Avropa İttifaqı antiterror xidmətinin rəhbəri Suriya və İraqdakı İslam Dövləti sıralarında 3 mindən artıq Avropa ölkələri vətəndaşının olduğunu bildirib.
BBC-ə müsahibəsində Gilles de Kerçove deyib ki, Qərbin hava zərbələri Avropada intiqam hücumları risqini artıra bilər.
ABŞ rəhbərliyiilə yaradılmış koalisiya qüvvələri avqust ayından bəri İslam Dövlətininİraqdakı hədəflərinə 200-dən artıq hava zərbəsi endiriblər.
Bazarertəsindən etibarən bu əməliyyatlar Suriya ərazisinə də genişləndirilib.
Gilles de Kerçove deyib ki, Avropa ölkələrinin vətəndaşları Yaxın Şərqə xilafətin qurulmasıbarədə İD bəyanatından sonra yollanıblar.
Bundan əvvəl ABŞ ordusunun nümayəndəsi İD hədəfərinə qarşı həmlədə müxtəlif növ təyyarə vəTomahawk tipli raketlərdən istifadə edildiyini bildirib.
Prezident BarakObama bəyan edib ki, İraq və Suriyada geniş əraziləri ələ keçirən İD-ə qarşıhava zərbələri cihadçı hərəkatı zəiflətmək və məhv etmək məqsədilə həyatakeçirilir.