Cümə axşamı günü, 05 noyabr 2026
     

6-cı parlamentin tərkibindəki yeniliklər - ciddi araşdırma tələb edilən dairələr...

Image


Azərbaycanda növbədənkənar parlament seçkiləri baş tutmuş sayıldı. Seçki günü çox əlverişsiz havaya baxmayaraq, səs verən vətəndaşların ümumi sayı seçkinin nəticələrini elan etmək üçün əsas vermiş oldu.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov keçirdiyi ilk mətbuat konfransında seçkinin ümumi nəticələrini açıqlasa da, bəzi dairələrlə bağlı yekun qərarın verilmədiyini bildirdi. İlk açıqlamada bildirildi ki, 17 saylı Yasamal 3-cü Seçki Dairəsi, 35 saylı Xətai 3-cü Seçki Dairəsi, 44 saylı Sumqayıt-Xızı Seçki Dairəsi, 42 saylı Sumqayıt 2-ci Seçki Dairəsi, 77 saylı Astara Seçki Dairəsi, 123 saylı Kəlbəcər Seçki Dairəsi və 125 saylı Zəngilan-Qubadlı Seçki dairəsindən qalib namizədlər müəyyənləşməyib. Maraqlıdır ki, MSK adından verilən növbəti rəsmi bəyanatda qaliblərin müəyyənləşmədiyi dairələrlə bağlı açıqlanan məlumat birincidən fərqləndi. İkinci məlumatda bildirildi ki, 33 saylı Xətai 1-ci, 35 saylı Xətai 3-cü, 60 saylı Salyan-Neftçala, 74 saylı Lənkəran Kənd, 79 saylı İmişli, 80 saylı İmişli-Beyləqan və 81 saylı Beyləqan seçki dairələrindən çox ciddi müraciətlər daxil olub: “Ola bilsin ki, bu müraciətlərin əsası yoxdur. Amma biz bu müraciətlərin hər birini araşdıracağıq. Sabah da bizə hansısa başqa dairələrdən müraciətlər daxil olsa, gecikdirmədən bu müraciətlər ciddi araşdırılacaq".

Hələ də MSK bəzi dairələrlə bağlı yekun nəticəni elan etməyib. Yəqin ki, gün ərzində bu məsələ  öz həllini tapmış olacaq. Açıqlanan rəsmi məlumatlara görə, seçici fəallığı 47,48 faiz olub.  Ölkədə keçirilən seçkiləri 58 ölkədən olan müşahidəçilər izləyiblər. Onların da, demək olar ki, hamısı seçkinin demokratik keçirildiyi ilə bağlı qənaətlərini bildiriblər. Bütün bunlara baxmayaraq, sosial şəbəkələrdə bəzi məntəqələrdə baş verən neqativliklərlə də bağlı materiallar ictimailəşdirilib. Həmin faktlarla bağlı MSK sədri deyib ki, əhalinin gözləntilərinin əksinə hərəkət edən və ümidlərə zərbə vuran şəxslər ciddi cəzalanacaq, o cümlədən, sosial şəbəkədə yayılan məlumatların hər biri dəqiqliklə araşdırılacaq. Hələlik əldə olunan nəticələrə görə, növbədənkənar parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyasının (YAP) 69 namizədi qalib elan olunub. Bu rəqəm Mərkəzi Seçki Komissiyasının (MSK) nəticələri elan etmədiyi 7 dairəyə görə dəyişə bilər. YAP-dan sonra ikinci ən çox mandat alan partiya Vətəndaş Həmrəyliyi Partiyasıdır (VHP). Partiyanın lideri, Xalq şairi Sabir Rüstəmxanlı 61 saylı Nefçala Seçki Dairəsindən 49,2 faiz səslə, 69 saylı Cəlilabad-Biləsuvar-Masallı Seçki Dairəsindən Fəzail İbrahimli 51 faiz səslə, 58 saylı Hacıqabul-Kürdəmir Seçki Dairəsindən Rəfael Hüseynov 51 faizlə qalib elan olunublar. Daha sonra 26 saylı Xətai 4-cü Seçki Dairəsindən BAXCP sədri Qüdrət Həsənquliyev, 26 saylı Sabunçu 2-ci Seçki Dairəsindən Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, 60 saylı Salyan-Nefçala Seçki Dairəsindən Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən Vəhdət Partiyasının sədri Tahir Kərimlinin və Azərbaycan Demokratik İslahatlar Partiyasınin sədri Asim Mollazadənin Milli Məclisin üzvü olacaqları təsdiqlənib.

Bəs seçkini yaxından izləyən ekspertlər ümumi vəziyyəti necə dəyərləndirirlər?

  • “Ümumən seçkinin nəticələrini tam qənaətbəxş saya bilərik”

Bakı şəhərində seçkinin monitorinqini aparan İctimai-Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli qəzetimizə açıqlamasında bildirdi ki, paytaxtın bir neçə aktiv məntəqəsində seçki prosesini yaxından izləyiblər: “Gəldiyim tam qənaəti sizinlə bölüşmək istəyirəm. Seçki günü havanın həddən artıq soyuq olması seçici fəallığına ciddi təsir etdi. Buna baxmayaraq, seçki baş tutdu. Məntəqələrdə seçicilərə şəffaf səs vermək üçün tam şərait yaradılmışdı. Ancaq hiss olunurdu ki, bəzi namizədlərin nümayəndələri, hətta özləri məqsədli şəkildə provokativ addımlar atırlar. Dərhal həmin hadisələri lentə alıb, sosial şəbəkələrdə paylaşırdılar. Çoxlu sayda beynəlxalq müşahidəçinin olduğunun şahidi olduq. Hava şəraiti əlverişli olmadığından, bəzi məntəqələrdə elektrik enejisinin təminatında yaranan fasilələr dərhal generatorlar vasitəsilə aradan qaldırılırdı. Məntəqələrin böyük əksəriyyəti generatorla təchiz olunmuşdu. Müşahidə kameraları ilə bütün  məntəqələrdəki səsverməni izləmək olurdu. Ancaq mən istərdim ki, baş verən bəzi kobud qanun pozuntuları da mütləq araşdırılsın. Çünki ortada doğrudan da seçkinin şəffaflığına kölgə sala biləcək kadrlar mövcuddur. Onlara hüquqi qiymətin verilməsi həm də seçici məmnunluğu yarada bilər. Ümumən seçkinin nəticələrini tam qənaətbəxş saya bilərik”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ