Bazar günü günü, 29 noyabr 2026
     

Obama Putinə NATO nizamnaməsinin 5-ci maddəsini xatırlatdı

Image


Rusiyanın Ukraynada separatçı fəaliyyətini davam etdirməsi, Baltikyanı ölkələri hədələməsi və Suriyada Qərbin planlarına qarşı çıxması ABŞ və Avropada Kremlə qarşı daha sərt ssenarilərin hazırlanmasına rəvac verməkdədir. Proseslərin gedişi göstərir ki, artıq Qərb, ehtiyac yaranacağı təqdirdə, Rusiya ilə güc dilində danışmaqda isrralıdır.
Bunun ilkin anonsu isə ABŞ prezidenti Barak Obama tərəfindən səsləndirilib. Obama CBS televiziyasında yayımlanan "60 minutes" proqramında verdiyi açıqlamada NATO müqaviləsinin 5-ci maddəsini xatırladıb: "Ümid edirəm ki, NATO və Rusiya arasında hərbi qarşıdurma olmayacaq. Biz Şimali Atlantika ittifaqındakı müttəfiqlərimizə zəmanət vermək üçün böyük səy göstəririk. Məsələn, mən NATO-nun Uels sammitindən əvvəl Estoniyada oldum. Şimali Atlantika müqaviləsinin 5-ci maddəsində yazılıb ki, NATO-nun bir ölkəsinə silahlı müdaxilə hamıya hücum kimi qiymətləndirilir və kollektiv müdafiə nəzərdə tutulur. NATO ölkəsində belə problemlər yaranırsa, biz yardıma gəlirik. Yalnız bu halda hərbi qarşıdurma olacaq". ABŞ prezidenti əlavə edib ki, Rusiya da NATO müqaviləsinin 5-ci maddəsindən doğan reallığı anlayır. O qeyd edib ki, Moskva Ukraynaya qarşı hərəkətləri ilə beynəlxalq normaları və çiçəklənən Avropanın yaradılması istiqamətində planları pozur. Obamanın sözlərinə görə, Rusiyanın düzgün istiqamətdə hərəkət etmək imkanları hələ qalır. ABŞ dövlət başçısı hesab edir ki, ölkəsinin vaxtında müdaxiləsi olmasaydı, Rusiya qazının Ukraynaya çatdırılması və Ukrayna böhranının siyasi həllinə yol açan atəşkəs razılaşmaları mümkün olmazdı.
NATO-nun vəzifəsini tərk etməyə hazırlaşan baş katibi Andres Foq Rasmussen də Rusiyanın ünvanına konkret ittihamlar səsləndirib: "NATO-nun Baş katibi olduğum son beş ildə ən böyük məyusluğum Rusiya ilə bağlı oldu". O, Qərb ölkələrinin Rusiyanın Ukrayna sərhədlərini dəyişmək istəməsini qəbul etməyəcəyini söyləyib: "Kreml qanun pozuntuları seriyası elədi. Əvvəlcə Moldovada başladı və Gürcüstanda davam etdi. Ardınca isə bu sıraya Ukrayna qoşuldu. Mən "Rusiya problemi"nin tezliklə həll olunacağına inanmıram. Moskva ilə gələcək münasibətlər tam problemli olacaq. Münasibətlərin bu tərzdə olması isə NATO-nun Şərqi Avropada yüksək döyüş hazırlığı vəziyyətinin hələ uzun müddət saxlamasına səbəb olacaq".
Belə bir vaxtda daha maraqlı bir olay isə yenə Ukrayna ilə bağlı baş verir. Belə ki, NATO Ukraynanı da öz sıralarına qəbul tmək niyyətindədir. Bununla bağlı olaraq yayılan məlumata əsasən, Ukrayna hazırkı neytral statusundan imtina edə bilər. Ukraynanın TSN telekanalı bunun "Ukraynanın müdafiəsi və müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün təcili ölçülər haqqında" qanunun məxfi hissəsində yer aldığını bildirib. Xatırladaq ki, müvafiq qanun 28 avqust 2014-cü il tarixində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası tərəfindən qəbul edilib. Qanunda Ukrayna və Rusiya Federasiyasının dövlət sərhədində yerləşən avtomobil buraxılış məntəqələrinin müvəqqəti bağlanması, həmçinin ehtiyac olduğu halda digər növ buraxılış məntəqələrinin də müvəqqəti bağlanması əksini tapıb. Ukrayna prezidenti Petro Poroşenko isə 25 sentyabr tarixində qanunu imzalayıb. Qanunun 20-yə qədər bəndi məxfiləşdirilib. TSN telekanalının məlumatına görə, məxfiləşdirilən bəndlərdən biri də Ukraynanın neytral statusundan imtina etməsi ilə bağlıdır. Telekanal bildirir ki, təxirə salınmadan qanun layihəsinin hazırlanması barədə Nazirlər Kabinetinə tapşırıq verilib. Ukrayna neytral statusundan imtina etməklə asan şəkildə NATO sıralarına qoşula bilər. Bu isə Rusiyanı qane etmir. Məhz bu fonda yayılan məlumatlardan sonra Rusiya Krımla Ukrayna sərhədinə ağır texnika yeridib. Ukrayna Təhlükəsizlik Şurasının İnformasiya Analitika Mərkəzinin sözçüsü Andrey Lısenko Çenqar yaşayış məntəqəsinin yaxınlığında Rusiyanın hərbi düşərgə saldığını deyib. Bundan əlavə isə o, Cankoy dəmir yol stansiyasına Kerçdən içi PDM, BMD və yük maşınlarının olduğu 30 platformadan ibarət hərbi qatarın gəldiyini söyləyib.
Bütün bunlara paralel olaraq Rusiya NATO-ya qarşı ittihamlarının sayını da artırır. Rusiya xarici işlər naziri Sergey Lavrov bildirir ki, NATO rəsmi Kiyevi, faktiki olaraq, münaqişənin güc yolu ilə həllinə sürükləyir: "Bu gün Ukrayna seçim qarşısındadır: sülh və cəmiyyətdə konstruktiv dialoq yolu ilə getmək və ya avtoritarizm və milli-radikal diktaturaya yuvarlanmaq. Qərar Kiyev hökuməti və Ukrayna cəmiyyətindən asılıdır". Onun sözlərinə əsasən, rəsmi Moskva Ukraynada qardaş qırğını ilə müşayiət olunan müharibəyə son qoyulması üçün real şans yarandığına inanır: "Bunun üçün sülhün qorunması ilə paralel olaraq, mümkün qədər tez vaxtda bütün regionların nümayəndələrinin, bütün siyasi qüvvələrin iştirakı ilə tutarlı, açıq, inklüziv Ukraynadaxili dialoqa başlamaq lazımdır".
NATO-nun və burada əsas rol oynayan ABŞ-ın addımlarına gəlincə, Sergey Lavrov bildirir ki, Moskva öz milli maraqlarını qorumaq üçün lazım olan hər şeyi edəcək: "Bizim təhlükəsizliyimiz etibarlı olmalı və müvafiq olaraq təmin edilməlidir.
Moskvada bunun üçün bütün vasitələr, o cümlədən hərbi güc, siyasi iradə və ən müasir üsullarla ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üzərində işləyən savadlı mütəxəssislərimiz var". NATO-nun Avropada və Baltikyanı ərazilərində yeni hərbi qüvvələr yerləşdirməsi isə Rusiya tərəfindən gərginliyin artması və yeni silahlanma yarışı kimi qəbul edilir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Melonidən Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ