Bazar günü günü, 29 noyabr 2026
     

Milli təhlükəsizlik məsələsində mənəvi dəyərlər amili

Image


Son zamanlar dini təriqətçiliyin fəallaşması ilə bağlı Azərbaycan cəmiyyətində bir narahatlıq yaşanmaqdadır və bu heç də əsassız deyil. Xüsusən Suriyada cərəyan edən hadisələrin fonunda dini ekstremizmin qurbanına çevrilərək "cihad" dalınca "cəhənnəmə səyahət" arzusuna düşənlərin taleyi fəal müzakirə mövzusuna çevrilib.
Əslində isə cəmiyyəti daha çox narahat edən ayrı-ayrı fərdlərin taleyi yox, öz-özlüyündə bu faktın - dini ekstremizmin Azərbaycan cəmiyyətinə yol tapması faktının milli təhlükəsizliyimizi nə dərəcədə təhdid etməsidir. Bütün hallarda dini təriqətçiliyin müxtəlif ifrat tendensiyalar üzrə öz fəallığını artırması və hətta ictimai-siyasi proseslərə təsir etmək iddiasında irəliləməsi diqqətdən yayınmamalıdır. Bu baxımdan, son aylarda Azərbaycan mətbuatının fəallığı bu tendensiyaların araşdırılıb üzə çıxarılmasında, ona adekvat ictimai-siyasi rəyin formalaşdırılmasında böyük rol oynadı. Dini təriqətçiliyin fəallaşması ilə bağlı gözlənilən təhlükələrin miqyası və təsir dairəsi haqqında getdikcə çoxalan informasiya Azərbaycan cəmiyyətini yetərincə məlumatlandıra bildi. Dövlət qurumlarının çevik reaksiyası nəticəsində bu proseslərə nəzarətin gücləndirilməsi və milli təhlükəsizliyimizə qarşı potensial təhdidlərin önlənməsi üçün bütün zəruri addımlar atıldı. Baş verənlər bir daha təsdiq etdi ki, Azərbaycan ictimaiyyəti və dövləti milli müstəqilliyimizi və dövlətçiliyimizi təhdid edə biləcək hər hansı qüvvəyə qarşı sayıqlıq göstərmək və onu zamanında önləmək iqtidarındadır. Ancaq bu da rahatlaşmaq üçün əsas vermir. Zaman durmadan dəyişir və nəzərə almaq lazımdır ki, biz qapalı orta əsrlər qəsrində deyil, açıq qloballaşma əsrində yaşayırıq. Belə bir şəraitdə müxtəlif xarakterli güclü ekspansiya dalğaları bütün sədləri bir anda aşıb keçə bilir. Hətta ən qüdrətli dövlətlər, oturuşmuş demokratik cəmiyyətlər belə müxtəlif təzahürlü siyasi, ideoloji və dini ekspansiya təsirlərindən özünü müdafiə etməkdə çətinlik çəkir. Bu gün ABŞ-da, Avropa ölkələrində həmin təsirləri dəf etmək üçün strukturlaşmış təsisatlar fəaliyyət göstərir, dini-ideoloji müdaxiləyə qarşı külli miqdarda vəsaitlər xərclənir. Bir çox ölkələrdə, ekspansiya təhlükəsindən başqa, cəmiyyətin öz "bətnindən" doğan müxtəlif radikal-ekstremist qruplaşmalar və ifrat millətçilik hərəkatları da kifayət qədər güclü təhlükə mənbəyinə çevrilməkdədir. Hətta Avropada və Rusiyada faşizm ideologiyasını yenidən canlandıran, qeyri-Avropa və qeyri-rus xalqlarına qarşı kəskin diskriminasiyanı həyata keçirməkdən çəkinməyən təmayüllər də mövcuddur. Diqqətlə baxsaq görərik ki, demokratik Qərbin üzdə görünməyən dərinliklərində də islamçı və qərbçi radikalizm arasında gizli savaş gedir. İslam dünyasında Qərbin neo-imperializm siyasətinə qarşı çıxanlar elə Qərb geopolitik məkanında ona zərbə vurmaq, bu məkanı imkan daxilində "müsəlmanlaşdırmaq", bu mümkün olmadıqda isə, ən azı, ölkə daxilində "diskriminasiya" bəhanəsi ilə hər hansı çaxnaşma yaratmağa çalışırlar. Müvafiq olaraq əks tərəfdə də əks - fəaliyyət aparılır. Ümumi əhalisinin yaxın gələcəkdə ən azı 20%-nin müsəlmanlardan ibarət olacağını proqnozlaşdıran Avropa təkcə 20 faizlik "çoxluqdan" deyil, həm də onun yetişdirdiyi və yetişdirə biləcəyi ekstremist fəaliyyətlərdən çox narahatdır. Avropanın bu vəziyyətlə heç cür barışmaq istəməyən radikal kəsimi isə islamın bu məkanda bütün səviyyələrdə güclənməsinə qarşı açıq və hiddətli mübarizəyə qalxır. 2 il öncə etiraz əlaməti olaraq 80 nəfərə yaxın həmvətənini amansızlıqla qətlə yetirən Anders Breyvik bu təmayüllü hərəkatların üzə çıxan nümayəndələridir. Çoxları isə bu mübarizəni gizli aparmaqda davam edir. Şərq ölkələrində tüğyan edən müharibələri də bu hadisələrdən kənarda təsəvvür etmək düz olmazdı. Bir sıra Qərb siyasi dairələri Şərq dövlətlərini içəridən parçalamaq, onları bir-birinə qarşı qoymaq üçün xüsusi himayə etdikləri leqal və qeyri-leqal radikal qurumları təhrikçi, pozucu və terrorçu fəaliyyətlər istiqamətində hazırlayır, informasiyalaşdırır, maliyyələşdirir və onların vasitəsilə bu dövlətlərdə müxtəlif dinlər arasında, eləcə də eyni dinin müxtəlif cərəyanları və məzhəbləri arasında kəskin ideoloji və hərbi qarşıdurmaya qədər varan konfliktləri qızışdırırlar. Məsələn, bu gün Suriyada dini qruplaşmaların vətəndaş müharibəsinədək şiddətlənən savaşında kimin kimə qarşı mübarizə apardığından, hətta gəmisi qan gölündə batmaqda olan diktator Bəşər Əsədin hansı məzhəbə qulluq etdiyindən heç Şeytanın özü də baş çıxara bilmir. Amma islam dünyasını böyük xaosa qərq edən bütün bu qırğınların müəllifləri - "Böyük Siyasət" yüyənini əlində saxlayanlar həmin konfliktdə bilərəkdən və bilməyərəkdən iştirak edən tərəflərin hamısını bircə-bircə tanıyır, vaxtaşırı vəziyyəti dramatikləşdirib səngidərək, sonra yenidən gərginləşdirərək, prosesləri ustalıqla idarə edirlər. Onlar nəinki təkcə Suriyanın, ümumiyyətlə, bütün islam dünyasının yedəyini əldə saxlamaq üçün təfriqəçi fanatiklərin bir-birinə açdığı "kor atəşi" məharətlə "Hədəfə" tuşlayırlar. "Əl-Qaidə", Boko-Haram, Əl-Şəbab, Əhrar Əl-Şam kimi müasir silahlara, güclü maliyyə resurslarına və on minlərlə silahlı döyüşçülərə malik olan terror təşkilatlarının öz-özünə, kortəbii şəkildə deyil, məhz vəziyyəti idarə edənlərin dəstəyi ilə yaranması artıq heç kimdə şübhə doğurmur. Hazırda "dəbdə olan" İŞİD təhlükəsini ilk vaxtlar Qərbin qeyri-adi sakitliklə qarşılaması da bir çox mətləblərdən xəbər verir. Artıq məlum olduğu kimi, bu qurumun hərbi əməliyyatlarının, taktiki döyüş uğurlarının əsas səbəbi İŞİD-in tərkibində devrilmiş Səddam rejiminin peşəkar hərbçilərinin fəal iştirakı ilə bağlıdır. Bu baxımdan İŞİD-çilər İraqa hücum etdikdə Səddam rejimini devirmiş ABŞ birmənalı olaraq dərhal onların əleyhinə qalxmalı idi. Lakin bu baş vermədi. Çünki İŞİD-in İraqdakı yarıtmaz hakimiyyətə qarşı müharibəsi həmin anda ABŞ-ın maraqlarına uyğun idi. Digər tərəfdən, İŞİD Suriyada bərqərar olub və ABŞ-ın devirmək istədiyi Əsəd hakimiyyətinə də ciddi zərbələr vurur ki, bu da ABŞ-ın və bütövlükdə Qərbin maraqlarına cavab verir. Bir sözlə, nə qədər ki, terrorçular rejimə, digər məzhəblərə və təriqətlərə qarşı vuruşurdu, bu nə ABŞ-ı, nə də digər Qərb dövlətlərini narahat edirdi. Yalnız İŞİD-çilər İraqdakı xristian əhalisinin yaşadığı şəhəri mühasirəyə aldıqda ABŞ və arxasınca da Qərb qəti hərəkətə keçdi ki, bu da başadüşüləndir. Son hadisələrdən belə nəticə çıxarmaq olar ki, İŞİD Suriya sərhədlərinə qədər geri oturdulacaq, daha sonra Əsəd rejimi çökənə qədər onların terror fəaliyyətinə nəinki maneçilik törədilməyəcək, əksinə, bu fəaliyyət növbəti dəfə yenidən dəstəklənəcək. Yaxın Şərqdə və Şimali Afrikada ikinci dünya savaşından sonrakı tarixdə ən dramatik hadisələrin cərəyan etdiyi bir vaxtda Rusiya və Çin kimi supergüclər də heç də sakit oturmurlar. Məhz bütün dünyanın diqqətinin Suriya, İraq, İsrail-Fələstin, Mali, Yəmən, Somali münaqişələrinə və digər tərəfdən də bir sıra Afrika ölkələrində peyda olmuş Ebola virusuna qarşı mübarizəyə cəmləşdiyi bir zamanda Rusiya özünün hərbi-siyasi, Çin isə iqtisadi-siyasi ekspansiyasını həyata keçirməkdə daha da fəallaşıb. Belə bir vəziyyətdə NATO üzrə müttəfiqləri tarixin ən çətin dönəmlərində belə öz dövlətçiliyini qorumağı bacarmış qardaş Türkiyəni də dini, siyasi, ideoloji təxribatlara cəlb etməkdən çəkinmirlər. PKK-ya gizli dəstək verməklə ölkənin parçalanmaq təhlükəsini daim gündəmdə saxlamaq, nurçuluğu siyasi hakimiyyətin üstündə yerləşdirmək cəhdləri Türkiyənin müstəqil siyasət yeritmək iddialarını cilovlamaq məqsədi daşıyır. Almaniya, Fransa və Avstriyada Ələvi Birlikləri Konfederasiyalarını şəbəkələndirib genişləndirməklə islamçılığı məzhəbçiliyə qədər daraltmaq cəhdləri, müxtəlif erməni terror təşkilatlarını vaxtaşırı Türkiyəyə qarşı siyasi alət kimi işlətmək, həm Şərq, həm də Qərb "cəbhəsindən" Türkiyə dövlətinin milli ideologiyasını sarsıtmağa yönələn ekstremist fəaliyyətlərin gücləndirilməsi də bu təhlükəli müdaxilələrin görünən və görünməyən tərəfləridir. Bu arada vaxtaşırı Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq əlaqələrinə zərər vurmaq üçün cəhdlər də göstərilir.
Bütün bu xaosun içərisində mübarizə üsullarının da tamamilə yeni bir fenomeni təşəkkül tapmaqda və artıq sezilməkdədir. Belə görünür ki, artıq hər hansı bir ölkəyə təzyiq etmək üçün mütləq onun üzərinə silahlı ordu yeritməyə ehtiyac qalmır. Artıq təcavüzün yeni və daha mürəkkəb bir forması - millətin dini-mənəvi dəyərlərini təfriqəçilik və məzhəbçiliklə zəhərləyərək, cəmiyyətin bir qismini dini ekstremizmə sövq etməklə həyata keçirilməsi üsulu mövcuddur. Ona görə də ekspansiya və əks-ekspansiyanın çox mürəkkəb şəkildə və çox müxtəlif formada çulğaşdığı indiki zamanda, həqiqətən, dövlətin və cəmiyyətin dayaqlarını laxlada biləcək dini-siyasi ideologiyaların məqsədli ixracına sipər çəkmək və eyni zamanda, dünya ilə qarşılıqlı əməkdaşlıq münasibətlərini intensiv şəkildə inkişaf etdirmək kifayət qədər çətin və məsuliyyətlidir.
Həm regional, həm də qlobal miqyasda üstünlük əldə etmək istəyən dövlətlərin "gizli müharibəsində", hazırda hərbi silahlardan deyil, ideoloji silahlardan daha geniş istifadə olunur. Beynəlxalq subyektlərin bir-birinə qarşı gizli siyasi, ideoloji, dini ekspansiyasının qarşısını almaq isə o qədər də asan məsələ deyil. Məsələn, bu ekspansiyanın ən "populyar" daşıyıcısı olan müxtəlif missionerlik hərəkatları son yüz ildə dünyanın siyasi xəritəsinin dəyişilməsində, ayrı-ayrı ölkələrə siyasət, ideologiya və din ixrac edilməsində, onların sosial mahiyyətinin transformasiyaya uğradılmasında silah və ordu vasitələrindən az rol oynamayıb. Bir afrikalı müdrik bütün Afrika qitəsinin tikə-tikə Avropanın müstəmləkəsinə çevrilməsindən sonra bu faciənin bilavasitə ictimai idrakla bağlı olan səbəblərini çox dəqiq ifadə etmişdi: "Avropalılar buraya gələndə onların əlində Kitab ("Bibliya") var idi, amma bizim torpaqlarımız vardı. Sonra bir də baxıb gördük ki, bizim əlimizdə Kitab ("Bibliya") var, onların əlində isə bizim torpaqlarımız..." Olduqca ibrətamiz bir deyimdir. Deməli, Vətən torpaqlarının sərhədlərini düşmən təcavüzündən qorumaq nə qədər vacibdirsə, Vətən mənəviyyatının sərhədlərini də yad və zərərli ideologiyalardan qorumaq bir o qədər zəruridir. Deməli, güclü ordu, siyasi iradə və iqtisadi inkişafla yanaşı, Azərbaycan dövlətçiliyinin, onun milli təhlükəsizliyinin dayaqlarından biri də sağlam milli mənəviyyat faktorudur. Milli mənəviyyat isə hər birimizin şəxsi mənəviyyatıni da içərisinə alan elə bir məfhumdur ki, ictimai həyatın dindən siyasətə qədər bütün sahələrində yalnız yüksək milli dünyagörüşü meyarı ilə düşünüb fəaliyyət göstərmək anlamını özündə ehtiva edir. Milli mənəviyyata malik olan şəxs - ölkəsinin fəal vətəndaşı olur, milli dövlətçilik məsuliyyətini daşıyır, dini inancından, ictimai-siyasi mövqeyindən, həyata baxış və maraqlarından asılı olmayaraq, dövlətinə və xalqına hər zaman sadiqlik nümayiş etdirir, dilimizə, mədəniyyətimizə, adət-ənənələrimizə, ailə və məişət dəyərlərimizə, milli əxlaqımıza, ölkəmizin müstəqillik və inkişaf siyasətinə, insanlararası münasibətlərin möhkəmlənməsi və milli-sosial həmrəyliyin güclənməsi prosesinə zərər vuran və belə bir təhlükə potensialını daşıyan hər cür hərəkətlərə qarşı mübarizə aparır. Sağlam milli mənəviyyata malik olmaq - dövlətin təkcə siyasi hakimiyyət və ya milli ordu səviyyəsində deyil, həm də ümumxalq səviyyəsində, onun ən dərin qatlarından başlamış siyasi elitanın zirvəsinə qədər bütün səviyyələrdə qorunması deməkdir. Buna görə də cəmiyyətin xaricdən ölkəmizə ixrac olunan milli, dini, irqi, məzhəbçilik, təfriqəçilik kimi ekstremist ideoloji təxribatlara qarşı immuniteti daim möhkəmləndirilməlidir. İndi Azərbaycanda siyasi, ideoloji, dini atmosfer o qədər aydın və şəffafdır ki, burada yabançı təlimatlarla hərəkətə gətirilən təmayüllər dərhal görüntülənə bilir. Sağlam milli mənəviyyatımızın "məhək daşında" biz xalqımıza gərək olan yenilik təşəbbüslərini də, dini mühafizəkarlığı dirçəltmək cəhdlərini də, bəzi hallarda isə "demokratiya" ixracatçılığının gizli niyyətlərini də açıq-aşkar ayırd edə bilirik. Məsələn, Milli Demokratiya İnstitutunun yerli və əcnəbi "oyunçuları" ilə vəhhabilik, sələfilik, təkfirçilik və s. cərəyanların bulanıq fikirli terrorçuları arasında, əslində, heç bir fərq yoxdur. Bu "ittifaqda" din və siyasət çox eybəcər formada hibridləşə bilir. Hibridləşmiş ikibaşlı terror əjdahasının Azərbaycanı sancmaq cəhdlərinin ehtimalını isə istisna etmək olmaz. Bunun üçün kifayət qədər arqumentlər mövcuddur. Yadfikirliliyin toxumlarını Azərbaycana səpmək cəhdlərinin kökündə - dövlətimizi siyasi, iqtisadi, ideoloji, hərbi cəhətdən zəiflətmək, daxili və xarici siyasətin aparılmasında asılı vəziyyətə gətirmək, onun milli birlik, ictimai həmrəylik dayaqlarını sarsıtmaq məqsədləri dayanır. Bu gün açıq rəqabət dünyasında müstəqil Azərbaycanın qüdrətli bir dövlətə çevrilməsi və bütövlükdə regionun yeni siyasi münasibətlər platformasına keçidini təmin edən qətiyyətli addımlar atması faktı ilə həmin dünyanı köhnə qaydalarla idarə etmək istəyənlər barışmırlar.
Məlumdur ki, islam dünyasının bir sıra bölgələrində ifrat dini tendensiyalar çox müxtəlif şəkillərdə özünə yer edib. Azərbaycanda isə bütün dinlərin inkişafına bərabər şərait yaradılır, amma onların radikallaşmasına, ekstremizmə yuvarlanmasına imkan verilmir.
Bəlkə də dini islam olan Şərq ölkələri arasında Azərbaycan yeganə dövlətdir ki, aparılan konstruktiv siyasət nəticəsində, burada dinin siyasətə təsiri, siyasətin isə dinlə "alver" etmək məqsədi və marağı yoxdur.Azərbaycan dünya sivilizasiyasının elə bir unikal məkanıdır ki, burada din, elm və siyasət xadimləri dini təriqətçiliyin zərərini dərk edərək, həmişə ona qarşı çıxıblar.
Hələ 150-180 il əvvəl Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir kimi mütərəqqi fikirli yaradıcı insanlar xalqı cəhalət və fanatizmdən uzaqlaşaraq "qəflət yuxusundan" oyatmağa çalışmış və buna nail ola bilmişlər. Buna görə də əsasən islam daxilində mövcud olan müxtəlif təriqətlər (xüsusilə şiəlik və sünnilik) bir-biri ilə nə qədər ziddiyyətli münasibətlərdə olsalar da, mədəniyyətimizin idrak, əxlaq və mənəviyyat dəyərləri bu münasibətləri heç zaman kəskinləşməyə qoymayıb və ən çətin durumlarda belə barışıq məqamlarını tapmağa nail olub.Ona görə də bu gün radikal-ekstremist təmayüllü dini cərəyanlar cəmiyyətimizdə böyüyüb artmaq üçün "münbit şəraitdən" məhrumdur. Lakin onu da etiraf etməliyik ki, ölkəmizdə xurafatçılığın, ehkamçılığın kökü hələ də tam kəsilməyib və geniş ictimai arenada, cəmiyyətin qabaqcıl inkişaf tendensiyalarında deyil, yalnız geri qalmış sönük şüur mühitində həmin təmayüllər özünə "dayaq" tapa bilər. Missionerlərin ümid bəslədiyi də məhz bu "çürük nöqtə", beyinlərin bu qaranlıq hücrəsidir. Onlar həmişə çalışırlar ki, ehkamçılığa, fanatizmə meylli xəstə mənəviyyatın sferasında özlərinə "yuva" qursunlar. Terrorçuluq kimi ən təhlükəli bir fəaliyyət də yalnız fanatiklər ordusunun "kütləvi psixoz" vəziyyətində idarə edilməsi ilə mümkün olur. Beyin nə qədər kövrək və "gəncdirsə", ona aramsız təbliğatı, mexaniki hərəkətləri, qeyri-iradi davranışları təlqin etmək bir o qədər asandır. Ona görə missionerlər daha çox uşaqların, yeniyetmələrin və gənclərin hələ tam formalaşmamış zehnlərini "silib təmizləməyə" və lazım bildikləri ideologiyaları həmin "boşluğa" doldurmağa can atırlar. Məhz bu yolla mənəviyyatın deformasiyası baş verir: Bu cür mənəvi zədələrə məruz qalmış cahil isə kor bir instinktlə nəinki "mücahid" adı ilə konflikt zonalarında ölüm-dirim savaşlarına qatıla bilər, hətta öz dövlətinə və vətəndaşına qarşı da silah qaldıra bilər. Son vaxtlar islam ölkələri gənclərinin, təəssüf ki, o cümlədən, Azərbaycanlı gənclərin Suriyada gedən vətəndaş müharibəsinə - mahiyyətcə, islamı içərisindən dağıtmağa yönəlmiş təriqətlərarası qanlı münaqişəyə qoşulması onu göstərir ki, milli, regional və qlobal miqyasda hər bir dövlət üçün, bütövlükdə beynəlxalq birlik üçün ciddi təhlükə mənbəyi olan radikal-ekstremist cərəyanların ekspansiya hədəfində Azərbaycan da var. Bu gün Azərbaycana qarşı təbliğati ekspansiya, əsasən, iki formada təzahür edir: başqa ölkələrin gizli siyasi-iqtisadi maraqlarını özündə ifadə edən təzyiqlər şəklində və yadfikirli radikal dini cərəyanların funksionallaşdırılmış ideoloji cəhdləri şəklində. Bu tendensiyalar ən müxtəlif trayektoriyalarla hərəkət edərək, özlərinə ölkəmizdə dayaq tapmağa çalışır. Belə bir dayağı isə onlar möhkəm bir zəmində deyil, yalnız "boşluqda" tapa bilər. Deməli, bizim təfəkkür və mənəviyyatımızda boşluqlar olmasa, onlar heç cür burada dayaqlana bilməz. Azərbaycanda islamdan başqa digər dinlərə də etiqad edənlər kifayət qədərdir. Ancaq Azərbaycan Respublikasının beynəlxalq sistemdə unikal dövlət kimi mövcudluğunun ilkin şərtlərindən biri - onun çoxdinli, çoxmədəniyyətli və çoxmillətli dövlət olmasıdır ki, bu da onun unitarlığına təməl yaradır və ölkədə milli vəhdətin sarsılmazlığını təmin edir. Ona görə də Azərbaycana qarşı təbliğati ekspansionizm buradakı çoxdinlilik və çoxmillətlilik amilindən nə qədər sui-istifadə etməyə çalışsa da, buna nail ola bilmir. Azərbaycana təriqətçilik axınları ilə dolmaq istəyən təmayüllər xalqımızın dini dözümlülük və humanizm kimi nəcib keyfiyyətlərini zədələmək cəhdlərində bulunur, insanların qəlbinə ən hiyləgər üsullarla girib, onların dini etiqadlarından sui-istifadə etməklə mənəviyyatını zəhərləmək, doğru yoldan sapdırıb yolverilməz hərəkətlərə sövq etməyə təşəbbüslər edir. Bu prosesin bütün mərhələləri və texnologiyası onu göstərir ki, dini təbliğatla məşğul olan radikal missionerlik və ekspansionizmin digər təzahürləri heç də dinin mahiyyətindən doğmur, ölkəmizə qarşı siyasi, ideoloji təsir aləti kimi işlədilmək məqsədləri daşıyır.Ona görə də belə təşəbbüslər bir gün onların təəssübkeşlərini milli dövlətə və hakimiyyətə qarşı qaldırmaq iddialarına qədər böyüyüb təhlükəli həddə çata bilər. Ancaq müxtəlif siyasi, ideoloji və dini ekspansiyanın qarşısını bütün vasitələrlə almaqda və onun hər cür təzahürlərini zərərsizləşdirməkdə Azərbaycan dövləti kifayət qədər güclü və barışmazdır. Demokratiya - xaos və anarxiya olmadığı kimi, tolerantlıq da ölkəmizin və mənəviyyatımızın qapılarını hər cür ifrat dini-siyasi ideologiyaların üzünə açmaq demək deyil. Bu gün milli təhlükəsizliyimizin təminatı ölkəmizə dini-ideoloji müdaxilə cəhdlərinin qətiyyətlə dəf edilməsi ilə birbaşa bağlıdır. Lakin bu istiqamətdə zəruri addımların atılması təkcə milli təhlükəsizlik orqanlarının deyil, həm də elm, mədəniyyət, din, təhsil və milli humanitar siyasətini həyata keçirən qurumların və sağlam milli-mənəvi dəyərlərə malik olan hər bir vətəndaşın vəzifəsidir.
Bu gün Azərbaycanın ən müxtəlif bölgələrindən gedərək Yaxın və Orta Şərqin milli, dini, təfriqəçilik və məzhəbçilik savaşlarına qatılanlar sadəcə öz ailələrinə və getdikləri yerlərin sakinlərinə bədbəxtlik gətirmir. Onlar beyinlərinə yeridilmiş ifratçı ekstremist düşüncə tərzi ilə cəmiyyətin sağlam, firavan, tolerant bir şəraitdə yaşamasına da böyük təhlükə yaradırlar. Yaxın və Orta Şərqin, eləcə də qara qitənin bir çox savaş meydanlarına gələnlər heç də tək bizim vətəndaşlarımız deyil. Hər gün yüzlərlə, bəzən minlərlə günahsız insanın amansızcasına qətlə yetirildiyi bu qan çanaqlarında ən müxtəlif siyasi, iqtisadi, mədəni və demokratik inkişaf səviyyəsində yer alan ölkələrin vətəndaşlarına rast gəlmək mümkündür. Çoxları üçün yeni və gözlənilməz olan bu durum bütün ölkələrin siyasi elitalarını dünyanın münaqişəli bölgələrində bilərəkdən və ya bilməyərəkdən terrorçuluq fəaliyyətinə cəlb olunmuş vətəndaşları barəsində nə kimi təcili və təsirli tədbirlərin görülə biləcəyi düşündürür. Məsələn, beş yüzə yaxın vətəndaşının İŞİD sıralarında döyüşdüyü iddia olunan Böyük Britaniyada artıq terror bölgəsindən qayıdan və ya qayıdacaq vətəndaşların ömürlük həbs cəzasına məhkum olunması zərurəti müzakirə olunur. Latviya özünün yüksək rütbəli zabitlərini münaqişə bölgələrinə göndərərək orada öz vətəndaşlarının iştirakı haqqında iddiaları araşdırır. Azərbaycan Konstitusiyası və Azərbaycan milli təhlükəsizlik doktrinası da hər cür milli, etnik, dini, irqi, ideoloji və s. müxtəlifliyə əsaslanan ayrıseçkiliyi və bu zəmində qarşıdurma yaratmağa yönəlmiş terrorçuluq fəaliyyətlərini qətiyyətlə rədd edir və bu kimi fəaliyyətlər cinayət qanunvericiliyi əsasında ciddi cəzalandırılır. Bununla belə, ölkəmizdə yabançı dini, siyasi, ideoloji tendensiyaların müdaxiləsini önləmək texnologiyaları təkmilləşdirilməli, mövcud tolerantlıq mühitindən sui-istifadə hallarına, missionerliyin təhlükəli həddə çatmasına qarşı daha barışmaz mövqe nümayiş etdirilməlidir. Missionerlərin - yabançı təriqət daşıyıcılarının əsasən cəmiyyətin gənclik qisimini ələ almasına yol verilməməli, gənc nəslin dünyagörüşünün milli ideyalar və rasional dəyərlər əsasında formalaşdırılmasının kompleks layihələri həyata keçirilməlidir. Bir sözlə, milli təhlükəsizliyimizin etibarlı təminatı - dini-ideoloji ekspansiya cəhdlərini dəf etmək istiqamətində zəruri olan bütün fəaliyyətlərimizin səfərbər edilməsindədir.

Cavanşir Feyziyev

Milli Məclisin deputatı, Fəlsəfə doktoru





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Melonidən Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ