Məlum olduğu kimi, ötən həftə Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında Sərəncam imzalayıb.
Sərəncamda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttinə bitişik ərazilərdə təhlükəsizlik tədbirlərini gücləndirmək, milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, "Dövlət Sirri Haqqında" Qanuna görə dövlət sirri təşkil edən hərbi sahəyə aid digər məlumatların kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılmasının qarşısını almaq məqsədilə müdafiə məsələləri üzrə əlaqələndirmə şuralarının yaradılması və digər məsələlər nəzərdə tutulub.
Müharibə şəraitində olan ölkədə belə bir sərancamın imzalanması taktiki və strateji baxımdan mühüm əhəmiyyət kəsb edir. Maraqlıdır, ölkə müxalifəti bunu necə dəyərləndirir? Onların bu məsələyə yanaşması necədir?