Bazar günü günü, 29 noyabr 2026
     

ABŞ Rusiyadan Ukraynanın heyfini Suriyada çıxır

Image



Bu vaxta qədər Rusiyanın və İranın dəstəyi sayəsində hakimiyyətdə qalmağı bacaran Bəşər Əsəd İŞİD terrorçularına qarşı Suriya ərazisində keçirilən əməliyyatlar fonunda çətin duruma düşüb. Məsələ burasındadır ki, hərbi əməliyyatların gedişində Əsəd qüvvələrinin sıradan çıxarılması və onun hakimiyyətdən devrilməsi gözlənir. Bu vəziyyətdə isə Rusiya Şərqdə daha bir mövqeyini itirməli olacaq və buradakı rus hərbi bazasının da bölgədən çıxarılması gözlənir.
Əsədin hərbi əməliyyatların gedişində devrilməsinin mümkünlüyünün ilk mesajları isə ABŞ dövlət katibi Con Kerri tərəfindən verilib. CNN-ə müsahibə verən Kerri Suriyada Əsəd rejiminin nəzarəti tamamilə itirdiyini bildirib: "Məqsədimiz İŞİD-in nəzarətində olan torpaqları geri alıb əsl müsəlmanlara vermək və terrorçuları məhv etməkdir. 200 minə yaxın insanı kimyəvi silahla məhv edən Bəşər Əsəd isə heç də bu terrorçulardan fərqlənmir".
Kerri Suriyadakı hədəfləri vurarkən kəşfiyyat məlumatlarını əldə etmə imkanlarına aydınlıq gətirib və fərqli taktika işlətdiklərini açıqlayıb: "Suriyada fərqli kəşfiyyat qaynaqlarımız var. Hamısı da fərqli-fərqli formalarda. Kəşfiyyat məlumatları dəqiq idi". Gələn həftə bölgəyə gedəcəyini deyən Kerri Suriya müxalifətinə verilən dəstəklə bağlı fikirlərini bölüşüb: "Suriya müxalifəti İŞİD və Əsəd rejimi ilə mübarizə aparır. Onlar həyatda qalmağı bacardı. İŞİD-i Hələbdən çıxartdılar. İŞİD-in sıraları azaldıqca müxalifətin sayı artacaq". ABŞ dövlət katibi "mülayim" Suriya müxalifətinin Vaşinqton hökumətindən əlavə olaraq 40 milyon dollar alacağını bildirib. Bu məbləğin 15 milyon dolları silahlı qruplaşmaların təchizatına yönəldiləcək. Kerri Senatın rəsmi Vaşinqtona Suriyanın müxalifət döyüşçülərini silahla təchiz etmək və onlara hazırlıq keçməyə imkan verən qətnaməni təsdiqlədiyini xatırladıb. Dövlət katibi bu silahlıların Suriyanın gələcəyi naminə vuruşduğunu bildirib və əmin edib ki, ABŞ onları ölkədə hakimiyyətin Bəşər Əsədin əlində olacağı müddət ərzində dəstəkləyəcək. Kerri yaxın zamanlarda əməliyyatların bitməyəcəyini qeyd edib: "Bölgədə bir çox dövlətlər bizi dəstəkləyir. Mübarizənin bir çox fərqli sahəsi var. Önümüzdəki 2-3 həftədə bu əməliyyatların bitməsini gözləməyin. Bölgədə sabitliyin təmin olunması üçün bizə uzun müddət lazımdır".
Xatırladaq ki, ABŞ Silahlı Qüvvələrinin və anti-İŞİD koalisiyasına daxil olan ölkələrin Suriya ərazisinə endirdiyi kütləvi hava və raket zərbələri davam edir. Məlumatlara görə, hava əməliyyatlarında İordaniya, Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər və Birləşmiş Ərəb Əmirlikləri iştirak edir.
Pentaqon rəsmisi, admiral Con Kirbi bəyan edib ki, əvvəlki qaydada ABŞ Silahlı Qüvvələri və tərəfdaş ölkələrin qüvvələri İŞİD terrorçularına qarşı Suriyada müxtəlif təyinatlı qırıcılardan, bombardmançılardan və qanadlı "Tomoqavk" raketlərindən istifadə olunmaqla hərbi əməliyyatlar aparır. Pentaqon rəsmisi bildirib ki, Suriya ərazisində İŞİD-in mövqelərinə zərbələr endirilməsinə dair qərarı sentyabrın 22-də ABŞ Mərkəz Komandanlığı prezident Barak Obamanın ona verdiyi səlahiyyətlər çərçivəsində qəbul edib. Amerika administrasiyasındakı mənbələr bildirib ki, əməliyyata İŞİD əleyhinə koalisiyaya qoşulan ərəb ölkələri dəstək verir. Suriya ərazisindəki hədəflərə zərbələr endirən ABŞ bombardmançıları regiondakı müttəfiq ərəb ölkələrindəki bazalardan və təyyarədaşıyan gəmilərdən havaya qalxır. Artıq ABŞ Suriya üzərində pilotsuz kəşfiyyat təyyarələri və kəşfiyyat peykləri vasitəsilə "İslam Dövləti" - İŞİD-in bütün hədəflərini təsbit edib. Qruplaşmanın Suriyada 30 minə yaxın döyüşçüsünün olduğu bildirilir.
Baş verənləri şərh edən rusiyalı politoloq Qriqori Trofimçuk bildirir ki, Vaşinqton Əsəd və Suriyanı məzara qoymağa başlayıb. O, Rusiyanın ABŞ-ın Suriyanı bombalamasının qarşısını ala bilməyəcəyini deyib: "Təəssüf ki, Krım olayından sonra Rusiya hətta Suriyanın bombalanması məsələsində də səsvermə hüququnu itirib". Hazırda hadisələrin bu istiqamətdə inkişafı Əsədin əsas dayaqları sayılan İran və Rusiyada böyük narazılıqla qarşılanır. Artıq İran Xarici İşlər Nazirliyi ABŞ-ın rəhbərliyi altında Suriyada İŞİD-ə qarşı keçirilən hərbi əməliyyatları pisləyib. Nazirlik bu əməliyyatların Suriyanın suverenliyini zərbə altında qoyduğunu və beynəlxalq hüquq normalarına zidd olduğunu bildirib. Nazirliyin rəsmisi Mərziyə Əfham verdiyi açıqlamada ABŞ-ın bu əməliyyatının beynəlxalq arenada pis nəticələrə səbəb olacağını bildirib. Bundan əvvəl isə
Rusiya Xarici İşlər Nazirliyi Suriya rəhbərliyinin icazəsi olmadan İŞİD-ə qarşı başlanan hərbi əməliyyatlara kəskin münasibət bildirib. Nazirlik yaydığı bəyanatda bu addımın beynəlxalq hüquq çərçivəsində mütləq cəzalandırılacağı ilə bağlı xəbərdarlıq edib: "Rusiya bu cür cəhdlərin beynəlxalq hüquq çərçivəsində reallaşmasının tərəfdarıdır.
Burada birtərəfli hücum etmək olmaz. Suriya hökumətinin təsdiqi və ya BMT Təhlükəsizlik Şurasının qərarı lazımdır. Öz geosiyasi hədəflərinizi, bölgə ölkələrinin suverenlik haqlarını pozaraq etdiyiniz cəhdlər təzyiqin yüksəlməsinə və vəziyyətin daha da qeyri-sabit hala gəlməsinə səbəb olacaq".




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Melonidən Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ