Bazar günü günü, 29 noyabr 2026
     

"Anakonda" Rusiyanın bir addımlığında peyda oldu

Image


Rusiya və Qərb ölkələri arasında Ukrayna uğrunda başlanan ziddiyyət hərbi müstəvidə də özünü qabarıq formada büruzə verməkdədir. Bəzi ekspertlər isə hesab edir ki, Rusiya və Qərb arasında hərbi sferada baş verənlər yeni dünya müharibəsinə də rəvac verə bilər. İndilikdə isə tərəflər biri-birinin sərhdədlərində intensiv hərbi təlimlərlə güc nümayişinə daha çox üstünlük verir.
Belə ki, NATO Rusiya ilə sərhəddə yeni təlimlərə başlayıb. Polşada başlayan təlimə NATO-ya üzv ölkələrdən 12 min 500 əsgər qatılıb. "Anakonda" adlı təlimdə ABŞ, Estoniya, İngiltərə, Kanada, Litva, Hollandiya, Çex və Macarıstandan əsgərlər iştirak edir. Polşa Müdafiə Nazirliyi təlimlərin ölkənin şimalında gerçəkləşdiyini deyib. Təlimlər oktyabrın 3-dək davam edəcək.
Xatırladaq ki, bu ayın əvvəlində Qara dənizdə NATO ölkələrinin iştirakı ilə "Dəniz küləyi-2014" təlimi keçirilib. Hətta həmin vaxt təlimlərin baş tutduğu ərazidə Rusiya döyüş təyyarələrinin uçuşu gerçəkləşib. Kanada müdafiə naziri Rob Nikolson "Toronto" adlı döyüş gəmisi ətrafında iki rus qırıcısının uçduğunu açıqlayıb. Uçuşların təhdid olmadığını bildirən nazir Rusiyanın bu addımını gərginlik yaratmaq kimi dəyərləndirib. Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov isə Su-24 və An-26 tipli iki döyüş təyyarəsinin Qara dənizdə beynəlxalq qaydalara uyğun olaraq uçuş reallaşdırdığını açıqlayıb.
Bunun ardınca, yuxarıda qeyd olunduğu kimi, Rusiya ilə sərhəddə NATO daha böyük təlimə start verib. Eyni zamanda, təlimlərin keçirildiyi Polşa hökuməti bəyan edib ki, Kiyev müraciət edəcəyi halda, Polşa hakimiyyəti Ukraynaya silah satmağa hazırdır. Polşanın müdafiə naziri Tomaş Semonyak məsələ ilə bağlı bildirib: "Mən təsdiq edirəm ki, Ukraynaya silah satmaqda Polşa müdafiə sənayesi maraqlıdır. Bir neçə məhsulumuz var ki, Ukrayna üçün cəlbedici ola bilər". Onun sözlərinə görə, Polşa silahlarını almaq üçün arzunu nümayiş etdirmək kifayətdir.
Moskvada isə Polşanın bu istəyi və NATO-nun hərbi təlimləri birmənalı qarşılanmır. Bu fonda Rusiyanın Şərq Hərbi Dairəsində "Vostok-2014" irimiqyaslı hərbi təlimləri həyata keçirilir. Özü də təlimlər çərçivəsində ilk dəfə "İsgəndər - M" operativ-taktiki tipli raketləri sınaqdan keçirilib. Rusiya Silahlı Qüvvələri Quru Qoşunlarının Raket və Artilleriya bölmələrinin rəhbəri, general-mayor Mixail Matviyevskinin sözlərinə görə, sözügedən raketlər ilk dəfədir bu cür təlimlərdə sınaqdan keçirilir və hər iki buraxılış uğurla başa çatıb. Matviyevski vurğulayıb ki, göstəriş aldıqdan sonra təlimlərə başlayıblar və "İsgəndər"lə şərti hədəflər məhv edilib. O əlavə edib ki, bu cür manevrlərin keçirilməsində məqsəd şəxsi heyətin və artilleriya qrupuna daxil olan silahların döyüş qabiliyyətinin yoxlanmasıdır: "İsgəndər" raketlərinin dünyada analoqu yoxdur. Bu bizim vahimə yaradan silahımızdır, hədəfi dəqiqliyi ilə vurur və komplekslər təhlükəsizliyimizin qarantıdır".
Xatırladaq ki, 20 dəqiqə ərzində döyüş vəziyyətinə gətirilən "İsgəndər" raketləri yüksək manevr imkanlarına malikdir və yüz kilometrlərlə hədəfi 30 santimetr dəqiqliyi ilə məhv etmək gücündədir.
Rusiyanı narahat edən daha bir məqam isə NATO-nun Qara dənizdə də möhkəmlənməsidir. Qeyd edək ki, bu günlərdə NATO-nun daha iki gəmisi Qara dənizə daxil olub. Onların Kanada və İspaniyaya aid olduğu bildirilir. Qeyd edək ki, sentyabrın əvvəllərində də ABŞ və Fransa gəmiləri Bosforu keçərək Qara dənizə daxil olmuşdu. Bütün bunlara cavab olaraq Rusiya Qara Dəniz donanmasını daha da gücləndirir. Rusiyanın Qara Dəniz Donanmasının komandanı, vitse-admiral Aleksandr Vitko Novorossiysk limanına gələn Rusiya prezidenti Vladimir Putinlə görüşdə bildirib ki, Qara Dəniz donamasına daha 80 hərbi gəmi gətiriləcək və gəmilərin sayı 206-ya çatdırılacaq. Aleksandr Vitko NATO döyüş gəmilərinin Qara dənizdə uzunmüddətli qalacağını bildirərək, 1500 kilometrdən hədəfi vuran raketləri daşıyacaq sualtı qayıqların dəniz qüvvələrinə gətiriləcəyini prezidentə məruzə edib. Vitse-admiralın sözlərinə görə, Novorossiyskdə Rusiyanın ikinci hərbi bazası tikilir və baza 2016-cı ildə hazır olacaq. Aleksandr Vitko NATO Qara dənizdə gücləndiyindən yeni bazaya ehtiyac olduğunu bildirib. Qeyd edək ki, Qara dənizdə Rusiyanın əsas hərbi bazası Sevastopoldadır. Bununla yanaşı, Sevastopol yaxınlığında Rusiya ən müasir silahlarını da yerləşdirməyi düşünür. NATO rəsmisi Oana Lunqeskunun fikrincə isə, rus qoşunlarının burada artması gərginliyi yüksəldəcək və Ukraynanın şərqindəki atəşkəsi şübhə altına alacaq. Yeri gəlmişkən onu da bildirək ki, Rusiyanın yeni planları ilə Ukrayna separatçılarına dəstək olmaq üçün yaxın günlərdə 12 min Don kazakı Donbasa yola düşəcək.
Məlumatlara görə, bu barədə sentyabrın 14-də kazak icmalarının keçirdiyi silsilə tədbirlərdən sonra qərar qəbul edilib. Qeyd edək ki, bu faktı həmin icma nümayəndələri ilə görüşən ATƏT-in Luqansk vilayətindəki xüsusi monitorinq qrupunun üzvləri də təsdiqləyib. Təşkilat təmsilçilərinin sözlərinə görə, Donbas döyüşçülərinin sıraları daha da genişlənəcək.
Bütün bunların əvəzində isə NATO da Ukraynaya yardımlarını artırır, həmçinin Rusiya ətrafında böyük sayda qüvvə cəmləşdirir, intensiv təlimlər keçirir. Məhz bütün bunların yeni dünya müharibəsinə yol aça bilmə ehtimalı yüksək dəyərləndirilir.
Yaranmış durumu şərh edən amerikalı ekspert Ceffri Teyler bildirir ki, Qərb, xüsusilə də Amerika liderləri Rusiyanı anlamağa cəhd etməli və bu ölkəni qorxutmaq yolu ilə kursunu dəyişməyə məcbur edə bilməyəcəkləri faktını qəbul etməlidirlər: "Rusiya tarixi, coğrafi, mədəni xüsusiyyətləri baxımından nə Şərqə, nə də Qərbə məxsusdur, o, özü-özlüyündə ayrıca bir dünyadır". Teylerin fikrincə, sabit və ağıllı dünyaya nail olmağın yeganə yolu NATO və ABŞ tərəfindən Ukraynaya bitərəf münasibət təklifindən ibarətdir. Bu təklif isə Ukraynanın NATO-ya qəbul edilməyəcəyi haqqında yazılı şəkildə verilmiş vədi və Ukrayna hökumətini baş nazir Yatsenyukun irəli sürdüyü ölkənin blokxarici statusunun ləğv edilməsinə inandırmağın zəruriliyini nəzərdə tutur. Əks halda Rusiya-NATO qarşıdurması da qaçılmaz sayılır.



 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Melonidən Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ