Cümə axşamı günü, 12 noyabr 2026
     

Ermənistanda mayın 8-də ya yeni üsyan, ya da sui-qəsd dalğası başlayacaq

Image


Ermənistanda keçirilən kütləvi etiraz aksiyalarına müvəqqəti fasilə verilsə də, ölkədə vəziyyət hələ də gərgin olaraq qalır. İlk baxışda belə bəlli olur ki, mayın 8-də parlament  “Yelk” fraksiyasının başçısı, etiraz hərəkatının lideri Nikol Paşinyanı baş nazir seçəcək və bununla gərgin vəziyyətə son qoyulacaq. Amma pərdə arxasında cərəyan edən hadisələr ortaya tamam fərqli mənzərənin çıxacağını deməyə əsas verir.

Hələlik isə diqqət cəlb edən başlıca məqamlardan biri budur ki, Nikol Paşinyan yenidən baş nazir postuna namizəddir. Ölkə parlamentinin mətbuat xidməti bu xüsusda bildirib: “Nikol Paşinyanın Ermənistanın baş naziri postuna namizədliyi irəli sürülüb. Onun namizədliyi parlament heyətinin üçdə birindən çoxu tərəfindən təklif olunub”. Xatırladaq ki, iqtidarda olan Ermənistan Respublikaçılar Partiyası da mayın 8-də “xalq namizədi”ni dəstəkləyəcəyini təsdiqləyib.

Nikol Paşinyan isə indidən özünü baş nazir rolunda təsəvvür edir: “Baş nazir seçildikdən sonra hansı iqamətgahda qalacağımı müəyyən etməmişəm. Hər şey qanun çərçivəsində olacaq“. Paşinyan saqqalını qırxıb-qırxmayacağını da hələ müəyyənləşdirmədiyini bildirib.

O, Respublika Partiyasının ona dəstək verəcəyini vurğulayıb: “Vaqram Baqdasaryan mənimlə görüşdə təsdiq etdi ki, məni dəstəkləyəcəklər. Bunu fakt hesab etmək olar”. Bütün bunlar fonunda isə Ermənistanda etiraz aksiyalarına müvəqqəti fasilə verilib. Amma fikirlər səslənir ki, əslində, mayın 8-də Paşinyan yenə Respublika Partiyasının sürprizi ilə qarşılaşa bilər. Xatırladaq ki, mayın 1-də keçirilən seçkilərdə parlamentdə əsas çoxluğu təşkil edən Respublika Partiyası Paşinyana qarşı çıxdı. Buna etiraz edən əhali mayın 2-dən etibarən kütləvi aksiyaları davam etdirdi və İrəvanda bütün hərəkət bloklandı. Ardınca növbəti seçkilərin 8 mayda olacağı açıqlandı, Respublika Partiyası isə bəyan etdi ki, müxalifətin irəli sürəcəyi namizədi  dəstəkləyəcək. Nikol Paşinyanla “Sarukyan” blokunun lideri Haqik Sarukyanın görüşündən sonra müxalifətin namizədinin Paşinyan olduğu açıqlandı. Hər şey mayın 8-də parlamentin xüsusi iclasında həll olunacaq.
Paşinyan da bildirib ki, Respublika Partiyasının 1 may iclasını təkrarlmayacağına ümid edir. Mayın 1-də Nikol Paşinyanın baş nazir postuna gedən yolunu bağlayan Respublika Partiyasının 8 may seçkisində güzəşt edəcəyinə dair açıqlamasının səbəbləri maraqlıdır. Əslində, 1 may seçkisində də partiya təxminən eyni mövqe sərgiləmişdi, lakin iclasda əksini nümayiş etdirdi. Mümkündür ki, 8 may seçkisində də hakim partiya eyni xətti izləsin.
Erməni şərhçilər Respublika Partiyasının güzəşt açıqlamasını və proseslərin mümkün inkişafını şərh edib.
Politoloq Aram Amatuni yazır ki, Respublika Partiyasının 2 maydan başlanan etiraz aksiyasından narahat olaraq geri çəkildiyi görünür: “Lakin mayın 1-də Paşinyanın əleyhinə çıxış edərkən onlar proseslərin belə inkişaf edəcəyini təxmin etməmiş deyildilər. Bu baxımdan, baş verənlərdə hələ də müəmmalı məqamlar qalır. Ola bilsin ki, Sarukyan Paşinyana dəstəyini açıq elan etdiyi üçün Respublika Partiyası geri çəkilir, yaxud ölkədə güc balansının dəyişməsi əsas faktor oldu. Başqa bir versiyaya görə, Respublika Partiyası bununla vaxt qazanmağı düşünür”.
Erməni şərhçi qeyd edir ki, Serj Sarkisyan və Robert Köçəryanın Moskvaya səfər etmələri də prosesdə həlledici amil ola bilər: “Əslində, 8 maydan sonra çox şey həll olunacaq. Ya yeni üsyan dalğası başlayacaq, ya da sui-qəsd dalğası”.

Rus politoloq Aleksey Martınov “Vzqlyad” qəzetinə bildirib ki, Ermənistanda durum olduqca risqli, fitnəkar və təhlükəlidir: “Olaylar siyasi böhranın ciddi ağırlaşmasına dönmək təhlükəsindədir, çünki rəngli dövlət çevrilişinin bütün əlamətlərini qazanır. Müxalifətin məqsədi də elə budur. Amma belə vəziyyət Ermənistanı böyük problemlərə düçar edəck. Çünki Ermənistan Qafqazda olduqca qeyri-dost ölkələrlə çevrələnmiş balaca, kasıb bir ölkədir və bundan savayı, Azərbaycanla silahlı münaqişəsi var. Paşinyan vurğulayır ki, hakimiyyətin zorakılıqla dəyişdirilməsinə qarşıdır və etirazçıların bütün hərəkətləri dinc xarakter daşımalıdır. Amma praktika başqa şey göstərir. Təkcə aeroport yolunun bağlanması artıq insanlar üzərində zorakılıqdır, çünki Ermənistan özünün coğrafi durumu üzündən bütün baza logistika yollarından ayrı düşüb. Orada aeroport dünyaya, az qala, yeganə pəncərədir. Bəziləri hesab edir ki, zorakılıq  ancaq “yumruqla davranmaq”dır. Amma Ermənistanda hadisələr  buna da gedib çıxa bilər”.

ABŞ kəşfiyyatının “kölgəsi” hesab olunan “Stratfor” analitik-kəşfiyyat mərkəzinin Ermənistanda baş verənlərlə bağlı analizi də diqqət çəkir:  “Ermənistanda yaranmış siyasi böhranda bundan sonra Rusiya müşahidəçi statusuna malik deyil. Kreml hazırda hadisələrin nəticələrinin necə olacağına baxır və güman ki, proseslər istədiyi kimi getməsə, hərəkətə keçəcək”. Burada nəzərə almaq lazımdır ki, Paşinyan ənənəvi mövqeyini dəyişərək, dəfələrlə “Ermənistan Avrasiya Birliyi və KTMT-də qalacaq” desə də, Rusiyada ona inam yenə güclü deyil. Fikirlər səslənir ki, Nikol Paşinyan ölkənin birinci şəxsi olandan sonra Mixeil Saakaşvili kimi Rusiya ilə bağlı verdiyi vədləri tutmaya da bilər. Bu halda Kremlin İrəvana daha sərt formada müdaxiləsi qaçılmaz sayılır.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ