çərşənbə günü, 04 noyabr 2026
     

Ermənistan ordusunda zabitlərin biznesə qurşanması intiharların müstəsna səbəbi kimi – Paşinyandan cəmiyyəti güldürən açıqlama…

Image


Ermənistan ordusunda cari ilin ötən dövrü ərzində qeydə alınan itkilərlə bağlı cəmiyyətdə qarşıdurma yeni vüsət alıb. Artan öülmələrlə bağlı Ermənistanda əsgər anaları hökumət binası qarşısında yeni etiraz aksiyası keçirib.

Etiraz aksiyasının koordinatoru, “Helsinki Assosiasiyası” ictimai təşkilatının sədri Nina Karapetyants bildirib ki, son 40 gün ərzində Ermənistan ordusunda nəsə qəribə bir şey baş verir, çünki əsgərlər anlaşılmaz şəraitdə ölürlər: “İki vacib problem barədə söhbət gedir: sərhədlərimizin təhlükəsizliyi və ordunun təhlükəsizliyi. Orduda çox qəribə şeylər baş verir və söhbət uşaqlarımızdan gedir. Onlar başa düşmürlər ki, hansı şəraitdə rəqib gülləsindən yox, daxildə ölürlər”.

Etirazçılar baş nazir Nikol Paşinyanla görüşməyi tələb edib.  Onlar baş nazirlə ciddi danışmaq istədiklərini bildiriblər. Amma  Paşinyan valiydenlərlə görüşməyib. Əvəzində isə ordudakı itkilərlə bağlı gülməli açıqlamalar verib.  Paşinyanın sözlərinə görə, ölüm hallarına hərbçilərin maaşlarının artması səbəb ola bilər:“Pul vəsaitinin həcmi artanda mübahisələr və “bazarlar” da güclənir”. O, digər səbəb kimi kriminal submədəniyyəti göstərib:“Ermənistan ordusunda dinc şəraitdə qeydə alınan hərbçi ölümlərinin səbəbi kriminal submədəniyyətin varlığı ola bilər”. Amma erməni general-mayor Arkadi Ter-Tadevosyan Ermənistan ordusundakı ölüm hadisələrinin səbəbini başqa prizmadan axtarmağın vacib olduğunu vurğulayır. O qeyd edib ki, cəmiyyətdə olan son iki ildəki düşmənçilik hər yerə, o cümlədən orduya da keçib: “Hər birimiz bir fikrə sahibik, lakin bu fikirin düzgün olduğunu deyə bilməzsən. İnşaallah, mən səhv edim, lakin siz yaxşı bilirsiniz ki, bu 2 il ərzində qaralarla ağlar arasında bir xətt çəkildi və bir düşmənçilik atmosferi yaradıldı. Bu düşmənçilik hər yerə keçdi, bir-birini bağışlaya, bir-birinə güzəştə gedə bilmirlər. Hesab edirəm, bu belədir. Belə vəziyyətdə orduda itkilər hələ çox olacaq”. “1in.am” nəşrinə açıqlamasında erməni hüquq müdafiəçisi Vardan Arutyunyan isə məsələyə belə yanaşır:“Bunlar reallığımızın ən kədərli hallarıdır və son zamanlar anlaşılmaz şəkildə kifayət qədər çoxalıb: mən bu halların niyə xüsusilə indi çoxaldığını bilmirəm. Bir şey aydındır: orduda bütün bu intiharlar mahiyyətcə qətldir, çünki gənclər intihar edir və onlar bu addımı yalnız o halda ata bilərdilər ki, onları intihar həddinə çatdıraydılar. Yəni bu hərbi hissələrdə elə şərait yaradılır ki, gənc özünə atəş açmaqdan başqa çıxış yolu tapmır”. Onun sözlərinə görə, nizamnamədənkənar münasibətlər hər zaman ordularda bu cür vəziyyət yaradıb:
“Qeyri-qanuni varlananlar siyahısının böyük hissəsi hərbçilərdir: əsgərlə məşğul olmaq əvəzinə bizneslə məşğul olublar”.

Erməni ekspert Sarkis Artsruni da bildirib ki, orduda yüksək vəzifəli şəxslərin bizneslə məşğul olması davam etdikcə, əsgər və zabitlərin qeyri-döyüş şəraitində də itkisi davam edəcək: “İcra hakimiyyətinin ordudakı vəziyyətlə bağlı verdiyi açıqlamalar, düzünü desək, şablondur və bir sıra suallara cavab vermir. Paşinyanın da məsələyə yanaşması sadəcə istehza doğurur. Onun  hərəkətsizliyi və ya səhlənkarlığı ilə üz-üzə qalmışıq. Bütün dəlillərin hər bir cinayətdə aydınlaşdırılması lazımdır ki, orduda baş verən hər bir hadisəyə hərtərəfli cavab ala bilək, həmçinin parlament və ya ictimaiyyət ümumi mənzərə, meyllər barədə hərtərəfli rəy formalaşdıra bilsin. Müdafiə naziri ilə  Silahlı Qüvvələrin Baş Qərargah rəisi arasında rəvan olmayan münasibətlər də ordunu çökdürür. Bir şey aydındır, ordudakı vəziyyət dərin, hərtərəfli müzakirələrə ehtiyac duyur, burada həll yolları institusional, qanunvericilik və kadr səviyyələrindən daha çoxşaxəlidir. Xüsusi vəzifəli şəxslərin, bəlkə də hətta yüksək vəzifəli şəxslər cəzalandırılmadığı, işdən çıxarılmadığı və çiynindən rütbələri sökülmədiyi təqdirdə, siyasi məsuliyyət problemi yaranacaq və ictimaiyyət artıq hərbi, nazir və ya qərargah rəisindən yox, siyasi hakimiyyətdən, baş nazirdən cavab tələb edəcək. Baş nazir isə məsələ ilə bağlı sadəcə gülüş doğuran bir mövqe sərgiləyir. Ermənistan Müdafiə Nazirliyi bu durumda hətta qətlə yetirilən və intihar edən hərbi qulluqçuları hesablamağı belə çatdıra bilmir”. 

Keçmiş erməni döyüşçü Şahe Acemyan isə bildirir ki, orduda ölüm hadisələri yenilik deyil, lakin bu miqyasda, yəni 1 ay ərzində 13 ölüm hadisəsi görünməmiş bir şeydir: “Səbəblər çoxdur. Cəmiyyətin səhvləri orduya çatır, digərlərindən fərqlənən inqilabçı gənclər peyda olub. Bir şey aydındır ki, orduda qanunlar dəyişdirilməlidir”. Erməni hərbi və ictimai xadim Gevorq Gevorqyanın sözlərinə görə, Ermənistan ordusunda hökm sürən hazırkı atmosferin bir nömrəli cavabdehi Nikol Paşinyandır: “Nikol Paşinyanın bölüşdürücü xətlərinə görə orduda bu cür atmosfer var. Ordu haqqında danışmazdan əvvəl ordunu tanımaq lazımdır”. Gevorqyan bildirib ki, Paşinyanın dönəmində orduda ölüm hallarının daha da armtasını gözləmək olar. Bütün bunlar bir daha erməni ordusunda dərin bir xaosun hökm sürdüyünü aydın nümayiş etdirir. Hesab edilir ki, bu gedişlə erməni orldusunda xidmət etməyə adam tapılmayacaq.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 16:30
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - VİDEO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ