Cümə axşamı günü, 12 noyabr 2026
     

Azərbaycan və Rusiyanın Ermənistana birgə təzyiq mexanizmi işə düşə bilər – hədəfdə Qarabağdır...

Image


Ermənistanda məlum hakimiyyət dəyişikliyindən sonra baş nazir vəzifəsini tutan Nikol Paşinyan və komandası üçün əsas məsələlərdən biri də yaşanan, özü də miqyası kifayət qədər böyük olan sosial-iqtisadi problemləri həll etməkdir. Amma indilikdə görünən odur ki, bu məsələnin həlli Ermənistanda sadəcə mümkünsüzdür. Çünki ölkə nə lazımi resurslara, nə də hansısa başqa önəmli potensiala malikdir. Bu mənada ağır sosial-iqtisadi vəziyyət fonunda Ermənistanda yaxın tezlikdə Paşinyana qarşı yeni aksiyalara start verilməsi tamamilə gözlənilən sayılır.

Bunu Rusiya liberal-demokratlarının lideri Vladimir Jirinovski də qaçılmaz sayır: “Ermənilər Paşinyanı hakimiyyətə gətirdiklərinə hələ peşman olacaqlar”. Onun sözlərinə görə, inqilab istəyənlər anlamalıdır ki, ondan sonra həmişə əvvəlkindən daha pis olur. “Paşinyan daha yaxşı etmək istəyir, lakin heç nə alınmayacaq. Blokadada olduğu bir vaxtda Ermənistan çiçəklənə bilməz. Öz ehtiyatları isə yoxdur”.

Əvvəl olduğu kimi, indinin özündə də Ermənistanın xilas yolu Azərbaycanla əlaqələrin bərpasından, bunun üçün isə işağalçılıq siyasətinə son qoymasından keçir. Hesab edilir ki, Dağılq Qarabağ münaqişəsi həll olunmadan, Azərbaycanın regionda həyata keçirdiyi layihələrdə iştirak etmədən Ermənistanın dövlət kimi varlığını davam etdirməsi mümkünsüzdür. Amerikalı ekspert, Markett Universitetinin professoru Piter Teys də məsələyə bu prizmadan yanaşır. O, gələn ay istifadəyə veriləcək daha bir vacib layihə olan TANAP fonunda qeyd edir:  “TANAP layihəsindən əldə ediləcək mənfəətin verdiyi möhtəşəm iqtisadi stimul Azərbaycan, Gürcüstan və Türkiyənin inkişafına, ictimai xidmətlərin, infrastrukturun və təhsilin təkmilləşdirilməsinə töhfə verəcək .Layihə orada iştirak edən ölkələri daha da rəqabətqabiliyyətli edəcək və onların imicini yüksəldəcək. Hər şey bir kənara, Azərbaycan indi enerji təchizatında, qaz kəmərlərinin hazırlanması və tikintisi sahəsində qlobal oyunçuya çevrilir”. Ermənistanın növbəti dəfə regional layihənin kənarında qaldığını bildirən Teys bu ölkənin iqtisadiyyatının hələ də tamamilə Rusiya iqtisadiyyatından asılı olduğunu diqqətə çatdırıb: “Ermənistan təqribən 30 ildir Azərbaycanla müharibə vəziyyətindədir və bu, Azərbaycanın mülki əhalisi arasında çoxsaylı insan təlafatları, Azərbaycan ərazisinin 20%-nin işğal edilməsi ilə nəticələnib. Korrupsiyanın, qohumbazlığın Ermənistan iqtisadiyyatının hər seqmentinə mənfi təsir etdiyi hamıya məlum olan faktdır, iqtisadiyyatının 75%-nə isə zəif nəzarət olunur. 

Bundan əlavə, Ermənistan Silahlı Qüvvələrinin əsgərləri aclıq çəkir, təchizatları, əhvalları pisdir. Bütün bu faktlar və problemlər Ermənistanı özünü təcrid etmiş ölkəyə çevirib, buna görə də onlar TANAP-ın faydalarından yararlana bilməyəcəklər. Ermənistan yalnız qoşunlarını Azərbaycanın suveren ərazisindən çəkməklə etibarlı beynəlxalq oyunçu ola və vətəndaşları üçün dayanıqlı milli iqtisadiyyatı təmin edə bilər”.

Məhz bu vəziyyətdə indi əsas məsələ yeni erməni rəhbərliyinin bu reallıqları  nəzərə alıb Azərbaycanla münasibətləri normallaşdıırmağa cəhd göstərməli olmasıdır. Lakin indilikdə Paşinyan reallıqdan uzaq açıqlamalar verir. Ekspertlər isə hesab edir ki, bu açıqlamalar daxili auditoriyaya hesablanıb və Paşinyan tezliklə əsl həqiqətlərin nədən ibarət olduğunu görəcək. Ekspret Elxan Ələsgərov da bildirir ki, Paşinyanın Qarabağla bağlı siyasəti birbaşa öz hakimiyyətini qoruyub saxlamağa və daxili auditoriyaya hesablanıb. O, Azərbaycan Prezidentinin ardından müdafiə naziri Zakir Həsənovun Qarabağla bağlı son bəyanatını bu mənada  xüsusi diqqətdə saxlamağın zərurilyini də vurğulayıb: “Paşinyanın Qarabağla bağlı siyasəti birbaşa öz hakimiyyətini qoruyub saxlamağa və daxili auditoriyaya hesablanıb. Yəni Ermənistanın yeni baş naziri “sərtliyi” ilə əslində sələflərindən fərqlənmədiyi görüntüsünü yaradır. Onun Dağlıq Qarabağın danışıqlarda tərəf kimi çıxış etməsini irəli sürməsi sadəcə bir fənd idi. Ermənistanda baş verənləri çox diqqətlə izləyən Azərbaycan müdafiə nazirinin son bəyanatı mövcud hərbi siyasi durumu yenidən təsdiqləsə də, özlüyündə çox mühüm məqamları ehtiva edir. Hesab edirəm ki, cəmiyyətə verilən mesajlar kifayət qədər açıqdır və artıq İrəvanın məcbur edilməsi prosesi başlayıb”.

Politoloq bildirib ki, Azərbaycan ilk mərhələdə torpaqlarını işğaldan azad etmək üçün vəziyyətə uyğun hərəkət edəcək:  “Yəni vaxtı daralan və başqa çıxış yolu olmayan İrəvan danışıqlara getməli, Azərbaycan torpaqlarını boşaltmalıdır. Nəhayət, bundan sonra Qarabağ problemi yol xəritəsi çərçivəsində həll olunmalıdır. Bu səpkidə artıq Rusiyadan da səslər gəlməkdədir. Rusiyadan yeddi rayonun qaytarılması ilə bağlı verilən son bəyanatları Ermənistana təzyiq və hədə-qorxu kimi də qiymətləndirmək olar”. Qeyd edək ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov bir müddət öncə Azərbaycan Ordusunun genişmiqyaslı döyüş əməliyyatlarına tam hazır olduğunu açıqlayıb.

Rusiyalı politoloq Yevgeni Mixaylov da məsələyə yuxarıda göstərilən müstəvidə yanaşır. Ermənistanın yeni baş nazirinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə mövqeyindən danışan Mixaylov Paşinyanın anlaşılmaz məqsədlər güdəcəyini əlavə edib: "Ermənistan Paşinyanın rəhbərliyi ilə Qarabağdakı vəziyyəti gərginləşdirərsə, bu, Azərbaycanın xeyrinə olacaq. Çünki Rusiya artıq Ermənistanı fəal müdafiə etməyəcək və Azərbaycan da torpaqlarını geri qaytara biləcək". Ekspert, buna digər səbəb kimi Paşinyanın, verdiyi vədlərə baxmayaraq, Qərbə meyllənməsini də göstərir: “Nikol Paşinyanın hakimiyyətə gəlişi ilə Ermənistanda vəziyyət daha da pisləşəcək. Xüsusən də Paşinyanın rəhbərliyi altında Rusiya ilə əlaqələr də pisləşəcək. O, açıq-aydın Qərb lobbisinin havadarıdır. Tezliklə Gümrüdəki Rusiya bazasının ölkədən çıxarılması tələblərini eşidəcəyik. Onun xarici siyasətdə balans haqqında söylədikləri, sadəcə, populizmdir. Ermənistan Rusiya üçün düşmən dairələrlə yaxınlaşmaqla uçuruma gedir”. Rusiyanın “Ekspress qazeta” mətbu orqanı da yazır ki, Moskva Ermənistanda hadisələrin indiki inkişafından ciddi narahatdır. Qeyd olunur ki, Nikol Paşinyan həm başlatdığı etiraz hərəkatının gedişində, həm hakimiyyətə yiyələnəndən sonra və nəhayət mayın 14-də Soçidə Vladimir Putinlə görüşündə Rusiya ilə ayrılmaz müttəfiqlik, dostluq münasibətlərindən danışsa da, belə görünür ki, Moskvada ona etibar etmirlər. Qəzet  Paşinyanın, Rusiyaya sədaqət haqda danışmasına baxmayaraq, qərbyönümlü olduğunu yazır: “Baxmayaraq ki, biz qardaş erməni xalqına dostluq əlini birinci uzatdıq. Vladimir Putin yeni baş naziri qələbə münasibətilə təbrik etdi. Soçidəki görüşdə isə Paşinyan praktiki olaraq Rusiya prezidentinin gözlərinə baxmamağa çalışırdı, onun bəyanatlarında əsl müttəfiq səmimiliyi hiss olunmurdu. Bəlkə ona görə ki, indi onun hökumətində bütün nazirlər amerikalıların adamlarıdır?”. Buna misal olaraq göstərilir ki, baş nazirin müavini Ararat Mirzəyan ABŞ-ın Demokratiyaya Dəstək Fondunun (NED) maliyyələşdirdiyi beynəlxalq seçki sistemləri Fondunun (İFEX) koordinatoru olub. Müdafiə naziri David Tonoyan Ermənistanın NATO-dakı daimi nümayəndəsi işləyib. Xarici işlər naziri Zöhrab Mnatsakanyan Ermənistanın BMT-dəki daimi nümayəndəsi idi. Kənd təsərrüfatı naziri Artur Xaçatryan Ermənistandakı Amerika Universitetinin məzunudur. Ədliyyə naziri Artak Zeynalyan Dövlət Departamentinin proqramlarında fəal iştirak edib və Amerika seçkilərində müşahidəçi olub. Mədəniyyət naziri Lilit Makunts ABŞ-da təhsil alıb. İqtisadi inkişaf və investisiyalar naziri Artsvik Minasyan Massaçusets Texnologiya Universitetinin professorudur. “Ekspress qazeta” bütün bunlara əsasən yazır ki,  Ermənistanın yeni rəhbərliyinə inanmaq olmaz.  Qeyd edək ki, Paşinyanın kabinetində qarabağlı da yer almır. Onun nazirlərinin hamısı Ermənistanda anadan olanlardır.

İndilikdə isə Paşinyanın Qərbə yaxın kadrlara üstünlük verməsi onun həqiqətən də Rusiyadan uzaqlaşacağını göstərir. Məhz bu səbəbdən rusiyalı politoloq Yevgeni Mixaylov Rusiyanın artıq Ermənistanı fəal müdafiə etməsinə də ehtiyac qalmadığını və Azərbaycan torpaqlarını qaytarmağa yardım etməsinin vaciblyini qeyd edir. Yaranmış vəziyyətdə ekspertlər qeyd edir ki, Azərbaycanın Ermənistana iqtisadi təzyiqlərini artırması və Moskvanın da İrəvana təsirlərini yüksəltməsi Qarabağ münaqişəsinin həllini sürətləndirə bilər. Ermənistanın Qərbə meyllənməsi Moskvanın Ermənistana qarşı təzyiq siyasətinə başlamasını istisna etmir.  Türkiyədən olan politoloq Mehmet Perincek bu fonda qeyd edir ki, Qərbin əsas məqsədi Rusiya hərbi bazasını Gümrüdən çıxarmaqdır. Onun sözlərinə görə, hələlik Nikol Paşinyan qərbyönümlü siyasət yürüdür, Ermənistanın prezidenti Armen Sarkisyan isə Rusiyaya qarşı yeni Mixeil Saakaşvilidir. Bu səbəbdən o, Moskvanın Ermənistan siyasətində dəyişikliklər olmasını istisna etmir. Ekspert vurğulayır ki, Azərbaycan və Türkiyə Rusiya üçün daha etibarlı tərəfdaşdır, nəinki Ermənistan: “Ermənistanda sabitlik yoxdur və o, zəif dövlətdir. Ona görə də, Moskva özünə tərəfdaş olaraq Bakı və Ankaranı seçməlidir. Özü də Azərbaycanın güclü iqtisadiyyatı və ordusu, eləcə də zəngin təbii sərvətləri var”. O hesab edir ki, İrəvan Qərblə yaxınlaşma siyasətini həyata keçirəcək: “Türkiyə və Azərbaycan isə yaranmış bu vəziyyətdən istifadə edərək Kremli özü ilə münasibətləri dərinləşdirməyə maraqlandırmalıdır”. Hazırda elə proseslər də məhz bu istiqamətdə gedir. Bu mənada istsina olunmur ki, Azərbaycan və Türkiyə ilə yanaşı, artıq Rusiya da Ermənistana qarşı yeni təzyiqlər siyasətinə başlasın.

Tahir TAĞIYEV

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ