Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova erməni jurnalistin Aleksandr Lapşin barədə sualına cavab verərkən Ermənistan KİV-lərinin Azərbaycan-Rusiya münasibətlərində marağını kinayəli şəkildə qeyd edib.
O deyib: "Sevindiricidir" ki, erməni KİV-lərini Rusiya-Azərbaycan münasibətləri bu dərəcədə maraqlandırır”.
M.Zaxarova Ermənistanın Rusiya vətəndaşının taleyi ilə yaxından maraqlanmasını da xüsusi qeyd edib və onun daha bir neçə ölkənin vətəndaşı olduğunu vurğulayıb.
A.Lapşin fevralın 7-də gecə saatlarında Belarusdan Azərbaycana ekstradisiya edilib.