Bazar günü günü, 29 noyabr 2026
     

Xəzərin status problemi yeni qabarma ərəfəsində...

Image


Azərbaycan üçün SSRİ-nin dağılmasından sonra həllini gözləyən ən aktual problemlərdən biri də Xəzərin hüquqi statusunun təyin edilməsidir. Hazırda statusun müəyyən olunmamasından ən çox əziyyət çəkən ölkələrdən biri məhz Azərbaycandır və buna görə ölkəmiz ona məxsus bir sıra yataqların işlənməsini həyata keçirə bilmir.
Bu mənada dənizin statusunun tezliklə müəyyən olunmasında Azərbaycan ən maraqlı tərəflərdən biri kimi çıxış edir. Hazırda statusla bağlı diqqət mərkəzində yer alan əsas hadisə sentyabrın 29-da Həştərxanda keçiriləcək dördüncü Xəzər sammitidir.
Bununla bağlı Rusiya Federasiyası prezidentinin MDB ölkələri ilə dövlət sərhədlərinin delimitasiya və demarkasiyası üzrə xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir İqor Bratçikov ümid etdiyini bildirib ki, Xəzəryanı ölkələr, nəhayət, Xəzər dənizinin statusu haqqında sənəd imzalaya biləcək. Bratçikov qeyd edib ki, yaxın gələcəkdə belə konvensiyanın bağlanacağını güman etmək olar. Onun sözlərinə görə, bu görüşdə Xəzərin statusunun müəyyənləşdirilməsi üzrə irəliləyiş əldə olunacaq: "Əminəm ki, finiş xəttinə çatmağımıza imkan verəcək konvensiyanın açıq qalan aspektləri istiqamətində iri addım atılacaq. Lakin bu o demək deyil ki, liderlərin növbəti görüşü bu konvensiyanın işlənməsinə həsr olunmalıdır". Diplomat Həştərxan vilayətində Xəzərin su səthinin bölüşdürülməsi məsələsində irəliyə addım atılacağına ümid bəslədiyini bildirib.
Lakin Rusiyanın "Nezavisimaya qazeta" mətbu orqanı maraqlarına görə Moskvanın Xəzərin sektorlara bölünməsinə qarşı çıxdığını yazır. Qeyd edilir ki, Rusiya Orta Asiya qazının Avropaya ixracına mane olmağa çalışır. Xəzərin statusunun həll edilməməsi isə dənizin dibi ilə çəkilməsi planlaşdırılan "Tranxəzər" qaz kəməri layihəsinin icrasına əngəl olaraq düşünülüb. "Aktual" Beynəlxalq Problemlər İnstitutunun direktoru Yevgeni Bajanov Həştərxan sammitində Xəzərin dibinin bölünməsi haqqında məsələnin həllinə şübhə ilə yanaşır. "Rusiya Xəzərin statusu üzrə mövqeyini dəyişməyib və bu mövqeyində təkid etməkdə davam edir. Baxmayaraq ki, bu məsələnin həll olunmaması Rusiya hakimiyyətini tamamilə qane etmir. Amma Rusiya üçün Xəzərdə öz təsirini itirmək yolverilməzdir. Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi imkan verəcək ki, Xəzəryanı ölkələr özlərinin milli sektorlarında sərbəst olsunlar. Deməli, Xəzəryanı ölkələrin Qərb həmkarlarını əməkdaşlığa dəvət etməsi ehtimalı çox yüksəkdir. Rusiya isə bu ehtimalı özündən uzaqlaşdırıb". Digər ekspert İqor İvaxnenko da eyni mövqeni bölüşür: "Hər halda, Həştərxan sammitindən sıçrayışlı qərarlar gözləmək lazım deyil. Rusiya o qədər zəif deyil ki, Xəzərdə özü üçün əlverişsiz dəyişikliklərə imkan versin. Həm də o qədər güclü deyil ki, inteqrasiya proseslərinə başçılıq etsin. Digər bir məqam isə odur ki, Xəzəryanı ölkələrin maraqları çox müxtəlifdir". Xəzər Əməkdaşlığı İnstitutunun baş direktoru Sergey Mixeyev isə qeyd edir: "Xəzərin status məsələsi həll olunacağı halda sahilboyu ölkələr neft və qaz kəmərlərini müstəqil inşa edə biləcək. Bunda isə İran və Rusiya maraqlı deyil. Bu gün türkmən qazının əsas hissəsi Çinə axır. Bundan başqa, mövcud vəziyyət Türkmənistandan tələb edir ki, qazını Avropaya çatdırmaq üçün Xəzər hövzəsinin beş ölkəsinin razılığına nail olsun. fbfu isə hələlik mümkün deyil".
Qeyd edək ki, Azərbaycanın da yüksək səviyyədə iştirak edəcəyi Həştərxan sammiti Xəzərin bir sıra problemlərinin həlli üçün önəmlidir. Bu günə qədər həll olunmayan hüquqi statusun müəyyənləşməsi isə ən vacib məsələdir. Dənizin statusunun müəyyən olunmasında Avropa da maraqlıdır. Bu, Azərbaycan və Türkmənistan arasında "Transxəzər" qaz kəmərinin çəkilməsinə imkan verə bilər.
Hələ 90-cı illərin sonundan gündəmdə olan bu layihə Rusiyanın və İranın Xəzərin statusu bəhanəsilə təzyiqlərinə görə reallaşa bilmir. Amma indi vəziyyət dəyişir və bu layihə reallığa çevrilə bilər. Lakin "Transxəzər"lə bağlı bir neçə problem var. Birincisi, Qərb şirkətləri Türkmənistanla pay bölgüsü sazişini quru ərazidə imzalamaq niyyətindədirlər. Bunu isə Türkmənistan tərəfi arzulamır. Türkmən tərəfi özü qazı çıxarıb quru sərhədində satmaq istəyir. Bu məsələ həll edilməlidir. Digər məsələ odur ki, Qərb Türkmənistan şelfində "Transxəzər"lə bağlı risqləri Aşqabadın da bölüşməyini istəyir. Türkmənistanın isə bu məsələdə Qərblə fikirləri üst-üstə düşmür. Lakin indi Avropanın Rusiya qazından asılılığını aradan qaldırmaq niyyəti fonunda Türkmənistan "Transxəzər"in icrasının reallaşdırılmasına Qərbin dəstəyi ilə fəal şəkildə qoşula bilər. Bütün bunlar isə Rusiyanın xoşuna gəlmir və gözlənir ki, Moskva layihənin reallaşması üçün müəyyən gedişlər etsin. Xatırladaq ki, son məlumatlara görə, layihənin dəyəri 7,9 milyard avro məbləğində qiymətləndirilir. 2011-ci il sentyabrın 7-də Avropa İttifaqı "Transxəzər" layihəsi ilə bağlı Azərbaycan və Türkmənistanla danışıqlar aparmaq üçün Avropa Komissiyasına mandat verib.
Bundan sonra Rusiya XİN bəyanatla çıxış edərək bildirib ki, 5 Xəzəryanı ölkə Xəzərin statusunu müəyyənləşdirənə qədər "Transxəzər" layihəsinin həyata keçirilməsi mümkün deyil.
Buna baxmayaraq, Avropa Komissiyası Azərbaycan və Türkmənistanla "Transxəzər" qaz boru kəmərinin hüquqi bazası üzrə danışıqlara başlayıb. Həştərxan sammitində bu məsələnin də gündəmə gəlməsi gözlənir.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Melonidən Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ