İspaniyanın Kataloniya regionunun prezidenti Artur Mas noyabrın 9-da müstəqillik referendumu keçirməyə çağıran sərəncam imzalayıb. Buna reaksiya verən İspaniya hökuməti isə bildirib ki, Kataloniyanın referendum keçirməsinə icazə verilməyəcək.
İspaniya baş nazirinin müavini Soraya Saenz de Santamaria sentyabrın 27-də deyib ki, heç kəs "bütün ispanların milli iradəsindən üstün deyil” və belə bir referendumu "qeyri-konstitusion” adlandırıb.
Saenz de Santamaria söyləyib ki, hökumət bir neçə günə fövqəladə toplantı keçirəcək və referendum məsələsi İspaniya Konstitusiya Məhkəməsinə çıxarılacaq.