Bazar günü günü, 29 noyabr 2026
     

ABŞ Suriyada İŞİD-lə üz-üzə müharibəyə başladı

Image


ABŞ günü-gündən bölgədə daha ciddi təhlükəyə çevrilən və artıq Türkiyə sərhədinə çatan Suriyadakı "İraq Şam İslam Dövləti" (İŞİD) terror təşkilatına qarşı gözlənilən əməliyyatlara başlayıb. Dünən səhər ABŞ qırıcı təyyarələri IŞİD mövqelərini bombalamağa başlayıb. Rusiya isə, BMT Təhlükəsizlik Şurası və Suriya hökumətinin icazəsini almadan edilən hər cür müdaxilənin "təcavüzkarlıq" mənasına gələcəyini söyləyərək ABŞ-a xəbərdarlıq edib.
BBC-nin məlumatına görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon), ABŞ və müttəfiqlərinin Suriyadakı İŞİD hədəflərinə hava hücumuna başladığını bəyan edib. Pentaqon sözçüsü Con Kirbi başladılan əməliyyatda döyüş təyyarələri və "Tomahauk" raketlərindən istifadə edildiyini açıqlayıb. Bununla yanaşı, Pentaqon sözçüsü əməliyyat davam etdiyi üçün daha çox detallı məlumat verə bilməyəcəklərini bildirib.
BBC-nin məlumatına görə, əməliyyatda bəzi ərəb ölkələri də iştirak edir. "Reuters" agentliyi ABŞ rəsmilərinə istinadən xəbər verir ki, Qətər, Bəhreyn, İordaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ABŞ-ın başlatdığı əməliyyata dəstək verir. Bəzi müttəfiq ölkələrin hərbi təyyarəsi ABŞ döyüş təyyarələrinin yanında uçub.
Ekspertlərə görə, müttəfiqlərin əməliyyatlarda birbaşa iştirakı ABŞ-ın Suriyaya təkbaşına müdaxiləsi təəssüratının yaranmaması üçün edilib.
Suriyada reallaşdırılan əməliyyatın detalları, müttəfiqlərin vurduğu hədəflər barədə dəqiq heç bir açıqlama verilmir. Ancaq bununla belə, bəzi mənbələr ABŞ tərəfindən hədəfə alınan yerlər arasında İŞİD-in tədarük binası kimi bilinən binaların və Suriya-İraq sərhədindəki nöqtələrin olduğunu bildirir. ABŞ rəsmilərinə görə, İŞİD-in sözdə paytaxtı kimi tanınan Suriyanın Rakka şəhərinə də hücumlar olub. Ümumiyyətlə, ABŞ və bir neçə ərəb ölkəsinin Suriyada İŞİD-ə aid ən az 50 hədəfi vurduğu bildirilir.
Məlumatlara görə, ABŞ mərkəzi qərargah rəhbəri general Lloyd Austin hava hücumları əmrini bazar ertəsi gecə Barak Obamadan təsdiq alandan sonra verib.
Əməliyyat çərçivəsində reallaşdırılan hava hücumlarının masştabının 2003-cü il İraq müharibəsinin başlanğıcındakı qədər sərt olmadığı deyilir. Lakin buna baxmayaraq, daha fərqli silahların istifadəsi və daha çox ölkənin iştirakından dolayı bu hücumların İŞİD-ə qarşı İraqda həyata keçirilən ilk hücumlardan daha böyük olduğu deyilir.
Hücumlar bir neçə saat davam edib və ABŞ qüvvələri tərəfindən vurulan bəzi hədəflər arasında geniş düşərgələr və ya mənzil kompleksləri də var. ABŞ ordusu səlahiyyətlilərindən biri isə bildirir: "Bu olduqca böyük bir hücumdur. Çox yeri vururuq".
O da qeyd edilir ki, Suriya hökumətinin nəzarəti altında Rusiya tərəfindən təmin edilən havadan müdafiə sistemləri olduğundan, Əsəd rejimi və ya ordusu ilə birbaşa döyüşməmək üçün ABŞ təyyarələrinin Suriyanın dərinliklərinə girməməsi barədə təlimat verilib.
Suriyaya reallaşdırılan hücumlarda eyni zamanda ABŞ ilk dəfə F-22 döyüş təyyarəsindən istifadə edir. Liviyanın vurulması zamanı ABŞ F-22-ləri göndərməkdən imtina etmişdi. Səlahiyyətlilərə görə, sürəti və yüksəkdə uça bilmək xüsusiyyəti olan F-22-lər eyni zamanda F/A-18 və ya F-16 təyyarələrinə görə daha uzaq məsafədən hədəfi vura bilir. ABŞ Hava Qüvvələrinə görə, F-22-lər min kq-lıq bomba ilə təxminən 30 kilometr uzaqdakı hədəfi vura bilir.
Amerikan ordusu avqustdan bu yana İraqa 190 hava hücumu əməliyyatı keçirib. Son hücumlarla İŞİD-ə qarşı həyata keçirilən əməliyyat Suriyanı da əhatə edəcək şəkildə genişləndirilmiş oldu.
BBC Suriyada Əsəd rejiminin çağırışı olmadan edilən bu hava hücumunun İraqdakından fərqli olduğuna diqqət çəkir. İraq hökuməti İŞİD-ə qarşı ABŞ-dan kömək istəmişdi, sonra bu ölkədəki İŞİD hədəflərinə hava əməliyyatı başladılmışdı. Ancaq ABŞ Suriyanı Əsəd rejiminin razılığı olmadan bombalayır.

Əsədlə əməkdaşlıq olmayacaq

ABŞ və İngiltərə də daxil olmaqla, müttəfiq ölkələr Suriyadakı ölümlərdə məsuliyyət daşıdığına görə İŞİD-ə qarşı mübarizədə Əsəd rəhbərliyi ilə əməkdaşlığı rədd etmişdi. Amerika prezidenti Barak Obama hava zərbələrinin İraq və Suriyada böyük əraziləri ələ keçirən "İslam Dövləti"ni zəiflətmək və məhv etmək üçün nəzərdə tutulduğunu bəyan edib: "Biz ölkəni təhdid edən terrorçuları harda olmasından asılı olmayaraq izləyəcəyik. Bu o deməkdir ki, mən, İraqda olduğu kimi, Suriyada da "İslam Dövləti"nə qarşı tərəddüdsüz əməliyyatlara başlayacağam".
Onun sözlərinə görə, Amerikanı təhdid edənlər heç harda sığınacaq tapa bilməyəcək.
Obama ayrıca Konqresdən Suriyada İŞİD-ə qarşı döyüşən qruplara təlim və silah yardımı üçün icazə istəmiş, Konqres bu təklifi keçən həftə qəbul etmişdi.

Putin: "Suriyadan icazə alınmalıdır"

ABŞ-ın Suriya müdaxiləsinə Rusiya dərhal reaksiya verib. Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada əvvəlcə BMT Təhlükəsizlik Şurasının qərarı və torpaqlarında hərbi əməliyyat gerçəkləşdirilən Suriya hökumətinin icazəsinin alınmasının lazım olduğu bildirilir: "BMT Təhlükəsizlik Şurasının icazəsi olmayan bu hərəkət təcavüzkarlıq hesab edilir. Bu hərəkət beynəlxalq normaların çox kobud şəkildə pozulmasıdır".
ABŞ-ın İŞİD-in Suriyadakı mövqelərinə hərbi zərbələrinin mümkünlüyünü Rusiya prezidenti Vladimir Putin və Birləşmiş Millətlər Təşkilatının sədri Ban Ki Mun telefon danışığında müzakirə edib. Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, Putin " İŞİD terrorçularının Suriya ərazisində yerləşən bazalarına hava zərbələrinin endirilməsi Suriya hakimiyyətinin razılığı olmadan gerçəkləşdirilə bilməz" - deyə bildirib.
Rusiyanın məsələ ilə bağlı mövqeyini açıqlayan Rusiya dövlət başçısı bildirib ki, Suriya rəhbərliyinin hücumlardan xəbərdar edilməsi kafi deyil: "Hücumların edilməsi üçün rəhbərlikdən icazə alınması lazımdır".
Suriya rejimi isə hücumla əlaqədar özlərinin xəbərdar edildiyini, lakin ABŞ-a Suriya torpaqlarına hücum etməyə icazə etmədikləri bəyan edib.

İŞİD-dən əməliyyatlara ilk reaksiya

ABŞ və 5 ərəb müttəfiqinin başlatdığı hava əməliyyatına İŞİD-dən də ilk reaksiya gəlib. Hava əməliyyatlarına hücumla cavab verəcəyini bəyan edən qrup sözügedən əməliyyatdan Səudiyyə Ərəbistanını günahkar bilir. Açıqlamada "Bu hücumlara cavab veriləcək. Hücumlara görə cavabdeh Səudiyyə Ərəbistanıdır" - deyə bildirilir. İŞİD-in açıqlamasında Səudiyyə Ərəbistanı Kral ailəsi barədə alçaldıcı sözlər də istifadə edilir.
İŞİD kimi tanınan "İraq Şam İslam Dövləti" təşkilatı Suriyada Bəşər Əsədə qarşı döyüşən həddindən güclü uç təşkilatdan biri kimi önə çıxır. İŞİD ötən il ərzində şərqi Suriyada böyük bir bölgəni işğal edərək Qərbi İraqa girdi və Ramadi və Fəlluca şəhərlərini aldı. Qrup iyun ayında İraqın ən böyük ikinci şəhəri olan Mosulu ələ keçirdi.
Qrup bu gün şimal və qərbi İraqın geniş bir hissəsini əlində saxlayır. Ötən ay ABŞ hücumları başlayana qədər terrorçular kürd bölgələrini də təhdid etməyə başlamışdılar.







VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Melonidən Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ