Cümə axşamı günü, 12 noyabr 2026
     

Ermənistanda uzunmüddətli sabitliyin sırf Qarabağ münaqişəsinin həllindən asılılığı qətiyyətlə təsdiqlənir

Image


Ermənistanda baş verən hadisələrin Dağlıq Qarabağ münaqişəsinə hansı formada təsir göstərəcəyi hələ də ən aktual müzakirələrdən biri kimi qalmaqda davam edir. Hadisələrin gedişi bu qənaətə gəlməyə əsas verir ki, qarşıdakı dövr ərzində Ermənistan daxilində vəziyyət gərgin həddə qalmaqda davam edəcək.

Məsələ burasındadır ki, müxalif lider Nikol Paşinyan mayın 8-də keçiriləcək təkrar seçkidə baş nazir kürsüsünə oturacağı halda sabiq prezident Serj Sarksiyana bağlı qüvvələr ona qarşı əks cəbhədə yer alacaqlarını açıqlayıb. Respublika Partiyasının fraksiyasının deputatı, parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Armen Aşotyan bildirib ki, Ermənistanın indiki hakim partiyası müxalifətə keçmək niyyətindədir: “Nikol Paşinyan baş nazir seçilərsə, Respublika Partiyası müxalifətə keçəcək. Parlamentdə səs çoxluğunun olmasına baxmayaraq, özünü müxalifət sayacaq. Çünki Nikol Paşinyanın başçılıq edəcəyi hökumətlə əməkdaşlıq etməyi mümkünsüz sayırıq”. Belə vəziyyət öz növbəsində parlamentlə hökumət arasında ciddi ziddiyyətlərin yaranmasını qaçılmaz edəcək.

Digər tərəfdən Paşinyanın artıq Qərbin adamı kimi ad çıxarması qarışdakı günlər ərzində Rusiyanın Ermənistanın daxili işlərinə daha çox müdaxilə edəcəyini də deməyə əsas verir. Bütün bunlar isə, qeyd olunduğu kimi, Qarabağ münaqişəsinə də öz təsirini göstərəcək. Məsələnin bu tərəfinə nəzər salan Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov qeyd edir ki, Ermənistanın ABŞ-ın təsiri altına düşməsi və etibarsız müttəfiqə çevrilməsi ehtimalı şəraitində Rusiya, Dağlıq Qarabağ münaqişəsi məsələsi də daxil olmaqla, Cənubi Qafqazda üstünlüyü məhz Azərbaycana verməlidir. Onun sözlərinə görə, Serj Sarkisyanın və “Qarabağ klanı”nın gedişi Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi təsir göstərəcək, amma nə cür təsir göstərəcəyi məlum deyil: “Məsələ ondadır ki, bu təkcə Sarkisyanın uzaqlaşdırılması deyil: bu, amerikayönümlü erməni “maydan”ının qələbəsidir. Nikol Paşinyan dəfələrlə deyib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmalıdır. Yəqin ki, bununla bağlı danışıqlar aparılacaq, amma Ermənistanın bu qurumdan çıxması az ehtimal olunur. “Qarabağ klanı”nın hakimiyyətdən uzaqlaşdırılması isə Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi imkanlar açır. Üstəlik, heç də bütün ermənilər Dağlıq Qarabağ ətrafındakı rayonların saxlanması və Azərbaycana qaytarılmamasına görə blokadadan əziyyət çəkmək istəmir. Ona görə də “Kazan formulu” əsasında dinc yolla nizamlanma imkanı artır. Bu formula əsasən, Dağlıq Qarabağ ətrafındakı rayonlar Azərbaycana verilir və bunun qarşılığında Ermənistanın blokadası qaldırılır”.

Digər tərəfdən Ermənistanın özündə də fikirlər səslənir ki, ölkənin düşdüyü iqtisadi böhrandan xilas olması üçün Qarabağ məsələsində yeni hakimiyyətin zəruri addımlar atması vacibdir. Sabiq preziden Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi Partiyasının sədr müavini Aram Manukyan “Vestnik Kafkaza”  portalına müsahibəsində bu xüsusda maraqlı məqamlara toxunub. O qeyd edir ki, yeni hökumət dövründə Ermənistanın iqtisadi blokadadan çıxarılması və regional iqtisadi layihələrdə iştirakının genişləndirilməsi üçün Qarabağ konfliktinin həlli vacibdir: “Blokadadan çıxmaq Qarabağ probleminin həlli ilə əlaqəli olacaq və burada Rusiyanın rolu çox vacibdir. Hesab edirəm ki, belə olan halda Nikol Paşinyan Dağlıq Qarabağ probleminin həllinə çalışmalıdır.  Düzdür, bunun üçün hələlik Paşinyanın lazımı kadrları yoxdur. Bəli, onda yüksək səviyyədə legitimlik var, bütün xalq onu dəstəklədi və nə qədər lazımdı arxasında dayanacaq – yeri gəlmişkən, belə dəstək yalnız Levon Ter-Petrosyana olub, Serj Sarkisyan və Robert Köçəryana isə olmayıb. Ancaq onun strateji əhəmiyyətli dövlət məsələləri sahəsində təcrübəsi olan həqiqi siyasi komandası yoxdur, onun adamları dövlət strukturlarında olmayıb. Buna görə də Paşinyan ilk növbədə böyük və çətin kadr problemini həll etməli olacaq və yalnız bundan sonra onun yeni formalaşdırılmış komandasının Qarabağ probleminin həll ilə necə məşğul olacağını anlamaq olacaq. Biz Levon Ter-Petrosyanın və Ermənistan Milli Konqresinin kursunu qəbul etməyi və ATƏT-in Minsk Qrupunun təklif etdiyi şəkildə münaqişənin sülh yolu ilə həll edilməsinə çağırırıq. Ümid edirəm ki, belə də olacaq“. Xatırladaq ki, Levon Ter-Petrosyan zəbt olunmuş ərazilərin mərhələli şəkildə Azərbaycana qaytarılmasını təklif edir. Artıq bu xüsusda onun partiyası indidən Paşinyana çağrışlar edir. Hesab edilir ki, Paşinyan bu çağrışlara qulaq versə, real addımlar atsa, Ermənistanın hansısa inkişafından danışmaq olar. Əks vəziyyət Ermənistanın iflasıdır. Belə vəziyyətdə Ermənistanda qeyri-sabitliyin daha da dərinləşməsi gözlənir.  Beynəlxalq Böhran Qrupu isə bildirir ki, Ermənistandakı qeyri-sabitlik Dağlıq Qarabağ bölgəsində eskalasiyanı gücləndirə bilər. O da qeyd olunur ki, hazırkı vəziyyətdə münaqişəni alovlandıra biləcək üç təhlükə mövcuddur: “Birincisi odur ki, Azərbaycanın mümkün hərbi müdaxiləsindən narahat olan Dağlıq Qarabağdakı komandirlər 2016-cı ildən bəri nəzərdə tutduqları kimi, əvvəlcədən hücum edə bilərlər. Bu hal həmçinin Dağlıq Qarabağdakı hərbçiləri üçün 2016-cı ildə Ermənistanın Azərbaycana uduzduğu ərazilərin geri qaytarılması baxımından son şans kimi görünə bilər. İkincisi, Ermənistandakı qarışıqlıqdan istifadə edərək Azərbaycan özü münaqişə zonasına hücum edə bilər. Lakin Azərbaycanda dövlət rəsmiləri Ermənistandakı hadisələrlə bağlı hərbi ritorik bəyanatlar vermir. Halbuki, normalda bu bəyanatların səsləndirilməsi region üçün adi hal idi. Bu hələ ki, yaxşı əlamətdir. Üçüncüsü, münaqişənin nəzarətdən çıxması və ya niyyətlərin düzgün anlaşılmaması risqi hələ də qalır. Bu risq, xüsusilə həssaslığın və hazırlığın olduğu bir zamanda yüksəkdir”.

Bu fikirlərdən aydın görünür ki, Ermənistanda qeyri-sabitliyin davamı işğalçı ölkəyə baha başa gələ bilər. Digər tərəfdən o da faktdır ki, Qarabağ münaqişəsi həllini tapmayana qədər Ermənistanda hansısa sabitlik də mövcud olmayacaq. Bunu Regional Tədqiqatlar Mərkəzinin direktoru Riçard Kirakosyan da təsdiq edir: “Ermənistanda siyasi böhran uzun müddət davam edərsə, Qarabağda vəziyyət daha da pisləşəcək, müharibə qaçılmaz olacaq. Azərbaycanın bu şəraitdə hücum etmə təhlükəsi də artır. Hər şeydən öncə bu, hərbi hesab baxımından təbiidir. Düşmən ölkənin qeyri-sabitliyi və zəifliyi şəraitində, təbii ki, Azərbaycanın həvəsi artır. İkincisi, 2016-cı ilin aprelindən, Azərbaycanın hərbi uğurlara nail olmasından çox vaxt keçib və indi ona daha bir hərbi uğur lazımdır, belə ki, ölkədə böyük gözləntilər var. Ermənistandakı böhran prosesində çağırışların bir hissəsi ondan ibarətdir ki, Karen Karapetyanı və Respublika Partiyasını uzaqlaşdıqmaq onları əvəz etməkdən asandır, çünki müxalifətin elə çox insan ehtiyatı yoxdur. Müxalifətdə müvafiq sahələrdə işləməyə başlamağa hazır, ixtisaslı və qabil insanlar çox azdır”. Bütün bunlar qarşıdakı dövr ərzində Qarabağ münaqişəsi ilə bağlı hadisələrin hansı istiqamətdə inkişaf edəcəyinin Ermənistan daxixilində cərəyan edən hakdisələrdən xeyli dərəcədə asılı olacağını göstərir. Bununla bağlı Rusiyanın “regnum.ru” portalı yazır: “Ermənistanda siyasi böhran davam edir. Amma hazırda şübhə doğurmayan qənaət var: hadisələr bundan sonra nə qədər inkişaf edir-etsin, artıq Ermənistan əvvəlkitək olmayacaq. Amma onun “yenimi” olacağını və bu “yeniliyin” nədən ibarət olacağını söyləmək hələlik çətindir.

Məqamın sıradakı özəlliklərini qeyd edək. Əlbəttə, Rusiya Ermənistandaklı durumu çox diqqətlə izləyir, çünki bu ölkə onun strateji tərəfdaşı, KTMT və Avrasiya İttifaqının üzvüdür. Bununla yanaşı, etirazların lideri Nikol Paşinyan Moskvanın Ermənistanın işlərinə qarışmadığını etiraf edir. Hətta Kremlin təmsilçiləri Ermənistandakı indiki hadisələri “onun müstəsna daxili işi” kimi dəyərləndirir. İndiki siyasi böhrana geniş kontekstdə qonşu Yaxın Şərqdəki “eskalasiya qövsü”nün özünməxsus proyeksiyası kimi yanaşmaq olar. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsini bütün Cənubi Qafqazda sabitsizliyə səbəb olacaq əsas akselerator hesab etmək məntiqli olar. Amerika siyasət eksperti Ceyson Smart durumu şərh edərək bildirib:“Vaşinqton bu proseslərdə fəal oyunçu olsaydı, Dövlət Departamentinin yüksəkçinli məmurlarını, habelə konqresmenləri çoxdan İrəvana desant göndərərdi. Amma bu yoxdur, təkcə səfir Robert Millz orada durumu diqqətlə izləyir. Ermənistanda situasiyanın necə başa çatacağı Vaşinqtonda bizə məlum deyil. Biz Ermənistanda tərəflərin heç birini dəstəkləmirik, biz bütünlükdə prosesi dəstəkləyirik”. Smart eyni zamanda Qarabağda hərbi əməliyyatların təzələnə biləcəyi ehtimallarına da toxunaraq qeyd edib ki, “Bakı çox böyük təmkin göstərir və biz Vaşinqtonda bunu görürük”.

Obyektivlik xatirinə qeyd edək ki, Dağlıq Qarabağa qarşı müharibə İrəvanda “inqilabi proses” dalğasını söndürə bilər. Hazırda Ermənistanda istənilən yeni hökumətin Moskva ilə münasibətləri “modernləşdirməyə” cəhd edəcəyi haqda eskpertlərin xeyli qənaətləri meydana çıxıb. Məsələn, Britaniayanın məşhur politoloqu Tomas de Vaal bu barədə fikir yürüdür. Ola bilsin, Rusiyanı “bir qırağa çəkilmək” məcburiyyətində qoymağa cəhd edəcəklər. Onda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi Azərbaycan ssenarisi üzrə gedəcək. İndilikdə Ermənistanda davam edən böhran səbəbindən bölgədə standartsız durum formalaşır və çox şey proqnozlaşdırmaya gəlmir. Azərbaycan hələlik özünü olduqca tədbirli aparır. Lakin ən yaxın günlər Ermənistan üçün taleyeklü olacaq. Qərarlar vaxtı çatır”. Hesab edilir ki, Ermənistan obyektiv qərarlar qəbul etməsə, Qarabağ savaşının başlanması qaçılmaz olacaq. Bu vəziyyətdə isə İrəvanı Bakının əlindən hətta hamilərinin də ələ ala bilməyəcəyi birmənalı həqiqətdir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ