çərşənbə günü, 04 noyabr 2026
     

İdlibdə Rusiya və Türkiyə ordusu bir-birini vurdu, Türkiyə ABŞ-dan iki “Patriot” istədi…

Image


Suriyadan gələn son məlumatlar burada Rusiya və Türkiyə arasında artıq savaşın getdiyini deməyə əsas verir. Belə görünür ki, tərəflər yaxın tezlikdə bir araya gəlməsə, savaşın miqyası daha da böyüyüb kifayət qədər təhlükəli xarakter alacaq. Çünki hadisələr türk ordusunun Suriyada əməliyyata başlalmasından sonra xeyli kəskinləşib.

Xatırladaq ki, Suriya ordusu Rusiya aviasiyasının hava dəstəyi ilə İdlibdə Türkiyənin dəstəklədiyi “Həyyat Təhrir əş-Şam” qruplaşmasına qarşı hücumları davam etdirərək, ölkənin şimalı ilə cənubunu birləşdirən strateji əhəmiyyətli şosseyə nəzarəti ələ keçirib. Suriya ordusunun irəliləməsi nəticəsində Türkiyə ordusunun müşahidə postları arxada qalıb. Prezident Rəcəb Tayyip Ərdoğan xəbərdarlıq edib ki, Əsəd qüvvələri fevralın sonuna qədər İdlib deeskalasiya zonasının gerisinə çəkilməsə, Türkiyə ordusu hücuma başlayacaq. Artıq əməliyyatın ilk mərhələsi başlayıb. Müxalif qüvvələr Türkiyə ordusunun tank və artilleriya dəstəyi ilə hücum edərək Neyrab qəsəbəsini tutub, lakin çox keçməyib ki, Rusiyanın hava zərbələri ilə Əsəd ordusu əks-hücuma keçib və müxaliflər geri oturdulub. Bu zaman Əsəd aviasiyasının endirdiyi zərbə nəticəsində Türkiyə ordusunun bir tankı vurulub, iki tankçı həlak olub, 5 hərbçi yaralanıb. Ardınca Türkiyənin dəstəklədiyi silahlı müxalifət isə Əsəd ordusunun nəzarətində olan bir neçə kəndi azad edib. Onların  hücumu nəticəsində Əsəd ordusunun 5 tankı, 2 silahlı texnikası, 1 raketi və hərbçiləri daşıyan 2 zirehli avtomobili, 50-dən artıq hərbçisi məhv edilib. Buna cavab olaraq Rusiya hərbi təyyarələri İdlibdə irəliləyən türk əsgərlərini və müxalifləri bombalayıb. "Bloomberg"in xəbərinə görə, Türkiyə bu fonda ABŞ-dan 2 "Patriot" raket batareyası istəyib.

Yaranmış vəziyyətdə Rusiyanın Suriyadakı hərbi komandanlığı Türkiyəni əməliiyatı dayandırmağa, Bəşər Əsədə qarşı olan silahlı qruplaşmaları dəstəkləməməyə, onlara silah verməməyə çağırıb.

Türkiyənin müdafiə naziri Hulusi Akar isə mövqelərinin müdafiəsi üçün Suriyada istənilən qüvvə ilə üz-üzə gəlməyə hazır olduqlarını bildirib. O qeyd edib ki, Suriya münaqişəsinə dair tərəflər arasında fikir ayrılığı yaranıb: “Problemin həlli üçün Ankara və Moskva arasında dialoq davam edir. “İdlibdə, güc sərf etməklə də olsa, atəşkəsi təmin edəcəyik. Bizim A, B, C planlarımız hazırdır, yeri gəldikcə tətbiq olunacaq. Biz Soçi razılaşmasının arxasındayıq, sadəcə, Rusiya və İran buna əməl etsin”. Akar Suriyada sabitliyi bərpa edəcəklərini bəyan edib. Nazirin sözlərinə görə, sabitliyi bərpa etmək üçün güc tətbiq etmək lazım olarsa, Türkiyə bundan çəkinməyəcək və buna hazırdır.  Amma Akar təsdiq edib ki, İdlib üzərində hava məkanına Rusiya nəzarət edir və belə vəziyyət Türkiyə ordusunun hücumunu çətinləşdirə bilər. Ona görə də Rusiyanın qarışmaması üçün danışıqlar aparılır. Müdafiə naziri yaranmış vəziyyətdə NATO-nun Türkiyəyə mümkün dəstəyi haqda danışıb. Bildirib ki, ABŞ əsgərlərinin İdlibə daxil olması müzakirə edilmir, belə plan yoxdur. Amma NATO Türkiyəyə dəstək olaraq “Patriot” zenit-raket komplekslərini göndərə bilər:“Çünki Türkiyəyə yönələn həm hava, həm raket təhdidləri var. Bu mənada, bir “Patriot” batareyasının göndərilməsi mümkün ola bilər”.

Hazırda görünən budur ki, nə Rusiya, nə də Türkiyə döyüş meydanında üz-üzə gəlmək istəyir. Elə rusiyalı ekspert Yelena Suponina da bildirir ki, Moskva və Ankara İdlib bölgəsində gərginliyin daha da dərinləşməməsi üçün səy göstərəcək:“Son hadisələr dönüş nöqtəsinə qədər gəlib çıxıb. Gərginlik artır, lakin bu gərginliyin azaldılması yönündə səylər göstərildiyinə dair məlumatlar da var. İran indi müəyyən razılaşmanın əldə olunması üçün cəhdlər edir. Hətta gündəmdə Rusiya, Türkiyə və İranın iştirakı ilə üçtərəfli sammitin keçirilməsi məsələsi də var. Lakin bu barədə danışmaq olduqca tezdir. Çünki belə görüşün baş tutması üçün lazımi hazırlıqlar görülməlidir”. Suponina əlavə edib ki, Rusiya və Türkiyə arasında hər sahədə, xüsusən iqtisadi sferada əldə edilmiş güclü əməkdaşlığa baxmayaraq, baş verən son proseslər hər iki tərəf üçün həyəcan siqnalıdır. Yaranmış vəziyyətdə Vaşinqton Moskva və Dəməşqi Suriyanın şimal-qərbindəki situasiyanın eskalasiyasında ittiham edib. BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Kelli Kraft ABŞ-ın Ankaranın fəaliyyətini dəstəklədiyini bildirib:“Biz Rusiya nümayəndə heyətinin Türkiyəni ittiham edən bəyanatını inkar edirik. Suriyanın şimal-qərbindəki hərbi kampaniyanın keçirilməsi və təşkilinə görə məsuliyyəti Türkiyənin yox, Əsədlə Rusiyanın daşıyacağına dair heç bir şübhə yoxdur. Biz Türkiyənin, NATO üzrə müttəfiqimizin qanuni maraqlarını dəstəkləyirik”.

Kreml sözçüsü Dmitri Peskov isə bildirib ki, Rusiya, Türkiyə və İran prezidentləri arasında Suriya böhranı ilə bağlı üçtərəfli görüşün keçirilməsi üçün müzakirələr davam etdirilir:“Hələlik görüşün keçiriləcəyi tarix barədə razılıq əldə edilməyib. Rusiya tərəfi görüşlə bağlı müsbət cavab verib. Amma bildiyiniz kimi, hər üç prezidentin proqramlarına əsasən görüşün vaxtı təyin edilməlidir. Dəqiq tarix müəyyən edildikdən sonra ictimaiyyətə açıqlama veriləcək”. Hesab edilir ki, tərəflər danışıqlar masası arxasında bir araya gəlməsə, Suriyada dəhşətli bir savaş başlana bilər.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 16:30
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - VİDEO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ