Cümə günü, 20 noyabr 2026
     

Avropanın "Türk axını" qorxusu və Azərbaycanın buna son qoymaq gücü...

Image


Rusiya ilə Türkiyə arasında münasibətlərin sürətlə normallaşması fonunda "Türk axını" layihəsinin yenidən dirçəldilməsi də aktuallıq qazanır. Amma belə görünür ki, Avropa bu prosesdən çox narahatdır. Çünki bu halda Rusiya qazı Ukranyadan keçməyəcək və Avropa da hadisələrin bu səpkidə inkişafını istəmir. Moskva isə tamam fərqli mövqe sərgiləyir.
Rusiya energetika naziri Aleksandr Novak bildirir ki, qazın Ukraynadan tranzit keçid dəyərinin yüksəlməsinə görə "Türk axını" layihəsinin həyata keçirilməsi cəlbedici olmağa başlayır: "Əlbəttə, ukraynalı həmkarlarımızın dediyi kimi tranzitin dəyəri artarsa, bu, nəqliyyat xərclərinin, yekun olaraq isə Türkiyə istehlakçıları üçün qazın qiymətinin artması anlamına gələcək. Bu səbəbdən Türkiyə qazın birbaşa ölkəyə təchizatında maraqlıdır". Nazirin sözlərinə görə, layihə çərçivəsində Türkiyə istehlakçılarını illik 15,75 milyard kubmetr həcmdə qazla təchiz edəcək boru kəmərinin ən azı bir şaxəsi inşa olunmalıdır. Daha əvvəl Rusiya və Türkiyənin "Türk axını" layihəsinin həyata keçirilməsi üzrə dialoqu bərpa etdiyi bildirilirdi. Yuxarıda qeyd olunduğu kimi isə, Moskva və Ankaranın "Türk axını" layihəsinin bərpasının mümkünlüyü barədə bəyanatları Avropa İttifaqında narahatlığa səbəb olub.
Brüsseldə hesab edirlər ki, bu qaz kəməri Moskvanın mövqelərini möhkəmləndirə bilər. Avropalı diplomatların sözlərinə əsasən, "Türk axını" işə düşəndən sonra Ukrayna Avropaya qaz tranziti ölkəsi statusunu itirəcək, Avropanın "Qazprom"dan asılılığı artacaq. Bununla birlikdə, Xəzər dənizindən alternativ qaz təchizatı layihələrinin də qarşısı kəsiləcək. Aİ-nin yüksək rütbəli məmuru "Röyter"ə məsələ ilə bağlı bildirib: "Rusiya Ukraynanı Türkiyə ilə dəyişməyə cəhd edərsə, Türkiyə ilə Rusiyanın yeni dostluğu problemə çevrilə bilər". Mənbəyə görə, Ankara Rusiyadan ucuz qaz təchizatında maraqlıdır və çox güman ki, Aİ-yə bir sıra problemli tələblər irəli sürəcək. Agentlik qeyd edir ki, Avropa İttifaqında Rusiya və Türkiyə prezidentlərinin qarşıdakı görüşünü ehtiyatla izləyəcəklər. Həmin görüş çərçivəsində "Türk axını" üzrə sövdələşmə razılaşdırıla bilər. Hesab edilir ki, Avropanın burada əsas narahatlığı Ukrayna ilə bağlıdır. Konkret Avropanın özünə gəlincə, Azərbaycandan alınan qaz hesabına burada Rusiyanın hegemon mövqedə qalması mümkün olmayacaq. Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç bu fonda bildirir ki, "Cənub Qaz Dəhlizi" layihəsi Xəzər dənizinin təbii qaz ehtiyatlarını Avropa bazarına çatdıran strateji təşəbbüsdür. O bildirib ki, Avropa İttifaqı "Cənub Qaz Dəhlizi" layihəsi üzrə səylərini artıracaq. Əsas məqsəd isə Cənub-Şərqi Avropa regionundakı ölkələrin ən azı 3 müxtəlif mənbədən qaz almasına şərait yaratmaqdır: "Transadriatik" (TAP) qaz boru kəməri layihəsinin təməlinin qoyulması və icrası "Cənub Qaz Dəhlizi"nin həyata keçirilməsi baxımından əhəmiyyətli addımdır. TAP-a cəlb edilmiş üç ölkə - Yunanıstan, Albaniya və İtaliya layihə üzrə işlərin gedişatını yaxından izləyir. TAP Avropa İttifaqı üçün vacib layihədir. TAP-ın "Nabukko" və Türkiyə-Yunanıstan-İtaliya qaz kəmərində olmayan güclü siyasi, eyni zamanda səhmdarlar tərəfindən dəstəyi var. Avropa Komissiyası həmin səhmdarlarla yaxından əməkdaşlıq vədinə və layihənin vaxtında icrası üçün dəstəyinə sadiqdir". Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti qeyd edib ki, bu il fevralın 29-da Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında bütün iştirakçı ölkələr və konsorsium bu vacib infrastruktur layihəsini vaxtında başa çatdırmaq üçün qətiyyətlərini ortaya qoyub. "Cənub Qaz Dəhlizi"nin tərkib hissələri - "Şahdəniz Mərhələ 2", "Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi", Trans-Anadolu (TANAP) və TAP layihələrində mühüm irəliləyişlərə nail olunub. Azərbaycanın təbii qazının 2019-cu ilədək Türkiyəyə, 2020-ci ilə qədər isə Avropaya çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğunda "Cənub Qaz Dəhlizi" dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Bu dəhlizlə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır. Amma digər ölkələrin də cəlbilə Avropaya daha çox həcmdə qaz nəqli gözlənir. Çünki tezliklə "Cənub Qaz Dəhlizi" layihəsinə İran və Türkmənistan qazının da daxil olacağı istisna edilmir. Bu layihə İran və Türkmənistan qazının da Avropanın qaz bazarlarına daxil olmasına münbit şərait yaradacaq. Ümumiyyətlə, Azərbaycanın ixrac imkanlarından gələcəkdə həm İranın, həm də Türkmənistanın istifadə etməsi qaçılmaz olacaq. Bu da o deməkdir ki, gələcəkdə Azərbaycan həm əlavə siyasi dividendlər qazanacaq, həm də neft hasilatının aşağı düşməsi fonunda iqtisadi imkanlarını "Cənub Qaz Dəhlizi" layihəsindən gələn gəlirlər hesabına artıracaq.
Nahid SALAYEV 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi - Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...

19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi – “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”

19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...

19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...

19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası

19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...

19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...

19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - Açıqlama

19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur" - İlqar Həbiyev

19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır" - DTX rəis müavini

19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...

19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi

19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi

19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi - nə baş verir?

19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı

19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı

19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı

18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı - 38 ölkədən XƏBƏRDARLIQ...

18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...

18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...

18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...

18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...

18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...

18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...

18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...

18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...

18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...

18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir

18.11.2026 / 19:15
8 nəfər saxlandı, 104 kiloqram narkotik ələ keçirildi - DİN-dən irimiqyaslı əməliyyat...

18.11.2026 / 19:06
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə REAKSİYA

18.11.2026 / 18:53
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

18.11.2026 / 18:49
Türkiyədə AK Parti iqtidarı “Sözcü TV”-ni də bağladı, müxalifətə qarşı cəza yürüşləri davam edir...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ