Ramiz Mehdiyev ermənilərin "tarixdə ilk xristian dövləti mifini" də alt-üst etdi
.jpg?v=1520254601)
(25.09.2014).jpg)
Məqalədə akademik Ramiz Mehdiyev sözügedən məsələnin mahiyyətini açaraq, erməniləri tutarlı faktlarla ifşa edib. Bu barədə müəllif yazır: "Erməni apostol kilsəsi (Eçmiədzin) erməni diasporunun rəhbərliyi, siyasi elita, ideoloqlar və "tarixçilər" ilə birlikdə dünya ermənilərini miflər aləmində saxlamaqda davam edir. Erməni kilsəsi tolerant dünyaya əsrlər boyu bunu təlqin etməyə çalışır ki, xristianlığı dövlət dini kimi ilk dəfə qəbul edən məhz Ermənistan olub. Dünya "hörümçək toru" ermənilərin bəşər tarixində guya "ilk xristian millət" olması barədə məlumatlarla doludur. Hətta Vatikandakı taxçaların birində saxlanılan erməni katolikosu heykəlinin üzərində "301" rəqəmi yazılıb. Hər halda, özlərini tam ciddi şəkildə "tarixçilər" adlandıran erməni mif yaradıcılarının praktiki məqsədini anlamaq çətindir. Bununla belə, fakt faktlığında qalır - onlar ikinci və ya üçüncü olmaq istəmirlər. Yalnız 1-ci, hətta onların vərdiş etdikləri kimi, tarixi saxtalaşdırmalar bahasına olsa belə".
Bütövlükdə, akademikin sözügedən məqaləsinin erməni yalanlarının dünyada ifşa edilməsi baxımından əhəmiyyəti necə dəyərləndirilir?
Məsələyə münasibət bildirən tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı sözügedən məqaləni bu baxımdan yüksək qiymətləndirdi: "Akademik Ramiz Mehdiyev tarixi mövzulara son vaxtlar daha çox diqqət göstərir. Bundan əvvəl akademikin Şah İsmayılla bağlı böyük bir kitabı çıxdı. Mən özüm avqust ayında Ərdəbildə Şah İsmayılla bağlı konfransda olarkən həmin kitabdan istifadə etdim.
Şah İsmayıla qarşı hücumlarda bu kitabı saxtakarlığı ifşa edən bir mühüm mənbə kimi təqdim etdim. İndiki elmi məqalə də hesab edirəm ki, çox dolğun və dəyərli məzmuna malikdir. Erməni yalanlarının ifşasında mühüm rol oynayır. Çünki uzun illərdir erməni yalanları ayaq açıb yeriyir. Daş dövrü abidələrdən tutmuş, bütün tariximiz boyu erməni yalanları özünü göstərir. O baxımdan bu məqalənin çıxması çox müsbət haldır. Belə məqalələrin sayını artırmaq lazımdır. Akademikdən tutmuş, digər sıravi elmi əməkdaşlara qədər bu sahə ilə məşğul olmalı və erməni yalanlarının mahiyyətini dünyaya açmalıdılar".