Rusiya ABŞ və Avropa ölkələri ilə idman sahəsi istisna olmaqla, hər-hansı bir yarışmada iştirak etmir. APA-nın "Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov "Bloomberg”ə müsahibəsində bildirib.
"Biz heç bir yarışma istəmirik. Burada yalnız idmanı – Olimpiya Oyunlarını, futbolu istisna etmək olar”, deyə Lavrov jurnalistin "Rusiya və ABŞ arasında yarışma varmı?” sualına cavabında qeyd edib