Cümə günü, 20 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Tarixdə iz buraxanlar: Sultan III Mustafa xan
Tarix: 05.08.2016 / 02:18
Bölmə: Siyasət
Sultan III Mustafa xan Osmanlı sultanlarının iyirmi altıncısı, İslam xəlifələrinin doxsan birincisidir. 28 yanvar 1717-ci ildə İstanbulda anadan olan Sultan III Mustafa xanın atası III Əhməd xan, anası Mehrişah sultandır. Şahzadəliyində din, ədəbiyyat, tarix və coğrafiya alimlərindən təhsil alan Sultan III Mustafa xan Osman xanın vəfat etməsilə 1757-ci il oktyabr ayının 30-da taxta çıxıb.
Sultan III Mustafa xan çalışqan və əzm sahibi idi. O, dövlət işlərini ciddiyyətlə araşdırıb, maliyyə və hərbi sahələrdə islahatlar apardı. Sultan III Mustafa xan səltənətinin ilk illərini sülh və sakitlik içərisində keçirdi. Taxta çıxdığı gündən vəfatına qədər ilk vəziri Qoca Raqib paşanı vəzifəsində saxladı. Ordunun və donanmanın təchizatını və yenilənməsini başlatdı. Sərhəddəki Hotin, Bender və Özi qalalarının qorunmasını hərbi qüvvələrlə gücləndirdi. Yeni topxana qurduraraq topların sayını artırdı. Orduda istifadə olunan qayıq və körpü sistemini yenidən qurdurdu. Top arabalarını yeniləşdirdi. Sultan III Mustafa xan görülən işlərə şəxsən nəzarət edərdi.
O zamanlar iki ayrı ittifaqdan olmalarına baxmayaraq, Prussiya ilə Rusiyanın anlaşması nəticəsində Polşa paylaşıldı. Rusun işğal və zülmünə qarşı azadlıq və istiqlalın vazkeçilməz müdafiəçisi olan Osmanlı dövlətindən yardım istəyən Polşa millətçiləri Osmanlı sərhədindən keçərək Baltaya sığındılar. Rus ordusunun bunları təqib etməsi və təcavüz etdikləri torpaqlarda polyaklarla birlikdə Osmanlı dövlətinin əhalisini də qılıncdan keçirib qəsəbələri yaxıb-yandırması 1739-cu il sentyabr ayının 18-də Belqradda qəbul edilən müddətsiz "Osmanlı-Avstriya-Rusiya müqaviləsi"nin pozulmasına səbəb oldu. Beləcə, Osmanlı dövlətinin hökmranlıq haqqını qorumaq, Rusiyanın Polşaya yerləşməsinə mane olmaq, saxta bəyanatlarla Polşanın işğalını və Kont Stanislav Doniatovski vasitəsilə Baltada xalqa zülm etdirən rus çariçası II Yekaterinaya həddini bildirmək üçün toplanan Divanda Rusiyaya qarşı səfərə çıxmağa qərar verildi və 1768-ci il oktyabr ayının 8-də Rusiyaya müharibə elan edildi. Rusiyada olan Osmanlı ticarət heyətinin geri verilməsi üçün İstanbuldakı Rusiya səfiri Obreskov yeddiqüllədə həbs edildi. Osmanlı dövlətinə bağlı Krım xanı Krım Girayın orduları 1769-cu ilin fevral ayında Cənubi Rusiyaya girərək rusları məğlub etdi və 100 mindən artıq əsir alaraq geri döndü.
Çariça Yekaterina Krım Giray xanı Bağçasaray şəhərində saray həkimi olan bir rum həkiminin vasitəsilə zəhərlədərək öldürtdü. 27 mart 1769-cu ildə Sərdari-əkrəm vəzifəsilə Rusiya səfərinə çıxan sədarət Yağlıqçızadə Məhməd Əmin paşa 1769-cu il may ayının 1-də Krım Girayın şərəfinə Hotin zəfərini qazandı.
Polşanı himayə etmək üçün başladılan müharibədə birinci Hotin zəfərindən sonra təkrar hücuma keçən ruslara qarşı 1769-cu il avqust ayının 12-də ikinci Hotin zəfəri qazanıldı. Yağlıqçızadədən sonra sədarətə gətirilən moldovalı Əli paşa Rusiya səfərinə sərdar təyin edildi. Əli paşa ordunu Turla çayından keçirərkən körpünün dağılması ilə böyük bir faciə baş verdi. Bundan əlavə, yeniçərilərin artan itaətsizliyi, onların döyüşdən qaçmaları və silahlardan lazımınca istifadə edilməməsilə rus ordusu Krım xanlığının torpaqlarına və Rumıniyaya girdi. 1769-cu il sentyabr ayının 21-də Hotin yenidən rusların işğalına uğradı. İngiltərə və Fransanın hərbi yardım və siyasi dəstəyi ilə Baltik dənizindən göndərilən rus donanması Cəbəllüttariq boğazını keçərək Aralıq dənizinə girdi. Bununla çar dəli Pyotr tərəfindən sistemləşdirilən isti dənizlərə enmə layihəsi Qərbdən dəstək və yardım görmüş oldu.
Bir Osmanlı ölkəsi olan Mora yarımadasında ortodoksluğun hamisi rolu ilə slavyanlıq təbliğatı edən rus donanmasındakı zabitlər Koron, Modon, Navarin, Patras, Tripolise, Kalamota və Spartada üsyançı rumlarla əməkdaşlığa girərək buradakı müsəlman əhaliyə qarşı müttəfiqləri Avropa dövlətləri tərəfindən də xoş qarşılanmayan qətliamlar törətdilər. Belə olduqda Mora sərdarlığına gətirilən Mandalzadə Hüsaməddin paşanın Moradan hücum etməsilə rumlar geri çəkildi. Onların yetmiş min nəfərlik Maynotrum ordusu Tripolisedə 1770-ci il aprel ayının 9-da darmadağın edildi. Hüsaməddin paşaya "Mora Fatehi" adı verildi.
Aralıq dənizindəki rus donanması osmanlılar tərəfindən davamlı narahat edilirlərsə də, bir ara fürsətdən istifadə edən ruslar ingilis zabitlərinin də yardım etməsilə Çeşmə sahilindəki Osmanlı donanmasını yandırdılar. Bu hadisədən sonra ingilis admiralı və rus donanma komandanı boğazları qorxutmaq istədilər. Fəqət əks həmlədən ürküb cəsarət edə bilmədilər.
Sultan III Mustafa oyanıq fikirli elm və fəzilət sahiblərini himayə edər, çalışqan bir hökmdar olmaqla yanaşı, elmi baxımdan astrologiya deyilən ulduzlardan mənalı nəticələr çıxarmaq işinə maraqlı idi. Hətta onun bu marağı həddini o qədər aşmışdı ki, səfirlikdə Prussiya kralı II Frederike göndərdiyi Əhməd bəydən əvvəl kraldan astroloq istəməsini və ən mühüm və ən böyük işlərin başlanğıcının təyini ilə dəyərli komandan və iş adamlarının seçiminin necə olacağını öyrənməsini istəmişdi.
Prussiya kralının hüzuruna gedən rəsmi Əhməd bəy padşahın istəklərini ərz etmiş, buna qarşılıq olaraq da Frederik özünün tarix və təcrübələrindən istifadə etmək, əsgərini daim hərbə hazır vəziyyətdə saxlamaqla təlim etdirmək və müharibə üçün xəzinədə pul saxlamaq kimi tövsiyələrini bildirmişdi.
Sultan III Mustafa xan səltənətinin ilk günündən etibarən əldə etdiyi pulları xəzinəyə dolduraraq mövcud dövlət gəlirini yarı misli qədər artırmışdır. Fəqət sonralar bunların hamısını hərb uğrunda sərf etdiyi kimi, özünə aid daxili xəzinəni də bu yolda xərcləyib. Hətta oğlu Səlim və qızı Şah sultanın doğumlarında vəzirlər və dövlət adamları tərəfindən hədiyyə olaraq verilən nağd pulları və cəvahiratı getdiyi səfərlərə sərf edib.
Sultan III Mustafa xan ruslarla müharibə etməyi əvvəldən arzu edirdisə də, vəziri-əzəm Qoca Raqib paşa buna tərəfdar olmurdu. Çünki Osmanlı dövləti geniş əraziləri ilə zahirən müəzzəm bir varlıq kimi görünürdüsə də, hərbi baxımdan Avropaya nəzarən çox geridə idi. Buna görə Raqib paşa sonu fəna olacaq bir dağılıma atılmaq istəmirdi. Hətta rusların yayılmasından narahat olan Sultan III Mustafa xan rusların daha ziyadə böyüməsindən əvvəl bunlarla döyüşmək istəyirdi. O, bu istəyinə mane olan Raqib paşaya: "Qərəz puldursa, mən Edirnə qapısından ta ruscuqa qədər qızıl düzə bilərəm" - dedikdə, Raqib paşa ona mane olub: " Bu dövlət, ailəniz keçmişdən bəri aparmış olduğu müharibələrdə bir aslan olduğunu düşmənlərinə göstərmişdir. Fəqət indiki halda dırnaqları uzanmış olan düşmən bizim dövlətin halını anlayarsa, vəziyyət müşkül olar, əsgərə nizam-intizam verildikdən sonra bu iş düşünülsün", - demişdi.
Raqib paşa İran, Rusiya və Avstriya səfərlərində iştirak edərək əsgərin vəziyyətini gördüyündən, bir neçə il davam edəcək yeni bir müharibənin aqibətini çox doğru müəyyən etdiyinə görə ruslarla müharibənin başlanmasına qarşı çıxırdı. Bununla yanaşı o, hərbi islahat və tənzimləmə hərəkətinə də təşəbbüs göstərmirdi. Hərbi islahatlar aparılmayan bir ordu ilə müharibədə nəzərə alınacaq ən mühüm məsələ təcrübəli bir komandan tapmaq idi. Halbuki, bu zaman belə təcrübəli bir komandan da yox idi. Uzun illərdən bəri hərbsiz keçən dövrdə əvvəlki səfərlərdə təcrübə görən komandanların hamısı həyata vida etmişdi. Yəni müharibə baş verdikdə əllərinə ordu veriləcək komandanlar olduqca təcrübəsiz kəslərdi.
Sultan III Mustafa xan rusların müxtəlif vəsilələrlə bərabərsizliyi tapdayaraq etmiş olduqları hərəkətlərdən mütəəssir olub müharibə üçün fikrini söyləyirdi. Bəzi üləmalardan qarşıdurma görsəydi, daha əvvəl istədiyini meydana qoyacaqdı. Sultan III Mustafa xan Prussiya ilə müttəfiqi Avstriyanın tərəfsiz qalacaqlarını bəyan etmişdi. Fəqət illərdən bəri Rusiyaya qarşı səfərə çıxmaq tərəfdarı olmaqla bərabər, həm hüdud qalaları, həm də qala qoruyucularının silah-sursatı nöqsanlı idi.
Rusların Lehistan işini həll etdikdən sonra Osmanlılarla müharibəyə başlayacağı ehtimal halında olmaqla yanaşı, bunların Qara dənizə çıxmaq ehtimalı və Krımı istila etmək istəmələri 1736-ci il səfərində görülmüşdü. O zaman bir təcrübə mahiyyətində olan Krım istilasını bu dəfə müsbət bir şəkildə həyata keçirmək üçün Azak dənizində Kubanla Özi şəhərləri civarında hərbi güclənmə işlərini görürdülər. Yaranan vəziyyətə qarşı Osmanlı dövləti, Krım tərəflərini, Özi, Bender və Hotin qalalarını möhkəmləndirmək bir tərəfə dursun, layiqli qüvvə göndərib anbarlarını belə təmin etməmişdi. Belə olmasına baxmayaraq, ruslarla müharibə etməsini şiddətlə arzu edən padşah sırf xəzinəyə güvənirdi.
Osmanlı dövləti müharibədən nə qədər qaçırsa-qaçsın, Qara dənizə enmək istəyən Rusiyanın Türkiyəyə hücum edəcəyi mütləq idi. Buna görə Osmanlı sultanını bir hissə İstanbul xalqının həyacanı təhrik edərək müharibə elan edildi. Fəqət Rusiyaya müharibə elan edilərkən ordu hərbə hazır deyildi. Dövlətin hərb elan edib yeddi ay sonra səfərə çıxmağa qərar verməsi ruslara hazırlıq üçün zaman qazandırdı. Rusların tarix boyu Krım üzərində gözləri olub, onların həm də tatarlardan intiqam almaq istədikləri mütləq idi. Yəni rusların ilk hədəflərinin Krım olacağı bəlli idi. Krım rusların işğalına uğradıqda məmləkətdə pərişanlıq baş verdi. Ruslar bu halın qarşısını almaq üçün krımlı II Dövlət Girayın nəvəsi və Əhməd Sultanın oğlu Sahib Girayı vəkalətən Krım xanı təyin etdilər. Məqsəd bəlli idi. Sülh görüşmələri zamanı rusların müzakirəyə əsas olacaq ilk təklifləri tatarların Osmanlı dövlətindən ayrılaraq sərbəst qalmalarını istəmək oldu. Aylar sürən müzakirələrdən sonra rusların istəkləri qəbul olundu.
1771-ci ilin yayında Krımın işğalından sonra general Tatlobenin komandanlığındakı rus ordusu Ahıska bölgəsində Osmanlı ordusu tərəfindən darmadağın edildi. Nəticədə rus ordusu bu bölgədən çəkilmək məcburiyyətində qaldı. Osmanlı ordusu isə itaəti altında olan bölgələrin müdafiəsinə və yeni zəfərlər qazanmağa davam etdi. Beləcə, 2 avqust 1771-ci ildə Özi (Krım), 12 sentyabr 1771-ci ildə Yerköyü (Rumıniya), 29 iyun 1773-cü ildə Silistrə (Rumıniya), 20 oktyabr 1773-cü ildə Varna (Bolqarıstan) zəfərləri qazanıldı.
Sultan III Mustafa xan beş ildən bəri davam edən Rusiya səfərini bitirmək üçün hazırlıq görərkən 1774-cü il yanvar ayının 21-də vəfat etdi.
Bütün Osmanlı sultanları kimi yüksək təhsil görmüş Sultan III Mustafa xan elmi nöqteyi-nəzərdən dövrün alimləri səviyyəsində olub. O, gözəl danışar və yazardı. Çox kitab oxuyardı. Xarici ölkələrdə yazılan kitabları belə ölkəsinə gətirər, incələyərdi. Şərq və Qərb mədəniyyətinə sahib idi. Dininə bağlı olan Sultan III Mustafa xan çox sayda cami inşa etdirib. Laləli camisi və yanındakı türbə, Çaxmaqçılarda öz adına tikdirdiyi cami, Kadıköydə tikdirdiyi İskələ camisi, Paşabağçada tikdirdiyi İncirliköy camisi, Üsküdarda Ayazma camisi bunlardan bəziləridir. İslahatçı bir hökmdar olan III Mustafa xanın icraatlarını oğlu III Səlim xan (1789-1807-ci illər) davam etdirib.
Fazil QARAOĞLU
professor
DİGƏR XƏBƏRLƏR
Tarix: 20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar...
Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…
Tarix: 20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...
Tarix: 19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...
Tarix: 19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...
Tarix: 19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb
Tarix: 19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa
- Şok səbəblər...
Tarix: 19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi
- 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...
Tarix: 19.11.2026 / 18:43
Putindən sərt mesajlar
- Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...
Tarix: 19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri
Tarix: 19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar...
Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…
20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...
20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür
- Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...
19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri
19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…
19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...
19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir
- Rusiyadan gələn izaha cavab...
19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...
19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb
19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...
19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...
19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa
- Şok səbəblər...
19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi
- 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...
19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib
- FOTO
19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib
- niyə?
19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT
19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...
19.11.2026 / 18:43
Putindən sərt mesajlar
- Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...
19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI
- Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə
19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri
19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü
19.11.2026 / 18:21
Şəhid adı əbədidir...
19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...
19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər
19.11.2026 / 18:01
İranın ağası və... dığası
- YUNUS OĞUZ yazır
19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi
19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur”
- İddia...
19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib
19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib
- FOTO
19.11.2026 / 16:55
Çində tarixi görüş
- Putin, Tramp və Cinpin nələri müzakirə etdi...
19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı -
enerjinin gücü budur bax...
19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb -
"məhdud zərbələr"...
19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)
19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı
19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" -
qatil Monte Melkonyana kino çəkildi...
19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...
19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı...
- VİDEO
19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri
19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları -
Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...
19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik"
- Hikmət Hacıyev
19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"
19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir"
- Prezident
19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"
19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...
19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir"
- Prezident
19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi
- Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...
19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi
– “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”
19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...
19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...
19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası
19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...
19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...
19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq?
- Açıqlama
19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur"
- İlqar Həbiyev
19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır"
- DTX rəis müavini
19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...
19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi
19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi
19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi -
nə baş verir?
19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı
19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı
19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı
18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı
- 38 ölkədən XƏBƏRDARLIQ...
18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...
18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...
18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...
18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...
18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...
18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...
18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...
18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...
18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...
18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir
18.11.2026 / 19:15
8 nəfər saxlandı, 104 kiloqram narkotik ələ keçirildi
- DİN-dən irimiqyaslı əməliyyat...
18.11.2026 / 19:06
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə REAKSİYA
18.11.2026 / 18:53
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü
18.11.2026 / 18:49
Türkiyədə AK Parti iqtidarı “Sözcü TV”-ni də bağladı, müxalifətə qarşı cəza yürüşləri davam edir...
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ