Cümə axşamı günü, 12 noyabr 2026
     

Azərbaycan Qafqazın savaş meydanına çevrilməsinin qarşısını almaqda nisbətən daha böyük şanslara malikdir

Image


ABŞ-ın İranla nüvə sazişindən çıxmasının dünya miqyasında hadisələrin inkişafına əsaslı surətdə təsir göstərəcəyi qətiyyən şübhə doğurmur. Məsələnin maraq doğuran tərəfi bunun Azərbaycanın da yerləşdiyi Cənubi Qafqaza mümkün təsirləri ilə bağlıdır.  Artıq dünya miqyasında qeyd olunan istiqamətdə aktiv müzakirələrə də start verilib. Belə vəziyyətdən narahat olan tərəflərdən biri isə Rusiyadır. Çünki Moskva yaranmış vəziyyətdə ABŞ-ın Cənubi Qafqazda möhkəmlənməyə çalışacağını yaxşı bilir və bu da Kreml üçün məqbul sayılmır.

Rusiya XİN başçısının vəzifələrini icra edən Sergey Lavrov bu xüsusda bildirib ki, ABŞ-ın İranla nüvə sazişindən çıxması BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsinin pozulmasıdır: “ABŞ administrasiyasının nüvə sazişi üzrə Birgə hərtərəfli İş Planından çıxması barədə qərarı ciddi narahatlığa səbəb olur. ABŞ bununla da bu planı bəyənən Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozub”. O qeyd edib ki, Vaşinqtonun bu addımının bütün nəticələrini qiymətləndirmək lazımdır: “Biz Almaniya, Fransa, Böyük Britaniya, Çin və İranla qiymətləndirmə aparmalıyıq. Biz artıq bununla məşğul oluruq və yaxın vaxtlarda fikirlərimizi müqayisə edəcəyik“.

Yaranmış vəziyyətin Qafqaza təsiri isə, yuxarıda qeyd olunduğu kimi qaçılmaz sayılır. Bununla bağlı Rusiyanın  “regnum.ru” portalı yazır: “ABŞ prezidenti Donald Tramp ölkəsinin İran nüvə proqramı üzrə sazişdən çıxdığını elan etdikdən sonra Ağ Evin rəsmi təmsilçisi Sara Sanders xəbər verib ki, Vaşinqton İrana qarşı yeni sanksiyalar hazırlayır. Bu haqda gələn həftə məlumat veriləcək.

Düzdür, Tehran artıq sanksiyalara alışıb. Buna görə də indi əksər ekspertlərin diqqəti, Amerikanın bir çox KİV-lərinin eyhamına görə, iqtisadi sanksiyaların iflası və ya az effekti halında İrana qarşı mümkün hərbi əməliyyatların müxtəlif ssenarilərini hazırlayan Pentaqona dikilib. Bizim fikrimizcə, bunların səsləndirilməsi həm İranı, həm də bütün Yaxın Şərqi, Amerikanın Vaşinqtonun nüvə sazişindən çıxmasını pisləyən tərəfdaşlarını gərginlikdə saxlamaq istəyindəndir. Müəyyən hərbi əməliyyatların başlanmasına təşəbbüs göstərilə biləcəyi ilk əməliyyat meydanları da müəyyən edilib – Səudiyyə Ərəbistanı, Fars körfəzi dövlətləri, İsrail. Yeri gəlmişkən, ola bilsin, İsrailin Suriyada İran obyektlərinə son raket zərbəsi bu silsilənin süjetidir. İkinci əməliyyat meydanı kimi Cənubi Qafqaz dövlətlərini göstərirlər. Amma ABŞ və NATO ilə yalnız “irəliləmiş” münasibətlərə malik olanları. Söhbət birinci növbədə bölgədə Qərb siyasətinin artıq çoxdan alətinə çevrilmiş Gürcüstandan gedir. O, ikinci planın “aktyorudur”,  ABŞ onun ərazisindən gərəkdiyi halda arxa cəbhə dayağı kimi faydalana bilər. Vaşinqton son illərdə Vaziani və Marneulidəki aerodromların, Batumi limanının rekonstruksiyasına xeyli məbləği təsadüfən ayırmayıb.

Düzdür, Gürcüstanın İranla ümumi sərhədi yoxdur, Ermənistan isə güman olunmur ki, ən azından, Rusiya amili üzündən öz üzərindən uçuşa icazə verər. Azərbaycan üzərindən isə hava dəhlizi var. Bu halda amerikalılar Bakı ilə anlaşmalı olacaq. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycanla İran arasında saziş qüvvədədir, Buna əsasən, onlar bir-birinin maraqlarına qarşı hərəkət etməməlidir. İndiyə qədər Azərbaycan ərazisindən İrana qarşı istifadəyə imkan verməyib və yəqin ki, bundan sonra da verməyəcək”. Qeyd edilənlər fonunda bir məqam artıq aydın nəzərə çarpır ki, Azərbaycan yaranmış vəziyyətdə Qafqazın savaş meydanına çevrilməsinin qarşısını alacaq. Bundan başqa, “regnum.ru” portalı yazır ki, Bakı İranla imzalanan sazişin qüvvədə qalmasında maraqlıdır:  “Azərbaycan XİN mətbuat xidmətinin başçısı Hikmət Hacıyev bildirib ki, Bakı İranın ABŞ, Böyük Britaniya, Rusiya, Çin, Fransa və Almaniya ilə sazişini həmişə dəstəkləyib. Bu, bölgədə qüvvələr düzülüşünü özgə cür müəyyən edən seçim də sayıla bilər. Azərbaycan bu yöndə Rusiya, Çin və Avropa Birliyi ilə bir sırada durur. Əlbəttə, həm də ABŞ prezidentinin hərəkətini dəstəkləməyən Türkiyə ilə bir yerdə və hazırda Vaşinqtonun dəstəklədiyi İsrail və ərəb ölkələri koalisiyasından qıraqda. İndi amerikalıların buna necə reaksiya verəcəklərini gözləmək qalır. Amerika hələlik Azərbaycan, İran və Rusiyaya xeyli gəlir vəd edən və Avropaya da əlverişli olan “Şimal-Cənub” Azərbaycan-Rusiya-İran birgə layihəsinə sanksiyalar tətbiq etməyib. Azərbaycanın “Şahdəniz” qaz kondensatı yatağı və “Cənub Qaz dəhlizi” layihələrinin çalışmalarına da toxunulmur. Tehranla nüvə sazişindən çıxdığını elan etmiş Vaşinqtonun əsas məqsədinin məhz nədən ibarət olduğu tezliklə aydınlaşacaq. Ən müxtəlif, amma əsla nikbin olmayan proqnozlar verilir. Sergey Lavrovun dediyi kimi, “şübhəsiz, birincisi nail olacağıq ki, bu, nüvə sazişini pozmasın” və “ikincisi, İran İslam Respublikasınn başqa tərəfdaşlarına hər hansı eksterritorial təsirin olmamasına nail olacağıq”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ