Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddən sonra Yunanıstana qaçan 8 qiyamçının arasında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) Türkiyə üzrə mütəxəssisi Qraham Fuller də olub. Baki-xeber.com bildirir ki, bu barədə AKP-nin Ərzurumdan olan deputatı Orhan Deligöz deyib.
Onun sözlərinə görə, çox ehtimal ki, 8 nəfəri Yunanıstana amerikalı casus qaçırıb.
Fəthullah Gülənlə CIA-nın "Yaxın Şərq və Türkiyə masası”nın keçmiş şefi Qraham Fuller arasında əlaqə olduğunu iddia edən millət vəkili Orhan Deligöz daha sonra bildirib: "Bu dəqiqləşdi və ortaya çıxdı. Amerika agenti olan Fuller 1964-cü ildə kəşfiyyat masası şefi kimi Türkiyəyə gəlir. 1966-da da Fəthullah Gülən camaatı qurulur. İllər sonra Fuller Gülənin Amerikada yaşamaq icazəsi almasına kömək edir. Bunlar 1964-cü ildə bəri planlaşdırılır, yetişdirilir. Xarici kəşfiyyat şeflərinin nəzarətində bu hadisələrin planlaşdırıldığı ortaya çıxmaqdadır.
15 iyul çevriliş gecəsi Fuller deyilən adam İstanbulda idi. İstanbul Büyükadada bir oteldə yığıncaq da keçiriblər. Hətta Türkiyədəki çevrilişi necə koordinasiya edəcəkləri, nəticələrin necə olacağı ilə bağlı Amerika ilə canlı əlaqə yaratmaq üçün təsisat da qurublar.
Çox ehtimal ki, Yunanıstana qaçan helikoperlə, Fulleri də qaçırdılar”.
O. Deligöz deyib ki, çevriliş baş tutsaydı Türkiyəni parçalayaraq, bir neçə hissəyə böləcəklərdir.
"Böyük bir təhlüjəni sovuşdurduq Türkiyənin şərqindən Ermənistana və Kürdüstana pay verəcəkdilər. Məqsəd bu idi. Həmçinin, İŞİD Türkiyəyə girəcəkdi və insanlar eyni ilə Suriya və İraqda olduğu kimi qətliama məruz qalacaqlardı".