Böyük Britaniyada iqtidardakı Mühafizəkar Partiyanın Harborouqdan millət vəkili Edvard Qarnier keçən il fevral ayında "Türkiyədəki İnsan hüquqlarına hörmət və qanunun aliliyi" başlıqlı hesabatı üçün Gülən hərəkatından (FETÖ) 115 min 994 sterlinq alıb.
Baki-xeber.com "Milliyet”ə istinadən xəbər verir ki, bu iddia ilə İngiltərənin "Times” qəzeti çıxış edib.
Qəzetin İstanbul müxbiri Hannah Lucinda Smithin "Millət vəkilinə Türkiyədəki çevrilişdə əlaqələndirilən qrup ödəniş edib" başlıqlı xəbərində, hesabat hazırlanmasını Gülən hərəkatı başçısı Fətullah Gülənin fəxri rəhbəri olduğu jurnalistlər və Yazarlar Vəqfinin sifariş verdiyi qeyd edilir.
Qarnierin keçən il sentyabr ayında yayılan hesabatında Türkiyə hökumətinin Gülən hərəkatı ilə əlaqəli təşkilatlarla mübarizəsinə geniş yer verilir.
Xəbərdə, Qarnierin bu il mart ayında İngiltərə Parlamentində keçirilən Türkiyə-Avropa Birliyi qaçqın razılaşması ilə əlaqədar yığıncağa qatıldığı və bu yığıncaqda "Türk hökumətinin insan hüquqları və hüquq pozuntularına" toxunduğu, İngiltərənin Türkiyənin AB üzvlüyünə verdiyi dəstəyi nəzərdən keçirməyə çağırdığı bildirilir.
Garnier yığıncaqda bildirib ki, "Türkiyəyə NATO üzvü kimi qaçqın problemilə mübarizədə ehtiyacımız olsa da, bu pozuntular davam etdiyi bir vaxtda yeni müzakirələr açılmamalıdır".
Hesabatın İngiltərənin o vaxtkı baş naziri Devid Kemeron və xarici işlər naziri Filip Hammonda da göndərildiyi qeyd edilir.
Qarnier isə Gülən hərəkatını dəstəkləmədiyini "müstəqil ingilis hüquqçularının dəlillərini araşdıraraq hesabatı hazırladığını" iddia edir.