Son günlər Çinin demokratik islahatlara icazə vermədiyi xüsusi bölgə Honq Konqda tələbələr və demokratik hərəkat fəalları kütləvi etirazlara başlayıblar. Yerli inzibati hakimiyyət binası qarşısına toplaşan etirazçılar demokratiyanın gücləndirilməsini tələb edirlər.
Etirazlar təhlükəszilik qüvvələri ilə toqquşmalarla müşahidə olunur. Honq Konq polisi etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Məqsəd küçəni bağlamış minlərlə etirazçını dağıtmaq olub.
Honq Konq lideri əhalini çağırıb ki, etiraz aksiyalarına qoşulmasın. Polis şəhərin mərkəzini ələ keçirməyə çalışan minlərlə etirazçının qarşısını almaq üçün küçələrdə barrikadalar qurur.
Leung Chun-ying sentyabrın 28-də deyib ki, aksiyalar "qanunsuz”dur. Bu, etirazlar başlanandan liderin ilk bəyanatıdır.