiyyətlər əldə edilib, kölgə iqtisadiyyatı azalıb, vergiyə cəlb edilən vəsaitlər artıb və s. Belədirsə, o zaman Ermənistanın adı niyə “ofşor korrupsiya” hesabatında ön mövqedədir?

  • “Bu onu deməyə əsas verir ki, Paşinyan nəinki yalançı “demokrat”dır, həm də oğru, fırıldaqçı və əsl quldurdur”

Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, Dünya Bankının araşdırması göstərdi ki, Ermənistanda korrupsiya ilə bağlı ciddi problemlər qalmaqdadır: “Belə bir halın üzə çıxması Ermənistan iqtidarının nə qədər korrupsiyaya və rüşvətə bulaşdığını bir daha ortaya qoydu. Beynəlxalq erməni diasporunun və digər təşkilatların verdiyi ianələr mənimsənilir. Xarici yardımlardan asılı olan Ermənistanın dilənçi günündə olmasına baxmayaraq, Paşinyan və ətrafı zəngin, dəbdəbəli həyat tərzi sürür. Yaranan vəziyyətdən istifadə edib özlərinə sərvət toplamaqla məşğuldurlar. Ermənistan hakimiyyətinin acgözlüyü və bitib-tükənməyən tamahkarlığı o həddə çatıb ki, Dünya Bankının verdiyi qrant və güzəştli kreditləri də mənimsəyirlər. Öz xalqı isə ac-yalavac, başqalarının əlinə baxmaqdadır. Bir balaca imkan tapanlar isə başını götürüb ölkədən qaçırlar. Paşinyan özünüreklamla məşğul olmaqla zəngin həyatını və korrupsiyaya bulaşmasını xalqdan gizlətməyə çalışır. Lakin, göründüyü kimi, onun qanunsuz əməlləri beynəlxalq qurumların hesabatlarında da öz əksini tapır. Ermənilər Paşinyanın simasında erməni hakim dairələrinin öz xalqını necə çapıb-talamasını açıq görürlər. Hətta xarici yardımların ofşor hesablarına göndərilməsi onu deməyə əsas verir ki, Paşinyan nəinki yalançı “demokrat”dır, həm də oğru, fırıldaqçı və əsl quldurdur”.

Vidadi ORDAHALLI

Son xəbərlər