çərşənbə axşamı günü, 17 noyabr 2026
     

Rusiya Diplomatik Akademiyasında “Qarabağ məruzəsi”… - YENİLƏNDİ

Image


"Ermənistanla danışıqlar dayanıb"

“Vaşinqton müzakirələr üçün çətin tərəfdaşdır, onlar heç də hər zaman səni eşitmirlər”

 

"Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın xarici siyasətinin əsas prioritetidir". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Diplomatik Akademiyasında çıxışında deyib.

Nazir münaqişənin bu günə kimi həll edilməməsinin regionun inkişafına əsas maneə olduğunu söyləyib: "Artıq 30 ilə yaxındır, həm Azərbaycan, həm də Ermənistan bu problemlə üz-üzə qalıb. Dünən biz Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını detallı müzakirə etdik. Təkcə biz nazirlər yox, Azərbaycan və Rusiya prezidentləri də görüşlərində bu məsələni mütəmadi müzakirə edirlər".

Azərbaycan XİN başçısı Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün Ermənistanın siyasi iradə göstərməli olduğunu vurğulayıb: "Bu münaqişənin həlli ilə məşğul olanlar yaxşı bilirlər ki, əsas problem nədən ibarətdir. Münaqişənin həlli üçün ilk növbədə Ermənistan qoşunları işğal altındakı Azərbaycan ərazilərini tərk etməli, regionun təhlükəsizliyi təmin olunmalıdır. Daha sonra azərbaycanlı məcburi köçkünlər doğma yurdlarına qayıtmalıdırlar. Sonra regionun kommunikasiyası bərpa olunmalı, dəmiryolu xətti bərpa edilməlidir. Bütün bunlar regionun iqtisadi inkişafına kömək edəcək. Daha sonra isə Dağlıq Qarabağın statusu məsələsinə baxılmalıdır. Dünən Lavrovla görüşdə də bunları müzakirə etdik. Bir daha qeyd edirəm ki, əsas məsələ Ermənistan qoşunlarının kazarmaya qayıtmasıdır. Bütün bu məsələlər ardıcıllıqla həll olunacaq".

Qoşunların təmas xəttində yaşanan gərginlikdən danışan Azərbaycan XİN başçısı bildirib ki, təmas xəttində insidentlərin araşdırılması üzrə monitorinqin aparılması ilə Azərbaycan tərəfi razıdır: "Deyirlər ki, gəlin qoşunların təmas xəttində insidentləri araşdırılması üçün monitorinq quraq. Biz də deyirik ki, buyurun. Lakin bu, böyük planın tərkib hissəsi olmalıdır. Ermənistan qoşunları həmin ərazilərdən çıxsın, sonra bunu edək. Qoşunlar orda olduğu müddətdə əlbəttə ki, insident də baş verəcək".

E.Məmmədyarov deyib ki, Ermənistanla Dağlıq Qarabağla bağlı danışıqlar hazırda dayanıb. Onun sözlərinə görə, Ermənistan tərəfi danışıqlara getmir: "Biz təklif etmişik ki, substantiv danışıqlar davam etdirilsin, lakin Ermənistan tərəfi buna yaxın durmur.

Ermənistanda aprelin 2-də parlament seçkiləri keçiriləcək. Biz danışıqların bu tarixdən sonra aparılmasını da təklif etmişik".

E.Məmmədyarov onu da deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Riçard Hoqland (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) martın 11-də Azərbaycana səfər edəcəklər. Nazir həmsədrlərin Bakıda Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələr aparacaqlarını söyləyib.

Qeyd edək ki, həmsədrlərin bu ay Ermənistana da səfəri nəzərdə tutulur.

E.Məmmədyarov deyib ki, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərə öz baxışı var. Bu, strateji tərəfdaşlıq münasibətləridir.

"Biz Avropa İttifaqı ilə strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsinin müəyyən edilməsinə başlamışıq", - deyə o qeyd edib.

Azərbaycan-ABŞ münasibətlərinə toxunan E. Məmmədyarov bildirib ki, Vaşinqton müzakirələr üçün çətin tərəfdaşdır: “Onlar hər zaman səni eşitmirlər. Bununla belə münasibətlərimiz olduqca möhkəmdir. Biz  Əfqanıstanla bağlı da birgə fəaliyyət göstəririk. ABŞ-la tərəfdaşlıq münasibətlərimiz olduqca uğurlu inkişaf edir. Lakin insan hüquqları sahəsində Rusiya kimi bizi də tənqid edir. Bu oyunun qaydası belədir”. 

Nazir deyib ki, Azərbaycan daha bir təhdid və çağırışla üzləşir. Bu, terrordur. Nazir qeyd edib ki, terror ümumi bəladır: “Azərbaycana kifayət qədər yaxın olan Yaxın Şərqdə baş verənlər daim ölkəmizin gündəmindədir. Azərbaycan aparıcı tərəfdaşları ilə bu istiqamətdə fəal işləyir. Terrorizmə qarşı mübarizə Azərbaycanın Avropa İttifaqı, ABŞ və Rusiya ilə əməkdaşlıqda prioritet hesab etdiyi sahədir. Rusiya ilə müzakirələrdə bu məsələ hər zaman qaldırılır. Bizim müvafiq strukturlarımız daim təmasdadır”.

“Hökumət biznesin yenidən təşkili və özəlləşdirmə üzrə böyük islahatlar həyata keçirir”

“İyirmi faiz işğal olunmuş ərazi, bir milyondan çox qaçqın və məcburi köçkün - bütün bunlar ciddi sosial yükdür. Buna görə də Azərbaycan iqtisadiyyatını intensiv şəkildə inkişaf etdirir. İqtisadiyyatın inkişafı bu əsrin əvvəlində bizim ölkəmiz üçün lokomotiv rolunu oynadı. İlk növbədə buna enerji sektoru, Bakı-Tbilisi-Ceyhan boru xəttinin çəkilişi zəmin yaratdı. Bu layihə Bakı və regionların iqtisadiyyatının inkişafına ciddi töhfə verdi”. Bu sözləri də E.Məmmədyarov deyib.

Nazir dünya bazarına neftin qiymətinin düşməsinə toxunub: “Hazırda neftin qiymətinin düşməsi ilə biz elə bir vəziyyətlə üzləşmişik ki, iqtisadiyyatın diversifikasiya edilməsi çox vacibdir. Qiymətin üç dəfə düşməsi Azərbaycan büdcəsinə ciddi təsir edib və hətta ÜDM bir qədər azalıb. Hazırkı dövlət büdcəsində biz neftin qiymətini 40 dollardan hesablamışıq. Azərbaycan neftinin qiyməti hazırda 55 dollardır. Ona görə də, stabillik mümkündür”.

E. Məmmədyarov qeyd edib ki, hökumət biznesin yenidən təşkili və özəlləşdirmə üzrə böyük islahatlar həyata keçirir: “Azərbaycanda investisiyanın bir neçə istiqamətləri var, biz bu istiqamətləri çox vacib hesab edirik. İlk növbədə bu, nəqliyyatla bağlıdır. Biz Şimal-Cənub və Qərb-Şərq nəqliyyatlarından danışırıq. Lakin bunların hansının daha prioritet olması hələlik məlum deyil. Hazırda Azərbaycanın yerləşdiyi coğrafi mövqeni nəzərə alaraq hər iki variantın maraqlı və cəlbedici olduğunu söyləmək olar. Bu bazar günü Azərbaycan prezidenti İlham Əliyev Tehranda səfərdə olub. Ötən il Azərbaycan, Rusiya və İran prezidentlərinin sammitində Şimal-Cənub nəqliyyat dəhlizi üzrə bəyannamə qəbul edilib. Hər 3 ölkə bu istiqamətdə böyük “ev tapşırığı” yerinə yetirib. İran tərəfi 150 km-lik dəmir yolu xətti tikməlidir. Azərbaycan hətta bu layihəyə investisiya qoymağa hazırdır. Orada bir qədər gömrük və sərhəd xidməti məsələsində bəzi problemlər var. Bu nəqliyyat xəttinin yaxın 2-3 ildə yaxşı şəkildə işləməsi də mümkündür”.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

17.11.2026 / 11:52
Avropanın Azərbaycan və ABŞ-dan asılılığı artır

17.11.2026 / 11:39
Dankan Norman: ""Birgə Bəyannamə” ölkələrimiz arasında iqtisadi əməkdaşlıqda yeni mərhələnin əsasını qoyur"

17.11.2026 / 11:35
Britaniya şirkəti Naxçıvan şəhəri üçün 20 illik baş plan hazırlayır

17.11.2026 / 11:33
Səfir: Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı iqtisadi artıma və təhlükəsizliyə töhfə verəcək

17.11.2026 / 11:21
Ukrayna Rusiyanın Başqırdıstandakı ən böyük neft-kimya komplekslərindən birini vurdu...

17.11.2026 / 11:05
Dərsliklərdəki məzmun necə yoxlanılır? – Nazirlikdən AÇIQLAMA

17.11.2026 / 10:48
Türkiyədə daha bir müxalif media qurumuna qarşı əməliyyat - həbslər aparıldı, “Sözcü TV”yə qəyyum təyin edildi...

17.11.2026 / 10:37
Akademik Əhliman Əmiraslanovun doğum günüdür

17.11.2026 / 10:24
Gürcüstandan Azərbaycana avtomobil gətirənlərə PİS XƏBƏR – Yeni rüsum tətbiq edildi

17.11.2026 / 10:12
Zakir Həsənov hərbi qulluqçulara ali hərbi rütbələri təqdim edib

17.11.2026 / 10:05
Bakıda qarlı havalara hazırlıqla bağlı müşavirələr keçirildi

17.11.2026 / 09:37
Azərbaycan və Aİ ikitərəfli əməkdaşlığın yeni istiqamətlərini müzakirə ediblər

17.11.2026 / 09:33
Hikmət Hacıyev Aİ nümayəndələri ilə Azərbaycanla əməkdaşlığı müzakirə edib

17.11.2026 / 09:10
Siqaret bahalaşacaq...

17.11.2026 / 08:49
Mehriban Əliyeva Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib

17.11.2026 / 08:35
Xocavənd, Cəbrayıl və Zəngilana növbəti köç karvanı yola salındı - 83 ailə...

17.11.2026 / 07:02
ABŞ banklarında genişmiqyaslı elektron sistem nasazlığı baş verib - yetkililər kibercinayətkarlığı istisna edir

16.11.2026 / 23:42
Mossadın 2006-cı ildə İstanbulda bir İran generalını qaçıraraq öldürdüyü ortaya çıxdı – ƏMƏLİYYATIN DEATALLARI açıldı...

16.11.2026 / 23:33
Hikmət Hacıyev və Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə ediblər

16.11.2026 / 22:47
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib

16.11.2026 / 22:35
Kremldən hakim partiya deputatlarına tapşırıq gəldi - qələbəyə hazırlaşın...

16.11.2026 / 22:20
Trampın kürəkəninin Serbiyadakı biznesi ləğv edildi

16.11.2026 / 22:14
Rusiyanın Gürcüstan və Ukraynaya hücumlarından əvvəlki vəziyyət yaranır - Avropaya yeni müharibə xəbərdarlığı...

16.11.2026 / 22:11
Fatma Betülün ardından İstanbul Fond Birjasının keçmiş rəhbəri də saxlandı

16.11.2026 / 21:58
Trampın oğullarının Qazaxlstanda 1.2 milyard dollarlıq investisiya layihəsi var...

16.11.2026 / 21:50
Ukrayna üzrə növbəti danışıqlar Avropada keçirilə bilər - Aİ ölkələri yeni təkliflər irəli sürdü...

16.11.2026 / 21:32
Polşa Ukrayna danışıqlarında rol aldı - PURL boykotu bitəcək?

16.11.2026 / 21:14
Qaraqoyunlu Cahanşahın ermənilərə simpatiyasının sirləri - Eçmiədzini ermənələrə hədiyyə edənlər...

16.11.2026 / 20:57
İran müharibəsi artıq bitdi...Əsas yekunlar...

16.11.2026 / 20:40
ASB-nin Dublin Zirvəsində Naxçıvanın mühüm bir məsələsi həll edildi...

16.11.2026 / 20:24
Universitet tələbələri ilə görüşən Şərurlu İsfəndiyar hansı qəbahətlərə yol verdi?!...

16.11.2026 / 20:09
Azərbaycanın Strateji tərəfdaşlıq bəyannamələrində tək riskli məqam - analitiklər razılaşmır...

16.11.2026 / 19:53
Avropa siyasi məkanına yeni diplomatik fəallıq fenomeni gəlir...

16.11.2026 / 19:38
ASB-nin Dublin sammitində Əliyev daha bir uğur qazandı - Litva prezidenti açıqladı...

16.11.2026 / 19:24
Türkdilli xalqların ortaq mədəni irsi memarlıq timsalında

16.11.2026 / 19:10
Qara dənizdə içərisində 4 azərbaycanlının da olduğu gəmi vurularaq batırıldı...

16.11.2026 / 18:56
ABŞ-ın Avropadan çəkilməsinə icazə verilmir - Tramp çətinə düşdü...

16.11.2026 / 18:42
Paşinyan Azərbaycanın tam haqlı olduğunu bütün Avropaya bəyan etdi...

16.11.2026 / 18:27
Üç ölkə liderləri Çin görüşünün gündəliyində razılaşa bilmədilər

16.11.2026 / 18:23
Ceyhun Bayramovla Birləşmiş Krallığın XİN başçısı arasında telefon danışığı olub

16.11.2026 / 18:18
AMEA-da Səhəndin 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilib - FOTO

16.11.2026 / 18:10
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçildi

16.11.2026 / 18:02
Çin Rusiyadan dəstəyini geri çəkir, Putinin yeni Yalta arzusu suya düşür...

16.11.2026 / 17:45
Azərbaycanla Britaniya qarşılarında yeni yol açdılar...

16.11.2026 / 17:30
Gələn ildən əmanətçilərin qazancından vergi tutula bilər - faizlər də açıqlandı...

16.11.2026 / 17:17
Avropa yenidən Rusiya qazı üçün milyardlarla dollar ödəyir...

16.11.2026 / 17:12
Əhalinin dərman və ərzaq xərcləri artır...

16.11.2026 / 16:50
Ramiz Mehdiyevi ifrat tərifləyənlər risk aıtındadır – “kardinal” dövlət çevrilişində ittiham olunur...

16.11.2026 / 16:10
Azərbaycan ASB-nin yeni beynəlxalq təşkilata çevrilməsini önəmli saymır - niyə?..

16.11.2026 / 15:57
Hikmət Hacıyev: "Azərbaycan NATO ilə tərəfdaşlığı inkişaf etdirməyə hazırdır" - FOTO

16.11.2026 / 15:20
Ermənistan Rusiyadan qopur, İran o gücdə deyil, Azərbaycanla isə problem var...

16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur - RƏQƏMLƏR

16.11.2026 / 14:32
Devlər Çində Ukrayna problemini yerdən qaldıra bil(məy)əcək... Tərəddüdlər...

16.11.2026 / 14:01
Azərbaycan 2030-cu ildə 27-ci Ümumdünya Enerji Konqresinə ev sahibliyi edəcək...

16.11.2026 / 13:57
Moskvanın sülh üçün maksimalist tələblərinə Aİ-dən maksimalist qarşılıq - Rusiya qoşunları bütün ölkələrdən çıxarılsın…

16.11.2026 / 13:52
Hesablama Palatası cari xərclərin artım tempinə limit qoyulmasını təklif etdi...

16.11.2026 / 13:38
“Bir pəncərə” informasiya sistemi haqqında əsasnamə təsdiq edildi

16.11.2026 / 13:35
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

16.11.2026 / 13:34
“Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün bir milyon manat ayrıldı

16.11.2026 / 13:30
Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsi təkmilləşdiriləcək - FƏRMAN

16.11.2026 / 13:21
Rumıniya Qara dəniz regionunun təhlükəsizliyi ilə bağlı Bakı ilə danışıqlar aparacaq...

16.11.2026 / 13:08
Aİ-nin genişlənmə sammitinə Gürcüstandan yalnız səfir dəvət olundu, Tiflis tədbirdən imtina etdi...

16.11.2026 / 12:43
Ukrayna Rostov vilayətində neft bazasını və qazpaylayıcı stansiyanı vurdu...

16.11.2026 / 12:29
Üç qitədəki Strateji Tərəfdaşlarımızın bizə faydaları nə ola bilər?! - Tək bir cümlə...

16.11.2026 / 12:20
Əmək Məcəlləsində dəyişikliklər təsdiqləndi

16.11.2026 / 12:18
İran parlamenti kəşfiyyat nazirinin müctəhid olması tələbini ləğv etdi...

16.11.2026 / 12:15
Prezident İlham Əliyev Dövlət Qulluğu Məcəlləsini təsdiqlədi

16.11.2026 / 12:05
Büdcəyə ən çox pul gətirən vergi bəlli oldu – Çoxumuz hər gün ödəyirik!

16.11.2026 / 11:53
Hörmüz boğazında iki neft tankeri minaya düşərək partladı...

16.11.2026 / 11:31
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edildi

16.11.2026 / 11:20
Ukrayna Krım körpüsünə növbəti dəfə zərbə endirdi – nəqliyyatın hərəkəti dayandırıldı...

16.11.2026 / 11:03
Mağazada qiymət göstərməyənlər 1 650 manatadək cərimələnəcək

16.11.2026 / 10:44
Ombudsman beynəlxalq ictimaiyyəti minatəmizləməyə dəstəyi artırmağa çağırdı

16.11.2026 / 10:17
Şahdağda qarın hündürlüyü 20 santimetrə çatdı

16.11.2026 / 10:02
Bakıda güclü külək 32 ağacı sındırdı

16.11.2026 / 09:55
İrandan Azərbaycana dronla narkotik keçirilməsinin qarşısı alındı - aparatı idarə edən iranlı da yaxalandı

16.11.2026 / 09:36
Azərbaycan və Ermənistan nümayəndələri yenidən görüşəcək

16.11.2026 / 09:05
Bakıda mağaza və evlərdən oğurluq edən şəxslər saxlandı

16.11.2026 / 07:22
Babil İmperiyasının süqut etmə tarixi dəqiqləşdirildi - mübahisə bitdi

16.11.2026 / 07:11
Tramp-Putin-Tszinpin görüşünün tarixi bəlli oldu

16.11.2026 / 06:59
"Türkiyə özünü yeniləyir" - Yeni Partiya bu şüar altında Qurultay keçirdi

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ