Cümə günü, 20 noyabr 2026
     

Taleh Bağırzadənin din pərdəsi altında xaos planı və "ədalətli" yalanı...

Image


Azərbaycanın dünyəvi inkişafı, burada müxtəlif din nümayəndələrinin sülh şəraitində yaşaması və digər nailiyyətlərini həzm edə bilməyən, onu öz təsiri altına salmaq istəyən xarici qüvvələrin mövcudluğu heç kimə sirr deyil. Belə qüvvələr məqsədlərinə çatmaq üçün adətən yerli səviyyədə özlərinə dəstək qazanmağa, müəyyən şəxsləri öz əlaltılarına çevirməyə çalışırlar.
Pul, digər vədlər müqabilində bəzən, təəssüf ki, bu qeyri-sağlam niyyətlərinə də çatırlar. Hər halda, yaxın tarixdə bu xüsusda müəyyən sayda konkret misallar var. Məsələn, elə Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi davam etdirilən Taleh Bağırzadə və onun tabeliyində olan şəxsləri buna misal göstərmək olar.
Azərbaycanda ekstremizm yuvası yaradan, ölkəni orta əsrlər idarəçiliyinə aparmaq istəyən bu şəxslər, xüsusən də onların rəhbəri Taleh Bağırzadə törətdikləri cinayəti etiraf etmək əvəzinə yenə, belə demək mümkünsə, başları tovlamaqla, guya ki, ədalət uğrunda mübarizə apardıqlarını iddia edirlər.
Bu barədə danışmazdan öncə xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırzadə, Fuad Qəhrəmanlı və digər 16 nəfərin barəsində olan cinayət işi üzrə məhkəmə prosesində təqsirləndirilən şəxslər ittiham aktına münasibət bildirərək, özlərini təqsirli bilməyiblər. Taleh Bağırzadə ifadəsində ittiham üzrə özünü təqsirli bilmədiyini, heç bir silahlı dəstə yaratmadığını və zorakılıq niyyətində olmadığını deyib.
Qeyd edək ki, Taleh Bağırzadə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdiyi xüsusi əməliyyat zamanı, Taleh Bağırzadə də daxil olmaqla, 60-dan çox şəxs saxlanıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu Rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.
Araşdırmalar isə sübut edir ki, əslində, Taleh Bağırzadə din pərdəsi altında Azərbaycan dövləti əleyhinə terrora cəhd göstərmək, ölkədə iğtişaşlar törətmək istəyib. Bu məqsədlə o, Nardaranı əsas məskən seçib, amma Gəncədə, İsmayıllıda və bəzi digər ərazilərdə özünə tərəfdarlar toplamışdı. Yəni onun və dəstəsinin məqsədi, əslində bütün ölkə boyu iğtişaşlar törədilməsinə nail olmaq olub. Xarici dini mərkəzlərdən qidalanan bu şəxs və tərəfdarları beləliklə ölkəmizin maraqlarının əleyhinə olan yad ideologiyanı Azərbaycana gətirmək istəyib. Bu məsələdə isə, qeyd olunduğu kimi, din pərdəsindən istifadə olunub. Taleh Bağırzadə və onun ətrafında birləşmiş şəxslərin xalqı itaətsizliyə çağırması, sosial şəbəkələr vasitəsilə hakimiyyət orqanlarını, vəzifəli şəxsləri hədələməsi, onlara qarşı ölüm çağırışları etməsi həmin vaxt terrora açıq çağırışdan başqa da bir şey deyildi.
Ardınca kənddə baş verənlər bu şəxsin özü ilə terror planları gəzdirdiyini əyani şəkildə ortaya qoydu. Öldürülən polislər, dinc sakinlərə vurulan ziyanlar, sakinlərin təzyiq altında saxlanması bu gün daha geniş imkan və səlahiyyətlərə sahib İŞİD-çilərin Suriyada, İraqda törətdiklərinin ibtidai mərhələsi sayıla bilər. Sözsüz ki, onun davamı da ola bilərdi. Amma vaxtında atılan addımlar Taleh Bağırzadənin tərəfdarlarının ölkə boyu iğtişaşlar törətməsinin qarşısını, itkilər hesabına olsa da, almağa imkan verdi. İndi bu şəxs durub ədalət uğrunda mübarizə apardığını deyir və əslində, növbəti yalanı ilə yenidən əhalinin saf dini inancları ilə manipulyasiya etməyə və öz məqsədlərinə docru yönləndirməyə çalışır. Halbuki, tərəfdarı olmuş şəxslərin müəyyən hissəsi də artıq ondan üz döndərir. Çünki görürlər ki, Şərqdə baş verən qanlı ssenariləri Azərbaycanda təkrarlamaq və ölkəni Liviyaya, Suriyaya çevirmək Taleh Bağırzadə və tərəfdarlarının əsas məqsədi olub. Elə Taleh Bağırzadənin azadlıqda olduğu vaxtlar Nardaranda baş verən olaylar Yaxın Şərq ölkələrində baş verənləri çox xatırladırdı. İraqı, Suriyanı, Liviyanı, Yəməni məhv edənlər Azərbaycanda da ekstremizmi yaymağa çalışırdı. Adları çəkilən ölkələrdə müasir inkişafdan geri qalaraq müxtəlif ideologiyaların təsiri altında olan qüvvələrdən istifadə edən xarici dairələr bu ölkələrin dövlətçiliyini indi də məhv edirlər. Bu fonda xatırladaq ki, Nardaranda baş vermiş məlum hadisələrə qədər bu qəsəbə uzun müddət spesifik "qanunlar"la yaşayır və ümumazərbaycan mühitindən təcrid olunmuş orta əsrlər "anklavı" təəssüratı bağışlayırdı. Təbii ki, bunda Taleh Bağırzadə və tərəfdarlarının əməyi az deyildi. Dini radikalizmi, ekstremizmi özlərinin əqidəsinə və həyat tərzinə çevirmiş Taleh Bağırzadə və tərəfdarları Naradaranda möhkəmlənərək dövlətin Konstitusiya quruluşunu, qanunlarını, ictimai həyat normalarını inkar etməklə özünəməxsus üsul-idarə modeli tətbiq etməyə çalışırdılar. Bununla da onlar ölkənin qanunlarını, dövlət atributlarını inkar edir, Azərbaycan dilinin tətbiqi ilə bağlı qanunvericiliyin tələblərini qəsdən pozur, azyaşlı və yeniyetmələr arasında cəhaləti və zorakılığı təbliğ edirdilər. Qəsəbədə icra hakimiyyəti, bələdiyyənin fəaliyyətinə imkan verilmir, hüquq-mühafizə orqanlarının, habelə digər qurumların yerli bölmələrinin yaradılmasına əngəllər törədilirdi. Burada təhsil və səhiyyə sistemi tamamilə pozulmuşdu. Bütün bunlar Nardaranın inkiaşfına da ciddi əngəl yaradırdı. Təbii ki, dövlət buna göz yuma, Taleh Bağırzadə və tərəfdarlarının fəaliyyətinin genişlənməsinə imkan verə bilməzdi. Məhz Azərbaycanın hüquq-mühafizə orqanlarının orada qanunsuz şəkildə fəaliyyət göstərən radikal dini-ekstrmist təşkilata qarşı həyata keçirdiyi əməliyyatdan sonra qəsəbə, belə demək olarsa, onu girovluqda saxlayan terror qruplaşmasından təmizləndi. Nardaran öz dinc həyatına, əsl Azərbaycan mühitinə qaytarıldı. İndi burada sözün əsl mənasında dinamik bir inkişaf yaşanır. Nardaran daha orta əsrləri xatırlatmır, geniş küçələr, parklar, yeni açılan iş yerləri qəsəbədə sürətli tərəqqidən xəbər verir.
Nardaran həm də bir tarixi yer kimi çox yaxın zamanlarda Bakının inkişaf etmiş ən nümunəvi qəsəbələrindən biri statusunu qazanmaqdadır. Taleh Bağırzadə və tərəfdarlarının hökmranlıq etdiyi Nardaranla indinin Nardaranı arasında kifayət qədər böyük fərq var. Qəsəbəyə ayaq basan hər kəs bunu görə bilər. Belə vəziyyətdə Taleh Bağırzadənin məhkəmədə ədalət uğrunda mübarizədən danışması qaranlıq Nardaranın yerində bu gün işıqlı və nurlu Nardaran görənlərdə "hansı ədaləti nəzərdə tutursan" kimi haqlı suallar doğurur.
Belə haqlı suallardan biri də bu "ədalət carçısı"nın haradan maliyyələşməsi, ideoloji-təşkilati təlimatları haradan alması ilə bağlıdır. İctimaiyyətdə qalxan suallar yəqin ki, məhkəmə prosesində də araşdırılacaq.
Tahir TAĞIYEV
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi - Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...

19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi – “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”

19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...

19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...

19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası

19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...

19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...

19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - Açıqlama

19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur" - İlqar Həbiyev

19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır" - DTX rəis müavini

19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...

19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi

19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi

19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi - nə baş verir?

19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı

19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı

19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı

18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı - 38 ölkədən XƏBƏRDARLIQ...

18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...

18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...

18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...

18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...

18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...

18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...

18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...

18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...

18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...

18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir

18.11.2026 / 19:15
8 nəfər saxlandı, 104 kiloqram narkotik ələ keçirildi - DİN-dən irimiqyaslı əməliyyat...

18.11.2026 / 19:06
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə REAKSİYA

18.11.2026 / 18:53
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

18.11.2026 / 18:49
Türkiyədə AK Parti iqtidarı “Sözcü TV”-ni də bağladı, müxalifətə qarşı cəza yürüşləri davam edir...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ