Cümə axşamı günü, 05 noyabr 2026
     

Dünya müşahidəçilərindən seçkiyə birmənalı, AŞPA və ATƏT PA-dan isə əsasən dəstək...

Image


Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) müşahidə missiyası ölkədə keçirilən parlament seçkilərində müşahidələrinin nəticələrini açıqlayıb. “Trend”in məlumatına görə, QDİƏT PM-in müşahidə missiyasının üzvü, türkiyəli deputat Cemal Öztürk bildirib ki, Azərbaycanda demokratik, ədalətli seçki keçirildi:

"Qardaş, dost Azərbaycanda 2020-ci il parlament seçkilərində müşahidəçi kimi iştirak etdim. Artıq 3 gündür ki, prosesləri izləyirik. Müşahidələr apardığım zaman hər hansı neqativ hadisəyə rast gəlmədim. Azərbaycan xalqını təbrik edirəm, bu seçkilər Azərbaycanın daha da güclənməsi, inkişafı üçün yeni başlanğıc olar. Azərbaycan xalqı ən yaxşılara layiqdir. Biz hər zaman Azərbaycanın yanında olduq, bundan sonra da olacağıq. Bir millət, iki dövlət olaraq dost Azərbaycanın yanında olduğumuzu hər zaman ifadə etmişik, bu gün də ifadə edirik.

Bu seçkilərin təkcə Azərbaycanda yox bütün Türk dünyası, bölgədəki sülhə təsir edəcəyinə inanıram. Azərbaycan xalqını təbrik edirəm və təşəkkür edirəm".

Baş katib Asəf Hacıyev isə bildirib ki, təşkilata 12 dövlət və 76 millət vəkili daxildir: "Nümayəndə heyətinə 5 ölkənin nümayəndəsi daxildir. Dünən səhər saat 10:00-dan Bakıda 10-dan çox seçki məntəqəsində olduq, heç bir pozuntu görmədik. Hətta orada olan partiyaların nümayəndələrindən də soruşduq, daha sonra Maştağa və Bilgəhdə də 10-a yaxın məntəqədə olduq. Buralarda aktivlik daha çox idi".

Baş katib deyib ki, hər bir seçki demokratiyanın ölçüsüdür: "Dünənki seçkilər nəinki Avropa, hətta dünya standartlarına uyğun keçirildi. Soyuq havaya baxmayaraq, 45 faizə yaxın seçici iştirak etdi. Yeni Azərbaycan Partiyası bir daha göstərdi ki, formalaşmış, Azərbaycanı gələcəyə aparan partiyadır. İlkin nəticələrə görə partiya 69 yer qazanıb".

QDİƏT PM-in müşahidə missiyasının üzvü, rusiyalı deputat Maksim Şablikin deyib ki, həmkarları ilə birgə seçkidə müşahidə aparıb: "Azərbaycanda seçkilər çox demokratik şəkildə keçirildi. Ən əsası məndə seçkilərin təhlükəsiz, sakit şəraitdə keçməsi ilə bağlı çox gözəl təəssürat yarandı. Vətəndaşların çox sakit və azad şəkildə seçkilərdə iştirak etdiyini gördüm. Seçkilərin demokratik keçirilməsini çox yüksək qiymətləndirirəm. Azərbaycanda namizədlərin sayına baxanda başa düşmək olur ki, Milli Məclis Azərbaycanın həyatında nə qədər böyük rol oynayır. Düşünürəm ki, bu seçkilər ilk növbədə Azərbaycan xalqının qələbəsidir. Vətəndaşlar öz deputatlarını seçdilər, düşünürəm ki, ən böyük hakimiyyət xalqın hakimiyyətidir. Demokratik və şəffaf seçkilər üçün təşəkkür edirəm".

  • Bir beynəlxalq müşahidəçi Avropa ölkələrini Azərbaycanın seçki təcrübəsindən yararlanmağa çağırdı

Bosniya və Herseqovinadan olan müşahidə missiyası Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində apardıqları müşahidələrin nəticələrini açıqlayıb.

“Trend”in məlumatına görə, Bosniya və Herseqovina Parlament Nümayəndələr Palatasının üzvü Predraq Kojul Azərbaycanda keçirilən parlament seçkilərinin tam demokratik olduğunu bildirib: "Bütün seçki məntəqələrində hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Namizədlər və yerli müşahidəçilərlə danışdıq. Seçki məntəqələrinin sədrlərinin əksəriyyəti qadın idi. Tam əminliklə deyə bilərəm ki, başqa Avropa ölkələri Azərbaycanın seçki təcrübəsindən yararlanmalıdır. Namizədlərin çoxu gənclər idi".

Predraq Kojul prosesdə bəzi çatışmazlıqların da olduğunu deyib: "Namizədlər arasında qadınların sayı çox deyildi. Düşünürəm ki, gələcəkdə bu məsələ də həllini tapacaq və xanımların seçkiyə marağı artacaq. Bir neçə məntəqədə müşahidəçilər texniki pozuntuların olması barədə məlumat verdilər. Bu isə seçki nəticələrinə təsir etmir. Bosniya və Azərbaycan arasında əməkdaşlıq var və bundan sonra da davam edəcək".

  • İtaliyalı müşahidəçinin də seçki rəyi müsbət oldu

İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun nümayəndələri Azərbaycanda növbədənkənar seçki prosesindəki müşahidələrin nəticəsini mətbuat nümayəndələrinə açıqlayıb. İtaliya Parlamenti Deputatlar Palatası, Sosial Məsələlər üzrə Komitənin sədr müavini, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Rosanna Boldi müşahidəçi qismində Azərbaycandakı seçki prosesini izləməyin çox maraqlı olduğunu bildirib:

"Ötən gün mən və həmkarım Bakıda və Bakıdan kənardakı seçki məntəqələrində olduq. Sumqayıtda 2 seçki məntəqəsində prosesi izlədik. Əsasən, diqqətimizi seçki qaydalarına riayət edilməsinə yönəltmişdik. Xüsusilə, səsverməyə gələnlərin sənədlərinin yoxlanması məsələsində ciddi nəzarət hiss etdik. Bir çox məntəqələrdə ultrabənövşəyi cihazlar və şəffaf mürəkkəblər vardı. Müşahidə kameraları işləyirdi. Müşahidəçilər arasında həm siyasi partiyalara aid, həm də müstəqil şəxslər vardı. Onların əksəri qadın və gənclərdən ibarət idi. Müşahidəçilərdən biri şikayətlənirdi ki, məntəqə sədri ona bülletenlərin şəklinin çəkilməsinə icazə verməyib. Seçki Məcəlləsində bu qaydalarla tanış oldum. Italiyada da bu qayda var. Seçki məntəqəsinə fotokamera ilə daxil olmaq qadağandır. Bundan başqa, əyləncəli dəqiqələr də yaşadıq. Seçki məntəqələrindən birində bizi səsverənlərlə səhv salmışdılar. Onlar deyirdilər ki, siz daha əvvəl başqa seçki məntəqəsində olmusunuz. Biz izah etdik ki, xarici müşahidəçiyik. Bunu xüsusilə qeyd etdim ki, seçki prosesinin necə şəffaf keçdiyindən əmin olasınız".

İtaliya Parlamentinin Səhiyyə Komitəsinin üzvü, Avropa Şurasında İtaliya nümayəndə heyətinin üzvü Mariya Rizotti də dünənki seçki prosesinin tam şəffaflıqla keçdiyini bildirib: "Səsvermə qaydalarına ciddi surətdə riayət olunurdu. Azərbaycan xalqına dəyər verən senatorlardan biriyəm. Avropadakı çıxışlarımda da vurğulayıram ki, Azərbaycan qadınlara böyük dəyər verir. 1918-ci ildə məhz bu ölkədə qadınlara ilk dəfə səsvermə hüququ tanınıb. Azərbaycan bununla bəzi Avropa və Amerika ölkələrini qabaqlayıb".

  • İƏT müşahidəçisi heç bir qanun pozuntusu müşahidə etmədiyini bildirdi

Azərbaycanda fevralın 9-da keçirilən parlament seçkiləri demokratik keçib. Bunu Milli Məclisə fevralın 9-da keçirilən növbədənkənar seçkilərin nəticələri ilə əlaqədar keçirilən tədbirdə olan beynəlxalq müşahidəçi, İslam Əməkdaşlıq Təşkilatının müşahidə missiyasının üzvü Əli Əsgər Mohammadi deyib.

Azərbaycan tarixində demokratiyanın mühüm amil olduğunu deyən müşahidəçi Azərbaycan xalqını seçkinin nəticəsinə görə təbrik edib.

O əlavə edib ki, İslam Əməkdaşlıq Təşkilatının iki nümayəndəsi seçkilərdə müşahidəçi qismində qatılıb. Müşahidəçilər Bakıda 8 məntəqədə müşahidə aparıblar.

Məntəqələrdə heç bir qanun pozuntusu müşahidə etmədiklərini deyən Əli Əsgər Mohammadinin sözlərinə görə, havanın soyuq olmasına baxmayaraq, parlament seçkilərində seçici fəallığı yüksək olub.

O, seçkidə müşahidəçilərin prosesi diqqətlə izləməsindən də məmnun qaldığını söyləyib.

Əli Əsgər Mohammadi bunu da əlavə edib ki, Azərbaycan təmsil etdiyi təşkilatın fəal üzvüdür: "Azərbaycan bizim üçün dost, qardaş ölkədir. Bizim səsimiz sizinlədir. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın haqq işini hər zaman dəstəkləyir".

  • Türk Şurası da 9 fevral seçkisinə rəy açıqladı

Fevralın 10-da Türk Şurasının Müşahidə Missiyası Azərbaycanda keçirilən Parlament seçkilərindəki müşahidələrinin nəticələrini açıqlayıb. Tədbirdə çıxış edən təşkilatın Baş katibin müavini Ömər Kocaman parlament seçkilərinin heç bir qanun pozuntusu olmadan keçirildiyini bildirib: "Müşahidələr Bakı və Mingəçevir şəhərlərində aparıldı. Fevralın 4-də Bakıya gəldik və seçki prosesinə hazırlıqla bağlı araşdırmalar apardıq.

Seçki tam qanunauyğun şəkildə aparılıb. Namizədlər üçün əlverişli şərait yaradılmışdı. Bununla yanaşı, siyasi partiyalar da çoxluq təşkil edirdi. Bu da seçkilərin ədalətli və şəffaf keçirildiyini təsdiqləyir. Məntəqələrdə seçicilər heç bir təsirə məruz qalmadan azad şəkildə seçimlərini edirdilər. Müşahidə apardığımız seçki məntəqələrində texniki tərəfdən və insan amili nöqteyi-nəzərindən səsvermə prosesində hər hansı pozuntu görmədik. İnsanların məntəqələrə yüksək əhval-ruhiyyə ilə səs verməyə gəlmələrini görmək çox maraqlı idi. Bundan başqa, qadın namizədlərin də sayı çoxluq təşkil edirdi".

O, nümayəndə heyətinə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan əməkdaşların daxil olduğunu bildirib və əlavə edib ki, seçki prosesini 2 missiyaya bölünərək müşahidə ediblər: "Seçki məntəqələrində bizə hər cür məlumat verildi, müşahidəmiz üçün lazımi şərait yaradıldı. Namizədlərin sayının çox olması seçkiyə inamın artdığından xəbər verir".

Ömər Kocaman seçkinin uğurla başa çatdığına görə, Azərbaycan xalqını təbrik edib: "Sevindirici haldır ki, bu seçkilərdə gənclər daha fəal idilər. Namizədlərin hər 100 nəfərindən 50-si 20-40 yaş həddində olanlar di. Bu da Milli Məclisin yenilənməsinə, gəncləşməsinə işarədir.

Siyasi partiyaların normal sayda namizədlərlə prosesdə iştirakı qürurvericidir.

Mərkəzi Seçki Komissiyası ölkədə olan 341 min məcburi köçkün üçün 573 seçki məntəqəsi təşkil etdi və onların səs verməsi üçün hər cür şərait yaradılmışdı. 24 məntəqədə müşahidə apardıq. Müşahidəçilərimiz sona qədər prosesi müşahidə edib. Heç bir pozuntu aşkarlamadı. Azərbaycanda parlament seçkilərinin tam demokratik keçirildiyini əminliklə deyirik. Azərbaycan xalqı üçün xeyirli və uğurlu olsun.

Azərbaycanın son 20 ildəki inkişafı artıq göz qabağındadır. Bütün dünya bu inkişafı və nəticəni görür".

  • Meksika nümayəndə heyəti seçkilərə necə qiymət verdi?

Meksika nümayəndə heyəti də Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini izləyib. Müşahidənin nəticələrini açıqlayan Meksika Parlamentinin deputatı Aqustin Qarsia Rubio bildirib ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri tam demokratik və şəffaf keçirilib:

"Deputat olaraq demokratik seçkilərlə bağlı əsas konfedensiyaları açıqlamaq istəyirəm. Seçkilər bütövlük, dürüstlük və məsuliyyət konfedensiyaları əsasında formalaşmışdı. Bu seçkidə Azərbaycan xalqına legitimlik verildi. Xarici ölkələrin nümayəndələrinə isə ölkələrarası münasibətlərə fayda vermək imkanı tanındı. Avtoritarlığın qarşısını almaq üçün vətəndaşların səsvermədə iştirakı mütləq idi. Azərbaycan vətəndaşlarının öz övladlarını prosesə cəlb etmək və seçkinin mahiyyətini onlara başa salmaq gələcəkdə bu prosesin daha demokratik və təkmilləşdirilmiş formada keçirilməsinə şərait yaradacaq.

Gün ərzində Bakıda 10 məntəqədə seçki prosesinin müşahidəsini aparmışam. İllər öncə qoyulan təməllərin bu gün də prioritet olduğunun şahidi oldum. Azərbaycanda sənaye və turizm, energetika və iqtisadi sahədə nailiyyətləri müsbət dəyərləndirirəm. Hər bir Azərbaycan vətəndaşı Meksikada hörmətlə qarşılanacaq".

  • MDB müşahidə missiyası seçkiləri rəqabətli adlandırdı

Müstəqil Dövlətlər Birliyi (MDB) müşahidə missiyası Azərbaycanda keçirilən parlament seçkilərindəki müşahidələrinin nəticələrini açıqlayıb. Tədbirdə çıxış edən missiya rəhbəri Viktor Quminskiy deyib ki, müşahidə zamanı ciddi qanun pozuntusuna rast gəlməyiblər.

Onun sözlərinə görə, müşahidə missiyası bu qərara gəlib ki, seçkilər Azərbaycan Konstitusiyası və qanunvericiliyinə uyğun, rəqabətli, demokratik şəkildə həyata keçirilib: "MDB müşahidə missiyası növbədənkənar parlament seçkilərini izləmək üçün Azərbaycan dövlətinin dəvətilə təşrif buyurub. Yanvarın 19-dan öz işinə başlamış missiya seçkilərə hazırlıq prosesində və səsvermədə iştirak edib. Seçkilərə MDB müşahidə missiyasının 252 müşahidəçisi akkreditasiya olunub. Onun tərkibinə Belarus, Rusiya, Qırğızıstan, Qazaxıstan və eləcə də digər MDB ölkələrindən olan müşahidəçilər daxildir. Onların sərbəst şəkildə fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb".

V.Quminskiy seçki qanunvericiliyini analiz edib və onun azad seçki keçirməyə imkan verdiyini vurğulayıb: "Seçkilərin keçirilməsinin hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası və Seçki Məcəlləsi təşkil edib".

Missiya rəhbəri bildirib ki, bəzi məntəqələrdə kiçik pozuntulara rast gəlinsə də, bunlar seçkinin gedişatında əhəmiyyətli rol oynamayıb: "Mərkəzi Seçki Komissiyası seçicilərin məntəqələrə gəlib rahat şəkildə səs vermələri üçün hər cür şərait yaradıb. Onlara lazım olan bütün informasiyalar təqdim edilib. Seçki pozuntularının qeydiyyatı üçün qərargah yaradılıb, Kütləvi İnformasiya Vasitələrinin öz işlərini həyata keçirməsində heç bir maneə aşkarlanmayıb. Seçki gününə qədər missiya ölkənin 20 regionunda müşahidə aparıb. Qeyd etmək istərdim ki, hava şəraitinə görə bəzi dağlıq bölgələrdə monitorinq aparmaq imkanımız olmayıb. Lakin ölkənin əksər regionlarından əldə etdiyimiz məlumatlar onu deməyə əsas verir ki, həmin bölgələrdə də seçki qanunvericiliyə uyğun şəkildə təşkil olunub. Biz məntəqələrdə əldə etmək istədiyimiz hər bir məlumatı öyrənə bilmiş, suallarımıza cavab almışıq".

O, seçicilərin siyahısının hər il yeniləndiyini də diqqətə çatıdrıb: "Məntəqələrdə səsvermə üçün şərait yaradılıb. Bizdə kiməsə maneə yaradılması ilə bağlı məlumat yoxdur. Seçkilərdə iştirak etmək istəyən namizədlərin sayı əvvəlki illərdən çox idi. Bu seçicilərə daha layiqli namizədi seçmək şansı qazandırıb".

Missiya rəhbəri seçki gününə qədər bir sıra dövlət qurumları ilə görüşlər keçirdiklərini və daxil olan şikayətləri analiz etdiklərini deyib: "Seçki günündə isə MSK-ya 260 müraciət daxil olub, onların çoxu kiçik nöqsanlardır. Lakin müraciətlərin hamısı ilə bağlı tam məlumatımız yoxdur. Biz öz qeydlərimizi seçkinin rəsmi nəticələrindən sonra təqdim edəcəyik. Onu da bildirmək istərdim ki, yerli və beynəlxalq müşahidəçilərin sayı da kifayət qədər yüksək olub. Bu da seçki prosesini izləməyə böyük imkan verib. Biz hamımız gördük ki, haradasa seçki məntəqəsinin vaxtında açılmaması ilə bağlı məlumat yoxdur. Səsvermə sakit və yüksək şəkildə təşkil olunub. Bəzi nöqsanlar qeyd edilib, məsələn, 15-ci dairənin məntəqələrindən birində ikinci dəfə səs vermək cəhdinin qarşısı müşahidəçi tərəfindən alınıb. Lakin dediyim kimi nöqsanlar əhəmiyyətli dərəcədə deyil".

  • Rusiya Federasiya Şurası seçkilərin gedişindən razı qaldı

Seçkilər mənə və mənim həmkarlarıma yaxşı təsir bağışladı. Bunu isə Rusiya Federasiya Şurasından müşahidə missiyasının üzvü Arkadi Çernitski mətbuat konfransında deyib.

O bildirib ki, səsvermə zamanı nəinki ciddi, hətta xırda pozuntular da aşkar edilməyib: “Görünür ki, seçki komissiyasının üzvləri reqlamentə tam əməl etməyə çalışıblar. Milli Məclisin yeni formalaşacaq tərkibinə Azərbaycan naminə məhsuldar iş görməyi arzulayırıq”.

  • Türkiyə müşahidə missiyası Azərbaycanda seçkilərə mənfi baxanları düz yola çağırdı

Türkiyə Böyük Millət Məclisin Müşahidə Missiyasının üzvləri Azərbaycanda fevralın 9-da keçirilən parlament seçkiləri ilə rəylərini açıqlayıb. Milli Məclisə fevralın 9-da keçirilən növbədənkənar seçkilərin nəticələri ilə əlaqədar keçirilən tədbirdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Müşahidə Missiyasının üzvü, Türkiyə-Azərbaycan Dostluq Qrupunun rəhbəri Şamil Ayrım əvvəlcə Azərbaycan xalqını seçkilərin baş tutmasına görə təbrik edib.

Müşahidəçi əlavə edib ki, Azərbaycanda insanlar öz istədikləri insanlara səs verərək onları qalib ediblər:

"Seçkilərdə qalib gələn namizədləri təbrik edirəm. Eyni zamanda, qalib gəlməyən namizədləri də cəsarətlərinə görə təbrik edirəm".

TBMM-in üzvü Orhan Erdem deyib ki, seçki günündə müşahidəçilər iki qrupa ayrılaraq Bakı və Sumqayıtda prosesi izləyiblər.

Azərbaycanda çox layiqli gənclərin yetişdiyini deyən O.Erdem namizədlərin siyahısında gənclərin sayının çox olmasından məmnun olduğunu söyləyib.

TBMM-in üzvü Yunus Kılıç bildirib ki, Azərbaycanda müxtəlif seçkilərdə türkiyəli müşahidəçilər həmişə iştirak ediblər.

Seçkiyə hazırlıq dövründə də müəyyən işlərlə tanış olduqlarını deyən Y.Kılıc qeyd edib ki, namizədlərin sayının çox olması, 20-yə yaxın partiyanın seçkidə iştirakı seçkinin obyektiv və rəqabətli şəraitdə keçdiyini deməyə əsas verir.

O əlavə edib ki, seçki məntəqələrində kameraların olması, müşahidəçilərin prosesin istənilən yerdən izləyə bilməsi, seçicilərin istənilən kabinədə səs verə bilməsi çox gözəl haldır: "Əslində, Azərbaycanın seçkiyə çox sayda beynəlxalq müşahidəçi dəvət etməsi onun açıq ölkə olduğunu, hər şeyin şəffaf olduğunu göstərir. Məntəqələrdə heç kim heç kəsin işinə qarışmırdı, amma hər kəs prosesi müşahidə edə bilirdi. Namizədlərin seçkiyə qədər ev-ev gəzərək özlərini tanıdıblar. Burada da bir demokratik davranış var".

TBMM-in üzvü İbrahim Aydemir Azərbaycanın Türkiyə üçün çox dəyərli ölkə olduğunu xüsusi vurğulayıb: "Burada proseslərin normal keçməsi bizi sevindirər. Biz seçkilərdə də ancaq Azərbaycanın iftixar duya biləcəyi bir şərait gördük. Bəzi ölkələr Azərbaycandan dərs almalı, mənfi baxışlarını kənara qoymalıdırlar".

TBMM-in üzvü Uğur Bayraktutan məntəqələrdə kameraların olmasını, seçicilərin sərbəst səs verə bilməsini çox müsbət hal kimi dəyərləndirib: "Biz daha bir uğur qazanan Azərbaycanı tərk edərək Türkiyəyə geri dönəcəyik. "Azərbaycanın yolu uğurlu olsun" deyirik".

  • Gürcüstanlı müşahidəçilər 10 məntəqədə müşahidə apardılar

Azərbaycan parlament seçkilərini layiqincə keçirdi. Bunu Gürcüstandan olan müşahidə missiyasının üzvü Georgi Kalandaşvili deyib. O bildirib ki, beş nəfərdən ibarət Gürcüstan nümayəndə heyəti Bakıdakı seçki məntəqələrində müşahidə aparıb: “Biz iki seçki prosesini müşahidə etmişik. Prosesə kənardan hər hansı bir müdaxilənin şahidi olmadıq. Nümayəndə heyətimiz Azərbaycan xalqını layiqli parlament seçkiləri münasibətilə təbrik edir”.

Gürcüstan nümayəndə heyətinin digər üzvü Georgi Şarabidze öz növbəsində qeyd edib ki, namizədlərə və müşahidəçilərə bərabər şərait yaradılmışdı: “Seçkiləri həm xarici, həm də yerli müşahidəçilər izləyib. Hər şey yüksək səviyyədə keçib, hər hansı bir pozuntu qeydə alınmayıb”.

Onun sözlərinə görə, 10 seçki məntəqəsində müşahidə aparıblar: “Bu müddət ərzində sakit, demokratik seçkilər müşahidə etdik, hər şey dinc şəraitdə keçdi”.

  • Danimarkalılar prosesin Seçki Məcəlləsinə uyğunluğuna diqqət çəkdi

Parlament seçkiləri Azərbaycanın Seçki Məcəlləsinə uyğun keçirilib. Bunu Danimarkadan olan müşahidə missiyasının üzvü Niklas Milzers deyib.

O bildirib ki, müşahidəçi qismində həm Danimarkada, həm də digər ölkələrdə seçkilərdə iştirak edib və bu sahədə kifayət qədər təcrübəyə malikdir: “Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə keçdi”.

N.Milzers əlavə edib ki, Azərbaycan MSK müşahidəçiləri daha səmərəli iş üçün bütün zəruri materiallarla təmin edib.

  • Fransalı müşahidəçi qısa və məzmunlu danışdı

Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə, beynəlxalq standartlara uyğun keçirildi. Bunu fransalı müşahidəçi Valenten Esküde mətbuat konfransında deyib.

O bildirib ki, Sumqayıt seçki dairəsinin bir neçə məntəqəsində olub: “Seçkilərin beynəxalq standartlara uyğun keçirilməsi üçün bütün şərait yaradılmışdı. Seçkilərin bu səviyyədə keçirilməsi Azərbaycan qanunvericilyinin səmərəliliyinin nəticəsidir”.

  • İsrailli müşahidəçilər də seçkinin nəticəsini müsbət qiymətləndirdi

Azərbaycanda parlament seçkilərini izləyən israilli müşahidəçilər seçkinin nəticəsini müsbət qiymətləndirib. Milli Məclisə növbədənkənar seçkilərin nəticələri ilə əlaqədar tədbirdə İsraildən olan beynəlxalq müşahidəçi Roman Gureviç deyib ki, seçkilər şəffaf və effektiv keçirilib.

Onun sözlərinə görə, seçkilərdən bir neçə gün əvvəl Bakıya gəliblər.

Bakıda son illər ərzində yüksək inkişafın olduğunu nəzərə çatdıran R.Gureviç bildirib ki, Bakının 6 məntəqəsində apardıqları müşahidələrə əsasən, səsvermədə gənclər çox iştirak ediblər: "Bu da müsbət haldır. Seçkidə hər kəs öz işini bilirdi və qanun pozuntusu qeydə alınmayıb".

Digər müşahidəçi Boris Qrosman əlavə edib ki, artıq Azərbaycanda seçkilərdə beynəlxalq müşahidəçilərin iştirak etməsinə ehtiyac yoxdur:

"Mən düşünürəm ki, siz artıq özünüz başqa ölkələrdə müşahidəçi kimi iştirak edə bilərsiniz. Seçkiyə babalar, nənələr öz nəvələri ilə gəlirdilər. Belə soyuq, şaxtalı və küləkli havada seçicilərin gələcəyinə ümid etmirdik. Amma insanlar çox həvəslə, sevinərək seçkiyə gəlirdilər".

B.Qrosman bildirib ki, İsrail Azərbaycanı sevir və dəstəkləyir. Azərbaycan da İsrail üçün həmişə qardaş və dost ölkə olacaq.

Müşahidəçi Aleksey Tessarskiy isə hesab edir ki, müşahidələrinə əsasən, Azərbaycanda insanlar üçün onların həyatlarını dəyişdirən demokratik seçkilərin keçirilməsi və orada iştirak vacibdir. Ona görə də insanlar seçkidə fəal iştirak edirdilər, çünki onlar ölkənin tarixinə biganə deyillər.

  • Pakistanlı müşahidəçilər Bakıda seçki ilə bağlı mətbuat konfransı keçirdi

Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə təşkil olunub. Secki-2020.az saytının xəbərinə görə, bunu Pakistanın İslamabad Qlobal və Strateji Araşdırmalar Mərkəzinin baş direktoru Xalid Teymur Əkrəm Bakıda keçirdiyi mətbuat konfransında deyib.

O yeni formalaşmış parlamentin Azərbaycanın inkişafı və çiçəklənməsi üçün daha yaxşı işlər görəcəyinə əminliyini bildirib.

Pakistan parlamentinin keçmiş vitse-spikeri Murtuza Cavid Abbasi isə vurğulayıb ki, seçki ərəfəsində vəziyyəti müşahidə ediblər, Gəncədə və Naxçıvanda olublar. Bu gün səhər isə Bakıdakı bir sıra məntəqələrə baş çəkiblər.

Mərkəzi Asiya və Azərbaycan üzrə ekspert Mahmud Əsilxanın sözlərinə görə, müşahidə zamanı hər hansı pozuntuya rast gəlməyiblər. O deyib: “Yeni formalaşacaq parlamentin Azərbaycanda siyasi sistemin müasirləşməsində və demokratikləşməsində vacib rol oynayacağına əminik".

  • Almaniyalı və yunanıstanlı müşahidəçilər seçkilərin nəticələrinə oxşar mövqe sərgilədilər

“Hər şey gözlədiyimiz kimi oldu. Seçkilər demokratik və şəffaf keçdi. Seçki məntəqələrində çox sayda seçici və müşahidəçi var idi. Bu, xüsusi olaraq diqqətimi cəlb etdi”. Bu fikirləri Milli Məclisə seçkiləri müşahidə edən Almaniyanın Bavariya bölgəsi parlamentinin deputatı Uli Henkel mətbuat konfransında deyib.

Bavariya parlamentinin digər nümayəndəsi Ulrix Singer də həmkarı ilə eyni fikri bölüşdüyünü bildirib. O qeyd edib ki, hər şey qaydalara uyğun idi: “Seçki məntəqələrində bütün suallarımıza cavab tapdıq. Heç kim bizə problem yaratmadı. Bu, bizim üçün önəmli idi”.

Yunanıstan parlamentinin deputatı Lazaros Tsavdaridis isə deyib ki, onlar dörd məntəqədə müşahidə aparıblar və heç bir qayda pozuntusu aşkarlanmayıb: “Seçicilər, müşahidəçilər, siyasi partiyaların nümayəndələri və könüllülər ilə söhbətləşdik. Qənaətim budur ki, seçkilər yüksək səviyyədə və demokratik keçib”.

Yunanıstan parlamentinin digər deputatı Katerina Monogiou də qeyd edib ki, parlament seçkiləri demokratik keçib.

  • Fransalı senator seçki məntəqələrində nə gördü?

Fevralın 9-da parlament seçkilərini izləmək üçün 20 seçki məntəqəsində müşahidə apardım. Həmçinin bir məntəqədə səslərin sayılması prosesini izlədim. Burada seçkilərin necə keçirilməsi və səslərin sayılması barədə çox dəqiq məlumat əldə edə bildim, bir sıra yeniliklərlə də tanış oldum. Ən maraqlı cəhət seçki zamanı səs verən şəxslərin barmaqlarına rəngsiz mürəkkəbin vurulmasıdır ki, bu da bir seçicinin təkrar səs verməsinin qarşısını alır. Bu, digər ölkələrin praktikasında mövcud deyil. Bu sözləri Fransa Senatının Xarici əlaqələr və müdafiə komitəsinin vitse-prezidenti Joel Qerio Bakıda keçirdiyi mətbuat konfransında deyib.

“Müşahidə apardığımız məntəqələrdə qaydalara ciddi riayət olunurdu. Bir məntəqədən digərinə getməkdə çətinlik çəkmədik. Ümumilikdə, proses müsbət məcrada keçirdi. Təşkilatçılara minnətdarlığımı bildirirəm", - deyə Joel Qerio bildirib.

Fransanın Bol şəhərinin meri İv Metero isə 8 seçki məntəqəsində müşahidə apardığını qeyd edib. O deyib: “Mən hüquqşünasam. Burada Seçki Məcəlləsini nəzərdən keçirmək imkanım oldu. Seçki Məcəlləsi asan anlaşıla bilən formada hazırlanıb. Bütün namizədlər ondan asanlıqla istifadə edə bilərlər. Seçkilər normal şəraitdə keçdi”.

  • ABŞ müşahidəçiləri də Azərbaycanda parlament seçkilərində ciddi nöqsanlar görmədilər

ABŞ ictimaiyyətinin Müşahidə Missiyası Azərbaycanda keçirilən parlament seçkilərindən həddindən artıq məmnun olduğunu bildirib.

“Trend”in məlumatına görə, Azərbaycanda növbədənkənar parlament seçkiləri ilə bağlı keçirilən mətbuat konfransında ABŞ ictimaiyyətindən olan müşahidəçilər əhalinin yüksək siyasi fəallığını, missiyanın paytaxtdakı müxtəlif seçki məntəqələrində müşahidə etdiyi seçkilərə ciddi hazırlıqlarını və ümumilikdə ölkədən məmnun olduqlarını qeyd ediblər.

Nyu Yorkdan olan ABŞ ictimaiyyətinin nümayəndələrinin missiyasının müşahidəçisi Buxara Yəhudiləri Konqresinin ABŞ və Kanadadakı əlaqələndiricisi Rafael Nektal, üçüncü dəfə Azərbaycanda olduğunu və ölkənin parlament seçkilərində beynəlxalq müşahidəçi kimi iştirak etməkdən çox məmnun olduğunu bildirdi.

Müsbət cəhətlərdən Nektal ilk növbədə seçici fəallığının yüksək olduğunu qeyd edib: "Mənim olduğum Qubada çox soyuq idi, təxminən beş dərəcə, lakin bir çox insan məntəqəyə gəlməyə tənbəllik etməyib".

San Dieqodan olan müşahidəçi Martin Kruminq dedi ki, bu, onun Azərbaycana beşinci səfəridir və o da seçkilərdə iştirak etməkdən məmnundur: "İnsanlar səs verməyə gəlirdilər və sonra bir müddət qaldırlar, yəni iştirak edirdilər, o da çox maraqlıdır. Buradakı insanlar bunu adi bir şey hesab edirlər, lakin ABŞ-da bu cür fəaliyyət, məsələn, müşahidə edilmir - xalqımız gəlir, səs verir və dərhal öz işləri dalınca gedirlər. Bundan əlavə, mən yerli müşahidəçilərlə şəxsən söhbət etdim və bölmələrin birində hətta dadlı çay da verdiyimiz bir hal oldu. Bunu Amerikada görməyəcəksiniz".

Los-Ancelesdən olan müşahidəçi, sahibkar Mitç Silberman, öz növbəsində yerli sakinlərlə dialoq göstrib ki, əhali çox vətənpərvər və siyası fəaldır, bu da Amerika və Azərbaycan xalqlarını bir araya gətirir.

Silbermanın seçki prosesində qeyd etdiyi əsas amillər gənclərin namizəd siyahılarında təmsil olunması və seçki məntəqələrində qaydalara əməl olunmasıdır.

Fevralın 10-da seçkiləri müşahidə edən ATƏT PA, AŞ PA və ATƏT  DTİHB-nin birgə missiyası ilkin rəylərini açıqlayıblar. Birgə rəydə seçkilərə çox sayda namizədlərin qatılması seçkinin inklüziv xarakter daşıması kimi dəyərləndirilib. Seçici fəallığının səviyyəsi qənaətbəxş sayılıb. Seçki prosesinin normativlərə uyğun təşkil edildiyi qeyd edilib. Ermənistanın təcavüzü üzündən 10 seçki dairəsinin ərazisində seçki keçirilmədiyinin qeyd edilməsi sözsüz müsbət məqamlardandır. Səsvermə məntəqələrinin texniki cəhətdən yaxşı təşkil edildiyi də müsbət məqam kimi qeyd edilib.

Missiya rast gəlinən neqativ hallara prosedur-təşkilati nöqteyi-nəzərdən qiymət verib və metodik tövsiyə xarakterli mövqe tutub. Missiyanın tutduğu iradlar prinsipcə nəticələrə təsir göstərmək gücündə deyil və Azərbaycandakından daha artıqlarına Avropanın öz ölkələrində daha geniş rast gəlinir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ