çərşənbə axşamı günü, 17 noyabr 2026
     

Danford-Gerasimov görüşü üçün niyə Bakı seçildi – Azərbaycanı Gürcüstan və Ermənistandan üstün mövqeyə çıxaran səbəblər...

Image


Metyu Brayza: “Bakı Rusiya və ABŞ rəsmi nümayəndələrinin görüşü üçün ən əlverişli məkandır”

 

“ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüşün məhz Bakıda keçirilməsi Azərbaycanın artan nüfuzunun təzahürüdür”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

O qeyd edib ki, bu gün ABŞ və Rusiyanı daha çox Yaxın Şərq, İraq, İran və Suriyada baş verən proseslər narahat etdiyindən onlar adları qeyd olunan ölkələrdə baş verənləri müzakirə etmək üçün münasib məkan axtarırdılar: “Regionda Azərbaycan, Gürcüstan və Ermənistan bu proseslərdən kənarda olduğu üçün görüş bu üç ölkədən birində baş tuta bilərdi. Lakin Gürcüstan məlum məsələlərə görə Rusiya üçün uyğun deyil. Ermənistan isə Rusiyanın forpostudur. Belə olduğu halda görüşün Ermənistanda keçirilməsi ABŞ üçün məqbul deyil. Azərbaycan isə dünyəvi dövlətdir, Qoşulmama Hərəkatının üzvüdür, müstəqil siyasət yürüdür. Belə olan halda bütün diqqətlər Azərbaycana yönəldi. Təbii ki, Azərbaycanın görüşü yüksək səviyyədə təşkil etməsini, təhlükəsizlik və kommunikasiya baxımından əlverişli olmasını da vurğulamaq vacibdir. Həm də son zamanlar Azərbaycanda mötəbər idman, mədəni, beynəlxalq tədbirlərin də keçirilməsini bura əlavə etmək olar. Bu baxımdan, Bakı Cozef Danford və Valeri Gerasimov arasında görüş üçün unikal meydan oldu”.

"Rusiya və ABŞ-ın baş qərargah rəislərinin görüşünün Bakıda keçirilməsi onun son illər mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi ilə qırılmaz surətdə bağlıdır”. Bu isə APA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, Bakı artıq Sivilizasiyalararası beynəlxalq forumun bir neçə iclasına ev sahibliyi edib: “Bakı prosesi” deyilən proses mövcuddur. Bakı Sivilizasiyalararası multikultural əlaqələr mövzusunda keçirilən tədbirlərə ev sahibliyi edib. Amma zənnimcə, qərargah rəhbərlərinin görüşünün Bakıda keçirilməsinin daha mühüm səbəbi var. Bu görüşdə əsasən dünyada beynəlxalq terrorizmə qarşı mübarizə və həmin mübarizədə iki dövlətin qarşılıqlı əməkdaşlığının əlaqələndirilməsi məsələləri müzakirə ediləcək. Vaşinqton və Moskva bəzən terrorizmi “islam terrorizmi” adlandırır. Bu tədbiri elə İslam ölkəsinin paytaxtında keçirməli idilər ki, həmin ölkə terrorizmə qarşı mübarizədə iştirak etmiş, öz ölkəsində təhlükəsizlik məsələləri yüksək səviyyədə qurulmuş olsun və orada ciddi sabitlik hökm sürsün.

Bu nöqteyi-nəzərdən Azərbaycan İslam ölkələri içərisində ən təhlükəsiz, ən sabit münasibətlərin mövcud olduğu ölkə kimi digərlərini üstələyir. Azərbaycanı bu keyfiyyətlərinə, beynəlxalq münasibətlərdə oynadığı dinamik rola görə seçiblər. Azərbaycanın Rusiya ilə münasibətləri yüksək səviyyədə olduğuna görə görüş yeri kimi Bakının seçilməsi Moskva üçün heç bir problem yaratmır. Eyni zamanda bu seçim ABŞ-ın da maraqlarına uyğundur. Çünki ABŞ uzun müddətdir, Azərbaycanla Əfqanıstanda “Taliban”a qarşı mübarizədə strateji əməkdaşlıq edir. ABŞ qoşunlarının bütün silah-sursat və mallarının 80 faizi Azərbaycan ərazisindən daşınır. Daşınma prosesində Azərbaycanın nəqliyyat sistemi də yaxından iştirak edir. Yaxın vaxtlarda ABŞ Əfqanıstandakı qoşun kontingentini 2 dəfə artırmaq niyyətindədir. Bu zaman ölkəmizin strateji çəkisi və əhəmiyyəti daha da artacaq. Azərbaycan antiterror tədbirlərində yaxından iştirak edir. Azərbaycanın bir taboru artıq bir neçə ildir, Əfqanıstanda “Taliban”a qarşı aparılan əməliyyatlarda iştirak edir. Bir zamanlar İraqda olan tədbirlərdə də Azərbaycan sülhməramlıları iştirak edirdi”.

Qabil Hüseynli bu baxımdan görüşün keçirildiyi ölkənin təsadüfi seçilmədiyini, bunun davamına ümidli olduğunu bildirib: “Azərbaycan bölgənin aparıcı lider dövlətidir. Ölkəmiz beynəlxalq münasibətlərdə çevik rol oynayır. Azərbaycan paytaxtı təhlükəsiz və beynəlxalq tədbirlərin keçirilməsi üçün əhəmiyyətli məkan imicinə malikdir. Üstəlik, Azərbaycan gələcəkdə terrorizmə qarşı keçiriləcək tədbirlərin müzakirə edildiyi daimi məkan kimi də seçilə bilər. Bu, birinci tədbir olsa da, düşünürəm ki, sonuncu deyil. Belə tədbirlər istər baş qərargah rəisləri, istərsə də daha iri ranqlı siyasətçilər səviyyəsində davam edə bilər. Bu, həm də Azərbaycanı gələcəkdə ABŞ-ın daha möhkəm strateji tərəfdaşına çevirər ki, bu da ölkəmizin özü və beynəlxalq imici üçün mühüm əhəmiyyətə malikdir. Düşünürəm ki, tədbirin burada keçirilməsi Azərbaycanın əhəmiyyətini və beynəlxalq münasibətlərdəki rolunu xeyli artırdı, bizi sevməyən, düşmən ölkələrin canına vəlvələ saldı. Bu tədbirin burada keçirilməsini Azərbaycanın xarici siyasətinin və ümumiyyətlə, beynəlxalq aləmdə artan rolunun göstərici kimi qəbul etmək olar”.

“ABŞ və Rusiyanın Baş qərargah rəisləri görüş zamanı böyük ehtimalla Suriyada İŞİD-ə qarşı birgə əməkdaşlıq məsələlərini, gələcəkdə hər hansı xoşagəlməz hadisələrin qarşısının alınması məqsədilə əməkdaşlığın bütün detallarını müzakirə edəcək”. Bunu isə Trend-ə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

Onun sözlərinə görə, Bakı Moskva və Vaşinqtonun rəsmi nümayəndələrinin görüşü üçün əlverişli məkandır: “Azərbaycan NATO-nun da üzvü deyil, lakin həm Rusiya ilə, həm də ABŞ ilə yaxşı əlaqələri var”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

17.11.2026 / 17:32
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib - FOTO

17.11.2026 / 17:03
ABŞ-İran savaşının təsirləri Amerika torpaqlarına çatdı...

17.11.2026 / 16:53
Ermənistan Rusiyaya münasibətdə Estoniya təcrübəsini tətbiq ermək eşqinə düşdü...

17.11.2026 / 16:37
Zakir Həsənov Gürcüstan Müdafiə Qüvvələri komandanını qəbul etdi

17.11.2026 / 16:20
Pensiyalara 8,67 milyard manat ayrılacaq – orta aylıq pensiya 639 manata çatacaq...

17.11.2026 / 16:04
Saxta sənədlərlə Azərbaycandan yük çıxarmaq istəyən sürücülər yaxalandı

17.11.2026 / 15:29
“Jalə xanım ikinci oldu, mən 44-cü, heç cür anlaya bilmirəm” – Deputat təəccübləndi...

17.11.2026 / 15:12
Avropa nümayəndələri Ukrayna danışıqlarına rəsmən qatıldı - Rusiya təkzib edir…

17.11.2026 / 14:48
Dünyada süni intellektə qarşı üsyan başlayıb...

17.11.2026 / 14:36
Üç liderin Çin sammiti iflasa uğradı - Ukrayna mövzusu masaya çıxmadı...

17.11.2026 / 14:16
"Dövlət qulluğunda din xadimləri ilə bağlı məhdudiyyətlərə dair məlumatlar manipulyasiya xarakteri daşıyır" - Media və Yayım Şurası

17.11.2026 / 14:05
Avropa əsl simasını göstərir - beş ölkədən insanlar Afrikaya qovulur...

17.11.2026 / 13:52
Səfir: “Bu səfərlər Strateji Tərəfdaşlıq sazişinin tamamlanmasına zəmin yaratdı”

17.11.2026 / 13:50
Dankan Norman: “Böyük Britaniya ilə Azərbaycan arasında təhsil əlaqələri güclüdür və inkişaf etməkdədir”

17.11.2026 / 13:47
Səfir Norman: “Azərbaycan Böyük Britaniya üçün dəyərli müdafiə və təhlükəsizlik tərəfdaşıdır”

17.11.2026 / 13:45
Səfir: “Böyük Britaniya və Azərbaycan arasındakı tərəfdaşlıq hər zamankından daha böyük əhəmiyyət daşıyır”

17.11.2026 / 13:35
Bura "danışmaqxana" deyil! – deputatla spiker arasında GƏRGİNLİK yarandı

17.11.2026 / 13:21
Parlament 2027-cı ilin dövlət büdcəsi layihəsini birinci oxunuşda təsdiqlədi

17.11.2026 / 13:15
Cızma-qara yazıb dərsliklərə salırlar – Komitə sədridən SƏRT İTTİHAM...

17.11.2026 / 13:02
Yol polisləri səhhəti pisləşən əcnəbi sürücünü xilas etdilər... - VİDEO

17.11.2026 / 12:42
Paşinyan Türkiyədən “oğurladığı” bananı cibinə qoyub üç ölkəni gəzdirdi...

17.11.2026 / 12:27
“Ermənistanda seçki prosesləri beynəlxalq qarşıdurma meydanına çevrilib” - Medvedev

17.11.2026 / 12:16
Naxçıvanda deputat qəzaya düşdü - FOTO

17.11.2026 / 12:04
Irandan Azərbaycana 50 kq narkotik keçirilməsinin qarşısı alındı

17.11.2026 / 11:52
Avropanın Azərbaycan və ABŞ-dan asılılığı artır

17.11.2026 / 11:39
Dankan Norman: ""Birgə Bəyannamə” ölkələrimiz arasında iqtisadi əməkdaşlıqda yeni mərhələnin əsasını qoyur"

17.11.2026 / 11:35
Britaniya şirkəti Naxçıvan şəhəri üçün 20 illik baş plan hazırlayır

17.11.2026 / 11:33
Səfir: Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı iqtisadi artıma və təhlükəsizliyə töhfə verəcək

17.11.2026 / 11:21
Ukrayna Rusiyanın Başqırdıstandakı ən böyük neft-kimya komplekslərindən birini vurdu...

17.11.2026 / 11:05
Dərsliklərdəki məzmun necə yoxlanılır? – Nazirlikdən AÇIQLAMA

17.11.2026 / 10:48
Türkiyədə daha bir müxalif media qurumuna qarşı əməliyyat - həbslər aparıldı, “Sözcü TV”yə qəyyum təyin edildi...

17.11.2026 / 10:37
Akademik Əhliman Əmiraslanovun doğum günüdür

17.11.2026 / 10:24
Gürcüstandan Azərbaycana avtomobil gətirənlərə PİS XƏBƏR – Yeni rüsum tətbiq edildi

17.11.2026 / 10:12
Zakir Həsənov hərbi qulluqçulara ali hərbi rütbələri təqdim edib

17.11.2026 / 10:05
Bakıda qarlı havalara hazırlıqla bağlı müşavirələr keçirildi

17.11.2026 / 09:37
Azərbaycan və Aİ ikitərəfli əməkdaşlığın yeni istiqamətlərini müzakirə ediblər

17.11.2026 / 09:33
Hikmət Hacıyev Aİ nümayəndələri ilə Azərbaycanla əməkdaşlığı müzakirə edib

17.11.2026 / 09:10
Siqaret bahalaşacaq...

17.11.2026 / 08:49
Mehriban Əliyeva Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib

17.11.2026 / 08:35
Xocavənd, Cəbrayıl və Zəngilana növbəti köç karvanı yola salındı - 83 ailə...

17.11.2026 / 07:02
ABŞ banklarında genişmiqyaslı elektron sistem nasazlığı baş verib - yetkililər kibercinayətkarlığı istisna edir

16.11.2026 / 23:42
Mossadın 2006-cı ildə İstanbulda bir İran generalını qaçıraraq öldürdüyü ortaya çıxdı – ƏMƏLİYYATIN DEATALLARI açıldı...

16.11.2026 / 23:33
Hikmət Hacıyev və Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə ediblər

16.11.2026 / 22:47
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib

16.11.2026 / 22:35
Kremldən hakim partiya deputatlarına tapşırıq gəldi - qələbəyə hazırlaşın...

16.11.2026 / 22:20
Trampın kürəkəninin Serbiyadakı biznesi ləğv edildi

16.11.2026 / 22:14
Rusiyanın Gürcüstan və Ukraynaya hücumlarından əvvəlki vəziyyət yaranır - Avropaya yeni müharibə xəbərdarlığı...

16.11.2026 / 22:11
Fatma Betülün ardından İstanbul Fond Birjasının keçmiş rəhbəri də saxlandı

16.11.2026 / 21:58
Trampın oğullarının Qazaxlstanda 1.2 milyard dollarlıq investisiya layihəsi var...

16.11.2026 / 21:50
Ukrayna üzrə növbəti danışıqlar Avropada keçirilə bilər - Aİ ölkələri yeni təkliflər irəli sürdü...

16.11.2026 / 21:32
Polşa Ukrayna danışıqlarında rol aldı - PURL boykotu bitəcək?

16.11.2026 / 21:14
Qaraqoyunlu Cahanşahın ermənilərə simpatiyasının sirləri - Eçmiədzini ermənələrə hədiyyə edənlər...

16.11.2026 / 20:57
İran müharibəsi artıq bitdi...Əsas yekunlar...

16.11.2026 / 20:40
ASB-nin Dublin Zirvəsində Naxçıvanın mühüm bir məsələsi həll edildi...

16.11.2026 / 20:24
Universitet tələbələri ilə görüşən Şərurlu İsfəndiyar hansı qəbahətlərə yol verdi?!...

16.11.2026 / 20:09
Azərbaycanın Strateji tərəfdaşlıq bəyannamələrində tək riskli məqam - analitiklər razılaşmır...

16.11.2026 / 19:53
Avropa siyasi məkanına yeni diplomatik fəallıq fenomeni gəlir...

16.11.2026 / 19:38
ASB-nin Dublin sammitində Əliyev daha bir uğur qazandı - Litva prezidenti açıqladı...

16.11.2026 / 19:24
Türkdilli xalqların ortaq mədəni irsi memarlıq timsalında

16.11.2026 / 19:10
Qara dənizdə içərisində 4 azərbaycanlının da olduğu gəmi vurularaq batırıldı...

16.11.2026 / 18:56
ABŞ-ın Avropadan çəkilməsinə icazə verilmir - Tramp çətinə düşdü...

16.11.2026 / 18:42
Paşinyan Azərbaycanın tam haqlı olduğunu bütün Avropaya bəyan etdi...

16.11.2026 / 18:27
Üç ölkə liderləri Çin görüşünün gündəliyində razılaşa bilmədilər

16.11.2026 / 18:23
Ceyhun Bayramovla Birləşmiş Krallığın XİN başçısı arasında telefon danışığı olub

16.11.2026 / 18:18
AMEA-da Səhəndin 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilib - FOTO

16.11.2026 / 18:10
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçildi

16.11.2026 / 18:02
Çin Rusiyadan dəstəyini geri çəkir, Putinin yeni Yalta arzusu suya düşür...

16.11.2026 / 17:45
Azərbaycanla Britaniya qarşılarında yeni yol açdılar...

16.11.2026 / 17:30
Gələn ildən əmanətçilərin qazancından vergi tutula bilər - faizlər də açıqlandı...

16.11.2026 / 17:17
Avropa yenidən Rusiya qazı üçün milyardlarla dollar ödəyir...

16.11.2026 / 17:12
Əhalinin dərman və ərzaq xərcləri artır...

16.11.2026 / 16:50
Ramiz Mehdiyevi ifrat tərifləyənlər risk aıtındadır – “kardinal” dövlət çevrilişində ittiham olunur...

16.11.2026 / 16:10
Azərbaycan ASB-nin yeni beynəlxalq təşkilata çevrilməsini önəmli saymır - niyə?..

16.11.2026 / 15:57
Hikmət Hacıyev: "Azərbaycan NATO ilə tərəfdaşlığı inkişaf etdirməyə hazırdır" - FOTO

16.11.2026 / 15:20
Ermənistan Rusiyadan qopur, İran o gücdə deyil, Azərbaycanla isə problem var...

16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur - RƏQƏMLƏR

16.11.2026 / 14:32
Devlər Çində Ukrayna problemini yerdən qaldıra bil(məy)əcək... Tərəddüdlər...

16.11.2026 / 14:01
Azərbaycan 2030-cu ildə 27-ci Ümumdünya Enerji Konqresinə ev sahibliyi edəcək...

16.11.2026 / 13:57
Moskvanın sülh üçün maksimalist tələblərinə Aİ-dən maksimalist qarşılıq - Rusiya qoşunları bütün ölkələrdən çıxarılsın…

16.11.2026 / 13:52
Hesablama Palatası cari xərclərin artım tempinə limit qoyulmasını təklif etdi...

16.11.2026 / 13:38
“Bir pəncərə” informasiya sistemi haqqında əsasnamə təsdiq edildi

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ